Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-104/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov Ilqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi nümayəndə1, cavabdeh cavabdeh1 nümayəndəsi vəkil nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI Işin halları
1. Iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh3 MMC arasında bağlanmış ## #### 2025-ci il tarixli KM/*******-* nömrəli kredit müqaviləsinin 1.1-ci bəndibə əsasən, bank (iddiaçı İddiaçı ASC) bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana (cavabdeh cavabdeh3 MMC-yə) məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə kredit verir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür.
2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kredit cavabdeh3 MMC-nin İddiaçı ASC qarşısında olan öhdəliyi “85679,21 manat borcun ödənişi”-restrukturizasiya məqsədilə verilir.
3. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin, o cümlədən mövcud olduğu təqdirdə gecikdirilmiş vaxt üçün hesablanan faizlərin (gecikdirilmə faizlərinin) ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir.
4. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, kreditin əsas şərtlərini: kreditin məbləği - 85679,21 manat, kreditin müddəti - 24 ay, kreditin illik faiz dərəcəsi - 20 faiz təşkil edir.
5. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, bu kredit üzrə faktiki illik faiz dərəcəsi (FIFD) 20 faiz təşkil edir.
6. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kreditin qaytarılması bu müqaviləyə * saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir.
7. Həmin müqavilənin 2.9-cu bəndinə əsasən, borcalan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün kreditin əsas borcunun ödənilməmiş hissəsinə görə kredit üzrə bu müqavilənin 2.1-ci bəndində göstərilən gecikdirilmə faizlərini ödəməlidir.
8. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən, kredit üzrə borc öhdəliyinin vaxtından əvvəl icrasının tələb edilməsi barədə bankın xəbərdarlıq bildirişindən 10 iş günü ərzində borcalan borc öhdəliyini qeyd-şərtsiz yerinə yetirməlidir. Bu müddət ərzində öhdəlik icra edilmədikdə, ödənilməmiş kredit gecikdirilmiş borc hesab edilir və hər gecikdirilən gün üçün ödənilməyən qalıq məbləğinə bu müqavilənin 2.9-cu bəndinə uyğun gecikdirilmə faizləri hesablanır.
9. Həmin müqavilənin 3.1.6-cı yarımbəndinə əsasən, borcalan ödəniş cədvəli üzrə vaxtı çatmış kreditin (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 gün və ya daha çox müddətə gecikdirdikdə, yaxud kreditin (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərini ardıcıl olaraq iki dəfə pozduqda (90 (doxsan) gündən az olmamaqla) bank kredit üzrə əsas borc qalığını, o cümlədən kreditin vaxtından əvvəl tələb edildiyi günədək kreditlə bağlı banka ödənilməli olan faiz və (və ya) digər ödənişləri vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər.
10. Həmin müqavilənin 3.4.1-ci və 3.4.3-cü yarımbəndlərinə əsasən, kredit borcunu bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə vaxtında və tam ödəmək, həmçinin vaxtı keçmiş kreditə görə gecikdirilmə faizlərini və borcun məcburi tutulması üçün bankın çəkdiyi xərcləri ödəmək borcalanın öhdəlikləridir.
11. Iş materiallarında olan ## #### 2025-ci il tarixli KM/*******-* nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, cavabdeh cavabdeh3 MMC banka olan borcu üçün son ödəniş tarixi ## #### 2027-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.
12. Iş materiallarında olan iddiaçı İddiaçı ASC ilə borcalan qismində cavabdeh cavabdeh3 MMC, zamin qismində cavabdeh2 arasında bağlanmış ## #### 2025-ci il tarixli ZM/*******-* nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalanın ## #### 2025-ci il tarixli KM/*******-* nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə borcalan öhdəliyini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə zamin bankın ilk yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür.
13. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar.
14. Iş materiallarında olan ipoteka saxlayan (iddiaçı İddiaçı ASC) ilə borcalan qismində cavabdeh3 MMC, ipoteka qoyan qismində cavabdeh cavabdeh1 (onun adından nümayəndəsi Asim Cəfərov imzalamışdır) arasında bağlanmış ## #### 2025- ci il tarixli DƏI/*******-* nömrəli sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanında yerləşən mənzil ipotekaya qoyulmuşdur.
15. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin bazar qiyməti müqavilənin bağlandığı an üçün peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qiymətləndirici tərəfindən 169270 manat müəyyən edilmişdir.
16. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 135415 manat müəyyən edilmişdir.
17. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən, əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir.
18. Iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, cavabdeh cavabdeh1 məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 208A, M13, m.3) iddiaçı İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
19. ## ###### 2025-ci tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları ilə ## #### 2025-ci il tarixli KM/*******-* nömrəli kredit müqaviləsi üzrə 85679,21 manat məbləğində əsas borc, 6759,09 manat məbləğində faiz borcu, 155,57 manat məbləğində cərimə olmaqla, ümumilikdə 92593,87 manat məbləğində borclarının olduğu bildirilərək həmin borcun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. Məktublarda, həmçinin öhdəliklərini pozduqları üçün göstərilən borc banka ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi cavabdehlərin nəzərlərinə çatdırılmışdır.
20. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh cavabdeh3 MMC-nin ## #### 2025-ci il tarixli KM/*******-* nömrəli kredit müqaviləsi üzrə ## ###### 2026-cı il tarixinə iddiaçıya 85679,21 manat məbləğində əsas bоrc, 7425 manat məbləğində faiz borcu, 189,49 manat məbləğində cərimə оlmaqla, cəmi 93294,1 manat məbləğində borcu vardır.
21. Iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş ## ### 2026-cı il tarixli **-***/** nömrəli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanında yerləşən mənzilin likvid dəyəri 245000 manat, bazar dəyəri 273000 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
22.Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 85679,21 (səksən beş min altı yüz yetmiş doqquz manat, iyirmi bir qəpik) manat məbləğində əsas borc, 7425 (yeddi min dörd yüz iyirmi beş) manat məbləğində faiz borcu, 189,49 (yüz səksən doqquz manat, qırx doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 93294,1 (doxsan üç min iki yüz doxsan dörd manat, on qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar ödənilmiş 51,4 (əlli bir manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin və 370 (üç yüz yetmiş) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyan cavabdeh1 məxsus ## #### 2025-ci il tarixli DƏI/*******-* nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka hüquqları ilə yüklü edilmiş Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 208 A, m 13, m 3) olan daşınmaz əmlak sahəsinə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh cavabdeh3 MMC arasında bağlanmış ## #### 2025-ci il tarixli KM/*******-* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 85679,21 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq cavabdeh cavabdeh1 məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanında yerləşən mənzil ## #### 2025- ci il tarixli DƏI/*******-* nömrəli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kreditin təminatı olaraq cavabdeh2lə bağlanan ## #### 2025-ci il tarixli ZM/*******-* nömrəli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Cavabdeh cavabdeh3 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun ## #### 2025-ci il tarixli KM/*******-* nömrəli kredit müqaviləsinə əsasən iddiaçıya ## ###### 2026-cı il tarixə 85679,21 manat məbləğində əsas borc, 7425 manat məbləğində faiz borcu, 189,49 manat məbləğində cərimə olmaqla, cəmi 93294,1 manat məbləğində borcu yaranmışdır. 24.Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh3 və cavabdeh2 müştərək qaydada 85679,21 (səksən beş min altı yüz yetmiş doqquz manat, iyirmi bir qəpik) manat məbləğində əsas borc, 6759,09 (altı min yeddi yüz əlli doqquz manat, doqquz qəpik) manat məbləğində faiz borcu, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 36 (otuz altı) manat məbləğində xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 367,31 (üç yüz altmış yeddi manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 92856,61 (doxsan iki min səkkiz yüz əlli altı manat, altmış bir qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər cavabdeh3 və cavabdeh2 tutulmalı olan cəmi 92856,61 (doxsan iki min səkkiz yüz əlli altı manat, altmış bir qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanında yerləşən mənzilə yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq iddiaçı İddiaçı ASC-yə olan cəmi 92856,61 (doxsan iki min səkkiz yüz əlli altı manat, altmış bir qəpik) manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 245000 (iki yüz qırx beş min) manat məbləğindəmüəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməs, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər cavabdeh3 və cavabdeh2 müştərək qaydada “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir (hakim Fərman Həmidli). 25.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh3 MMC arasında bağlanmış ## #### 2025-ci il tarixli KM/*******-* nömrəli kredit müqaviləsi üzrə cavabdeh cavabdeh3 MMC MMC üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğlərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin cavabdeh2 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ## #### 2025-ci il tarixli KM/*******-* nömrəli kredit müqaviləsi üzrə cavabdehlər cavabdeh3 MMC-dən və cavabdeh2 müştərək qaydada 85679,21 manat məbləğində əsas bоrc iddiaçının xeyrinə tutulmalıdır. Iddia tələbinin əsas məbləğə hesablanmış 7425 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iş materiallarında olan ## ###### 2025-ci il tarixli pretenziya məktubu əsas götürülərək hesablanmış 6759,09 manat məbləğində faiz borcu cavabdehlər cavabdeh3 MMC-dən və cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit razılaşmasının birtərəfli qaydada ləğv edilməsinə dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, kredit razılaşması üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə göndərilmiş ## ###### 2025-ci il tarixli xəbərdarlıq məktubu nəzərə alınmalı və 6759,09 manat məbləğində faiz borcu cavabdehlər cavabdeh3 MMC-dən və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Iddia tələbinin cavabdehlərdən 189,49 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ## #### 2025-ci il tarixli KM/*******-* nömrəli kredit müqaviləsində öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya dəbbə pulu ödəməli olması barədə müddəalar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən pul məbləğidir və həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tərəflər arasında bağlanmış müqavilələrin məzmununda, o cümlədən həmin müqaviləni tənzimləyən qanunvericiliyin normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir Iddiaçı və borcalan qismində cavabdeh cavabdeh3 MMC, ipoteka qoyan qismində cavabdeh cavabdeh1 arasında bağlanmış ## #### 2025-ci il tarixli DƏI/*******-* nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “Icra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Ipoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” ## #### 2025-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə “xxxx” MMC təqdim edilmiş ## ### 2026-cı il tarixli **-***/** nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab etmişdir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 245000 manat məbləğində müəyyən edilməlidir. Iddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 51,4 manat məbləğində pul vəsaitinin əvəzinin iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə ## ###### 2025-ci il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. 65. Buna görə də, cavabdehlər cavabdeh3 MMCdən və cavabdeh2 müştərək qaydada 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır.
26. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 4.1, 269.1, 269.4, 269.5, 269.7, 270.1, 317.1, 319.1, 385.1, 425.1, 427.3, 442, 462.1, 465.2, 743.1, “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1, 39.3.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
27. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi iddianəın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ipoteka qoyan olaraq o, iddianı qəbul etməmişdir. Ilk öncə hesab edir ki,müqavilə müddəti bitməmiş iddiaçının məhkəməyə müraciət etməsi AR MM-nin 425-ci maddəsinin tələblərinə ziddir. Belə ki ##.##.2027-ci il tarixdə mövcud borc restrukturizasiya edilmişdir. Yəni cavabdehlər hər hansı məbləğdə pul götürməmişdilər. Əvvəlcədən mövcud olmuş və faktiki olaraq normal şəkildə icra edilmiş müqavilənin davamıdır.Yəni, o, həmin borcun tam şəkildə bağlanması barədə iddiaçı təşkilatla danışıqları gedir. Əmtəəşünaslıq tədqiqatı ilə bağlı əldə edilmiş mütəxəssis rəyinə hər hansı bir etirazın olmaması barədə səsləndirdiyi fikirlər də bununla bağlıdır. Lakin məhkəmə qətnaməsində göstərilmiş mülkiyətində olan mənzilin ilkin satış qiyməti 245.000 manat olması ilə razılaşmır. O, mənzilin likvid dəyəri ilə razı ola bilər. Likvid dəyər ilə satış qiyməti arasında təqribən 30.000 manat fərq var. Hal-hazırda onda ödəniş barədə heç bir məlumat yoxdur. Lakin digər cavabdehlərlə apardığı söhbət nəticəsində həmin məbləğin tam şəkildə bağlanmasını tələb etmişdir. Ipoteka ilə yüklü etdiyi mənzil onun ailə üzvləri ilə birlikdə yaşadığı yeganə mənzildir. Ona görə də hesab edir ki, məhkəmə qətnaməsi qanuni və əsaslı deyil.
Apellyasiya şikayətinə etiraz
29. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Işdə iştirak edən şəxslərin izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi vəkil nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 306.1-ci maddəsinə əsasən, dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir. 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## ###### 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.
34. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. 39.3.3-cü maddəsinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “Icra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Ipoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” ## #### 2025-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (Qanun ## ###### 2025-ci il tarixdə qüvvəyə minmişdir: Azərbaycan Dövlət Informasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı (Dərc olunma tarixi: ##.##.2025)) qüvvədə olmuş redaksiyasına əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Apellyasiya şikayətinin kredit müqaviləsinin müddətinin başa çatmadığı, son ödəniş tarixinin ## #### 2027-ci il olduğu və buna görə iddiaçının müqavilə müddəti bitməmiş məhkəməyə müraciət etməsinin əsassız olduğu barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliyin son icra tarixinin müəyyən edilməsi özlüyündə borcalanın müqavilə ilə müəyyən edilmiş digər ödənişləri vaxtında və lazımi qaydada həyata keçirmək vəzifəsini aradan qaldırmır.
38. Iş materiallarından müəyyən olunur ki, ## #### 2025-ci il tarixli KM/*******-* nömrəli kredit müqaviləsinə əsasən kredit 24 ay müddətinə verilmiş və kredit üzrə ödənişlərin müqaviləyə * saylı əlavədə nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun həyata keçirilməsi razılaşdırılmışdır. Müqavilənin 3.1.6-cı yarımbəndində isə ödəniş cədvəli üzrə vaxtı çatmış kreditin 90 gün və ya daha artıq müddətə gecikdirilməsi, yaxud müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş müddətlərinin pozulması halında bankın əsas borc qalığının və müvafiq ödənişlərin vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur.
39. Işdə olan ## ###### 2025-ci il tarixli pretenziya məktubu və ## ###### 2026-cı il tarixli maliyyə arayışı borcalanın ödəniş öhdəliklərini müqavilədə nəzərdə tutulmuş qaydada icra etmədiyini və iddiaçının yaranmış borcun ödənilməsini tələb etdiyini təsdiq edir. Buna görə də kredit müqaviləsinin son müddətinin ## #### 2027-ci il tarixində başa çatması bankın müqavilədə nəzərdə tutulmuş əsaslar yarandıqda öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu istisna etmir.
40. Apellyasiya şikayətində kredit müqaviləsinin yeni pul vəsaitinin verilməsi ilə deyil, əvvəlki borcun restrukturizasiyası məqsədilə bağlandığına da istinad edilmişdir. Kollegiya qeyd edir ki, müqavilənin 1.2-ci bəndində kreditin cavabdeh3 MMC-nin İddiaçı ASC qarşısında mövcud olan 85.679,21 manat borcunun restrukturizasiyası məqsədilə verildiyi birbaşa göstərilmişdir. Lakin kreditin restrukturizasiya məqsədi daşıması həmin müqavilə üzrə tərəflərin üzərlərinə götürdükləri öhdəliklərin hüquqi qüvvəsini aradan qaldırmır.
41. Əksinə, tərəflər ## #### 2025-ci il tarixli müqavilə ilə mövcud borcun məbləğini, onun ödənilməsi müddətini, faiz dərəcəsini və ödəniş qaydasını müəyyən etmişlər. Həmin müqavilənin etibarsızlığı barədə tələb irəli sürülməsi və ya onun etibarsız hesab edilməsi iş materiallarından müəyyən olunmur. Bu səbəbdən borcun əvvəlki kredit münasibətlərindən yaranması və sonradan restrukturizasiya edilməsi cavabdehləri yeni müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin icrasından azad edən hal kimi qiymətləndirilə bilməz.
42. Apellyasiya şikayətinin ipoteka predmetinə tutmanın yönəldilməsinin əsassız olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ## #### 2025-ci il tarixli DƏI/*******- * nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak kredit öhdəliyinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
43. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “Ipoteka haqqında” Qanunun 34.1-ci maddəsinə görə isə əsas öhdəliyin və ya onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində ipoteka saxlayana tutmanın yönəldilməsi hüququ verən şərtin baş verməsi ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.
44. Hazırkı halda əsas öhdəliyin lazımınca icra edilməməsi iş materialları ilə müəyyən edildiyindən və ipoteka məhz həmin öhdəliyin təminatı məqsədilə verildiyindən, birinci instansiya məhkəməsinin tutmanın ipoteka predmetinə yönəldilməsi barədə nəticəsi qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğundur.
45. Apellyasiya şikayətində ipoteka predmetinin 245.000 manat məbləğində müəyyən edilmiş ilkin satış qiyməti də mübahisələndirilmişdir. Apellyasiya şikayəti verən şəxs həmin məbləğin əmlakın likvid dəyəri olduğunu, lakin likvid dəyərlə satış qiymətinin eyni anlayış olmadığını göstərmişdir.
46. Iş materiallarında olan “xxxx” MMC-nin ## ### 2026-cı il tarixli **-***/** nömrəli mütəxəssis rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 273.000 manat, likvid dəyəri isə 245.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmin rəyi nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətini 245.000 manat müəyyən etmişdir.
47. Birinci instansiya məhkəməsində müxtəssis rəyi ilə ipoteka predmetinin likvid dəyəri 245.000 manat məbləğində müəyyən edilsə də, cavabdehlər tərəfindən qeyd olunan həmin məbləğ birinci instansiya məhkəməsində mübahisələndirilməmişdir.Əksinə, həmin məbləğ tərəflərin ipoteka müqaviləsi üzrə razılaşdıqları 135415 manat məbləğdən daha yüksək olmuşdur.
48. Məhkəmə kollegiyası nəzərə alır ki, apellyasiya şikayətində mütəxəssis tərəfindən müəyyən edilmiş bazar və likvid dəyərlərin düzgünlüyünü şübhə altına alan, həmin qiymətləndirmənin metodologiyasının düzgün olmadığını göstərən və ya əmlakın başqa dəyərə malik olduğunu təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində likvid dəyərlə ilkin satış qiymətinin fərqli anlayışlar olması barədə dəlilin irəli sürülməsi isə, özlüyündə, iş üzrə əldə edilmiş mütəxəssis rəyinin nəticələrini təkzib etmir.
49. Bununla yanaşı, “Ipoteka haqqında” Qanunun iş üzrə tətbiq edilməli olan 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılaşması əsasında, bu barədə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı işdə ipoteka predmetinin qiyməti ilə bağlı mübahisə mövcud olduğundan birinci instansiya məhkəməsinin müstəqil qiymətləndirmə nəticələrinə əsaslanması qanunun həmin tələbinə uyğundur.
50. Apellyasiya şikayətində ipoteka predmetinin cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığı yeganə mənzil olmasına dair dəlillə bağlı kollegiya qeyd edir ki, həmin daşınmaz əmlak mülkiyyətçi tərəfindən kredit öhdəliyinin təmin edilməsi məqsədilə könüllü surətdə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsi bağlanmış və ipoteka hüququ qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmışdır. Əmlakın ipoteka qoyanın və onun ailə üzvlərinin yaşayış yeri olması faktı, özlüyündə, etibarlı ipoteka müqaviləsindən irəli gələn ipoteka saxlayanın təminat hüququnu aradan qaldırmır və əsas öhdəliyin icra edilməməsi halında həmin əmlaka tutmanın yönəldilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri formal xarakter daşımaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.