Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-166/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadından cavabdeh cavabdeh2 və onun nümayəndəsi (vəkili) Məmmədov Elsəvər İsgəndər oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı QSC cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər cavabdeh2, cavabdeh1, cavabdeh3 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə ***R********** saylı krеdit razılaşması üzrə 15474.63 manat məbləğində krеdit bоrcu, 1181.37 manat məbləğində faiz bоrcu və 735.60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17391.60 manat, ***R********** saylı krеdit razılaşması üzrə 12681.49 manat məbləğində krеdit bоrcu, 856.93 manat məbləğində faiz bоrcu və 646.91 manat məbləğində cərimə borcu olmaqla,cəmi 14185.33 manat ümumilikdə cəmi 31576.93 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 184.73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 15474,63 manat əsas borcun, 1181,37 manat faiz borcunun, 734 manat cərimə olmaqla, cəmi 17390 (on yeddi min üç yüz doxsan) manatın və ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 12681,49 manat əsas borcun, 856,93 manat faiz borcunun, 646,58 manat cərimə borcu olmaqla, cəmi 14185 (on dörd min yüz səksən beş) manat olmaqla, ümumilikdə 31575 (otuz bir min beş yüz yetmiş beş) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184 (yüz səksən dörd) manat 72 (yetmiş iki) qəpik pulun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə saat 16:43-də cavabdeh cavabdeh2 “Elektron Məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuşdur. Cavabdeh cavabdeh2 Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(*-**)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin e-*-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2-2(4-12)- ***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməsi və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı və 363.1.3-cü maddələrinin tələblərinin yoxlanılması üçün mülki işlə birlikdə Gəncə Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, ## ##### 2026cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfdən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh cavabdeh2 ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti, habelə buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək (apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərlə birlikdə) Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülümüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin e-2-2(4-12)- ***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə cavabdeh cavabdeh2 tərəfdən verilmiş ərizənin təmin edilməməsi, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(4- **)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfdən verilmiş apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması və ödənilmiş 94 manat dövlət rüsumunun cavabdeh cavabdeh2 tam qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh cavabdeh2 ##.##.2026- ci il tarixdə şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cü il tarixli 2(4- 12)-462/2026-ci il tarixli qərardadını tamamilə ləğv edib ötürülmüş apellyasiya şikayətinin müddətini üzrlü sayaraq bərpa edilməsini və bu barədə yeni qərardad qəbul edib, apellyasiya şikayətinin baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026cı iltarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh HəsənovaFatimə Əli qızı arasında bağlanmış ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 15474,63 manat əsas borcun, 1181,37 manat faiz borcunun, 734 manat cərimə olmaqla, cəmi 17390 (on yeddi min üç yüz doxsan) manatın və ##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 12681,49 manat əsas borcun, 856,93 manat faiz borcunun, 646,58 manat cərimə borcu olmaqla, cəmi 14185 (on dörd min yüz səksən beş) manat olmaqla, ümumilikdə 31575 (otuz bir min beş yüz yetmiş beş) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184 (yüz səksən dörd) manat 72 (yetmiş iki) qəpik pulun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçıQapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən ## ### 2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə vəkil və nümayəndə tərəfindən apellyasiya şikayəti təqdim edilmişdir. Apellyasiya şikayəti verilərkən cavabdeh2 poçt vasitəsi ilə təqdim olunan zərf şikayətə sübüt kimi əlavə olunmuşdur. Zərfdə olan qeydə son poçt möhüründən də görünür ki, ## ##### 2026-cı il qeyd edilmişdir. Eyni zamanda iş materiallarında da araşdırma zamanı həmin zərfin göndərilməsi ilə bağlı məlumat olacaq. Yəni bizim tərəfimizdən verilmiş apellyasiya şikayətini həmin zərfnən uyğunlaşdırılsa görünür ki, ## ##### 2026-cı il tarixdən götürülsə apellyasiya şikayəti ## ### 2026-cı ildə təqdim edilmiş və müddət ötürülməmişdir. Gəncə Kommersiya Məhkəməsi haqlı olaraqaraşdırmış və mümkün hesab edərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin Gəncə Apellyasiya Məhkəməsinin*-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və apellyasiya şikayətinin MPM-nin tələblərinə yoxlanılması üçün həmin məhkəməyə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin mövqeyi ilərazılaşmırıq, çünki məhkəmə istinad etdiyi hal Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-12)- ***/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə saat 16:43-də cavabdeh cavabdeh2 “Elektron Məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinəyerləşdirilməsi olmuş, lakin məhkəmə nəzərə almamışdır ki, elektron kabinetdə yerləşdirilən qətnamə, eyni zamanda kağız daşıyıcıda cavabdeh cavabdeh2 göndərilmişdir. Bu baxımdan cavabdeh2 hüquqi cəhətdən tam məlumatı olmadıqda kagız daşıyıcıda alınmasını sonucu rəsmi qətnamənin alınmasını hesab etmişdir. Vəkil və nümayəndə isə birinci instansiyaməhkəməsində işirak etmədiyindən, ancaq apellyasiya şikayətini tərtib edərkən və təqdim edərkən rəsmi iştirak etmişdir. Bu baxımdan cavabdeh2 elektron kabinetinin olması barədə məlumatı olmamışdır. Həmçinin vətandaşların məhkəmədə ədalətbərpası, hüquqların qorunması və müdafiəsi tərəfindən önəmlidir. 1 gün ötürülməsini nəzərə alarq ərizənin təmin olunmasını xahiş edirik. Göstərilən hal mənim iradəmdən asılı olmayan səbəblərlə əlaqədar vermiş və apellyasiya şikayətini qaqnunla müəyyən edilmiş müddətdə verməyimə mane olmuşdur. Gəncə Kommersiya Məhkəməsi *-*(*-**)-***/**** saylı ## #### 2026-cı il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə cavabdeh cavabdeh2 tərəfdən verilmiş ərizə təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinine-*- *(*-**)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfdən verilmiş apellyasiya şikayəti onu vermiş şəxsə geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verərək , hesab edərik həmin qərardad əsassızdır. Yuxarıda qeyd edilən əsaslara görə həmin qərardad ləğv edilməlidir. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh2 “Elektron Məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuşdur. Cavabdeh cavabdeh2 Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*- **)-***/**** nömrəli qətnaməsindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə yekun məhkəmə aktı “Elektron Məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilməklə ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh2 rəsmi qaydada təqdim edildiyindən apellyasiya şikayəti vermə müddəti həmin tarixdən başlanmışdır. Bununla yanaşı, məhkəmə qətnaməsinin həmin cavabdehə ünvanlandığı və məhkəməyə geri qaytarılmış zərfin üzərində poçt rabitəsi tərəfindən tarixə dair aparılmış qeyd həmin prosessual müddətin ötürülməsi üçün üzrlü səbəb hesab oluna bilməz. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, prosessual hərəkətlər Məcəllə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Cavabdehin qanundan irəli gələn prosessual hərəkətləri düzgün yerinə yetirə bilməməsi buraxılmış müddətin üzürlü səbəb olmasını istisna edir. Müddətin bərpası yalnız tərəfin iradəsindən asılı olmayan, qabaqcadan görülməsi və qarşısının alınması mümkün olmayan hallarda yol verilə bilər. Hazırki vəziyyətdə isə belə hal mövcud olmamışdır. Eyni zamanda, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş vermiş olması barədə nəticəyə gəlmək üçün əsaslar mövcud deyildir, cavabdeh tərəfindən də bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (X4 şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarı). Prosessual müddətlərin müəyyən edilməsi və onlara əməl olunması mülki məhkəmə icraatında hüquqi müəyyənlik, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin təmin edilməsinə xidmət edir. Müddətlərin üzrlü səbəb olmadan bərpa edilməsi bu prinsiplərin mahiyyətinə zidd olmaqla yanaşı, qarşı tərəfin qanunla qorunan subyektiv hüquqlarına birbaşa müdaxilə edir. Hazırki iş üzrə müddətin ötürülməsi cavabdehin öz prosessual davranışından irəli gəldiyi halda, bu müddətin üzrlü hesab edilməsi və bərpa olunması digər tərəfin – məhkəmə qətnaməsi ilə hüququ bərpa edilmiş şəxsin hüquqi sabitlik və qərarın icra olunmasına olan legitim gözləntilərini pozur. Bundan əlavə, prosessual müddətin üzrlü hesab edilməsi tərəflər arasında prosessual bərabərlik prinsipini də pozur. Çünki bir tərəfin öz səhlənkarlığı nəticəsində yol verdiyi prosessual pozuntunun məhkəmə tərəfindən kompensasiya edilməsi, digər tərəfin qanuna uyğun, vicdanlı və vaxtında həyata keçirdiyi prosessual davranışın mənasız hala gətirilməsi ilə nəticələnir. Eyni zamanda müddətin əsassız şəkildə bərpası işin süni şəkildə uzadılmasına, məhkəmə qərarının icrasının gecikdirilməsinə və digər tərəfin əmək hüquqlarından faktiki istifadə imkanlarının məhdudlaşdırılmasına səbəb olur ki, bu yalnız prosessual deyil, həm də madd hüquqların pozulması kimi qiymətləndiriləcəkdir. Şərh edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və MPM-nin 128-130, 133, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadından cavabdeh cavabdeh2 və onun nümayəndəsi (vəkili) Məmmədov Elsəvər İsgəndər oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-7)-166/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-166/2026
14.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver