Məhkəmə qərarları › İş №e-2-2(3-8)-113/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-113/2026

26.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № e-2-2(3-8)-113/2026 26.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 Mənzil Tikinti Kooperativinə və cavabdeh2 X1 Cəmiyyətinə qarşı kommersiya işi üzrə Sumqayıt Apellyasiya Mәhkәmәsinin Kommersiya kollegiyası – Sәdrlik edәn vә mәruzәçi hakim Xәlilov Ramin Adilxan oğlu, hakimlәr Mәmmәdov Zaur İkram oğlu vә Dәmirov İlqar Kamal oğlundan ibarәt tәrkibdә, Sumqayıt Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrardadı qәbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixdә cavabdeh1 Mәnzil Tikinti Kooperativinә vә cavabdeh2 X1 Cәmiyyәtinә qarşı “barışıq sazişinin etibarsız hesab edilmәsi” tәlәbi barәdә iddia әrizәsi ilә Sumqayıt Kommersiya Mәhkәmәsinә müraciәt edәrәk, cavabdehlәr cavabdeh1 Mәnzil Tikinti Kooperativi vә cavabdeh2 X1 Cәmiyyәti arasında bağlanmış ##.##.2024-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilmәsi barәdә qәtnamә qәbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-***/**** nömrәli qәrardadı ilә iddia әrizәsi baxılmamış saxlanılmışdır.

3. Mәhkәmә gәldiyi nәticәnin әsası kimi Mülki Prosessual Mәcәllәsinin 185.1 vә 259.0.6cı maddәlәrinә istinad edәrәk göstәrmişdir ki, işә onların iştirakı olmadan baxmağı xahiş etmәmiş tәrәflәr mәhkәmәyә gәlmәmiş, bu sәbәbin üzrlü olması barәdә sübutlarını mәhkәmәyә tәqdim etmәmişlәr.

4. İddiaçı ##.##.2026-cı il tarixdә mәhkәmәyә әrizә ilә müraciәt edәrәk, ##.##.2026-cı il tarixli e-*-*(***)-***/**** nömrәli qәrardadın lәğv edilәrәk, işә mahiyyәti üzrә baxılmasını xahiş etmişdir.

5. Sumqayıt Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrәli qәrardadı ilә kommersiya işi üzrә iddiaçı tәrәfindәn verilmiş әrizә tәmin edilmәmişdir.

6. İddiaçı ##.##.2026-cı il tarixdә şikayәtlә mәhkәmәyә müraciәt edәrәk, hәmin qәrardadın lәğv edilmәsini xahiş etmişdir.

7. Sumqayıt Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәmiş, şikayәtin işlә birlikdә baxılması üçün Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

8. Şikayәt onunla әsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli qәrardada baxarkәn müәyyәn edilir ki, mәhkәmә onun müdafiә hüququnu pozmuş vә nәticәdә әsassız nәticәyә gәlmişdir. Çünki, o, iddiasını hәr zaman müdafiә edәrәk nәzarәtdә saxlamış vә iddianın әlaqәli olduğu digәr iş yuxarı instansiyada olduğu üçün hazırkı işin icraatı dayanmış, dayandırılana kimi isә hәr zaman mәhkәmә proseslәri barәdә ona sms mәlumat göndәrilmişdir. İş icraatının tәzәlәnmәsindәn, ##.##.2026-cı il tarixә proses tәyin edilmәsindәn xәbәri olmamış, ona heç bir sms göndәrilmәmiş, bildiriş tәqdim edilmәmişdir. Bir sözlә, icraatın tәzәlәnmәsindәn, işin icraata qәbulundan mәhkәmәnin tәqsiri üzündәn xәbәri olmamışdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddә 4. Müdafiә üçün mәhkәmәyә müraciәt etmәk hüququ

4.1. Bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. 4.2. Mәhkәmәyә müraciәt etmәk hüququndan imtina edilmәsi etibarsızdır. (...)

Maddә 6. Ədalәt mühakimәsinin mәhkәmә tәrәfindәn hәyata keçirilmәsi Mülki işlәr vә kommersiya mübahisələri üzrә әdalәt mühakimәsi yalnız mәhkәmәyә aiddir vә mәhkәmәlәr tәrәfindәn qanunla müәyyәn olunmuş qaydada hәyata keçirilir.

Maddә 9. Ədalәt mühakimәsinin çәkişmә, tәrәflәrin bәrabәrliyi vә faktlar әsasında hәyata keçirilmәsi 9.1. Ədalәt mühakimәsi çәkişmә, tәrәflәrin bәrabәrliyi vә faktlar әsasında hәyata keçirilir. 9.2. Bu Mәcәllә ilә başqa hal nәzәrdә tutulmayıbsa, mәhkәmәdә mübahisәyә işdә iştirak edәn şәxslәr çağırılıb dindirilmәdikdә baxıla bilmәz. İşdә iştirak edәn şәxslәr öz tәlәblәrini әsaslandırdıqları dәlillәr, sübutlar vә hüquqi nәticәlәr barәdә bir-birlәrinә mәlumat vermәyә borcludur ki, digәr tәrәf bunlara qarşı özünün müdafiәsini tәşkil edә bilsin. 9.3. Hakim bütün hallarda prosesin çәkişmә prinsipini tәmin etmәlidir. O, öz qәrarını yalnız tәrәflәrin çәkişmә prinsipinә әsasәn müzakirә etdiyi dәlillәrlә, onların verdiyi izahatlarla, sәnәdlәrlә әsaslandırmalıdır. Mәhkәmә, qәrarını tәrәflәri dәvәt etmәdәn özünün qulluq mövqeyinә görә irәli sürdüyü hüquqi dәlillәrlә әsaslandıra bilmәz.

Maddә 14. İş üzrә mәhkәmә baxışının prinsiplәri 14.1. Mәhkәmә hәqiqәtә nail olmaq üçün işin hәrtәrәfli, tam vә obyektiv tәdqiqinә lazımi şәrait yaradır. Bunun üçün mәhkәmә: işdә iştirak edәn şәxslәrә onların prosessual hüquq vә vәzifәlәrini izah edir, görülәcәk, yaxud görülmәyәcәk hәrәkәtlәrin nәticәlәri barәdә onları xәbәrdar edir, onların prosessual hüquqlarının hәyata keçmәsinә kömәk göstәrir. (...)

Maddә 47. İşdә iştirak edәn şәxslәrin hüquq vә vәzifәlәri 47.1. İşdә iştirak edәn şәxslәr, prosessual qanunvericiliklә onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadә etmәyә borcludurlar. (...)

Maddә 165. İşlәrin mәhkәmәdә baxılmağa hazırlanması vәzifәsi Hakim çәkişmә prinsipinә әmәl etmәklә işlәrin mәhkәmә iclasında mәhkәmә araşdırmaları aparılmasına, mahiyyәti üzrә işә baxılıb qәtnamә qәbul edilmәsinә yönәlәn bütün lazım olan hәrәkәtlәri etmәlidir.

Maddә 166. İşi mәhkәmәdә baxılmağa hazırlamaq haqqında qәrardad 166.1. İşin mәhkәmәdә baxılmağa hazırlanması haqqında hakim qәrardad çıxarır. 166.2. Qәrardadda işin hazırlanması barәdә edilәcәk hәrәkәtlәr, işin mәhkәmә iclasında baxılmağa tәyin edilmәsi, onun keçirilmә yeri vә vaxtı göstәrilir. 166.3. Mәhkәmәnin hazırlıq iclası әrizә mәhkәmәyә daxil olduqdan sonra 40 (qırx) gündәn gec olmayaraq keçirilir. Sonrakı müddәtdә işin xüsusiyyәtlәrindәn asılı olaraq daha bir neçә hazırlıq iclası keçirilә bilәr. 166.4. İşdә iştirak edәn şәxslәrә hazırlıq iclası barәdә hәmin iclasın keçirilmәsinә әn azı 5 (beş) iş günü qalmış bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada mәlumat verilmәlidir.

Maddә 185. İşdә iştirak edәn şәxslәrin, nümayәndәlәrinin vә vәkillәrinin mәhkәmә iclasına gәlmәmәsinin nәticәlәri 185.1. İşdә iştirak edәn şәxslәr, mәhkәmәyә gәlmәyә vә ya gәlmәmәyin sәbәbini vә ya mümkünsüzlüyünü bildirmәyә vә bu sәbәblәrin üzürlü olması barәdә sübutlar tәqdim etmәyә borcludurlar. 185.2. İşdә iştirak edәn şәxslәrdәn hәr hansı biri mәhkәmә iclasına gәlmәdikdә, onlara mәhkәmә bildirişi verilmәsi haqqında mәlumat olmadıqda, işә baxılması tәxirә salınır. 185.3. Əgәr işdә iştirak edәn şәxslәr mәhkәmә iclasının vaxtı vә yeri haqqında lazımi qaydada xәbәrdar ediliblәrsә, mәhkәmә gәlmәmәyin sәbәblәrini üzürlü hesab etdikdә işә baxılmasını tәxirә salır. 185.4. Tәrәflәr vә yaxud iddiaçı mәhkәmә baxışının vaxtı vә yeri haqqında lazımi qaydada xәbәrdar edilib, lakin onlar mәhkәmә iclasına tәkrar gәlmәdikdә mәhkәmә hәmin işә baxmağa haqlıdır. Belә hallarda bu Mәcәllәnin müvafiq olaraq 259.0.6-cı vә 259.0.7-ci maddәlәri tәtbiq edilir. 185.5. Mәhkәmә iclasının vaxtı vә yeri haqqında lazımi qaydada xәbәrdar edilmiş cavabdehin gәlmәmәsinin sәbәblәri haqqında mәlumat olmadıqda vә ya mәhkәmә gәlmәmәyin sәbәblәrini üzürsüz hesab etdikdә, yaxud mәhkәmә cavabdehin icraatı qәsdәn yubandırdığını aşkar etdikdә, işә baxmağa haqlıdır. Bu halda qәtnamә çәkişmә şәraitindә qәbul edilmiş kimi qiymәtlәndirilәrәk cavabdehә apellyasiya qaydasında şikayәt etmәk hüququ verilir. 185.6. İşdә iştirak edәn şәxsin nümayәndәsinin, yaxud vәkilinin gәlmәmәsi işә baxılmasına mane olmur. Hakim işdә iştirak edәn şәxsin vәsatәti ilә onun nümayәndәsinin, yaxud vәkilinin üzürlü sәbәbdәn gәlmәmәsi ilә әlaqәdar işin baxılmasını tәxirә sala bilәr.

Maddә 259. Ərizәnin baxılmamış saxlanmasının әsasları 259.0. Mәhkәmә aşağıdakı hallarda әrizәni baxılmamış saxlayır: (...) 259.0.6. işә onların iştirakı olmadan baxmağı xahiş etmәmiş tәrәflәr mәhkәmәyә gәlmәdikdә; (...)

Maddә 260. Ərizәnin baxılmamış saxlanması qaydası vә nәticәlәri 260.1. İddianın baxılmamış saxlanması haqqında mәhkәmә qәrardad çıxarır. 260.2. Qәrardadda bu Mәcәllәnin 259-cu maddәsindә qeyd edilәn işin baxılmasına mane olan halların necә aradan qaldırılması göstәrilmәlidir. 260.3. Qәrardadda işdә iştirak edәn şәxslәrin arasında mәhkәmә xәrclәrinin bölünmәsi, büdcәdәn dövlәt rüsumunun qaytarılması mәsәlәlәri hәll edilә bilәr. 260.4. İddianın baxılmamış saxlanması üçün sәbәb olan şәrait aradan qaldırıldıqdan sonra maraqlı şәxs ümumi qaydada әrizә ilә mәhkәmәyә yenidәn müraciәt etmәyә haqlıdır. 260.5. Mәhkәmә iddiaçı vә ya cavabdehin vәsatәti üzrә, onlar mәhkәmә iclasında iştirak etmәmәlәrinin vә bu haqda mәhkәmәyә mәlumat vermәmәlәrinin üzürlü sәbәblәrdәn baş vermәsi haqqında sübutlar tәqdim etdikdә, bu Mәcәllәnin 259.0.6 vә 259.0.7-ci maddәlәrindә göstәrilәn әsaslarla әrizәnin baxılmamış saxlanması barәsindә öz qәrardadını lәğv edir. 260.6. İddianın baxılmamış saxlanması haqqında mәhkәmә qәrardadından şikayәt verilә bilәr.

Maddә 372. Apellyasiya instansiyası mәhkәmәsindә işә baxılmanın hәdlәri (...) 372.7. Apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır.

Maddә 398. Apellyasiya instansiyası mәhkәmәsinin sәlahiyyәti 398.0. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: 398.0.2. qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk; (...)

Maddә 399. Apellyasiya instansiyası mәhkәmәsinin göstәrişlәrinin mәcburiliyi Birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir.

Maddә 402. Kassasiya şikayәti vermә hüququ (...) 402.2. Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; 402.2.2. kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә; 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Apellyasiya instansiya mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә әsasәn qәrardaddan verilәn şikayәtә yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

12. Apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәrardadı bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 13 Mәhkәmә kollegiyası mәruzәçi-hakimi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә birgә araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı lәğv edilәrәk, iş sonrakı prosessual vәzifәlәrin yerinә yetirilmәsi üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır.

14. Mövcud iş materialları vә tәtbiq edilmәli prosessual hüquq normaları birlikdә qiymәtlәndirildikdә belә nәticәyә gәlmәk olur ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn tәrәflәrin çәkişmә prinsipi pozulmaqla iddiaçının mәhkәmә әlçatımlığı tәmin edilmәmişdir.

15. Belә ki, hazırki iddia tәlәbi ##.##.2025-ci il tarixdә mәhkәmәnin icraatına daxil olmuş, mәhkәmәnin hazırlıq iclası ##.##.2025-ci il tarixә saat 15:00-a tәyin edilmiş, daha sonra mәhkәmәnin hazırlıq iclası ##.##.2025-ci il vә ##.##.2025-ci il tarixlәrә tәxirә salınmış, ##.##.2025-ci il tarixli iclas zamanı isә Sumqayıt Kommersiya Mәhkәmәsinin icraatında olan *-*(***)-***/**** nömrәli işә mahiyyәti üzrә baxılıb yekun mәhkәmә aktı qәbul edilib qanuni qüvvәsini alanadәk iş üzrә icraat dayandırılmışdır. Bundan sonra mәhkәmә tәrәfindәn işin icraatının dayandırılmasına әsas olan halın aradan qalxıb-qalxmaması ilә bağlı bir çox xatırlatmalar verilmiş, nәhayәt işin dayandırılmasına әsas olan iddia tәlәbi üzrә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinin icraatında olan *-*(*-*)-***/**** nömrәli işi üzrә ##.##.2026cı il tarixdә iş üzrә yekun mәhkәmә aktı qәbul edilmiş, bundan sonra hazırki iş üzrә ##.##.2026cı il tarixdә iş üzrә icraat tәzәlәnәrәk mәhkәmә hazırlıq iclası ##.##.2026-cı il tarixә tәyin edilmişdir, tәrәflәrә hәmin iclas barәdә mәlumat verilsә dә, tәrәflәr mәhkәmә iclasında iştirak etmәdiyini әsas tutan birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 259.0.6-cı maddәsinә istinad edәrәk iş üzrә iddia әrizәsinin baxılmamış saxlanması barәdә qәrardad qәbul etmişdir.

16. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsinin hazırki iş üzrә gәldiyi nәticә Mülki Prosessual Mәcәllәsinin 185-ci vә 259-cu maddәlәrinin qarşılıqlı әlaqәdә düzgün tәtbiq edilmәmәsi nәticәsindә qәbul edilmişdir.

17. Belә ki, MPM-in 259.0.6-cı maddәsinә әsasәn, işә onların iştirakı olmadan baxılmasını xahiş etmәmiş tәrәflәr mәhkәmәyә gәlmәdikdә mәhkәmә әrizәni baxılmamış saxlayır.

18. Lakin qeyd olunan norma MPM-in 185-ci maddәsinin müddәaları ilә birgә tәtbiq olunmaqla müәyyәn nәticәyә gәlinmәlidir. Belә ki, MPM-in 185.4-cü maddәsindә açıq şәkildә müәyyәn edilmişdir ki, tәrәflәr vә yaxud iddiaçı mәhkәmә baxışının vaxtı vә yeri haqqında lazımi qaydada xәbәrdar edilib, lakin onlar mәhkәmә iclasına tәkrar gәlmәdikdә mәhkәmә hәmin işә baxmağa haqlıdır. Belә hallarda Mәcәllәnin müvafiq olaraq 259.0.6-cı vә 259.0.7-ci maddәlәri tәtbiq edilir.

19. Demәli, prosessual qanunvericilik 259.0.6-cı maddәnin tәtbiqi mәsәlәsini 185.4-cü maddәdә nәzәrdә tutulmuş prosessual qayda ilә әlaqәlәndirmiş vә tәrәfin mәhkәmә iclasına sadәcә bir dәfә gәlmәmәsini deyil, tәrәfin mәhkәmә iclasına tәkrar gәlmәsini xüsusi olaraq nәzәrdә tutmuşdur.

20. Başqa sözlә, tәrәfin mәhkәmә iclasına bir dәfә gәlmәmәsi avtomatik olaraq MPM-in 259.0.6-cı maddәsinin tәtbiqi üçün yetәrli hesab edilә bilmәz. Belә bir nәticәnin yaranması üçün MPM-in 185.4-cü maddәsindә nәzәrdә tutulmuş “tәkrar gәlmәmә” halı mövcud olmalıdır. Hazırkı iş üzrә isә belә hal mövcud olmamışdır.

21. Belә ki, ##.##.2025-ci il tarixdә iş üzrә icraat dayandırıldıqdan sonra mәhkәmә tәrәfindәn işә mahiyyәti üzrә baxılması davam etdirilmәmişdir. İş üzrә icraat yalnız ##.##.2026cı il tarixdә, yәni işin dayandırılmasına sәbәb olmuş hal tamamilә aradan qalxdıqdan sonra tәzәlәnmişdir. İcraatın tәzәlәnmәsindәn sonra isә ##.##.2026-cı il tarixli mәhkәmә iclası tәrәflәrin mәhkәmә iclasına çağırılmış iş üzrә ilk mәhkәmә iclası olmuşdur.

22. Bu baxımdan, ##.##.2026-cı il tarixli iclasa tәrәflәrin gәlmәmәsini MPM-in 185.4-cü maddәsindә nәzәrdә tutulan “tәkrar gәlmәmә” kimi qiymәtlәndirmәk olmaz. Mülki Prosessual Mәcәllәdә mәhz tәkrar gәlmәmә halında iddia әrizәsinin baxılmamış saxlanılmasına imkan vermәklә tәrәfin mәhkәmә prosesindә iştirak etmәk imkanından dәfәlәrlә istifadә etmәmәsini prosessual nәticә ilә әlaqәlәndirmişdir. Hazırkı işdә isә tәrәflәrin icraat tәzәlәndikdәn sonra ilk mәhkәmә iclasına gәlmәmәsi mövcuddur.

23. Bundan әlavә, mәhkәmәnin belә yanaşması nәticәsindә tәrәflәrin mübahisәyә mahiyyәti üzrә baxılmasında iştirak etmәk, öz mövqelәrini әsaslandırmaq vә sübutlarını tәqdim etmәk imkanları tәmin edilmәmiş, nәticәdә çәkişmә prinsipinin faktiki hәyata keçirilmәsi mümkün olmamışdır.

24. Mәhkәmә, xüsusilә işin bir ildәn artıq müddәt әrzindә onun icraatında olmasını, bu müddәtin әhәmiyyәtli hissәsindә iş üzrә icraatın mәhz mәhkәmәnin qәrarı әsasında dayandırılmasını, icraatın yalnız ##.##.2026-cı il tarixdә tәzәlәnmәsini vә ##.##.2026-cı il tarixli iclasın icraat tәzәlәndikdәn sonra ilk iclas olmasını, әvvәlki mәhkәmә iclasında tәrәflәrin iştirak etdiyini, mәhkәmәyә sübutlar tәqdim etdiyini, işin gedişatı ilә tanış olduğu nәzәrә almalı idi.

25. Bu hallar birlikdә qiymәtlәndirildikdә belә nәticәyә gәlmәk mümkündür ki, hazırkı iş üzrә MPM-in 259.0.6-cı maddәsinin tәtbiqi üçün zәruri prosessual әsaslar mövcud olmamışdır.

26. Nәticә etibarilә, birinci instansiya mәhkәmәsi tәrәfindәn qәbul edilmiş iddia әrizәsinin baxılmamış saxlanılması barәdә qәrardad MPM-in 185.4-cü vә 259.0.6-cı maddәlәrinin düzgün tәtbiq edilmәmәsi, tәrәflәrin mәhkәmә iclasına “tәkrar” gәlmәmәsi şәrtinin mövcud olmamasının nәzәrә alınmaması vә iş üzrә çәkişmә prinsipinin lazımi qaydada tәmin edilmәmәsi sәbәbindәn qanunsuz vә әsassız hesab edilmәlidir.

27. Göstәrilәnlәrә әsasәn mәhkәmә kollegiyası hesab edir ki, şikayәt qismәn tәmin olunmalı, Sumqayıt Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrәli qәrardadı lәğv edilәrәk, qәrardadda göstәrilәn xüsusatlar әsasında qәrardad lәğv edilәrәk işin mahiyyәti üzrә baxılmasının davam etdirilmәsi tәmin edilmәsi üçün kommersiya iş hәmin mәhkәmәyә qaytarılmalıdır.

28. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası

QƏRARA ALDI: Şikayәt qismәn tәmin edilsin. Sumqayıt Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrәli qәrardadı lәğv edilsin. Hazırki mülki iş üzrә iddia icraatına baxılmasının davam etdirilmәsi üçün Sumqayıt Kommersiya Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar