Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-114/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov Ilqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, cavabdehin nümayəndəsi vəkil Vəkil iştirakı ilə, Iddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI Işin halları
1. Tərəflər arasında bağlanmış ## ###### 2024-cü il tarixli GB ***-** nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (iddiaçı) müqavilənin əlavələrində göstərilən malları satır, alıcı (cavabdeh) isə müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən əlavələrdə (qiymət razılaşma protokolunda) göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya müvafiq qiymət razılaşma protokolunda nəzərdə tutulmuş qiyməti ödəyir.
2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqaviləyə dair qiymət razılaşma protokollarında xüsusi şərtlər də nəzərdə tutula bilər.
3. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malların qiyməti tərəflər arasında qarşılıqlı razılaşdırılma əsasında qiymət razılaşdırılma protokollarında (sifariş) müəyyən olunur.
4. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, sifariş üzrə malların dəyəri təhvil-təslim aktı imzalandıqdan sonra 15 iş günü ərzində alıcı tərəfindən satıcının hesabına köçürmə yolu ilə ödəniləcəkdir.
5. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, malların təqdim olunması satıcı tərəfindən alıcıya qaimə fakturanın və aktın təqdim edilməsi anı sayılır. Hər bir sifariş üzrə təqdim edilən fakturada malların və ya görülmüş işlərin ayrı-ayrılıqda qiyməti və ümumi faktura məbləği göstərilməlidir..
6. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, mal təhvil verilərkən təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri), təhvil-təslim aktını imzalayırlar.
7. Həmin müqavilənin 4.4.1-ci yarımbəndinə əsasən malın qiymətini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir.
8. Həmin müqavilə üzrə tərtib edilmiş ## ######## 2024-cü il tarixli qiymət və şərtləri razılaşdırılma protokolu ilə iddiaçı tərəfindən cavabdehə təhvil verilməli malların ümumi dəyəri 2134 manat, ## ######## 2024-cü il tarixli qiymət və şərtləri razılaşdırılma protokolu ilə iddiaçı tərəfindən cavabdehə təhvil verilməli malların ümumi dəyəri 225 manat məbləğində razılaşdırılmışdır.
9. Iş materiallarından görünür ki, ## ######## 2024-cü il tarixli təhvil-təslim aktı üzrə 2134 manat, ## ######## 2024-cü il tarixli təhvil-təslim aktı üzrə 225 manat məbləğində olmaqla, ümumi dəyəri 2359 manat məbləğində olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
10. Iş materiallarından görünür ki, ## ######## 2024-cü il tarixli MT2409 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə 2134 manat, ## ######## 2024-cü il tarixli MT2409 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə 225 manat məbləğində olmaqla, cəmi 2359 manat məbləğində dəyəri olan malların təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
11. Iş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya ## ###### 2024-cü il tarixli GB ***-** nömrəli alqı-satqı müqaviləsi üzrə 2359 manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsində icraat
12.Iddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ## ###### 2024-cü il tarixli GB ***-** nömrəli alqı-satqı müqaviləsi üzrə 2359 (iki min üç yüz əlli doqquz) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və 46,59 (qırx altı manat, əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında ## ###### 2024-cü il tarixli GB ***-** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı qismində çıxış edən İddiaçı MMC tərəfindən qiymət razılaşma protokolunda və təhvil-təslim aktında göstərilən malları alıcı qismində çıxış edən “xxxx" MMC-yə təhvil verilsə də, sonuncu tərəfindən müqavilə əsasında tərtib edilmiş elektron qaimə-fakturalar üzrə ödənişlər tam məbləğdə ödənilməmiş, bununla da müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər lazımınca icra edilməmişdir. Belə ki, müqaviləyə dair 3 və * nömrəli qiymətlərin razılaşdırılması protokollarında qeyd edilmişdir ki, tərəflər qeyd edilən malların qiymətləri ilə bağlı qiymət razılaşma protokolunu təsdiq edirlər. Qeyd olunan * nömrəli əlavə razılaşmaya əsasən malların dəyəri ümumilikdə ƏDV daxil 2134 manat, * nömrəli əlavə razılaşmaya əsasən malların dəyəri ümumilikdə ƏDV daxil 225 manat məbləğində olmaqla, ümumilikdə 2359 manat dəyərində müəyyən edilmişdir. ## ######## 2024cü il tarixli və ## ######## 2024-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, satıcı təhvil-təslim aktlarında göstərilən malları alıcıya təhvil verir, alıcı isə təhvil-təslim aktlarında göstərilən malları satıcıdan təhvil alır. Hər iki tərəf malların təhvil-təslimi ilə bağlı yuxarıda qeyd olunan təhvil-təslim aktlarını öz imzaları ilə təsdiq edirlər. Eyni zamanda müvafiq təhvil-təslim aktları üzrə mallar cavabdehə təhvil verildikdən sonra tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə ## ######## 2024-cü ildə ******** nömrəli və ## ######## 2024-cü ildə ******** nömrəli elektron qaimə-fakturalar göndərilmişdir. Həmin elektron qaimə-fakturalar üzrə ƏDV daxil ödənilməli məbləğ, ümumilikdə 2359 manat məbləğində müəyyən edilmişdir. 14.Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyun 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdehndən 2359 (iki min üç yüz əlli doqquz) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və 46,59 (qırx altı manat, əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2705,59 (iki min yeddi yüz beş manat, əlli doqquz qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir (hakim Fərman Həmidli). 15.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında ## ###### 2024-cü il tarixli GB ***-** nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan malları cavabdehə təqdim etsə də, alıcı qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək təhvil aldığı malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Belə ki, hazırkı iddia tələbi iş materiallarına əlavə edilmiş qiymət və şərtləri razılaşdırılma protokolları, elektron qaiməfakturalar və təhvil-təslim aktları ilə təsdiq edilməkdədir. Yuxarıda istinad edilən elektron qaiməfakturalar və təhvil-təslim aktları üzrə iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 2359 manat məbləğində olan malların təhvil verildiyi görünür.
16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 425.2, 427.3, 442, 567, 600.1, 600.4, Mülki Prosessual Məcəllənin 4.2, 88, 284-1, 284-5.3, 284-6.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh olaraq müqavilə tələbləri tam olaraq yerinə yetirilmişdir. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Iddia tələbində göstərilən pul tələbi iddiaçı tərəfindən tələb edilə bilər amma məhkəmə cavabdehin iştirakının təmin etmədiyindən yaranmış borcun dəqiqliyini müəyyən edə bilməz. Çünki göstərilən borc real olmamışdır. Birinci instansiya tərəfindən elektron bildiriş göndərilsə də, ola bilsin texniki səbəblərdən cavabdehin elektron kabinetində görünməmişdir. Məhz belə səbəblərdən də cavabdeh məhkəməyə müraciət edərək qətnaməni məhkəmədən almışdır. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh olaraq borcun böyük bir hissəsi ödənilmiş, lakin iddiaçı bunu iddiasında tam olaraq göstərməmişdir. Cavabdeh olaraq borc tam bağlamaq istəsək də iddiaçı fantastik bir məbləğ istəmişdir, sonra isə nümayəndəsi gəlib mallarına avtomobilə yükləyib aparmışdır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Iddiaçı tərəfindən cavabdehə müraciət edildiyi halda ilkin müqavilə üzrə yaranmış borcun istənilən an ödənilməsi bildirilsə də, iddiaçı şişildilmiş bir məbləği cavabdehdən tələb etmişdir.
Apellyasiya şikayətinə etiraz
19. Iddiaçı apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, cavabdehin “iş məhkəməyə verilməsindən və iclaslar barədə məlumatlandırılmamışıq” məzmunlu dəlili iş üzrə mövcud elektron məlumatlarla təkzib olunur. Kommersiya mübahisələri üzrə icraatın elektron qaydada həyata keçirilməsi nəzərə alınmaqla, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl cavabdeh Cavabdeh MMC-yə borcun 5 (beş) gün müddətində ödənilməsi barədə pretenziya məktubu elektron qaydada həm https://e-mehkeme.gov.az vasitəsilə, həmçinində https://new.etaxes.gov.az vasitəsilə göndərilmiş və bununla da cavabdeh Cavabdeh MMC mövcud borc barədə xəbərdar edilmişdir. Qeyd olunan 5 (beş) günlük müddətin başa çatmasına və borcun ödənilməməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Bununla əlaqədar, məhkəməyə müraciət edilməzdən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də Iqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin elektron vergi sistemi https://new.e-taxes.gov.az vasitəsilə cavabdeh Cavabdeh MMC-yə elektron qaydada göndərilmiş və məhkəməyə müraciət ediləcəyi barədə əvvəlcədən məlumat verilmişdir. Beləliklə, cavabdehə yalnız məhkəmə icraatının başlanmasından sonra deyil, hələ məhkəməyə müraciət edilməzdən əvvəl də mübahisənin mövcudluğu, borcun ödənilməsi tələbi və öhdəliyin icra edilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Bu hallar cavabdehin iddia ərizəsindən və onun barəsində məhkəmə mübahisəsinin başlanmasından ümumiyyətlə xəbərsiz olması barədə apellyasiya şikayətində irəli sürdüyü dəlilin işin faktiki halları ilə uyğun olmadığını göstərir. Bundan əlavə, birinci instansiya məhkəməsinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş ##.##.2026-cı il tarixli məhkəmə bildirişindən görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci və 284-5.3-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatlarının dinlənilməsi üçün çağırılmadan, təqdim edilmiş sənədlər əsasında baxılacağı barədə cavabdeh məlumatlandırılmışdır. Həmin bildirişdə, həmçinin cavabdehə bildirişin alındığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edə biləcəyi açıq şəkildə bildirilib. Bu baxımdan cavabdehin “iclaslar barədə məlumatlandırılmamışıq” arqumenti də əsassızdır. Belə ki, hazırkı iş üzrə məhkəmə iclasının keçirilməsi ümumiyyətlə nəzərdə tutulmamış, işə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yazılı icraat formasında baxılmışdır. Bu səbəbdən cavabdehin məhkəmə iclasına çağırılmaması və ya məhkəmə iclasında iştirakının təmin edilməməsi onun prosessual hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Eyni zamanda, cavabdehin prosessual hüquqları məhdudlaşdırılmamış, əksinə, ona iddia ərizəsinə qarşı öz mövqeyini bildirmək, əsaslandırılmış etirazını və etirazını təsdiq edən sübutları təqdim etmək üçün konkret müddət və prosessual imkan verilmişdir. Xüsusilə qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən müəyyən edilmiş 10 (on) iş günü müddətində iddia ərizəsinə qarşı əsaslandırılmış etiraz təqdim edildiyi halda, işə yazılı icraat qaydasında deyil, məhkəmə iclasında baxılması təmin ediləcəkdi, tərəflərin mövqelərinin məhkəmə iclasında dinlənilməsi və təqdim edilmiş etiraz və sübutların məhkəmə tərəfindən araşdırılması mümkün olacaqdı. Lakin cavabdeh ona verilmiş bu prosessual imkanından istifadə etməmiş, birinci instansiya məhkəməsində işə baxıldığı müddətdə iddia tələblərinə qarşı hər hansı etiraz, sübut və ya digər prosessual sənəd təqdim etməmişdir. Başqa sözlə, işə yazılı icraat qaydasında baxılması cavabdehin müdafiə hüququnun məhkəmə tərəfindən məhdudlaşdırılmasının nəticəsi deyil, cavabdehin qanunla ona verilmiş prosessual imkanından istifadə etməməsinin nəticəsi olmuşdur. Bu baxımdan cavabdehin birinci instansiya məhkəməsində öz mövqeyini təqdim etməməsinin nəticələrini məhkəmənin üzərinə qoyaraq sonradan müdafiə hüququnun pozulduğunu iddia etməsi əsassızdır. Cavabdehin elektron bildirişin guya texniki səbəblərdən elektron kabinetində görünməməsi barədə dəlili də konkret və mötəbər sübutlarla təsdiq edilməmişdir. Apellyasiya şikayətində hansı texniki nasazlığın baş verdiyi, həmin nasazlığın nə vaxt meydana gəldiyi, elektron kabinetə girişin mümkün olmadığı və ya məhkəmə bildirişinin elektron sistem tərəfindən cavabdehə təqdim edilmədiyini təsdiq edən hər hansı texniki sənəd, sistem məlumatı və ya digər mötəbər sübut göstərilməmişdir. Cavabdehin “ola bilsin texniki səbəblərdən elektron kabinetdə görünməmişdir” məzmunlu ifadəsi yalnız ehtimal xarakteri daşıyır və özlüyündə məhkəmə bildirişinin cavabdehə lazımi qaydada təqdim edilmədiyini sübut etmir. Bununla yanaşı, şəxsin eyniləşdirilməsi sistemi üzrə aparılmış yoxlama nəticəsində cavabdehin elektron kabinetinin mövcud olduğu müəyyən edilmişdir. Bu hal cavabdehin elektron məhkəmə sistemindən istifadə etmək və həmin sistem vasitəsilə ona təqdim olunan sənədlərlə tanış olmaq imkanının mövcud olduğunu göstərir. Beləliklə, cavabdehin elektron kabinetinin mövcud olduğu, iş üzrə ##.##.2026-cı il tarixli məhkəmə bildirişinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirildiyi, cavabdehə iddiaya qarşı etiraz və sübutlarını təqdim etmək üçün 10 (on) iş günü müddətinin verildiyi və cavabdehin həmin müddət ərzində hər hansı etiraz və ya sübut təqdim etmədiyi nəzərə alınmaqla, onun sonradan yalnız ehtimala əsaslanan “texniki səbəbdən məlumatımız olmayıb” arqumenti müdafiə hüququnun pozulduğunu təsdiq edən mötəbər əsas kimi qəbul edilə bilməz. Əksinə, iş materialları cavabdehin müdafiə hüququndan istifadə etməsi üçün zəruri prosessual imkanlara malik olduğunu, o cümlədən iddiaya qarşı etiraz və sübutlarını təqdim etmək, bununla da işə məhkəmə iclasında baxılmasına şərait yaratmaq imkanının olduğunu, lakin həmin imkanlardan birinci instansiya məhkəməsində istifadə etmədiyini göstərir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən tələb edilən borcun real olmadığını bildirmiş, lakin bu iddianı təsdiq edən konkret sübut təqdim etməmişdir. Borcun yaranması və məbləğinin əsaslı olması barədə bildiririk ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli, GB ***-** nömrəli Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı Müqavilənin əlavələrində göstərilən malları satır, Alıcı isə Müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokollarında göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun malları Satıcıdan alır və onların müqabilində müvafiq qiymət razılaşma protokolunda nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, malların qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında qiymət razılaşma protokollarında (Sifarişdə) müəyyən edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən isə Sifariş üzrə malların dəyəri təhvil-təslim aktı imzalandıqdan sonra 15 (on beş) iş günü ərzində Alıcı tərəfindən Satıcının hesabına köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 2.3-cü və 3.3-cü bəndlərindən irəli gəldiyi kimi, malların təqdim edilməsi müvafiq qaimə-faktura və təhvil-təslim aktı ilə rəsmiləşdirilir və mallar təhvil verilərkən tərəflər tərəfindən müvafiq sənədlər imzalanır. Müqavilənin 3.4-cü bəndinə əsasən, mal Alıcıya təhvil verildiyi andan mala mülkiyyət hüququ Alıcıya keçir. Eyni zamanda, Müqavilənin 4.4-cü bəndinə əsasən, malın qiymətini Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək Alıcının əsas vəzifələrindən biridir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə ilə malların təhvil verilməsi və həmin malların dəyərinin ödənilməsi ilə bağlı qarşılıqlı hüquq və öhdəliklər konkret şəkildə müəyyən edilmişdir. Satıcı tərəfindən öz öhdəliyi icra edildiyi, yəni mallar Alıcıya təhvil verildiyi halda, Alıcının həmin malların dəyərini müəyyən edilmiş müddətdə ödəmək öhdəliyi yaranmışdır. Hazırkı iş üzrə həmin öhdəliyin yaranması və məbləği bir-biri ilə qarşılıqlı əlaqədə olan və bir-birini təsdiq edən yazılı və elektron sübutlarla müəyyən olunur. Belə ki, ##.##.2024-cü il tarixli, GB ***-** nömrəli Alqı-Satqı Müqaviləsinə dair 3 və * nömrəli X2 tərəflər müvafiq malların qiymətlərini qarşılıqlı razılaşdırmışlar. * nömrəli X1 əsasən malların ümumi dəyəri ƏDV daxil 2.134 (iki min yüz otuz dörd) manat, * nömrəli X1 əsasən isə ƏDV daxil 225 (iki yüz iyirmi beş) manat müəyyən edilmişdir. Beləliklə, həmin protokollar üzrə malların ümumi dəyəri ƏDV daxil 2.359 (iki min üç yüz əlli doqquz) manat təşkil etmişdir. ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, İddiaçı MMC tərəfindən həmin aktlarda göstərilən mallar Cavabdeh MMC-yə təhvil verilmiş, Cavabdeh MMC tərəfindən isə mallar təhvil alınmışdır. Tərəflər malların təhvil-təslimini müvafiq aktları imzalamaqla təsdiq etmişlər. Beləliklə, malların cavabdehə faktiki olaraq təhvil verilməsi yalnız iddiaçının izahatı ilə deyil, tərəflərin hər ikisi tərəfindən imzalanmış təhvil-təslim aktları ilə təsdiq olunur. Həmin aktlarda göstərilən malların dəyəri isə tərəflər arasında əvvəlcədən razılaşdırılmış qiymət razılaşdırılması protokollarına uyğun olaraq müəyyən edilmişdir. Malların təhvil verilməsindən sonra Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh MMC-yə ##.##.2024-cü il tarixli, ******** nömrəli və ##.##.2024-cü il tarixli, ******** nömrəli elektron qaimə-fakturalar göndərilmişdir. Həmin elektron qaimə-fakturalar üzrə ƏDV daxil ödənilməli məbləğ ümumilikdə 2.359 manat təşkil etmişdir. Bundan əlavə, iş materiallarında olan maliyyə arayışından da Cavabdeh MMC-nin İddiaçı MMC qarşısında ##.##.2024-cü il tarixli, GB ***-** nömrəli Alqı-Satqı Müqaviləsi üzrə 2.359 manat məbləğində borcunun olduğu müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə borcun məbləği iddiaçı tərəfindən birtərəfli qaydada müəyyən edilməmiş və ya sonradan artırılmamışdır. Əksinə, 2.359 manat məbləğində borc tərəflər arasında bağlanmış müqavilə, qiymət razılaşdırılması protokolları, tərəflərin imzaladığı təhvil-təslim aktları, elektron qaimə-fakturalar və maliyyə arayışı ilə qarşılıqlı şəkildə təsdiq olunur. Bu baxımdan cavabdehin apellyasiya şikayətində borcun “real olmadığı” və ya iddiaçı tərəfindən “fantastik” və “şişirdilmiş” məbləğin tələb edildiyi barədə dəlilləri iş materiallarında mövcud olan sənədlərin məzmunu ilə uyğun gəlmir. Eyni zamanda, cavabdehin borcun böyük bir hissəsinin ödənilməsi barədə dəlili də konkret sübutlarla təsdiq olunmamışdır. Cavabdeh tərəfindən hansı məbləğin, hansı tarixdə, hansı ödəniş sənədi əsasında və məhz hazırkı müqavilə üzrə borcun ödənilməsi məqsədilə verildiyini təsdiq edən hər hansı bank ödəniş sənədi və ya digər mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən, cavabdehin “borcu tam bağlamaq istəsək də, iddiaçı fantastik məbləğ tələb etmişdir” məzmunlu izahatı da hüquqi baxımdan borcun mövcudluğunu və ya məbləğini təkzib etmir. Belə ki, borcun ödənilməsinə hazır olmaq barədə ümumi ifadə faktiki ödənişin həyata keçirilməsini və ya mövcud borcun məbləğinin başqa məbləğdə olmasını təsdiq edən sübut hesab edilə bilməz. Eyni zamanda, cavabdehin iddiaçı tərəfindən malların nümayəndə vasitəsilə avtomobilə yüklənərək aparıldığı barədə iddiası da hazırkı borcun mövcudluğunu və məbləğini avtomatik olaraq aradan qaldırmır. Əgər cavabdeh bu halın borcun tam və ya qismən ödənilməsinə səbəb olduğunu iddia edirsə, həmin malların hansı mallar olduğunu, onların hansı tarixdə və hansı dəyərdə geri götürüldüyünü və bunun nəticəsində 2.359 manat məbləğində borcun hansı hissəsinin aradan qalxdığını konkret sübutlarla əsaslandırmalıdır. Lakin apellyasiya şikayətində bu halları təsdiq edən mötəbər sübutlar göstərilməmişdir. Nəticə etibarilə, iş materiallarında olan sübutların məcmusu Cavabdeh MMCnin ##.##.2024-cü il tarixli, GB ***-** nömrəli Alqı-Satqı Müqaviləsi üzrə İddiaçı MMC qarşısında 2.359 manat məbləğində borcunun yarandığını və həmin borcun ödənilmədiyini təsdiq edir. Bu səbəbdən cavabdehin borcun real olmaması, məbləğin şişirdilməsi və borcun böyük hissəsinin ödənilməsi barədə apellyasiya şikayətində irəli sürdüyü dəlillər sənədlərlə təsdiq olunmadığından, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Eyni zamanda qeyd edir ki, cavabdeh bir tərəfdən borcun “real olmadığını” və məbləğin “şişirdildiyini” iddia etsə də, digər tərəfdən cavabdeh öz apellyasiya şikayətində iddiaçı qarşısında 2.359 manat məbləğində borcunun mövcudluğunu faktiki olaraq etiraf edir. Iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutulması hissəsinə dair tələb də iş materiallarında mövcud olan sübutlarla əsaslandırılmışdır. Həmin xərcin faktiki olaraq çəkilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilmişdir. Bu səbəbdən cavabdehin həmin məbləğin tutulmasının əsassız olması barədə ayrıca əsaslandırılmış dəlil irəli sürməməsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticənin də dəyişdirilməsi üçün əsas yoxdur.
Işdə iştirak edən şəxslərin izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 394-1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4-cü maddəsinə əsasən iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Iş materiallarından isə müəyyən olunur ki, tərəflər arasında bağlanmış ## ###### 2024-cü il tarixli GB ***-** nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə ## ######## 2024-cü il tarixli təhvil-təslim aktı üzrə 2134 manat, ## ######## 2024-cü il tarixli təhviltəslim aktı üzrə isə 225 manat olmaqla, ümumilikdə 2359 manat dəyərində mallar təhvil verilmiş, malların təhvil verilməsi müvafiq təhvil-təslim aktları və elektron qaimə-fakturalarla rəsmiləşdirilmişdir. Işdə olan maliyyə arayışında da cavabdehin iddiaçı qarşısında 2359 manat məbləğində borcunun olduğu göstərilmişdir. Cavabdeh isə həmin borcun tam və ya qismən ödənilməsini, yaxud təhvil alınmış malların iddiaçıya geri qaytarılmasını təsdiq edən ödəniş sənədləri, qaytarma aktları, elektron qaimələr və ya digər mötəbər sübutlar təqdim etməmişdir.
26. Kollegiya həmçinin nəzərə alır ki, müqavilənin 2.2-ci bəndinə əsasən malların dəyəri təhvil-təslim aktı imzalandıqdan sonra 15 iş günü ərzində ödənilməli olduğu halda, cavabdehin həmin müddətdə ödəniş öhdəliyini yerinə yetirməsi iş materialları ilə təsdiq edilmir. Yuxarıda qeyd edilmiş mülki qanunvericiliyə əsasən alıcı təhvil aldığı malın qiymətini müqavilədə müəyyən edilmiş müddətdə ödəməli, bu vəzifənin yerinə yetirilməməsi isə öhdəliyin lazımınca icra edilməməsi hesab olunur və satıcıya ödənilməmiş malın dəyərini tələb etmək hüququ verir.
27. Cavabdehin birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bildirişin cavabdehin elektron kabinetində texniki səbəblərdən görünməsinin mümkün olmadığına dair hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi MPM-nin 372.1-ci maddəsinə uyğun olaraq işə tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxdığından, cavabdeh apellyasiya icraatında öz etirazlarını bildirmək və onları təsdiq edən sübutları təqdim etmək imkanına malik olmuşdur. Buna baxmayaraq, cavabdeh iddiaçının tələb etdiyi əsas borcun mövcudluğunu təkzib edən mötəbər sübut təqdim etməmişdir.
28. Beləliklə, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər iş materiallarında olan yazılı sübutlarla təsdiq edilmir və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri formal xarakter daşımaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 394- 1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.