Məhkəmə qərarları › İş №e-2-2(3-7)-184/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-184/2026

19.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-184/2026 19.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin(bundan sonra- Bank) cavabdeh Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə Bankın cavabdehə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, 1110,60 manat borc və ödənilmiş 31,11 manat dövlət rüsumunun cavabdehdən tutularaq Banka ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün işi ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Kommersiya Məhkəməsi ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək, hazırki iş üzrə Bank tərəfindən də apellyasiya şikayəti verildiyini nəzərə alaraq işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respubllikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə kommersiya işi apellyasiya baxışından çıxarılsın. İş materialları Gəncə Kommersiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar