Məhkəmə qərarları › İş №e-2-2(3-7)-80/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-80/2026

28.04.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-80/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh X2rşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh X2 (bundan sonra – cavabdeh) qarşı “borcun əmlakın satılması yolu ilə ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları

1. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə İddiaçı İddiaçı cavabdeh X2rşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur.

2. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı iddiaçının Elektron Məhkəmə İnformasiya sistemində mövcud olan elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilərək iddiaçıya təqdim olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ##.##.2026-cı il tarixdə qərardaddan şikayət və qərardaddan şikayətin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, qərardad ##.##.2026-cı il tarixli məktubla MMC-nin elektron ünvanına göndərilmişdir. Məktub aşkar edilib şikayət verildiyi zaman MPM-in 268-ci maddəsi ilə qərardaddan şikayət verilməsi ilə müəyyən edilmiş 10 günlük prosessual müddət buraxılmışdır. Bunun səbəbi İddiaçı MMC-nin rəhbərinin qan təzyiqi və şəkər xəstəsi olduğundan fevral ayının əvvəlindən səhhətindəki narahatlıqla əlaqədar dəfələrlə Bərdə rayon X1 Mərkəzinə müraciət etmək məcburiyyətində olduğu, məhkəmə şikayətinin elektron qaydada verilməsini təşkil edə bilməməsi olmuşdur.

4. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı (hakim R. Qələndərzadə) ilə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmiş və Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.

5. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı ##.##.2026cı il tarixində iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada məlumat çatdırılmışdır. İddiaçı İddiaçı isə şikayətini ## ###### 2026-cı il tarixdə vermiş, bununla da, şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat da İnformasiya Sistemi vasitəsilə çatdırılır. “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”də yerləşdirilmiş məhkəmə sənədi oxunma tarixindən asılı olmayaraq “elektron kabinet”də yerləşdirildiyi gündən rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə qərardadı iddiaçı tərəfindən əldə edilməsindən 20 gündən artıq müddət keçməsinə baxmayaraq, o, şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəblərdən buraxmış və müddətin bərpası üçün üzürlü səbəb mövcud deyildir.

6. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 135.5, 135.8, 263, 264 və 268-ci madələrinə istinadən əsaslandırmışdır.

7. Qərardadın dəlilləri ilə razılaşmayan iddiaçı qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Qərardaddan şikayətinin dəlilləri

9. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(4-12)-125/2026 iş üzrə ##.##.2026- cı il tarixli qərardadı ilə aşağıdakılara əsasən razı deyillər və hesab edirlər ki, birinci instansiya məhkəməsinin qərardadı əsassızdır. Məhkəmə qərardadda qeyd etmişdir ki, qərardan şikayət vermə müddəti, 10 günlük prosessual müddət bitmişdir, iddiaçı isə həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət vermişdir. Beləliklə də tərəflərindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair verilmiş şikayətləri geri qaytarılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, İsbəndiyarov Rəhim Oruc oğlu səhhətində olan problemlər ilə əlaqədar şikayət gec verilmişdir. Məhkəmə də onun ahıl yaşını, sağlamlıq durumumu nəzərə almadan, ərizəni geri qaytarmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və o dövrdəki sağlamlıq durumu barədə artıq indi təqdim etdiyi sənədi də nəzərə alaraq, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(4-12)- 125/2026 iş üzrə ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməlidir və tərəflərindən verilmiş, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair şikayətləri təmin edilməli, iddia ərizəsi icraata götürülməlidir. Tərəflərindən müddət üzürlü səbəbə görə buraxılmışdır, o, hələ 2025-ci ilin noyabrından etibarən həm stasionar, həmdə ambulator müalicədə olmuşdur. Sağlamlıq durumu ayağa qalxıb hər hansı iş görməyə və ya harasa sərbəst getməyə imkan verməmişdir. Bu durum indi də davam edir. Lakin məhkəmə bunu təsdiqedici sənəd təqdim etmədiyindən, mövcud sağlamlıq durumunu görsə də, nəzərə almamışdır. Beləliklə də onların hüququqları məhdudlaşdırmışdır.

b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

10. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası 11.M a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası

İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

13. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

14. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

16. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır.

17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

19. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

20. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

21. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

22. Maddə 266.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

23. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

“C.İsmayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarı

24. “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

Apellyasiya baxışının hədləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı iddiaçının Elektron Məhkəmə İnformasiya sistemində mövcud olan elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilərək iddiaçıya təqdim olunmuşdur. İddiaçı ##.##.2026-cı il tarixdə qərardaddan şikayət və qərardaddan şikayətin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir.

29. İddiaçının Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından şikayətin verilməsi üçün prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.

30. İşin iddiaçı tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçının prosessual müddəti üzürlü səbəbdən ötürməsinə baxmayaraq birinci instansiyası məhkəməsi prosessual müddəti bərpa etməkdən əsassız imtina etmişdir.

31. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

32. Göründüyü kimi məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın.

33. İddiaçı müddətin bərpasını onunla əsaslandırır ki, iddiaçının rəhbəri müalicədə olmuş və vaxtında qərardaddan şikayət vermək üçün tədbirlər görə bilməmişdir.

34. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə ilə birinci instansiyası məhkəməsinə müraciət edərkən iddia etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.

35. Bundan sonra iddiaçı Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(*-**)-***/**** nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərkən iddiaçının direktoru Rahim İsbəndiyarova aid “ambulator kitabçadan” çıxarışı təqdim etmişdir ki, həmin çıxarışla müəyyən edildiyi kimi sonuncu stasionar qaydada deyil ambulator qaydada müalicə almış və bu müalicə ##.##.2025-##.##.2025-ci il tarixləri əhatə etmişdir.

36. Bundan başqa Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş “ambulator kitabçadan” çıxarışla müəyyən edilmişdir ki, iddiaçının rəhbərinin müalicəsi ##.##.2026-cı il tarixdə başlamışdır və bu müalicələr stasionar müalicə olmamışdır.

37. Bunlardan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin rəhbərinin səhhəti ilə bağlı müalicədə olması onun əməkdaşlarının hüquqi şəxsin mənafeyi naminə hərəkətləri yerinə yetirməkdən yayınması üçün əsas deyildir.

38. Eyni zamanda iş materiallarına əlavə edilmiş iddiaçının adından Cəmiyyətin Kommersiya Maliyyə Hüquq üzrə direktoruna verilmiş ##.##.2026-cı il tarixli etibarnamədən müəyyən olunur ki, MMC-nin adından bütün zəruri hərəkətləri o, cümlədən məhkəmə aktlarından şikayət verilməsi səlahiyyətləri direktora verilmiş və etibarnamənin müddəti ##.##.2026-cı il tarixədək müəyyən edilmişdir.

39. Belə olan halda səlahiyyətli nümayəndə ona verilmiş səlahiyyətlər çərcivəsində tapşırığı icra etməmiş və MMC-nin direktorunun müalicədə olması iş üçün əhəmiyyət kəsb etmir.

40. Göründüyü kimi, qərardaddan vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə şikayətinin verilməməsi, bunun isə heç də məğbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” ##.##.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığna xələl gətirər. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar.

42. Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apellyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı).

43. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğiundan şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.

44. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

45. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

46. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar