Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-158/2026 03.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər X2 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli, qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ***/M saylı kredit xətti müqaviləsinə əsasən 100000 (bir yüz min ) manat əsas, 8402,79 (səkkiz min dörd yüz iki manat 79 qəpik) manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 4861,11 (dörd min səkkiz yüz altmış bir manat 11 qəpik ) manat olmaqla, 113263,90 manat, ***/M-* saylı kredit xətti müqaviləsinə əsasən 100000 (bir yüz min ) manat əsas,10663,91 (on min altı yüz altmış üç manat 91 qəpik ) manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 4027,78 (dörd min iyirmi yeddi manat 78 qəpik ) manat olmaqla, 114691,69 manat olmaqla ümumilikdə cəmi 227955,59 manat məbləğində pul və iş üzrə ödənilmiş 517,96 (beş yüz on yeddi manat 96 qəpik) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ## #### 2023-cü il tarixli ***/M nömrəli və ## ###### 2023- cü il tarixli ***/M-* nömrəli kredit xətti müqavilələri üzrə Ləğv prosesində olan İddiaçı ASC qarşısında olan öhdəliklərinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin kreditlərin təminatı kimi girov qoyulmuş əmanət ilə əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit borcunun girov qoyulmuş depozitlə əvəzləşdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya işininin icraatına xitam verilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh ***/M saylı kredit xətti müqaviləsinə əsasən 100000 (bir yüz min ) manat əsas, 8402,79 (səkkiz min dörd yüz iki manat 79 qəpik) manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 4861,11 (dörd min səkkiz yüz altmış bir manat 11 qəpik ) manat olmaqla, 113263,90 manat, ***/M-* saylı kredit xətti müqaviləsinə əsasən 100000 (bir yüz min ) manat əsas,10663,91 (on min altı yüz altmış üç manat 91 qəpik) manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 4027,78 (dörd min iyirmi yeddi manat 78 qəpik) manat olmaqla, cəmi 114691,69 manat, ümumilikdə 227955,59 manat məbləğində pul və iş üzrə ödənilmiş 517,96 (beş yüz on yeddi manat 96 qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Qərardaddan və qətnamədən narazı qalan Cavabdeh ## #### 2026-cı il tarixdə qərardaddan şikayət verərək Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2- *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş, həmçinin, ## #### 2026-cı il tarixdə qətnamədən şikayət verərək qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2- *(***)-****/**** nömrəli qərardadından iş üzrə cavabdeh Cavabdeh oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı tarixli, e-*- *(***)-****/**** nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı tarixli, e-2-2(115)- ****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən və həmin tarixli qərardaddan apellyasiya şikayəti və şikayət və həm qərardaddan, həm də, qətnamədən şikayətin və apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2-2(115)- ****/**** saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 259 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı tarixli, e-*- *(***)-****/**** saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərardaddan şikayət və şikayətin verilməsi müddətinin bərpası barədə cavabdeh Cavabdeh tərəfindən ərizə verilsə də, birinci instansiya məhkəməsinin ## #### 2026-cı tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə yalnız qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəyə münasibət bildirildiyindən və qərardaddan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılmadığından apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, müddətin bərpası barədə ərizədən görünür ki, cavabdeh Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026- cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qərardadı məhkəmənin istinad etdiyi kimi ## ### 2026-cı il tarixdə tərəflərin elektron kabinetlərində əlçatan olmamışdır. Həmin tarixdə tərəflərindən “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış şəxsi elektron kabinet mütəmadi qaydada yoxlanılmış, lakin sözügedən qərardad kabinetdə yerləşdirilməmişdir. Qərardad tərəflərindən yalnız 2026-cı ilin # #### tarixində elektron kabinetdə aşkar edilmiş və bundan sonra, həmin müddətdən etibarən hesablama aparılaraq müvafiq şikayət verilmişdir. Lakin, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qərardaddan şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə münasibət bildirmədən şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosesessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Prosessual Məcəllənin 396.1-ci maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366 -cü maddəslərini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Cavabdeh tərəfindən Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından verilmiş şikayətin verilməsi müddətinin bərpası barədə ərizəyə baxılması üçün mülki iş icraata qəbul edilmədən Gəncə Kommersiya Məhkəməsinə geri qaytarılsın. Ərizəyə baxıldıqdan sonra cavabdeh Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından şikayətə baxılması üçün mülki iş Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-7)-158/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-158/2026
03.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver