Məhkəmə qərarları › İş №e-2-2(3-7)-75/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-75/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-75/2026 15.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Işin halları

1. Iddiaçı ilə cavabdeh2 (həmçinin – borcalan) arasında bağlanmış ##.##.2010-cu il tarixli 06L000002489 kredit xətti müqaviləsinin şərtlərindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 30000.00 (otuz min) ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1). Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir (1.2). Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, ## ##### 2020-ci il tarixdən gec olmayaraq verilməlidir. Verilən hər bir kreditin məbləği faiz dərəcəsi, müddəti məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması ilə müəyyən edilir (1.3).

2. Iddiaçı ilə borcalan arasında bağlanmış ## ###### 2015-ci il tarixli, **L*********S saylı uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, kredit xəttinin məbləği artırılaraq 5.000.000 (beş milyon) ABŞ Dolları, müddəti isə 180 ay müəyyən edilmişdir.

3. cavabdeh3 ilə iddiaçı arasında bağlanmış ## ###### 2020-ci il tarixli ***S************ saylı zaminlik müqaviləsinə əsasən, İddiaçı QSC ilə cavabdeh2 arasında ## ##### 2010-cu il tarixdə aşağıdakı şərtlərlə bağlanmış **L*********S saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanır: Kredit məbləği 5000000 (beş milyon) manat, faiz dərəcəsinin yuxarı həddi 28%, 180 ay müddətinə. Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır (1.1).

4. Iddiaçı ilə borcalan arasında bağlanmış ## ### 2021-ci il tarixli, **L*********SA saylı uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, kredit xəttinin məbləği artırılaraq 5000000 (beş milyon) ABŞ Dolları, müddəti isə 220 ay müəyyən edilmişdir.

5. Iddiaçı ilə cavabdeh3 arasında bağlanmış ## ### 2021-ci il tarixli, ***S************S saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, kredit xəttinin məbləği artırılaraq 5000000 (beş milyon) ABŞ Dolları, müddəti isə 220 ay müəyyən edilmişdir.

6. cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış ## ### 2021-ci il tarixli ***S************ saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə cavabdeh2 arasında ## ##### 2010cu il tarixdə aşağıdakı şərtlərlə bağlanmış **L*********S saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanır: Kredit məbləği 5000000 (beş milyon) manat, faiz dərəcəsinin yuxarı həddi 28 % , 220 ay müddətinə. Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır (1.1).

7. ## ### 2021-ci il tarixli, ***M************ saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını ## ##### 2010-cucu il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanan **L********* saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. (1.1). Ipoteka predmetinin təsviri və olduğu yer: Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə 0.035 ha torpaq sahəsi və üzərində yerləşən *A saylı fərdi yaşayış evi (2.1) Ipoteka predmetinin qeydə alındığı rəsmi reyestr: ## #### 2012-ci il tarixdə daşınmaz əmlak üzrəində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydə alınmışdır. Ipoteka predmetinin dəyəri-ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 44000 (qırx dörd min) manat təşkil edir.(2.5).

8. ##.##.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* №-li çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə 0.035 ha torpaq sahəsi və üzərində yerləşən *A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

9. ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə 0.035 ha torpaq sahəsi və üzərində yerləşən *A saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ##.##.2010-cu il tarixli 06L000002489 uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ##.##.2028-ci ilədək ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

10. Iddiaçı ilə borcalan arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşmasının şərtlərindən görünür ki, bank məbləği 100000.00 (bir yüz min) manat olan krediti aylıq faiz dərəcəsi 1.4167 (bir tam on mində dörd min yüz altmış yeddi) % olmaqla 24 (iyirmi dörd) ay müddətinə kredit alana verir (1.1). Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan * saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür (1.2).

11. ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşmasının ödəniş planından görünür ki, ilk ödəniş ## ##### 2023-cü il, son ödəniş tarixi isə ## #### 2025-ci il olmaqla 100000 manat kredit məbləği və 19047,41 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

12. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh2 ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə ##.##.2025-ci il tarixə banka 16489,19 manat əsas borcu, 1080,77 manat məbləğində faiz bоrcu və 491,86 manat cərimə borcu olmaqla, cəmi 18061,82 manat məbləğində borcu vardır.

13. ## #### 2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehlərə ##.##.2023-cü il tarixli müqavilə üzrə ##.##.2025-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və banka olan borcun (16489,19 manat əsas borcu, 1080,77 manat məbləğində faiz bоrcu və 491,86 manat cərimə borcu olmaqla, cəmi 18061,82 manat) qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

14. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli MEB-***-**** nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə 0.035 ha torpaq sahəsi və üzərində yerləşən *A saylı fərdi yaşayış evinin bazar dəyəri 84100 manat, likvid dəyəri 71500 manat təşkil edir.

15. Ödəniş qəbzlərindən görünür ki, cavabdeh2 tərəfindən ##.##.2025-ci il tarixdə 50 manat, ##.##.2025-ci il tarixdə 50 manat, ##.##.2025-ci il tarixdə 50 manat və ##.##.2025-ci il tarixdə 50 manat olmaqla ümumilikdə 200 manat ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

16. Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər cavabdeh2, cavabdeh3, cavabdeh1 müştərək qaydada iddiaçı “xxxx” QSCnin хеyrinə ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 16489,19 manat krеdit bоrcu, 1080,77 manat faiz bоrcu və 491,86 manat cərimə olmaqla, ümumilikdə cəmi 18061 (on səkkiz min altmış bir) manat 82 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 144,20 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının tutulması, tutmanın cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə 0.035 ha torpaq sahəsi və üzərində yerləşən *A saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 18061 (on səkkiz min altmış bir) manat 82 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 144,20 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh2, cavabdeh3, cavabdeh1 müştərək qaydada İddiaçı QSCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh2 “xxxx” QSC ilə bağladığı ##.##.2010-cu il tarixli **L********* saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflər arasında bağlanmış ##.##.2015-ci il tarixli **L*********S saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 5 000 000 (beş milyon) ABŞ Dolları, müddəti isə 180 ay müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli **L*********SA saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 220 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə cavabdeh2 “xxxx” QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində krеdit götürmüşdür. cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2024cü il tarixdən banka qaytarmamışdır. cavabdeh2 götürdüyü krеdit bоrcundan 83510.81 manat ödəmiş, onun 16489.19 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 174 gün üçün hesablanmış faiz borcu 1080.77 manat təşkil edir. Krеdit razılaşmasının 4.1-ci bəndinə uyğun оlaraq kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında və lazimi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığına bu müqavilə ilə müəyyən edilmiş qaydada gecikdirmə faizi hesablamaq hüququna malikdir. ##.##.2025-ci il tarixə 174 gün üçün hеsablanmış cərimə 491.86 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər cavabdeh3, cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh1 İddiaçı QSC ilə bağladığı ##.##.2021-ci il tarixli ***M************ saylı ipoteka müqaviləsi əsasında Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə 0.035 ha torpaq sahəsi və üzərində yerləşən *A saylı fərdi yaşayış evi (həyətyanı tikili və qurğularla birlikdə) İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ** №-li reyestr kitabının ** №-li vərəqində qeydiyyata alınmış ##.##.2021-ci il tarixlielektron çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə 0.035 ha torpaq sahəsi və üzərində yerləşən *A saylı fərdi yaşayış evinin (həyətyanı tikili və qurğularla birlikdə) cavabdeh2kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Ipoteka saxlayan “xxxx” QSC tərəfindən cavabdeh-ipoteka verən cavabdeh1 Ipoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2025-ci il tarixdə bildiriş göndərilmişdir. Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və ##.##.2025-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. Iddiaçı “xxxx” QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir.

18. Iddiaçı ##.##.2026-cı il tarixdə iddia tələbi həcmini dəqiqləşdirərək, qiymətləndirmə xərci olaraq müəyyən edilmiş 300 manat xidmət haqqının iddiaçı bank tərəfindən ödənildiyini nəzərə alaraq, mövcud iddia tələblərilə yanaşı qiymətləndirmə xərci olaraq ödədikləri 300 manat vəsaitin də cavabdehlərdən bankın xeyrinə tutulmasını xahiş etmişdir.

19. Iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

20. Cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

21. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Əbülfəz Məmmədli) ilə, iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** saylı kredit razılaşması üzrə 16289,19 manat əsas borc, 1080,77 manat faiz borcu, 491,86 manat cərimə borcu olmaqla, cəmi 17861,82 (on yeddi min səkkiz yüz altmış bir manat səksən iki qəpik) manat məbləğində pul cavabdеhlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə 0.035 ha torpaq sahəsi və üzərində yerləşən *A saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilməsi, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə 0.035 ha torpaq sahəsi və üzərində yerləşən *A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti (həyətyanı tikili və qurğularla birlikdə) 71500 (yetmiş bir min beş yüz) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 17861,82 (on yeddi min səkkiz yüz altmış bir manat səksən iki qəpik) məbləğində pul iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ cavabdeh cavabdeh1 qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 143,58 (bir yüz qırx üç manat əlli səkkiz qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 (on beş) manat və 36 (otuz altı) manat xidmət haqqı olmaqla, ümumilikdə 194,58 (bir yüz doxsan dörd manat əlli səkkiz qəpik) manat məbləğində pul cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 0,62 (altmış iki qəpik) manat hissəsi iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına (Benefisiarın bankı: “Rabitə Bank”, Filialın kodu: 502155, Bankın VÖEN-i: 9900001061, SWIFT kod: RBTAAZ22, Müxbir hesab: AZ61NABZ01350100000000006944, Benefisiarın hesabı: Mərkəzi Ekspertiza Bürosu, Benefisiarın VÖEN-i: 1405290471, Benefisiarın hesabı: AZ26RBTA16400800100944845123) ödənilməsi qət edilmişdir.

22. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti ## #### 2025-ci il tarixdə bitmişdir. Iddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

23. Məhkəmə hesab etmişdir ki, ##.##.2023-cü il tarixli ***R********** saylı kredit razılaşması üzrə 16289,19 (16489,19 manat qalıq borc-200 manat ödənilmiş məbləğ) manat əsas borc, 1080,77 faiz borcu müəyyən edilməlidir.

24. Məhkəmə hesab etmişdir ki, qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

25. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli MEB-***-**** nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə 0.035 ha torpaq sahəsi və üzərində yerləşən *A saylı fərdi yaşayış evinin bazar dəyəri 84100 manat, likvid dəyəri 71500 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə 0.035 ha torpaq sahəsi və üzərində yerləşən *A saylı fərdi yaşayış evinin (həyətyanı tikili və qurğularla birlikdə) ilkin satış qiyməti 71500 manat müəyyən edilməlidir.

26. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması barədə iddiası ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz. Belə ki, məhkəmə tərəfindən onsuz da ümumilikdə 17861,82 manat borc məbləğinin tutulması qət olunmuşdur və ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada cavabdehlərdən müştərək qaydada tutulacaqdır.

27. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.

28. Məhkəmə hesab etmişdir ki, 491,86 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq 491,86 manat məbləğində pul (əsas borcun 3,01% həddində) cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməlidir.

29. Məhkəmə həmin nəticəyə gələrkən Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya * saylı Əlavə Protokola, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 447.1, 447.2.1, 447.2.2, 447.2.3, 448.1, 462.1, 465.2, 467, 470.1, 471, 472.1, 472.2, 269.1, 279, 295, 296.1 və 319.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1, 739.2, 741 və 743-cü maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.6, 1.0.9, 26.1.1, 26.1.2, 26.1.3, 26.1.4, 26.1.5, 26.1.6, 33, 34.1.1 və 39.3.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2023-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2018-ci il tarixli Qərarına, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 216-220, 222, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

30. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

31. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, rəydə ipoteka predmetinin ilkin satış qiyməti 71500 manat müəyyən edilsə də, həmin qiymət əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün düzgün qiymət kimi götürülə bilməzdi. Belə ki, əmlakın qiymətinə təsir edən digər halları nəzərə almadan belə, ipoteka premetinin şəhərin mərkəzində yerləşməsi onun qiymətinin yüksək olmasına təsir edən amillərdən biridir. Belə ki, şəhərin mərkəz ərazilərində 0.035 hatorpaq sahəsinin özünün qiyməti 71500 manatdan çoxdur. Həmçinin bildirirlər ki, tələb edilən cərimə borcu da tam həcmdə təmin edilmişdir. Belə ki, iddia ərizəsində iddiaçı ##.##.2023-cü il tarixli kredit müqaviləsi 491,86 manat cərimənin dəcavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, 491,86 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq 491,86 manat məbləğində pul (əsas borcun 3,01%həddində) cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməlidir. Hesab edirlər ki, borcun ödənilməsinin gecikdirikməsinin üzürlü səbəblərdən yaranması, həmçinin götürülmüş 100000.00 (bir yüz min) manat olan kreditin çox hissəsinin vaxtında ödənilməsi nəzərə alınaraq cərimə borcu daha aşağı məbləğdə təmin edilə bilərdi. Bundan başqa bildirirlər ki, ##.##.2026-cı il tarixində 100 manat, ##.##.2026-cı il tarixində 50 manat, ##.##.2026-cı il tarixində 50 manat, ##.##.2026-cı il tarixdə 5400 manat, ##.##.2026-cı il tarixdə isə 2600 manat və 800 manat olmaqla cəmi 9000 manat məbləğində ödəniş olmuşdur. Həmin ödənişlər də əsas borc məbləğindən çıxıldığı zaman borc məbləği daha da az olacaqdır. Nəzərə alınmalıdır ki, ilk 3 ödəniş qətnamə elan olunanadək ödənilmişdir. Odur ki, apellyasiya şikayətində qeyd edilən hallar məhkəmə tərəfindən araşdırılmalı və sübutlara, tərəflər arasındakı münasibətlərə düzgün qiymət verilərək məhkəmə qətnaməsi qismən ləğv edilməli, əsas və cərimə borcunun məbləği və ipoteka predmetinin yeni ilkin satış qiyməti müəyyən edilməlidir. Keçirilmiş sonuncu məhkəmə iclasında cavabdehlərdən ipoteka qoyan cavabdeh1 məhkəmə iclasında iştirak etmiş, lakin məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməiclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bildirirlər ki, ipoteka predmetinin ilkin satış qiyməti ilə cavabdeh ipoteka qoyan və zamin cavabdeh1 razı olmamışdır. Bildirirlər ki, rəydə ipoteka predmetinin ilkin satış qiyməti 71500 manat müəyyən edilsə də, həmin qiymət əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün düzgün qiymət kimi götürülə bilməzdi. Belə ki, əmlakın qiymətinə təsir edən digər halları nəzərə almadan belə, ipoteka premetinin şəhərin mərkəzində yerləşməsi onun qiymətinin yüksək olmasına təsir edən amillərdən biridir. Belə ki, şəhərin mərkəz ərazilərində 0.035 ha torpaq sahəsinin özünün qiyməti 71500 manatdan çoxdur. Bundan başqa bildirirlər ki, ##.##.2026-cı iltarixində 100 manat, ##.##.2026-cı il tarixində 50 manat, ##.##.2026-cı il tarixində 50 manat, ##.##.2026-cı il tarixdə 5400 manat, ##.##.2026-cı il tarixdə isə 2600 manat və 800 manat olmaqla cəmi 9000 manat məbləğində ödəniş olmuşdur. Həmin ödənişlər də əsas borc məbləğindən çıxıldığı zaman borc məbləği daha da az olacaqdır. Göstərilən ödənişlər qətnamədə nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Iddiaçının nümayəndəsi apellyasiya dəlillərini əsassız hesab edərək, izahatında bildirdi ki, borcalan birinci instansiyası məhkəməsinin qətnaməsindən sonra müəyyən qədər ödənişlər etmişdir. Apellyasiya icraatı zamanı də ödənişlər etsə bu müddət ərzində borcu tam bağlamamışdır. Hazırda təxminə 2500 manat civarından borcu vardır. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

34. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Apellyatorun nümayəndəsi (vəkil) ərizə ilə məhkəmə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

36. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

37. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

38. Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir.

39. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

40. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.

41. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

45. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

47. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

48. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

49. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

50. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

51. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

52. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

53. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

54. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

55. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

56. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

57. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

58. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

59. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

60. Maddə 743 (zamana görə qüvvədə olan redaksiya). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

“Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu

61. Maddə 1.0.1. Ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

62. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

63. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

64. Maddə 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

65. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (zamana görə redaksiya)

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarı

66. Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

67. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

68. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarı

69. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

70. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

73. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

75. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

76. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

78. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

79. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

80. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

81. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

82. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

84. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

86. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh cavabdeh1 qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, qətnamənin – iddianın təmin edilmiş hissəsində tutulmuş borcun məbləğini və ipoteka predmetinin likvid qiymətini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını cavabdeh cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

87. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

88. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

89. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – cavabdeh cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

90. Belə ki, işin halları ondan ibarətdir ki, kreditor olan iddiaçı ilə borcalan arasında ## ##### 2010-cu il tarixdə bağlanmış **L********* nömrəli kredit xətti müqaviləsinə əsasən borcalana uzunmüddətli kredit xətti açılmış, sonradan ## ###### 2015-ci il və ## ### 2021-ci il tarixli sazişlərlə həmin kredit xəttinin məbləği 5.000.000 ABŞ dollarınadək artırılmış, müddəti isə müvafiq olaraq 180 ay, daha sonra 220 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsinin şərtlərinə əsasən kredit vəsaitləri ayrıca kredit razılaşmaları əsasında verilməli idi. Kredit xətti çərçivəsində tərəflər arasında ## #### 2023-cü il tarixdə bağlanmış ***R********** nömrəli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən borcalana 24 ay müddətinə, aylıq 1,4167 faiz dərəcəsi ilə 100.000 manat məbləğində kredit verilmiş, borcalan isə krediti və hesablanmış faizləri razılaşdırılmış ödəniş qrafikinə uyğun olaraq hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş planına əsasən kreditin son ödəniş tarixi ## #### 2025-ci il müəyyən edilmişdir. Borcalanın həmin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə cavabdeh3 və cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmış, zaminlər borcalanla birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Bundan əlavə, cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən *A saylı fərdi yaşayış evi ## ### 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən kredit öhdəliyinin təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır.

91. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqavilələrinə, habelə qanunvericiliyin ipoteka ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.

92. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

93. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.

94. Azərbaycan Respublikasının MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

95. 793.2-ci maddəsində isə qeyd edilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

96. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.

97. 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

98. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

99. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.

100. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.

101. Zaminə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.

102. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

103. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyır.

104. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

105. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borcun zamin olan cavabdeh cavabdeh1 tutulması da əsaslıdır.

106. Cavabdeh cavabdeh1 faiz borcunun tutulması ilə bağlı məhkəmə göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.

107. Çünki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

108. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.

109. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.

110. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.

111. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.

112. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” # #### 2013-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

113. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə gəldiyi nəticəni əsaslıdır.

114. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

115. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

116. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.

117. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

118. Tərəflər arasında bağlanmış müqavilədə cərimə barədə razılaşma nəzərdə tutulmuş və hazırda tələb olunan cərimə məbləği (491,86 manat) tənasübsüz yüksək olmamışdır.

119. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

120. 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.

121. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur.

122. Belə ki, iş materiallarında olan Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli MEB-***-**** nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 8-ci döngədə 0.035 ha torpaq sahəsi və üzərində yerləşən *A saylı fərdi yaşayış evinin bazar dəyəri 84100 manat, likvid dəyəri 71500 manat təşkil edir.

123. Birinci instansiya məhkəməsi qeyd edilən mütəxəssis rəyinə əsaslanaraq, mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti 54.000 manat həddində müəyyən etmişdir.

124. Apellyator apellyasiya şikayətində iş üzrə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının rəyi ilə razı olmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.

125. Azərbaycan Respublikası MPM-nin 102-ci maddəsində əlavə və ya təkrar ekspertiza keçirilməsinin əsasları müəyyən olunmuşdur. Orada deyilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər (MPM-nin 102.1-ci maddəsi). Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi).

126. Baxılan işdə ekspert rəyi kifayət qədər aydın və tamdır. Rəyin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Cavabdeh tərəf rəyin başqa əsaslarla düzgün olmaması nəticəsinə gəlməyə əsas verən heç bir sübut təqdim etməmişdir. Təkrar ekspertiza keçirilməsi barədə tələbi formal və əsassızdır.

127. Kollegiya xatırladır ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də yuxarıda göstərilən hallara dair iddiaçı tərəfindən hər hansı mötəbər sübut (o cümlədən, hazırda iş üzrə qəbul edilmiş mütəxəssis rəyinin elmi-metodoloji baxımdan qüsurlu olduğunu təsdiq edən alternativ mütəxəssis rəyinin təqdim edilməsi, qiymətləndirmənin qüvvədə olan milli və ya beynəlxalq qiymətləndirmə standartlarının konkret hansı tələblərinin pozulması ilə aparıldığını göstərən əsaslandırılmış yazılı rəy, qiymətləndirmə obyektinin rekvizitləri, sahəsi, hüquqi statusu və ya funksional təyinatı barədə rəyin yanlış olduğunu sübut edən rəsmi sənədlər, habelə qiymətləndirmə zamanı istifadə edilmiş analoji obyektlərin müqayisə üçün yararsız olduğunu təsdiq edən müstəqil ekspert və ya mütəxəssis nəticələri) təqdim edilməmişdir. Cavabdeh Raqif Hüseynovun apellyasiya şikayətində irəli sürdüyü arqumentlər isə ehtimallara və subyektiv mülahizələrə əsaslandığından, prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz.

128. Belə olan halda, apellyatorun ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı irəli sürdüyü etirazların sübut yükünü üzərinə düşən qaydada yerinə yetirmədiyi qənaətinə gəlinir və bu etirazların təmin edilməsi üçün hüquqi əsaslar mövcud hesab edilmir.

129. Apellyasiya şikayətində cərimə borcunun azaldılması barədə dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə yalnız dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğu müəyyən edildiyi hallarda onu azalda bilər. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarında da izah edilmişdir ki, dəbbə pulunun azaldılması üçün onun öhdəliyin pozulmasının nəticələrinə açıq-aşkar uyğun gəlməməsi müəyyən edilməlidir. Hazırkı işdə tələb edilən 491,86 manat məbləğində cərimə əsas borcun təxminən 3 faizini təşkil edir və işin hallarını, gecikmənin müddətini, borcalanın müqavilə öhdəliklərini pozmasını, habelə kreditorun qanuni mənafelərini nəzərə aldıqda açıqaşkar tənasübsüz hesab edilə bilməz. Cavabdehin ödənişin gecikməsinin üzrlü səbəblərdən baş verməsi barədə dəlili isə hər hansı mötəbər sübutlarla təsdiq edilməmişdir. Buna görə də həmin hissədə apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.

130. Sonda məhkəmə apellyasiya şikayətinə qoşma kimi təqdim edilmiş ##.##.2026-cı il tarixli qəbzlə ödənilmiş 100 manat, ##.##.2026-cı il tarixli qəbzlə 50 manat, ##.##.2026-cı il tarixli qəbzlə 50 manat, ##.##.2026-cı il tarixli qəbzlə 2600 manat, ##.##.2026-cı il tarixli qəbzlə 5400 manat, ##.##.2026-cı il tarixli qəbzlə 800 manat vəsaitlərlə bağlı qeyd edir ki, həmin vəsaitlər apellyasiya icraatı qaydasında borcdan çıxıla və bunun nəticəsində birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilə bilməz.

131. Belə ki, cavabdeh tərəfindən birinci instansiyası məhkəməsində aparılmış icraat zamanı ##.##.2025-ci il tarixdə 50 manat, ##.##.2025-ci il tarixdə 50 manat, ##.##.2025-ci il tarixdə 50 manat və ##.##.2025-ci il tarixdə 50 manat olmaqla ümumilikdə 200 manat ödəniş edilməsinə dair sübutları məhkəməyə təqdim etmiş və birinci instansiyası məhkəməsi tərəfindən həmin sübutlara hüquqi qiymət verilmişdir.

132. Hazırda mübahisələndirilən məhkəmə aktı ##.##.2026-ci il tarixdə qəbul edilmiş və apellyasiya şikayətinə qoşma kimi təqdim edilmiş ##.##.2026-cı il tarixli qəbzlə ödənilmiş 100 manat, ##.##.2026-cı il tarixli qəbzlə 50 manat, ##.##.2026-cı il tarixli qəbzlə 50 manatın ödənilməsinə dair sübutlar birinci instasiyası məhkəməsinə təqdim olunmamış, ##.##.2026-cı il tarixli qəbzlə 2600 manat, ##.##.2026-cı il tarixli qəbzlə 5400 manat, ##.##.2026-cı il tarixli qəbzlə 800 manata dair ödənişlər isə məhkəmə aktı qəbul olunduqdan sonra edilmişdir.

133. Məhkəmə qeyd edir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır (Mülki Prosessual Məcəllə - 78.1, 361.4, 380.1).

134. Apellyator birinci instansiyası məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etmiş, lakin bunun birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırmamışdır. Belə olan halda bu hərəkət yalnız onun özünün iradə ifadəsi kimi çıxış edir.

135. Məhkəmə aktının qəbul edilməsindən sonra ödənilmiş ödənişlər isə ümumiyyətlə nəzərə alına bilməz və bu ödənişlər yalnız məhkəmə aktının icrası zamanı icra qaydasında nəzərə alınmalıdır.

136. Apellyasiya icraatı zamanı məhkəmə tərəfindən borcun tam ödənilməsi və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində cavabdeh tərəfə kifayət qədər vaxt verilmiş və bu məqsədlə bir necə dəfə məhkəmə iclası təxirə salınmışdır.

137. Lakin cavabdeh tərəf iddiaçıya olan borcunu tam ödəməmiş və nəticədə iddiaçının nümayəndəsinin məhkəmə iclasında izahatı ilə müəyyən edildiyi kimi təxminən 2500 manat civarında ödənilməmiş borc qalmışdır.

138. Məhkəmə qeyd edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi qəbul edildiyi zaman borcun məbləği ilə bağlı məhkəmənin hesablaması qanuni olmuşdur ki, qanuniliyi yoxlanılan məhkəmə aktının sonradan edilmiş ödənişlər əsasında dəyişdirilməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Odur ki, məhkəmə aktı qanuni qüvvəyə minənə qədər borc məbləği tam ödənilmədiyi təqdirdə hazırda təqdim edilən ödəniş qəbzləri icra qurumuna təqdim olunmalı və həmin ödənişlərə icra qaydasında hüquqi qiymət verilməlidir.

139. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

140. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

141. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh cavabdeh1 tərəfindən kassasiya şikayəti verilə bilər.

142. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – cavabdeh cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar