Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-79/2026 19.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI xxxx“X2” ASC-nin cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Açar sözlər: müqavilənin hissə-hissə icrasından birtərəfli imtina; müqavilənin ləğvinin hüquqi nəticələri; kredit müqaviləsi üzrə borcun qaytarılması Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, xxxx“X2” ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə xxxx“X2” ASC-nin cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Kreditor “xxxx” KB ASC ilə borcalan cavabdeh4 arasında bağlanmış ##.##.2024-cü il tarixli 818 micBRD/**-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinə əsasən, sonuncuya 120 ay müddətinə 300.000 manat məbləğində kredit xətti ayrılmışdır.
2. Kreditor “xxxx” KB ASC ilə borcalan cavabdeh4 arasında bağlanmış ##.##.2024-cü il tarixli ***micBRD/** №-li əlavə kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 50000 manat kredit verilmişdir.
3. Kreditor “xxxx” KB ASC tərəfindən borcalana ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdeh4 banka olan borcun (39388,38 manat əsas, 2712,06 manat faiz, 171,69 manat cərimə olmaqla, cəmi 42272,13 manat) 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
4. ##.##.2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdeh4 “xxxx KB” ASCyə 39388,38 manat əsas, 4734,78 manat faiz borcu, 852,93 manat cərimə borcu olmaqla, cəmi 44976,09 manat borcu vardır.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. xxxx“xxxx KB” ASC cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qayda xxxx“xxxx” KB ASC-nin xeyrinə 39388,38 manat əsas, 4734,78 manat faiz, 852,93 manat cərimə borcu olmaqla, cəmi 44976,09 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 225,33 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. xxxxbank tələbini onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh4 ilə bağlanmış ##.##.2024-cü il tarixli əsas kredit müqaviləsinin şərtlərinə görə, bank cavabdehə 300000 manat 120 ay müddətinə illik maksimum 32 faiz olmaqla bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi öhdəsinə götürmüşdür. ##.##.2024-cü il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehlərə 36 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 50000 manat kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən, zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişlər. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## ####### 2025-ci il tarixə «xxxx» KB ASC-yə 39388,38 manat əsas, 4734,78 manat faiz, 852,93 manat cərimə borcu olmaqla, cəmi 44976,09 manat borcu yaranmışdır.
7. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddia qismən təmin edilərək, xxxx“X2” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh4 arasında bağlanmış ##.##.2024-cü il tarixli ***micBRD/** №-li müqavilə üzrə 39388,38 manat əsas borc, 2712,06 manat faiz borcu, 852,93 manat cərimə borcu olmaqla, ümumilikdə 42953,37 (qırx iki min doqquz yüz əlli üç manat otuz yeddi qəpik) manat pulun cavabdеhlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq xxxx“X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Iddianın qalan hissədə rədd edilməsi; Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 218,86 (iki yüz on səkkiz manat səksən altı qəpik) manat pulun cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq xxxx“X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; Ödənilmiş dövlət rüsumunun qalan 6,07 (altı manat yeddi qəpik) manat hissəsinin xxxx“X2” Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 447.1, 447.2, 448.1, 462.1, 465.2, 470.1, 471, 472.1, 472.2, 477, 742.5, 743.1, 743.2, 745, 745.5, 746.1, 746.3, 746-5.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
10. Cavabdeh cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xxxxbank ona qarşı qərəzli mövqe tutur. Banka olan borcun çox hissəsini ödəmişdir. ##.##.2024-cü il tarixli əsas kredit müqaviləsi üzrə 50000 manat 120 ay müddətinə illik maksimum 32 faiz olmaqla kredit xətti açılmışdır. Banka 20000,326 manat ödəmiş, 30000 manat borcu qalmışdır. Bank isə 39388,38 manat əsas borc, 2712,06 manat faiz borcu, 852,93 manat cərimə borcu olmaqla ümumilikdə 42953,37 manat borc hesablamışdır. Faiz və cərimə borcunun silinməsini istəyir. Borcu ödəyə bilmədiyi halda, üstünə faiz və cərimə borcu hesablanmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında xxxx“X2” ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
21. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
22. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
23. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
24. Maddə 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
25. Maddə 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:
26. Maddə 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;
27. Maddə 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
36. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
37. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.
38. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
39. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, xxxxbank və zaminlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Yalnız cavabdeh (borclu) cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan görünür ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir.
40. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədən zaminlər apellyasiya şikayəti vermədiyindən qətnamə onlara aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminlərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclu cavabdeh4 verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin bütünlüklə və digər cavabdehlərə (zaminlərə) münasibətdə yoxlanılması onların hüquqlarına toxunan hal kimi qiymətləndirilir.
41. Beləliklə, qətnamənin əsaslığı və qanuniliyi digər cavabdehlərə aid hissədə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «xxxx“X2” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh4 arasında bağlanmış ##.##.2024-cü il tarixli ***micBRD/** №-li müqavilə üzrə 852,93 manat cərimə borcu olmaqla, ümumilikdə 42953,37 (qırx iki min doqquz yüz əlli üç manat otuz yeddi qəpik) manat pul cavabdеhlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq xxxx“X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi» hissədə dəyişdirilməli, kredit müqaviləsi üzrə cərimə borcu məbləği 171,69 (bir yüz yetmiş bir manat altmış doqquz qəpik), cəmi borc məbləği 42272,13 (qırx iki min iki yüz yetmiş iki manat on üç qəpik) manat məbləğdə müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
43. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor “xxxx” KB ASC ilə borcalan cavabdeh4 arasında ##.##.2024-cü il tarixli 818 micBRD/**-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncuya 120 ay müddətinə 300000 manat kredit xətti ayrılmış, daha sonra tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli ***micBRD/** №-li əlavə kredit müqaviləsinə əsasən, borcalana 36 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 50000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə bankla cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. Borcalana borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
44. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır; belə ki, hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası olan kreditor və borcalan arasında bağlanmış kredit müqaviləsi dayanır. Məhz xxxxbank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehlərdən əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. Borclu cavabdeh4 də kredit borcunu inkar etməyərək, sadəcə borc məbləğinin düzgün hesablanmamasını mübahisələndirmişdir.
45. Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
46. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, HYPERLINK "https://e-qanun.az/framework/46944" \o "Azərbaycan Respublikası Mülki Məcəlləsi" \t "_blank" Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
47. Işin hallarından göründüyü kimi cavabdehə kredit müqaviləsi üzrə borcun tam ödənilməsi barədə son xəbərdarlıq məktubu ##.##.2025-ci il tarixdə göndərilmişdir. Bununla da xxxxbank müqavilənin hissə-hissə icrasından birtərəfli imtina etmiş, nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir.
48. Nəzərə almaq lazımdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
49. Bu mənada, xxxxbank cavabdehdən kredit müqaviləsinin qüvvədə olduğu vaxtadək, yəni ##.##.2025-ci il tarixədək faiz və cərimə borcu hesablamaq hüququna malik olmuşdur.
50. Kreditor «xxxx» KB ASC-nin borcalan cavabdeh4 ünvanladığı ##.##.2025-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubundan müəyyən olunur ki, həmin tarixə kredit müqaviləsi üzrə 39388,38 manat əsas, 2712,06 manat faiz, 171,69 manat cərimə borcu hesablanmışdır. Ona görə də kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə faiz və cərimə borcu son xəbərdarlıq məktubunda göstərilən məbləğdə müəyyən edilməlidir.
51. Birinci instansiya məhkəməsi isə cavabdehlərdən tutulmalı cərimə borcunu 852,93 manat məbləğdə müəyyən etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə cərimə borcuna dair hissədə dəyişdirilməli və müqavilə üzrə cərimə borcu 171,69 manat məbləğdə müəyyən edilməlidir.
52. Məhkəmə kollegiyası vurğulayır ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də faiz borcunun ödənilməsinin tələb edilməsi qanuni və əsaslıdır.
53. Əsas və faiz borcunun düzgün hesablanmaması barədə apellyatorun dəlili ilə bağlı kollegiya göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdeh cavabdeh4 subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir.
54. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə isə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
56. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Halbuki, iş materiallarında olan maliyyə arayışı ilə kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləği dəqiqliklə göstərilmişdir. Bir sözlə, həmin maliyyə arayışının mötəbərliyini şübhə altına alacaq əsas olmamaqla məsələnin həlli baxımından hər hansı xüsusi biliyin tətbiqinə də (mühasibatlıq ekspertizasının təyin olunmasına) zərurət yoxdur.
57. Kollegiya vurğulayır ki, cərimə borcuna dair hissədə qətnamə dəyişdirildiyindən cəmi borc məbləğinə dair hissədə də qətnamə dəyişdirilməli və cəmi borc məbləği (39388,38 manat əsas + 2712,06 manat faiz + 171,69 manat cərimə borcu = 42272,13 manat) 42272,13 manat məbləğdə müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi «xxxx“X2” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh4 arasında bağlanmış ##.##.2024-cü il tarixli ***micBRD/** №-li müqavilə üzrə 852,93 manat cərimə borcu olmaqla, ümumilikdə 42953,37 (qırx iki min doqquz yüz əlli üç manat otuz yeddi qəpik) manat pul cavabdеhlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq xxxx“X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi» hissədə dəyişdirilsin. Kredit müqaviləsi üzrə cərimə borcu məbləği 171,69 (bir yüz yetmiş bir manat altmış doqquz qəpik), cəmi borc məbləği 42272,13 (qırx iki min iki yüz yetmiş iki manat on üç qəpik) manat məbləğdə müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.