Məhkəmə qərarları › İş №e-2-2(3-7)-90/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-90/2026

07.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-90/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” KB ASC-nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı “xxxx KB” ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 14975,78 manat əsas, 2867,74 manat faiz, 44,15 manat cərimə borcu olmaqla, cəmi 17887,67 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 143,67 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ****micKPZ**/* №-li müqavilə üzrə 14975,78 manat əsas borc, 1421,80 manat faiz borcu, 44,15 manat cərimə borcu olmaqla, ümumilikdə 16441,73 (on altı min dörd yüz qırx bir manat yetmiş üç qəpik) manat pulun cavabdеh Cavabdeh tutularaq iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,32 (bir yüz otuz doqquz manat otuz iki qəpik) manat pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 4,35 (dörd manat otuz beş qəpik) manat hissəsinin iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı “X3” ASC-nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilmişdir. Həmin iş üzrə o, müqavilədə tərəf olmadığını, yəni, iddia tələbi üzrə cavabdeh o, deyil, başqa şəxsin cəlb edilməli olmasını sübut edə bilməmişdir. Hazırda iş üzrə sözügedən müqavilənin o, deyil, X2 adlı şəxsin “xxxx” KB ASC ilə müqavilə bağlaması aşkar olmuş və Islam Qasımovun barəsində ittiham aktı çıxmış və onun barəsində ona və başqa digər şəxslərə qarşı etdiyi cinayət əməlləri əsasında Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2, 178.2.3, 179.2., 179.2.3, 179.2.4, 296.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi hazırda Gəncə Şəhər Məhkəməsinin icraatındadır. Odur ki, yeni hal aşkar edildiyi üçün apellyasiya şikayətini hazırda verməli olmuşdur. Ittiham aktının onunla əlaqəli epizod hissəsini şikayətinə əlavə edir. Göründüyü kimi, apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən buraxmışdır. Apellyasiya şikayəti vermək üçün buraxılmış müddəti bərpa edilməsini xahiş edir. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli iş üzrə qəbul etdiyi ## ##### 2025-ci il tarixli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasından imtina edilməsi; Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli iş üzrə qəbul etdiyi ## ##### 2025-ci il tarixli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması; Ödənilmiş 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tam qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Islam Qasımovun barəsində cinayət təqibinin getməsi ilə məsələnin öz həllini tapdığını hesab etmişdir. Lakin, hazırda həmin qətnamə əsasında yeganə dolanışıq mənbəyi kimi əlilliyə görə aldığı təqaüddən pul çıxılanda başa düşmüşdür ki, cinayət işi üzrə yalnız Islam Qasımovun cinayət əməlinə hüquqi qiymət veriləcəkdir. Odur ki, yeni halın aşkar edildiyi üçün apellyasiya şikayətini hazırda verməli olmuşdur. Göründüyü kimi, apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzürlü səbəbdən buraxmışdır. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən olunur ki, Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsinin surəti poçt vasitəsilə müşayiətedici məktubla cavabdeh Cavabdeh yaşadığı ünvana (Samux rayonu Yenikənd kəndi) göndərilmiş və ##.##.2025-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilərək qətnamə rəsmi qaydada qəbul edilmişdir. Bununla yanaşı müəyyən edilir ki, X2 ##.##.2022-ci il tarixdə “xxxx” KB ASC-nin idarə heyətinin sədri X1 etibarnamə üzrə nümayəndəsi X6 ilə onun arasında razılaşdırılmış ##.##.2017-ci il tarixli ** saylı əmək müqaviləsinə əlavə ilə Kəpəz-mikromaliyyələşdirmə üzrə baş mütəxəssis vəzifəsində işləyərkən ##.##.2022-ci il tarixli vəzifə təlimatına əsasən kredit sifarişlərinin dəyərləndirilməsi və təhlili prosesinin nəticəsi olaraq məlumatların dürüst və həqiqəti əks etdirən formada işlənərək təqdim edilməsi, mikro kreditlərə dair zəruri sənədlərin hazırlanıb müvafiq komitəyə təqdim edilməsi, mikro kredit üçün müraciət edən müştərilərin sifarişinin bankın müvafiq proqramına daxil edilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla öz qulluq mövqeyinə görə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan sui-istifadə etməklə Cavabdeh qaytarmaq məqsədi güdmədən borc pula ehtiyacının olduğunu bildirərək Cavabdeh adına 3000 manat kredit götürüb özünün banka ödəyəcəyini yalandan vəd edərək tamah niyyəti ilə ##.##.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “xxxx” KB ASC-nin Kəpəz filialının inzibati binasında Cavabdeh adına 3000 manat kredit götürülməsinə şifahi razılığını alıb sonuncunun plastik kartının istifadəyə yararsız olduğunu deyib aldadaraq plastik bank kartını ələ keçirməklə informasiya resursu hesab edilən avtomatlaşdırılmış bank informasiya sisteminə (ABIS) Cavabdeh məlumat vermədən müştəriyə məxsus olan mobil nömrəni özünə məxsus olan mobil nömrə ilə dəyişib bilə-bilə yalan məlumatları avtomatlaşdırılmış informasiya sisteminə daxil edərək vəzifə saxtakarlığı etməklə, 3000 manat məbləğdə kredit sifarişini verib, öz mobil nömrəsinə gəlmiş sms təsdiq sorğusunu təsdiqləməklə Cavabdeh adına olan plastik karta 3000 manat kreditin ayrılmasına nail olmuş, ##.##.2023-cü il tarixdə saat 19:59-da Gəncə şəhəri Nəriman Nərimanov prospekti “köhnə Yevlax avtovağzalı” deyilən ərazidə olan ATM-dən Cavabdeh məxsus plastik kartla komissiya xərcləri çıxıldıqdan sonra 2940 manat nağdlaşdırıb etibardan sui-istifadə edərək ələ keçirməklə zərərçəklmiş şəxsə qarşı 3000 manat ziyan vurmaqla dələduzluq etmiş. Vəzifəli şəxs kimi tamah niyyəti ilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o Cavabdeh əmlakını tamah məqsədi ilə gizli olaraq talamaq qərarına gələrək, bu məqsədlə özgənin əmlakını gizli olaraq talayıb əvəzsiz öz xeyrinə keçirməyə yönələn cinayətkar niyyətini həyata keçirərək tamah niyyəti ilə ##.##.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “xxxx” KB ASC-nin Kəpəz filialının inzibati binasında Cavabdeh məlumat vermədən 6000 manat kredit sifarişini verib özünə məxsus mobil nömrə ilə sms təsdiq sorğusunu təsdiqləməklə Cavabdeh adına olan plastik karta 6000 manat məbləğdə kreditin ayrılmasına nail olmuş, köçürülmüş kreditdən komissiya xərcləri çıxdıqdan sonra ##.##.2023-cü il tarixdə sat 17:37-də ünvan 1 ünvanında yerləşən xxxx KB ASC-nin Kəpəz filialında olan ATM-dən Cavabdeh məxsus elektron məlumat daşıyıcısı hesab olunan plastik kartla 4000 manat, ##.##.2023-cü il tarixdə saat 17:39-da ünvan 1 ünvanında yerləşən “xxxx” KB ASC-nin Kəpəz filialında olan ATM-dən Cavabdeh məxsus elektron məlumat daşıyıcısı hesab olunan plastik kartla 1880 manat nağdlaşdırmış, özgənin əmlakını gizli olaraq talayıb əvəzsiz öz xeyrinə keçirməyə yönələn cinayətkar niyyətini davam etdirərək ##.##.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “xxxx” KB ASC-nin Kəpəz filialının inzibati binasında Cavabdeh məlumat vermədən 15000 manat məbləğdə kredit sifarişi verib özünə məxsus mobil nömrəyə gəlmiş sms təsdiq sorğusunu təsdiqləməklə Cavabdeh adına olan plastik kartla 15000 manat kreditin ayrılmasına nail olmuş, köçürülmüş kreditdən 2999,24 manat hissəsini Cavabdeh ilkin kredit borcuna yönəltmiş, yerdə qalan kreditdən komissiya xərcləri çıxdıqdan sonra ##.##.2023-cü il tarixdə saat 20:23-də ünvan 1 ünvanında yerləşən “xxxx” KB ASC-nin Kəpəz filialında olan ATM-dən Cavabdeh məxsus elektron malumat daşıyıcısı hesab olunan plastik kartla 3000 manat, ##.##.2023-cü il tarixdə saat 09:00-da ünvan 1 ünvanında yerləşən “xxxx” KB ASC-nin Kəpəz filalında olan ATM-dən Cavabdeh məxsus elektron məlumat daşıyıcısı hesab olunan plastik kartla 6700 manat, ##.##.2023-cü il tarixdə saat 19:44-də Samux rayonunda yerləşən ATM-dən Cavabdeh məxsus elektron məlumat daşıyıcı hesab olunan plastik kartla 20 manat nağdlaşdıraraq zərərçəkmiş şəxsə vahid niyyətlə 21000 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi faktına görə barəsində Gəncə şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2, 178.2.3, 179.2, 179.2.3, 179.2.4, 296.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi açılmışdır. Cinayət işi üzrə ittiham aktı baxılması üçün aidiyyəti məhkəməyə göndərilmişdir. Ittiham aktından müəyyən edilir ki, Cavabdeh da həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Kollegiya işin bu hallarını nəzərdən keçirərək hesab edir ki, işə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ədalətli və açıq araşdırılmasını təmin etmək məqsədilə verilmiş ərizə təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericiliyə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Insan və vətəndaş hüquq və azadlıqlarının müfadiəsinin vasitələrindən biri də məhkəmə müdafiəsi hüququdur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquqlar birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi yolu ilə həyata keçirilir və həmin şikayətlər apellyasiya və kassasiya qaydasında baxılan işlər üzrə qəbul ediləcək qərarların ədalətli həll olunmasına yönəlir. Məhkəmə müdafiəsi hüququnun səmərəliliyi bir sıra amillərdən, o cümlədən mülki işə baxılarkən yol verilmiş məhkəmə səhvlərinin, yəni maddi və prosessual hüquq normalarının pozulması hallarının aradan qaldırılması imkanının müəyyən olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də qüvvədə olan mülki prosessual qanunvericilik mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarına yenidən baxılması imkanlarını nəzərdə tutmuşdur. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdeh Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilsin. Buraxılmış prosessual müddət bərpa edilsin və cavabdeh Cavabdeh tərəfindən Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar