Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-107/2026 27.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Elçin Qüdrət oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı “xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İŞİN HALLARI
1. İcraçı “xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti və sifarişçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## #### 2024-cü il tarixli **/**-** nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən icraçı "CropFresh" - bitki inkişaf tənzimləyicisini hazırki müqaviləyə əlavə olaraq imzalanacaq “xidmət təhviltəslim aktı” sənədində göstərilən həcmdə kameraya (kamera içində müvafiq meyvənin yığıldığı otaq), istifadə məqsədləri üçün yararlı halda tətbiq etməyi, sifarişçi isə həmin xidməti qəbul edib, dəyərini vaxtında satıcıya ödəməyi öz öhdəsinə götürür. "CropFresh" preparatının tətbiqi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, bu preparat üçün təyin olunmuş istifadə reqlamentinə uyğun aparılır.
2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icraçı - "FruitFog Pyr" - saxlama otaqlarında (kameralarında) meyvələrdəki göbələk mənşəli xəstəliklərin mənfi təsirlərini azaldan funqisidi hazırki müqaviləyə əlavə olaraq imzalanacaq "xidmət təhvil-təslim aktı" sənədində göstərilən miqdardakı meyvəyə istifadə məqsədləri üçün yararlı halda tətbiq etməyi, sifarişçi isə - həmin xidməti qəbul edib, dəyərini vaxtında satıcıya ödəməyi öz öhdəsinə götürür. "FruitFog Pyr" preparatının tətbiqi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, bu preparat üçün təyin olunmuş istifadə reqlamentinə uyğun aparılır. 600 qramlıq özü tüstüləyən dəmir bankada olan bir ədəd "FruitFog Pyr" preparatı 20 ton meyvəyə istifadə olunur.
3. 1.3-cü bəndinə əsasən icraçı - "FruitFog P" - boş meyvə saxlanc kameralarının dezinfeksiya edici funqisidini hazırki müqaviləyə əlavə olaraq imzalanacaq "xidmət təhviltəslim aktı" sənədində göstərilən həcmdə kameraya, istifadə məqsədləri üçün yararlı halda tətbiq etməyi, sifarişçi isə həmin xidməti qəbul edib, dəyərini vaxtında satıcıya ödəməyi öz öhdəsinə götürür. "FruitFog P" preparatının tətbiqi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, bu preparat üçün təyin olunmuş istifadə reqlamentinə uyğun aparılır. 600 qramlıq özü tüstüləyən dəmir bankada olan bir ədəd kamera həcmi 1000 m3-dan çox isə, həmin kameraya iki ədəd "FruitFog P” preparatı istifadə olunur.
4. 2.1-ci bəndinə əsasən sifarişçi – icraçıya göstərdiyi xidmətin dəyərini meyvə saxlanılan anbarların (kameraların) hər m3 həcmi üçün və ya kameradakı meyvənin miqdarı üçün (1 ton = 1000 kq) aşağıdakı miqdarda təqdim edir: "CropFresh" üçün 1 m3 – 1,71 (bir nöqtə yetmiş bir) US dollar; "FruitFog Pyr" üçün 1 ton meyvəyə 9 (doqquz) US dollar; "FruitFog P" üçün bir ədədi 120 (yüz iyirmi) US dollar.
5. 2.3-cü bəndinə əsasən ödəniş xidmət təhvil verildikdən sonra icraçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında 30 gün müddətində icraçının bank hesabına nağdsız şəkildə ödənilir.
6. 3.1-ci bəndinə əsasən icraçı xidmətin sifarişçiyə təhvil verilməsini tərəflər və ya onların nümayəndələri arasında müvafiq qaydada imzalanacaq xidmət təhvil-təslim aktı əsasında həyata keçirəcək. Xidmət təhvil-təslim aktında göstərilən xidmətin miqdarı "CropFresh" preparatı üçün m3 həcm vahidi, "FruitFog P" preparatı üçün ədəd vahidi, "FruitFog Pyr" preparatı üçün tətbiq olunan meyvənin miqdarı (ton) ilə qeyd olunacaqdır. Xidmətin təhvil verilməsi məqsədilə aparılan yoxlamalar zamanı aşkar edilmiş xırda və aradan qaldırılması mümkün olan qüsur və çatışmazlıqlar tərəflər arasında təhvil-təslim aktının imzalanmasına təsir göstərməyəcək. Tərəflər razılaşırlar ki, hər hansı bu kimi qüsur aşkar olunduqda onların icraçı tərəfindən aradan qaldırılması hər iki tərəfin imzalayacağı qüsur aktında müəyyən olunmuş müddətdə, lakin 3 gün müddətindən gec olmayaraq, təmin edilmiş olsun.
