Məhkəmə qərarları › İş №e-2-2(3-7)-150/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-150/2026

16.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-150/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 26855 manat borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 171 manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 11091 manat məbləğində borc və 152,73 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; Iddianın qalan hissədə rədd edilməsi; Ödənilmiş 18,27 manat dövlət rüsumunun iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermiş və Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra cavabdeh Cavabdeh apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Ramiq Qələndərzadə) Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2ci maddəsinə müvafiq olaraq, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizənin icraata qəbulunun mümkünlüyünün yoxlanılması məqsədilə iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) Kollegiya göstərir ki, buraxılmış prosessual müddətin bərpası məsələsinə işdə iştirak edən şəxsin ərizəsi əsasında baxılır. Buraxılmış prosessual müddət konkret prosessual hüququn həyata keçirilməsinə imkan yaratmaq məqsədilə bərpa edilir. Məhz bu səbəbdən də MPM-nin 133.3-cü maddəsi tələb edir ki, müddətin bərpası haqqında ərizənin verilməsi ilə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət də edilməlidir. Məhkəmənin müvafiq prosessual müddəti bərpa etməsi qanunla müəyyən edilmiş müddətə hər hansı müddətin əlavə edilməsi yox, bu müddət ərzində edilməli olan, lakin üzrlü səbəblərdən vaxtında edilməmiş prosessual hərəkətin mümkünlüyünün tanınması deməkdir. Hazırkı işin araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və məhkəmənin ## ### 2026-cı il tarixli e-*- *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra cavabdeh Cavabdeh apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə müraciət etmişdir. Lakin, o, müddəti buraxılmış zəruri prosessual hərəkəti yerinə yetirməmişdir. Yəni, apellyasiya şikayətini ərizəyə əlavə etməmişdir. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan ərizəni icraata qəbul etmiş və apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməməsi barədə qərardad qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizənin icraata qəbulunun mümkünlüyünün yoxlanılması məqsədilə iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır MPM-nin 398.0.2.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərməksəlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və MPM-nin 128-130, 133, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizənin icraata qəbulunun mümkünlüyünün yoxlanılması məqsədilə iş Gəncə Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardadan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar