Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-78/2026 09.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “orcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 919,47 manat əsas borc, 27,23 manat faiz borcu, 20,69 manat cərimə borcu, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 31,1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 998,19 manat borcun tutulması, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6327,25 manat əsas borc, 733,01 manat faiz borcu, 105,14 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7,165.40 manat borcun tutulması; cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə ##.##.2024cü il tarixli kredit müqaviləsi üzrə 25124,99 manat əsas borc, 2528,96 manat faiz borcu, 20,31 manat cərimə borcu ümumilikdə cəmi 27,674.26 manat məbləğində borcun və 197,51 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının İddiaçı ASC-in xeyrinə ödənilməsi; tutmanın cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Muxtar Hacıyev küçəsində, ** nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən ** nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və borcun hərracda satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra cavabdehlər tərəfindən ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcdan ödənilmiş edilmiş və iddiaçı iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6327,25 manat əsas borc, 733,01 manat faiz borcu, 105,14 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7,165.40 manat borcun tutulması; cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 25124,99 manat əsas borc, 2528,96 manat faiz borcu, 20,31 manat cərimə borcu ümumilikdə cəmi 27,674.26 manat məbləğində borcun və 197,51 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının İddiaçı ASCin xeyrinə ödənilməsi; tutmanın cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Muxtar Hacıyev küçəsində, ** nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən ** nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və borcun hərracda satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh3 arasında bağlanmış ## ###### 2023-cü il tarixli 10-MCR-1-434- **/* saylı kredit müqaviləsi üzrə 6327,25 manat əsas borc, 733,01 manat faiz borcu, 105,14 manat cərimə borcu olmaqla, cəmi 7165,40 manat və ## ##### 2024-cü il tarixli 10-MCR-1- ***-**/* saylı kredit müqaviləsi üzrə 25124,99 manat əsas borc, 2528,96 manat faiz borcu, 20,31 manat cərimə borcu olmaqla, cəmi 27674,26 manat, ümumilikdə isə 34839,66 (otuz dörd min səkkiz yüz otuz doqquz manat altmış altı qəpik) manat məbləğində pul cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutulması və tutmanın ipoteka müqaviləsinə yönəldilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qanuna uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh cavabdeh3 AZEMIS “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, barəsində olan Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan *-*(*-*)-**/**** nömrəli işin baxış iclası ##.##.2026-cı il tarixə saat 11:00-a təyin olunmuşdur. Lakin, keçən vaxt ərzində bankla borca dair razılaşma əldə etdiyindən Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətindən imtina etmək zərurəti yaranmışdır. Odur ki, qeyd edilənlərin nəzərə alıb, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini qəbul edərək, apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materialları və cavabdeh cavabdeh3 apellyasiya şikayətindən imtinası araşdırıb hesab edir ki, apellyasiya şikayətindən imtina olunduğundan imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, cavabdeh cavabdeh3 apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5. Iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 369.1. Işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxıldığı dövrdə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı işdə ekspertizanın təyin edilməsinə cavabdeh cavabdeh3 apellyasiya şikayətinin araşdırılması nəticəsində baş verdiyindən və sonradan həmin cavabdehin öz şikayətindən imtina etməsi nəticəsində apellyasiya icraatına xitam verildiyindən, ekspertiza rəyinin verilməsi ilə bağlı yaranmış ekspertiza xərci məhz cavabdeh cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətindən imtinası qəbul edilsin və cavabdeh cavabdeh3 münasibətdə apellyasiya icraatına xitam verilsin. Iş üzrə aparılmış ekspertiza xərci olan 300 (üç yüz) manat pul cavabdeh cavabdeh3 tulularaq SAP (XIIS), X3, kod210005, VÖEN**********, m/h Az41NABZ01360100000000003944, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ**CTRE******************** saylı hesaba ödənilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-7)-78/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-78/2026
09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver