Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-91/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirakı ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra – cavabdeh(lər)) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh1 (həmçinin – borcalan) arasında bağlanmış ##.##.2023-cü il tarixli KM-***-FS-******* saylı kredit müqaviləsinə əsasən, cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 17%, olmaqla, * saylı əlavədə göstərilmiş cədvəl üzrə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur.
2. ##.##.2023-cü il tarixli KM-***-FS-******* saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, ilk ödəniş ## ###### 2024-cü il, son ödəniş tarixi isə ## ###### 2026-cı il olmaqla 50000 manat kredit məbləği və 14192,28 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
3. İddiaçı ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ## ###### 2023-cü il tarixli ZM- ***-FS-******* saylı zaminlik müqaviləsinə əsasən, borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən Müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür(1.1). Zaminliklə təmin edilən öhdəlik Bankla Borculan arasında bağlanmış aşağıda qeyd olunan Kredit müqaviləsindən (bundan sonra “Kredit müqaviləsi”) irəli gələn öhdəlikdir: № KM-***-FS-******* saylı, ##.##.2023-cü il tarixli, 50000 manat, illik 17 faiz, müddət 36 ay (1.2).
4. İddiaçı ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli, 112-FS- 5289357-İP saylı ipoteka müqaviləsinə əsasən, bu müqaviləyə əsasən İpoteka qoyan cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus bu müqavilənin 2.1-ci bəndində göstərilən daşınmaz əmlakı (irəlidə İpoteka predmetl adlandırılacaq) onun ipoteka saxlayan qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçun ipoteka ilə yüklü edir (1.1). İpoteka predmetinin adı, olduğu yer və təsviri: ünvan 1 ünvanında yerləşən 0.0375 ha torpaq sahəsi və fərdi yaşayış evi (2.1). İpoteka predmelınin rəsmi qeydiyyata alındığı dövlət reyestri, qeydiyyatı aparan orqan və mülkiyyət huququnu təsdiq edən sənəd: Daşınmaz əmlakın qeydiyyat nömrəsi 1522037844, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi 200013002416-10301, ##.##.2023-cü il tarixli olan çıxarış (2.2).
5. İddiaçı müqavilə ilə üzərində götürdüyü öhdəliyi icra edərək 50000 maat məbləğində krediti borcalana vermiş, borcalan isə öhdəliyini lazımınca icra etmədiyindən onun kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə 32.216 manat əsas borcu, 1151,09 manat məbləğində faiz bоrcu və 13,31 manat cərimə borcu olmaqla icra edilməmiş öhdəliyi qalmışdır.
6. İddiaçı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehlərə müraciət edərək 3 iş günü ərzində gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması təklif edilmiş, əks təqdirdə borcun ipoteka predmetinə yönəldilməsi, əmlakın satılması və satışdan əldə olunan vəsait hesabına banka olan borcun (32.216 manat əsas borcu, 1151,09 manat məbləğində faiz bоrcu və 13,31 manat cərimə borcu olmaqla, cəmi 33380,40 manat) qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə onlara xəbərdarlıq edilmişdir.
7. İddiaçı ## ######## 2025-ci il tarixdə kredit borcu haqqında arayış tərtib etmiş və arayışda cavabdeh1 ##.##.2023-cü il tarixli KM-***-FS-******* saylı krеdit müqaviləsinə əlavə üzrə ##.##.2025-ci il tarixə banka 32216 manat əsas borcu, 1485,76 manat məbləğində faiz bоrcu və 42,73 manat cərimə borcu olmaqla, cəmi 33744,49 manat məbləğində borcunun olması göstərilmişdir.
8. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli UNİ/D ***-****/**** nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 0.0375 ha torpaq sahəsi və fərdi yaşayış evinin bazar dəyəri 60000, likvid dəyəri 54000 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh cavabdeh1 və cavabdeh2 İddiaçı ASC-nin xeyrinə ##.##.2023-cü il tarixli, KM-112-FS-******* №-li kredit müqaviləsinə əsasən ##.##.2025- ci il tarixə Sizin Banka əsas borc üzrə 32.216 manat, faiz borcu üzrə 1485,76 manat 76 qəpik, cərimə qalıq 42,73 manat 73 qəpik, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 0 manat, cəmi 33.744,49 manat 49 qəpik manat kredit borcunun və 192 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyan cavabdeh2 məxsus ##.##.2023-cü il tarixli, № ***-FS-5289357-İP saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0.0375 ha torpaq sahəsi və fərdi yaşayış evi olan daşınmaz əmlak sahəsinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçı İddiaçı ASC-yə olan 33.744,49 manat kredit borcunun və 192 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barəsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, KM-112-FS-******* №-li kredit müqaviləsinə əsasən illik 17 faiz olmaqla, 50.000 AZN məbləğində 36 ay müddətinə kredit ayrılmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsi məbləğində dəbbə pulu hesablanır. Həmin kredit müqaviləsinin 3.1.6-cü bəndinə əsasən Borcalan davam edən 60(altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini Tərəflər arasında yazılı tərtib edilmiş olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, Borcalan tərəfindən annuitet ödənişlər 12( on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə, Kreditin təminatı olaraq cavabdeh cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0.0375 ha torpaq sahəsi və fərdi yaşayış evi olan daşınmaz əmlak ##.##.2023-cü il tarixli, № ***-FS5289357-İP saylı ipoteka müqaviləsinə əsasən ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 5.5-ci bəndinə əsasən İpoteka saxlıyanın İpoteka predmetnə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır. Əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. Bu Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin İpoteka qoyanın yerinə yetirməməsi Bank bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını Borcalandan tələb edə bilər. Kreditin təminatı olaraq cavabdeh2 ilə bağlanan ##.##.2023-cü il tarixli, № ZM-***-FS-******* saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Cavabdehcavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun ##.##.2023-cü il tarixli, KM-112-FS-******* №-li kredit müqaviləsinəəsasən Banka ##.##.2025-ci il tarixə Sizin Banka əsas borc üzrə 32.216 manat, faiz borcu üzrə 1485,76 manat 76 qəpik, cərimə qalıq 42,73 manat 73 qəpik, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 0 manat, cəmi 33.744,49 manat 49 manat məbləğində borcu yaranmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli və i.a., kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc Banka qaytarıldığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki Cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Kredit üzrə borc axırıncı dəfə ##.##.2025-ci il tarixində – 963,60 manat məbləğində ödənilmişdir.
11. İddiaçının nümayəndəsi ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, baxış iclasının onların iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, borcunu hissəhissə12. ödəməyə razıdır, lakin bankla razılığa gələ bilmirlər. Borcunu etiraf edir və məbləğlərlə bağlı heç bir narazılığı yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
13. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Əbülfəz Məmmədli) ilə, iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli KM-***-FS-******* saylı kredit müqaviləsinə əsasən 32216 manat əsas borc, 1151,09 manat faiz borcu, 42,73 manat cərimə borcu olmaqla, cəmi 33409,82 (otuz üç min dörd yüz doqquz manat səksən iki qəpik) manat məbləğində pul cavabdеhlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0.0375 ha torpaq sahəsi və fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 0.0375 ha torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş torpaq sahəsi və fərdi yaşayış evi açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğdən 33409,82 (otuz üç min dörd yüz doqquz manat səksən iki qəpik) manat məbləğində pul iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0.0375 ha torpaq sahəsi və fərdi yaşayış evinin satışından qalan məbləğ cavabdeh cavabdeh2 qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
14. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub cavabdeh cavabdeh1 ## ###### 2025-ci il tarixdə göndərilmişdir. Belə olan halda, iddiaçının ##.##.2025-ci il tarixdə cavabdeh cavabdeh1 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və ##.##.2025-ci il tarixindən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı ## ######## 2025-ci il tarixə olan borc məbləğini tələb edir.
15. Məhkəmə qeyd etmişdir ki, ## ######## 2025-ci il tarixli kredit borcu haqqında arayışından görünür ki, “cavabdeh1 ##.##.2023-cü il tarixli KM-***-FS-******* saylı krеdit müqaviləsinə əlavə üzrə ##.##.2025-ci il tarixə banka 32216 manat əsas borcu, 1485,76 manat məbləğində faiz bоrcu və 42,73 manat cərimə borcu olmaqla, cəmi 33744,49 manat məbləğində borcu var. 28. İddiaçı kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini ##.##.2025-ci il tarixli bildirişdə ifadə etmiş və müqavilə üzrə əsas borcun 32.216 manat, faiz borcunun isə 1151,09 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə ##.##.2025-ci il tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz həmin tarixədək hesablanmış əsas və faiz borclarını tələb edə bilər.
16. Belə olan halda məhkəmə hesab etmişdir ki, ##.##.2023-cü il tarixli müqavilə üzrə tutulmalı olan əsas borc 32216 manat, faiz borcu 1151,09 manat müəyyən edilməlidir.
17. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
18. Həmçinin, məhkəmə bildirmişdir ki, kredit müqaviləsi üzrə cavabdeh cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0.0375 ha torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi barədə tələb Azərbaycan espublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.
19. Eyni zamanda, məhkəmə mütəxəssis rəyi əsasında hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.0375 ha torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti 54000 manat müəyyən edilməlidir.
20. Məhkəmə həmin nəticəyə gələrkən “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya * saylı Əlavə Protokoluna, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 279, 295, 296.1, 319.1, 385.1, 386.1, 442, 445.2.1, 448.1, 462.1, 465.2, 447.1, 447.2.1, 447.2.2, 447.2.3, 742.5, 742.5.1, 742.5.2, 746, 746.3 və 746-5.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.6, 1.0.9, 26.1.1, 26.1.2, 26.1.3, 26.1.4, 26.1.5, 26.1.6, 33, 34.1.1 və 39.3.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2018- ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 222, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
21. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, yenidən qanuni və əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
22. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Gəncə şəhəri, Ağa Sultan küçəsində 0,037 ha torpaq sahəsi və onun ərazisində ** nömrəli fərdi yaşayış evində ondan başqa, X1, X2, Aylin Anar qızı və İsmayılova Nurum qızı İsmayılova yaşayır. X1 qazıdır, 44 günlük Vətən Müharibəsində fəal iştirak etmişdir. Məhkəmə hüquqdan yalnız onlara zərər vurmaq məqsədi ilə istifadə edilmişdir. ünvan 1 ünvanında isə 0.0375 ha torpaq sahəsi var sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti 54000 (əlli dörddə bir min) manat olan qiymətlə də razılaşmırlar. Belə hesab edirlər ki, məhkəmə təkrar tikinti-texniki ekspertizası aparılmalı olduğu halda bunu etməmişdir. Çünki, hazırda torpağa və evə uyğun olaraq 54000 (əlli dörd min) manata az olan hazırki bazar qiymətinə uyğun deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Cavabdeh cavabdeh1 apellyasiya dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, maddi imkanı olmadığı üçün ödənişləri edə bilmir. 8-9 aydır ki ödəmir. Borcun ödənilməsi üçün yenidən ödəniş cədvəllənin tərtib edilməsi ilə bağlı banka müraciət etsə də cavab almamışdır. Ödəniş edə bilməsi üçün şəraitin yaradılmasını xahiş edir.
25. Cavabdeh cavabdeh2 apellyasiya dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
26. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
29. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
30. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
31. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
32. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
33. Maddə 317. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
34. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
40. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
41. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
42. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
45. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
46. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
47. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
48. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
49. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
50. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
51. Maddə 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
52. Maddə 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissəhissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla).
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
53. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
54. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
55. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
56. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (zamana görə redaksiya).
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarı
57. Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
58. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
59. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarı
60. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
61. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
64. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
69. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
70. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
71. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
72. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
73. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
75. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
77. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh cavabdeh1 qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, qətnamənin – borcun məbləği və ipoteka predmetinin likvid qiyməti hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını cavabdeh cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
78. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, kreditor olan iddiaçı ilə borcalan arasında bağlanmış ##.##.2023-cü il tarixli KM-***-FS-******* saylı kredit müqaviləsinə əsasən cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 17%, olmaqla, * saylı əlavədə göstərilmiş cədvəl üzrə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit verilmişdir. Kreditin təminatı olaraq borcalanla ipoteka müqaviləsi və digər cavabdehlə zaminlik müqaviləsi bağlanmışdır. Borcalan alan kredit müqaviləsi üzrə öhdəliyini lazımı qaydada icra etməmiş və tərəflər arasında mübahisə yaranmışdır.
79. Müəyyən edilmiş hallar, yəni kreditin verilməsi, zaminlik və ipoteka müqavilələrinin bağlanması işin mübahisəsiz hallarıdır ki, cavabdeh olan borcalan bu halları inkar etmir.
80. Apellyator tərəfindən mübahisələndirilən hallar ipoteka predmetinin satış qıyməti və borcun məbləğidir.
81. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
82. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
83. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
84. Azərbaycan Respublikasının MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
85. 743.1-ci maddəsində isə qeyd edilir ki, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
86. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
87. 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
88. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
89. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.
90. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
91. Borcalandan faiz borcunun tutulması ilə bağlı kollegiya göstərir ki, iddia tələbi təmin edilən hissədə də əsaslı olmuşdur.
92. Çünki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
93. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
94. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.
95. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.
96. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.
97. Məhkəmə həmçinin birinci instansiya məhkəməsinin faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı və qanunauyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı bank tərəfindən cavabdehlərə ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdə kredit müqaviləsi üzrə borcun tərkibi konkretləşdirilmiş, həmin tarixə əsasən əsas borcun 32.216 manat, faiz borcunun isə 1.151,09 manat təşkil etdiyi göstərilmişdir.
98. Məhkəmə qeyd edir ki, iddiaçı bankın borcalandan müqavilə üzrə icra edilməmiş öhdəliyin tam həcmdə icrasını tələb etməsi və borcalanın bu tələbi müəyyən edilmiş müddətdə yerinə yetirməməsi faktı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinin tələblərinə uyğun olaraq kredit müqaviləsindən birtərəfli qaydada imtina edilməsi kimi qiymətləndirilir. Bu baxımdan, tərəflər arasında bağlanmış kredit müqaviləsi Bankın iradə ifadəsinin Borcalana bildirildiyi andan ləğv edilmiş hesab olunur.
99. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, kredit müqaviləsi kimi davamlı icra edilən öhdəlik münasibətlərində müqavilədən imtina yalnız imtinadan sonrakı dövr üçün hüquqi nəticələr doğurur və müqavilənin ləğv edilməsindən əvvəl yaranmış tələblər qüvvədə qalır. Həmin qərarda, həmçinin açıq şəkildə göstərilmişdir ki, müqavilədən imtina edildiyi anadək gecikdirilmiş annuitet ödənişlərinə görə yaranmış əsas borc və faiz tələbləri kreditor tərəfindən tələb edilə bilər, lakin imtina anından sonrakı dövr üçün faizlərin hesablanması yolverilməzdir.
100. Hazırkı iş üzrə müəyyən edilmiş hallardan görünür ki, kredit müqaviləsindən imtina edildiyi ana olan faiz borcu 1.151,09 manat təşkil etdiyi halda, iddiaçı Bank tərəfindən bu tarixdən sonrakı dövr üçün də əlavə faiz hesablanaraq 2.252,52 manat məbləğində faiz borcunun tutulması tələb edilmişdir. Məhkəmə hesab edir ki, bu tələb Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyinə və Mülki Məcəllənin 447.1-ci maddəsinin tələblərinə ziddir.
101. Belə olan halda, birinci instansiya məhkəməsinin iddia tələbinin faiz borcuna münasibətdə yalnız kredit müqaviləsinin ləğv edildiyi anadək yaranmış 1.151,09 manat məbləğində təmin edilməsi barədə gəldiyi nəticə düzgün hüquqi qiymətləndirməyə əsaslanmış və dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
102. Lakin, məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə gəldiyi nəticə tam əsaslı olmamışdır.
103. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
104. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
105. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
106. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
107. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə kredit müqaviləsi üzrə vaxtı keçmiş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıq edilmiş, həmin bildirişdə əsas borcun 32.216 manat, faiz borcunun 1.151,09 manat, cərimə borcunun isə 13,31 manat təşkil etdiyi qeyd olunmuşdur. Bununla yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli kredit borcu haqqında arayışda ##.##.2025-ci il tarixə hesablanmış cərimə borcunun 42,73 manat məbləğində olduğu göstərilmişdir.
108. Məhkəmə hesab edir ki, iddiaçının ##.##.2025-ci il tarixli bildirişi müqavilədən imtina iradəsi kimi qiymətləndirildiyindən müqaviləyə istinadən sonrakı dövrə cərimə borcunun hesablanmasını aparmaqda iddiaçı haqlı olmamış və birinci instansiyası məhkəməsi cərimə borcunun məbləğini müqavilənin ləğv edilməsindən sonrakı dövr üçün tutmaqda haqlı olmamışdır.
109. Kollegiya qeyd edir ki, müqavilənin ##.##.2025-ci il tarixdən xitam edilmiş hesab edilməsi iddiaçının məhz həmin tarixədək yaranmış öhdəliklərin icrasını tələb etmək hüququnu müəyyən edir. Bu səbəbdən müqavilə üzrə əsas borc, faiz borcu və cərimə borcu da həmin tarixədək hesablanmış məbləğlər əsasında müəyyən edilməlidir. Lakin, birinci instansiya məhkəməsi əsas və faiz borcunu nəzərə alsa da, cərimə məbləğinə münasibətdə müdaxilə etməmişdir.
110. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli arayışda cərimə borcunun ##.##.2025-ci il tarixə 42,73 manat göstərilməsi müqavilənin artıq xitam edilmiş hesab olunduğu tarixdən sonrakı dövr üzrə hesablamanı əks etdirdiyindən, həmin məbləğ cavabdehdən tutulmalı olan borcun müəyyən edilməsində əsas götürülə bilməz.
111. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan cərimə borcu müqavilənin xitam tarixinədək hesablanmış və iddiaçının ##.##.2025-ci il tarixli bildirişində göstərilmiş 13,31 manat məbləğində müəyyən edilməlidir. Buna görə də birinci instansiya məhkəməsinin cərimə borcunu 42,73 manat məbləğində müəyyən etməsi işin müəyyən edilmiş halları və tərəflər arasındakı hüquq münasibətlərinin mahiyyəti ilə uzlaşmır.
112. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
113. 39.3.2-ci və 39.3.3-cü maddələrinin zamana görə normalarının tələbinə əsasən, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.
114. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur.
115. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli UNİ/D ***-****/**** nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0375 ha torpaq sahəsi və fərdi yaşayış evinin bazar dəyəri 60000, likvid dəyəri 54000 manat təşkil edir.
116. Birinci instansiya məhkəməsi qeyd edilən mütəxəssis rəyinə əsaslanaraq, mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti 54.000 manat həddində müəyyən etmişdir.
117. Apellyator apellyasiya şikayətində iş üzrə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının rəyi ilə razı olmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.
118. Belə ki, Azərbaycan Respublikası MPM-in 102-ci maddəsində əlavə və ya təkrar ekspertiza keçirilməsinin əsasları müəyyən olunmuşdur. Orada deyilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər (MPM-nin 102.1-ci maddəsi). Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi).
119. Baxılan işdə ekspert rəyi kifayət qədər aydın və tamdır. Rəyin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Cavabdeh tərəf rəyin başqa əsaslarla düzgün olmaması nəticəsinə gəlməyə əsas verən heç bir sübut təqdim etməmişdir. Təkrar ekspertiza keçirilməsi barədə tələbi formal və əsassızdır.
120. Kollegiya xatırladır ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də yuxarıda göstərilən hallara dair iddiaçı tərəfindən hər hansı mötəbər sübut (o cümlədən, hazırda iş üzrə qəbul edilmiş mütəxəssis rəyinin elmi-metodoloji baxımdan qüsurlu olduğunu təsdiq edən alternativ mütəxəssis rəyinin təqdim edilməsi, qiymətləndirmənin qüvvədə olan milli və ya beynəlxalq qiymətləndirmə standartlarının konkret hansı tələblərinin pozulması ilə aparıldığını göstərən əsaslandırılmış yazılı rəy, qiymətləndirmə obyektinin rekvizitləri, sahəsi, hüquqi statusu və ya funksional təyinatı barədə rəyin yanlış olduğunu sübut edən rəsmi sənədlər, habelə qiymətləndirmə zamanı istifadə edilmiş analoji obyektlərin müqayisə üçün yararsız olduğunu təsdiq edən müstəqil ekspert və ya mütəxəssis nəticələri) təqdim edilməmişdir. Cavabdeh cavabdeh1 apellyasiya şikayətində irəli sürdüyü arqumentlər isə ehtimallara və subyektiv mülahizələrə əsaslandığından, prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz.
121. Belə olan halda, apellyatorun ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı irəli sürdüyü etirazların sübut yükünü üzərinə düşən qaydada yerinə yetirmədiyi qənaətinə gəlinir və bu etirazların təmin edilməsi üçün hüquqi əsaslar mövcud hesab edilmir.
122. Apellyasiya şikayətində apellyator eyni zamanda onun Bank of Baku bankında borcunun 14999 manat təşkil etdiyini bildirir ki, hazırki iş üzrə iddiaçı Bank of Baku yox İddiaçı ASC-dir.
123. Bundan başqa apellyator birinci instansiyası məhkəməsində icraat zamanı borcun məbləği ilə razılaşsa da sonradan apellyasiya icraatında borcun məbləğini mübahisələndirmiş, lakin iddia etdiyi halları sübut edəcək sübutları (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim etməmişdir.
124. Bu səbəbdən də məhkəmə hesab edir ki, apellyatorun göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
125. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli KM-***-FS-******* saylı kredit müqaviləsinə əsasən 32216 manat əsas borc, 1151,09 manat faiz borcu, 42,73 manat cərimə borcu olmaqla, cəmi 33409,82 (otuz üç min dörd yüz doqquz manat səksən iki qəpik) manat məbləğində pulun cavabdеhlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilməli, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 32.216 manat əsas borc, 1.151,09 manat faiz borcu, 13,31 manat cərimə borcu olmaqla, cəmi 33.380,40 (otuz üç min üç yüz səksən manat qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
126. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh cavabdeh1 tərəfindən kassasiya şikayəti verilə bilər. Bununla paralel qeyd edilir ki, iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsi 29,42 manat, yəni 10000 (on min) manatdan az olduğundan və digər cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya instansiya məhkəməsində mübahisələndirilmədiyindən sonuncular tərəfindən kassasiya şikayəti verilə bilməz.
127. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.3, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qismən – “iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli KM-***-FS-******* saylı kredit müqaviləsinə əsasən 32216 manat əsas borc, 1151,09 manat faiz borcu, 42,73 manat cərimə borcu olmaqla, cəmi 33409,82 (otuz üç min dörd yüz doqquz manat səksən iki qəpik) manat məbləğində pul cavabdеhlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 32.216 manat əsas borc, 1.151,09 manat faiz borcu, 13,31 manat cərimə borcu olmaqla, cəmi 33.380,40 (otuz üç min üç yüz səksən manat qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.