7. 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədə qalır. Əgər müqavilənin bitməsinə 10 (on) gün qalmış heç bir tərəf digərinə müqavilənin ləğv edilməsi barədə bildiriş göndərməzsə, hazırki müqavilə eyni şərtlərlə növbəti bir il üçün uzadılmış hesab edilir.
8. 7.2-ci bəndinə əsasən tərəflərdən hər hansı biri bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, digər tərəfin hüququ olacaqdır ki, yazılı şəkildə bildiriş təqdim etməklə bu müqaviləyə vaxtından əvvəl xitam versin.
9. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq edilmiş **/**-** nömrəli müqavilə üzrə xidmət təhvil-təslim aktlarından görünür ki, ## #### 2024-cü il tarixdə 32 sayda kamera “FruitFog P” preparatı ilə dezinfeksiya, ## ###### 2024-cü il tarixdə 1000 m3 həcmdə kamera “CropFresh” ilə fumiqasiya, ## ###### 2024-cü il tarixdə 1050 m3 həcmdə kamera “CropFresh” ilə fumiqasiya, ## ######## 2024-cü il tarixdə 1050 m3 həcmdə kamera
10. “CropFresh” ilə fumiqasiya, ## ######## 2024-cü il tarixdə 1000 m3 həcmdə kamera “CropFresh” ilə fumiqasiya, ## ######## 2024-cü il tarixdə 1050 m3 həcmdə kamera “CropFresh” ilə fumiqasiya, ## ######## 2024-cü il tarixdə 1000 m3 həcmdə kamera “CropFresh” ilə fumiqasiya, ## ####### 2024-cü il tarixdə 1050 m3 həcmdə kamera “CropFresh” ilə fumiqasiya, ## ####### 2024-cü il tarixdə 1050 m3 həcmdə kamera “CropFresh” ilə fumiqasiya, ## ####### 2024-cü il tarixdə 273 ton meyvə “FruitFog Pyr” preparatı ilə fumiqasiya, ## ###### 2024-cü il tarixdə 522 ton meyvə “FruitFog Pyr” preparatı ilə fumiqasiya, ## ###### 2024-cü il tarixdə 8187 m3 həcmdə kamera “CropFresh” ilə fumiqasiya, ## ###### 2024-cü il tarixdə 1050 m3 həcmdə kamera “CropFresh” ilə fumiqasiya, ## ###### 2024-cü il tarixdə 1050 m3 həcmdə kamera “CropFresh” ilə fumiqasiya, ## ###### 2024-cü il tarixdə 1050 m3 həcmdə kamera “CropFresh” ilə fumiqasiya, ## ###### 2025-ci il tarixdə 32000 m3 həcmdə 32 sayda kamera “FruitFog P” preparatı ilə dezinfeksiya və ## ###### 2025-ci il tarixdə 133 ton meyvə “FruitFog Pyr” preparatı ilə fumiqasiya edilmişdir.
11. Elektron qaimə-fakturalardan görünür ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 6528 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı MT2408 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli, 14971,05 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı MT2409 seriyalı ******** nömrəli ## ######## 2024cü il tarixli, 2907 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı MT2409 seriyalı ******** nömrəli ## ######## 2024-cü il tarixli, 3052,35 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı MT2410 seriyalı ******** nömrəli ## ####### 2024-cü il tarixli, 3052,35 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı MT2410 seriyalı ******** nömrəli ## ####### 2024-cü il tarixli, 3052,35 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı MT2410 seriyalı ******** nömrəli ## ####### 2024-cü il tarixli, 4176,9 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı MT2410 seriyalı ******** nömrəli ## ####### 2024-cü il tarixli, 31786,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı MT2411 seriyalı ******** nömrəli ## ###### 2024-cü il tarixli, 3052,35 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı MT2411 seriyalı ******** nömrəli ## ###### 2024-cü il tarixli, 3052,35 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı MT2411 seriyalı ******** nömrəli ## ###### 2024-cü il tarixli, 3052,35 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı MT2411 seriyalı ******** nömrəli ## ###### 2024-cü il tarixli, 8562,9 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı MT2509 seriyalı ******** nömrəli ## ######## 2025-ci il tarixli elektron qaimə-fakturalar təqdim olunmuşdur.
12. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətindəki bank hesabından çıxarışlarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ## ###### 2024-cü il tarixdə 6528 manat, ## ######## 2024cü il tarixdə 5000 manat, ## ###### 2024-cü il tarixdə 6000 manat, ## ###### 2024-cü il tarixdə 2000 manat, ## ###### 2025-ci il tarixdə 6000 manat məbləğində ödəniş edilmişdir.
13. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əliyev Murad və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rzayev Azər tərəfindən imzalanaraq möhür ilə təsdiq edilmiş ## ##### 2025-ci il tarixli üzləşmə aktından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ## ##### 2025-ci il tarixinə 53155,26 manat borcu qalmışdır.
14. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2-ci redaksiyada nizamnaməsinin 2.2-ci bəndinə əsasən cəmiyyətin təsisçisi X2r (10 manat, 1 pay, 100% pul şəklində).
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən 2,88 ha torpaq sahəsində yerləşən 7959,3 kvadrat metr əmlak kompleksi kimi müəssisə üzərində X2 mülkiyyət hüququ ## ###### 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
16. İcarəyəverən X2 ilə icarəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## #### 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən Quba rayonu, Vladimirovka kəndində yerləşən 7959,3 kvadrat metr əmlak kompleksi kimi müəssisənin 5000 kvadrat metr hissəsini “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verir.
17. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən hazırkı müqavilə imzalandığı andan qüvvəyə minir ##.##.2025-ci il tarixinədək qüvvədədir.
18. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 gün qalmış hazırkı müqavilənin ləğv etmək niyyəti barədə qarşı tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 1 il müddətlərinə uzadılacaqdır.
19. İcarəyəverən X2 ilə icarəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## #### 2024-cü il tarixli müqaviləyə xitam verilməsinə dair razılaşmanın 1-ci bəndinə əsasən ## #### 2022-ci il tarixli müqaviləyə dəyişiklik edilərək ## #### 2024-cü il tarixdən icarə predmetinin sahəsi 3200 kvadrat metr müəyyən edilir.
20. İcarəyəverən X2 (müqavilə etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən imzalanmışdır) ilə icarəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ###### 2025-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən Quba rayonu, Vladimirovka kəndində yerləşən 7959,3 kvadrat metr əmlak kompleksi kimi müəssisənin 2000 kvadrat metr hissəsini “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verir.
21. İşəgötürən X2 ilə işçi X3 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X3 ## #### 2024-cü il tarixdən iş yeri Quba rayonu, Vladimirovka kəndi olmaqla texnoloq vəzifəsinə işə qəbul edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
22. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ## #### 2024-cü il tarixli **/**-** nömrəli müqavilə üzrə 61718,16 (altmış bir min yeddi yüz on səkkiz manat on altı qəpik) manat məbləğində borc və 275,15 (iki yüz yetmiş beş manat on beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 61993,31 (altmış bir min doqquz yüz doxsan üç manat otuz bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında ## #### 2024-cü il tarixli **/**-** nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sonuncuya məxsus sahələrdə dezinfeksiya xidmətləri göstərilmişdir. Lakin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2024cü ilin iyul ayından etibarən görülmüş işlərin dəyəri ödənilməmiş, nəticədə 61718,16 (altmış bir min yeddi yüz on səkkiz manat on altı qəpik) manat borc yaranmışdır. Görülmüş xidmətlərin təhvil-təslim aktlarını hər iki tərəf imzalamış, eyni zamanda həmin xidmətlərlə bağlı qarşı tərəfə elektron qaimə-fakturalara göndərilmişdir. Tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 2.3-cü bəndinə əsasən ödəniş xidmət təhvil verildikdən sonra icraçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında 30 gün müddətində icraçının bank hesabına nağdsız şəkildə ödənilir. Lakin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı hər hansı tədbir görülməmişdir.
24. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, təhvil-təslim aktlarının cavabdehin direktoru tərəfindən təsdiq olunmadığını, mallar qüsurlu olduğu, əvvəllər də bu kimi problemlər yaşandığı üçün həmin malların səlahiyyətli şəxs tərəfindən təhvil alınmadığını bildirmişdir.
25. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti elektron kabinet vasitəsilə məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, təhvil-təslim aktlarında qeyd olunan imza cəmiyyətin direktroru Azər Rzayevə məxsus deyil və ona heç bir xidmət təhvil verilməyib. İddiaçının xidmət göstərdiyi soyuducu sahibkar X2 məxsusdur. Cavabdeh həmin soyuducunun yalnız 3200 kvadrat metr sahəsini icarəyə götürmüşdür. ## ###### 2025-ci il tarixdən isə ümumiyyətlə həmin soyuducu bütövlükdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilib və cavabdeh ilə icarə müqaviləsinə xitam verilib. Bundan əlavə təhvil-təslim aktlarında xidməti qəbul edən şəxs kimi “xxxx” qeyd olunub. Həmin soyuducuda bu ada yalnız Seymur Umudov adlı şəxs uyğun gəlir ki, o da sahibkar Xaliq Abbasovun əməkdaşıdır, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə hər hansı aidiyyəti yoxdur. Bundan əlavə Xaliq Abbasov həmin soyuducunu cavabdehlə eyni vaxtda bir neçə hüquqi şəxslərə də mütəmadi olaraq icarəyə verirdi. Belə olan aşağıdakı suallar yaranır: 1. Xidmət cavabdeh hüquqi şəxsə göstərilibsə niyə Xaliq Abbasovun əməkdaşına təhvil verilir? 2. Üzləşmə aktını niyə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru imzalayır? 3. İcarə müqaviləsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıbsa, üzləşmə aktında 2025-ci ilin ## ######ında xidmət cavabdehə necə göstərilə bilər? 4. Necə olur ki, təhvil-təslim aktlarında xidmət göstərilən sahə cavabdehin əvvəllər icarəsində olan sahədən qat-qat çox ərazini əhatə edir, amma cavabdehə hesab yazılır? Yuxarıda da qeyd olunanlar diqqətə alınsa, təhvil aktlarının saxtalığı açıq aşkar faktlarla sübut olunur. İddiçı faktiki olaraq kimə xidmət göstərdiyini bilmir, yaxud onlarla razılığa gələ bilməyərək saxta təhvil aktları tərtib edib, cavabdehdən vəsait almaq istəyir.
26. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 61718,16 (altmış bir min yeddi yüz on səkkiz manat on altı qəpik) manat məbləğində borc və 275,15 (iki yüz yetmiş beş manat on beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 61993,31 (altmış bir min doqquz yüz doxsan üç manat otuz bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
27. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 390.1, 399.1, 425.1, 427.3 və 442-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
28. Cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sübut kimi tərəflərin möhürü olan təhvil-təslim aktları, elektron qaimə-fakturalar və ## ##### 2025-ci il tarixli üzləşmə aktı təqdim edilmişdir. Cavabdeh “xxxx”MMC-nin nümayəndəsi vəkil Nümayəndə və qanuni təmsilçisi X1 tərəfindən məhkəməyə təqdim edilən ərizələrdə və izahatlarda birmənalı olaraq bildirilmişdir ki, iddia olunan xidmət təhvil-təslim aktlarında və üzləşmə aktlarında olan imzalar cəmiyyətin direktoru Azər Rzayevə məxsus deyil. Sənədlər üzərində şirkətin möhürünün olması rəhbərliyin iradəsini ifadə etmir. Bundan əlavə, xidmət göstərilən soyuducu anbar cavabdehə deyil, üçüncü şəxs olan fərdi sahibkar X2 məxsusdur və cavabdeh orada yalnız 3200 kv.m sahəni icarəyə götürmüşdür. Xidmət təhvil-təslim aktlarında göstərilən sahələr isə cavabdehin icarə sahəsindən qat-qat böyükdür (məsələn, 32000 m³ həcmdə dezinfeksiya işləri). Təhvil aktlarında xidməti qəbul edən şəxs kimi imza atan “xxxx” (Seymur Umudov) cavabdeh şirkətin əməkdaşı deyil, anbar sahibi Xaliq Abbasovun texnoloqudur. Buna baxmayaraq, Sumqayıt Kommersiya Məhkəməsi cavabdehin əsaslı etirazlarını, subyektiv və obyektiv sübutlarını araşdırmadan, sadəcə "sənəddə möhür var, deməli etibarlıdır" formal fərziyyəsinə əsaslanaraq iddianı tam təmin etmişdir.
30. Beləliklə müqavilə və aktlardakı imzaların cavabdehin direktoruna aid olub-olmaması faktı rəsmi şəkildə ekspertiza vasitəsilə yoxlanılmalı idi. Möhürün ofis şəraitində üçüncü şəxslər tərəfindən icazəsiz istifadə ehtimalı və bu barədə verilən izahatlar nəzərə alınmamışdır.
31. ## ###### 2025-ci il tarixli akta əsasən dezinfeksiya edilən 32000 m³ sahənin Cavabdeh "xxxx" MMC-nin faktiki icarəsində olan 3200 kv.m sahə ilə mütənasibliyi ümumiyyətlə yoxlanılmamışdır.
32. Sənədləri qəbul edən Seymur Umudovun "xxxx" MMC ilə əməkdaşlığına dair heç bir hüquqi sübut olmadığı halda, onun imzaladığı aktların cavabdeh üçün necə borc yarada biləcəyi sualı cavabsız qalmışdır.
33. Qətnamədə "xxxx" MMC-yə anbarın 2000 kv.m hissəsinin icarəyə verildiyi qeyd olunsa da, eyni anbarda digər subyektlərin fəaliyyət göstərməsi və iddiaçının xidmətlərinin ümumi anbar sahəsində (qarışıq şəkildə) aparılması faktına hüquqi qiymət verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəf yazılı etiraz təqdim etməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
36. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
37. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri (...) 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (...)
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (...)
Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (...)
Maddə 427. Öhdəliyin icrası müddəti (...) 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (...)
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
40. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçi-hakimi və iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
43. Mülki hüquqi mübahisələrin həllində məhkəmənin üzərinə düşən vəzifə “kimin, kimdən, nəyi və hansı əsasla” tələb etməsini aydınlaşdırmaqdır. Bu baxımdan, ilk növbədə bu qayda üzrə ardıcıl yoxlama nəticəsində iddiaçının tələb hüququ, iddianın yönəldiyi şəxsin həmin tələb üzrə cavabdehliyi, iddiaçının tələbinin nədən ibarət olması və sonda həmin tələbin qanuni əsasları tapılmalıdır.
44. İlk növbədə tərəflər arasında yaranmış hüquq münasibətlərinin mahiyyəti və müqavilə üzrə qarşılıqlı öhdəliklər nəzərə alınmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## #### 2024-cü il tarixli **/**-** nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı icraçı qismində cavabdehin sifarişi ilə meyvə saxlanılan anbar və kameralarda “CropFresh”, “FruitFog Pyr” və “FruitFog P” preparatlarından istifadə etməklə müvafiq fumiqasiya və dezinfeksiya xidmətlərinin göstərilməsini, cavabdeh isə həmin xidmətləri qəbul edərək onların dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Bu isə onu deməyə əsas verirki tərəflər arasında müqavilənin hüquqi təbiəti xidmət müqaviləsi olmuş və iddiaçı cavabdehə müəyyən xidmətlər göstərmişdir.
45. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən xidmətlərin sifarişçiyə təhvil verilməsi tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanan xidmət təhvil-təslim aktları əsasında həyata keçirilməli, həmin aktlarda göstərilən xidmətin miqdarı müvafiq ölçü vahidləri ilə qeyd edilməli idi. Müqavilənin 2.3-cü bəndinə əsasən isə xidmətin dəyəri xidmət təhvil verildikdən və icraçı tərəfindən hesab-faktura təqdim edildikdən sonra 30 gün müddətində ödənilməli idi.
46. İddiaçı tərəfindən müqavilənin icrası çərçivəsində müxtəlif tarixlərdə cavabdehə xidmətlər göstərilmiş, bu xidmətlərə dair tərəflərin möhürləri ilə təsdiq edilmiş təhvil-təslim aktları tərtib edilmiş və cavabdehə elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan bank çıxarışları da tərəflər arasında həmin müqavilə münasibətləri çərçivəsində ödənişlərin həyata keçirildiyini təsdiq edir. Belə ki, cavabdeh tərəfindən ## ###### 2024-cü il tarixdə 6528 manat, ## ######## 2024-cü il tarixdə 5000 manat, ## ###### 2024-cü il tarixdə 6000 manat, ## ###### 2024-cü il tarixdə 2000 manat və ## ###### 2025ci il tarixdə 6000 manat olmaqla müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir.
47. Bundan əlavə, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əliyev Murad və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rzayev Azər tərəfindən imzalanaraq möhür ilə təsdiq edilmiş ## ##### 2025-ci il tarixli üzləşmə aktından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ## ##### 2025-ci il tarixinə 53155,26 manat borcunun olduğu təsdiq edilmişdir. Bu hal tərəflər arasında müqavilə münasibətlərinin faktiki mövcudluğunu, həmin münasibətlər çərçivəsində xidmətlərin göstərildiyini və qarşılıqlı hesablaşmaların aparıldığını təsdiq edən mühüm sübutlardan biridir.
48. Bundan sonra da müqavilə münasibətləri davam etmiş, ## ###### 2025-ci il tarixdə 32000 m³ həcmdə 32 sayda kamerada “FruitFog P” preparatı ilə dezinfeksiya xidməti, ## ###### 2025-ci il tarixdə isə 133 ton meyvəyə “FruitFog Pyr” preparatı ilə fumiqasiya xidməti göstərilmişdir. Həmin xidmətlərlə bağlı ## ######## 2025-ci il tarixdə cavabdehə 8562,90 manat məbləğində elektron qaimə-faktura təqdim edilmişdir.
49. Beləliklə, tərəflər arasında yalnız formal sənəd münasibətlərinin deyil, faktiki icra edilmiş və uzun müddət davam etmiş müqavilə münasibətlərinin mövcudluğu iş materialları ilə təsdiq edilir. Cavabdehin müxtəlif tarixlərdə etdiyi ödənişlər, elektron qaimə-fakturaların təqdim edilməsi, xidmət təhvil-təslim aktlarının tərtib olunması və xüsusilə ## ##### 2025-ci il tarixli üzləşmə aktı tərəflərin müqavilə münasibətlərinin faktiki olaraq həyata keçirildiyini göstərən birbiri ilə qarşılıqlı əlaqəli yazılı mötəbər sübutlardır.
50. Cavabdeh isə sonradan təhvil-təslim aktlarında və digər sənədlərdə olan imzaların cəmiyyətin direktoru X1 məxsus olmadığını, möhürün üçüncü şəxslər tərəfindən istifadə edilmiş ola biləcəyini, habelə xidmətlərin cavabdehin deyil, üçüncü şəxsə məxsus anbarlarda və ya sahələrdə göstərildiyini bildirmişdir.
51. Lakin birinci instansiya məhkəməsi bu etirazları işdə olan digər sübutlarla birlikdə araşdırmış və əsaslı hesab etməmişdir. Məhkəmə, xüsusilə, sənədlərin cavabdehin möhürü ilə təsdiq edilməsini, tərəflər arasında real ödənişlərin aparılmasını, elektron qaimə-fakturaların təqdim edilməsini, üzləşmə aktının mövcudluğunu və müqavilənin faktiki icrasını qarşılıqlı əlaqədə qiymətləndirmişdir.
52. Müqavilədə, xidmət təhvil-təslim aktlarında və üzləşmə aktında olan imzaların “xxxx” MMC-nin direktoru X1 məxsus olub-olmaması ekspertiza yolu ilə müəyyən edilməli, möhürün üçüncü şəxslər tərəfindən istifadə edilməsi ehtimalı araşdırılmalı olması barədə apellyasiya şikayətinin dəlilinə hüququqi qiymət verən məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etmir.
53. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
54. Hazırkı işdə cavabdeh sənədlərdəki imzaların MMC-nin direktoruna məxsus olmadığını bildirsə də, həmin imzaların saxta olması, sənədlərin saxtalaşdırılması və ya möhürün konkret olaraq hansı şəxs tərəfindən icazəsiz istifadə edilməsi barədə dəlilinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Cavabdehin qanuni təmsilçisinin “ofisdə bir neçə şirkət olduğu üçün möhürü kimsənin götürüb istifadə etməsi ehtimalı var” məzmunlu izahatı isə özü-özlüyündə sənədlərin saxta tərtib edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz.
55. Bununla yanaşı, sənədlərdə cavabdehin möhürünün olması iş üzrə digər sübutlardan təcrid olunmuş şəkildə deyil, tərəflər arasındakı faktiki münasibətlərlə birlikdə qiymətləndirilməlidir. Belə ki, həmin sənədlərlə yanaşı cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə ödənişlərin edilməsi, elektron qaimə-fakturaların cavabdehin adına təqdim olunması və tərəflərin rəhbərləri tərəfindən imzalanmış ## ##### 2025-ci il tarixli üzləşmə aktının mövcudluğu müəyyən edilmişdir.
56. Xüsusilə qeyd edilməlidir ki, üzləşmə aktında ## ##### 2025-ci il tarixinə cavabdehin iddiaçı qarşısında 53155,26 manat borcu olduğu göstərilmişdir. Cavabdeh həmin sənədin məzmununun niyə və hansı əsasla şirkətin iradəsinə zidd şəkildə tərtib edilməsini inandırıcı sübutlarla izah etməmişdir.
57. Ekspertizanın təyin edilməsi isə məhkəmənin hər bir imza ilə bağlı mütləq tətbiq etməli olduğu prosedur deyil. Ekspertiza yalnız iş üçün əhəmiyyətli halların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğu və mövcud sübutlarla həmin halların müəyyən edilməsi mümkün olmadığı halda zəruri ola bilər. Hazırkı işdə isə sənədlərin mövcudluğu və onların məzmunu digər yazılı və maliyyə sübutları ilə də təsdiq edilmişdir.
58. Digər tərəfdən, cavabdehin möhürün üçüncü şəxslərin istifadəsinə keçməsi barədə ehtimal xarakterli izahatı həmin möhürün icazəsiz istifadəsi barədə hər hansı rəsmi müraciət, akt, araşdırma materialı və ya digər obyektiv sübutla təsdiq edilməmişdir.
59. Qeyd olunanla əsasən qeyd olunan apellyasiya şikayətinin dəlili əsaslı heab edilə bilməz. Belə ki, ## ###### 2025-ci il tarixli aktda 32000 m³ həcmdə dezinfeksiya xidmətinin göstərilməsi qeyd edilsə də, bu həcm “xxxx” MMC-nin faktiki icarəsində olmuş 3200 kv.m sahə ilə müqayisə edilmədiyi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə bu dəlil də qətnamənin ləğv edilməsinə əsas vermir.
60. Əvvəla, müqavilənin predmetinə əsasən “FruitFog P” preparatı ilə xidmətin qiymətləndirilməsi sahənin kvadratmetrlə ölçüsünə deyil, kameranın həcminə əsasən aparılmışdır. Müqavilənin 2.1-ci bəndində “FruitFog P” üzrə xidmət haqqı bir ədəd preparat üçün müəyyən edilmiş, 1.3-cü bəndində isə kameranın həcminə uyğun olaraq preparatların tətbiqi qaydası müəyyən edilmişdir. Həmçinin ## ###### 2025-ci il tarixli “xxxx” MMC ilə bağlanmış icarə müqaviləsinə istinad edilməklə bütün anbarın həmin hüquqi şəxsin istifadəsinə verilməsi barədə mövqenin də iş materialları ilə təsdiq edilmədiyi müəyyən olunmuşdur. Belə ki, həmin müqavilədən 7959,3 kv.m əmlak kompleksinin yalnız 2000 kv.m hissəsinin “xxxx” MMC-yə icarəyə verildiyi görünür. Bu baxımdan cavabdehin sonrakı dövrdə bütün obyekt üzərində istifadə hüququnun başqa hüquqi şəxsə keçməsi barədə dəlili iş materialları ilə təsdiq olunmadığından ## ###### 2025-ci il tarixli xidmətin cavabdehlə əlaqəsini aradan qaldırmır.
61. Beləliklə, birinci instansiya məhkəməsinin bu məsələyə dair gəldiyi nəticə iş materiallarına və müqavilənin şərtlərinə uyğundur.
62. Apellyasiya şikayətində həmçinin qeyd edilir ki, təhvil-təslim aktlarını imzalayan “xxxx” adlı şəxs Seymur Umudovdur və o, “xxxx” MMC-nin deyil, anbar sahibi X2 işçisidir. Bu səbəbdən onun imzasının cavabdeh üçün borc yarada bilməyəcəyi barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, bu dəlil də əsaslı hesab edilməməlidir.
63. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində xidmətin tərəflər və ya onların nümayəndələri arasında imzalanacaq xidmət təhvil-təslim aktı əsasında təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqavilə xidmətlərin faktiki olaraq harada göstərilməsindən və xidməti qəbul edən şəxsin əmək müqaviləsi ilə hansı hüquqi şəxsdə işləməsindən daha çox, sifarişçi ilə icraçı arasındakı müqavilə münasibətini tənzimləyir. 64 Seymur Umudovun həmin obyekt üzrə texnoloq vəzifəsində çalışması isə xidmətlərin göstərildiyi obyektlə əlaqəsini təsdiq edir. Onun məhz “xxxx” MMC-nin əməkdaşı olmaması barədə hal isə avtomatik olaraq onun xidmətləri qəbul etmək səlahiyyətinin olmadığını sübut etmir. Cavabdeh bu şəxsin təhvil-təslim aktlarını hansı şəraitdə imzaladığını, həmin sənədlərin cavabdehin məlumatı və iradəsi xaricində tərtib edildiyini və ya iddiaçının bu şəxsin heç bir halda cavabdehi təmsil edə bilməyəcəyini bildiyini təsdiq edən sübut təqdim etməmişdir. Bundan başqa, həmin aktların mövcudluğu elektron qaimə-fakturalar, həyata keçirilmiş ödənişlər və ## ##### 2025-ci il tarixli üzləşmə aktı ilə birlikdə qiymətləndirilməlidir. Yəni xidməti qəbul edən şəxsin statusu barədə irəli sürülən etiraz tərəflər arasındakı ümumi müqavilə münasibətlərini aradan qaldırmır.
65. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh müqavilə münasibətlərinin mövcudluğunu faktiki davranışları ilə də təsdiq etmiş, iddiaçıya müxtəlif tarixlərdə ödənişlər həyata keçirmişdir. Buna görə sonradan yalnız aktları imzalayan şəxsin əmək münasibətlərinə istinad etməklə müqavilə üzrə yaranmış borcun mövcudluğunu bütövlükdə inkar etmək əsaslı sayıla bilməz.
66. Digər apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, eyni anbarda müxtəlif hüquqi şəxslər fəaliyyət göstərmiş, “xxxx” MMC-yə də həmin əmlak kompleksinin bir hissəsi icarəyə verilmiş və iddiaçının xidmətləri ümumi anbar sahəsində qarışıq şəkildə həyata keçirilmişdir. Buna görə xidmətlərin məhz “xxxx” MMC-yə göstərilməsi şübhə doğurması barədə dəlil də qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün hüquqi əsas yaratmır. Çünki iş materiallarından görünür ki, əmlak kompleksinin mülkiyyətçisi X2r və ## #### 2022-ci il tarixli icarə müqaviləsinə əsasən əmlak kompleksinin 5000 kv.m hissəsi “xxxx” MMC-yə icarəyə verilmiş, ## #### 2024-cü il tarixli razılaşma ilə isə ## #### 2024-cü ildən icarə predmetinin sahəsi 3200 kv.m müəyyən edilmişdir.
67. Eyni zamanda ## ###### 2025-ci il tarixli müqavilə ilə “xxxx” MMC-yə həmin əmlak kompleksinin yalnız 2000 kv.m hissəsinin icarəyə verildiyi müəyyən olunur.
68. Lakin iş materiallarında “xxxx” MMC-nin 3200 kv.m hissədən istifadə hüququnun ## ###### 2025-ci il tarixindən əvvəl xitam verilməsi barədə hər hansı sübut yoxdur. Əksinə, mövcud icarə müqaviləsinin 10.1-ci bəndinə əsasən onun ## ###### 2025-ci il tarixinədək qüvvədə olması nəzərdə tutulmuşdur.
69. Bununla yanaşı, “xxxx” MMC-yə 2000 kv.m sahənin icarəyə verilməsi öz-özlüyündə həmin obyektin bütün sahəsinin “xxxx” MMC-yə verildiyini və “xxxx” MMC-nin həmin tarixdən etibarən obyektlə heç bir əlaqəsinin olmadığını göstərmir.
70. Cavabdehin irəli sürdüyü “anbarda digər şəxslər də fəaliyyət göstərib” arqumenti xidmətlərin məhz həmin şəxslərə göstərildiyini təsdiq edən sübutla müşayiət olunmur. Müxtəlif şəxslərin eyni əmlak kompleksinin ayrı-ayrı hissələrindən istifadə etməsi öz-özlüyündə iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış müqavilənin mövcudluğunu və həmin müqavilə əsasında tərtib edilmiş sənədlərin həqiqiliyini şübhə altına almır.
71. Əksinə, cavabdehin adına tərtib edilmiş elektron qaimə-fakturalar, onun tərəfindən həyata keçirilmiş ödənişlər, xidmət təhvil-təslim aktları və tərəflərin rəhbərləri tərəfindən imzalanmış üzləşmə aktı xidmətlərin məhz tərəflər arasındakı müqavilə münasibətləri çərçivəsində həyata keçirildiyini təsdiq edən qarşılıqlı və bir-birini tamamlayan sübutlar kimi qiymətləndirildikdə bu dəlil də əsaslı hesab edilməməlidir.
72. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq araşdırmış, sübutları ayrı-ayrılıqda deyil, onların məcmusu və qarşılıqlı əlaqəsi əsasında qiymətləndirmişdir.
73. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə görə borclu kreditorun xeyrinə müəyyən hərəkəti, o cümlədən pul ödəməli, iş görməli və ya xidmət göstərməli, kreditor isə borcludan öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məcəllənin 425.1-ci maddəsində isə tərəflərin öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələblərinə uyğun hərəkət etməli olduqları müəyyən edilmişdir.
74. Hazırkı işdə cavabdehin müqavilə üzrə xidmətlərdən yararlanması və müəyyən məbləğlərdə ödənişlər həyata keçirməsi də nəzərə alınmaqla, müqavilə üzrə yaranmış öhdəliyin yalnız sonradan irəli sürülmüş formal etirazlarla aradan qaldırılması mümkün hesab edilə bilməz.
75. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda mübahisələndirilən hissələrdə dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.