Məhkəmə qərarları › İş №e-2-2(3-8)-46/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-46/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-46/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh3 və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Işin halları:

1. İddiaçı QSC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ## #### 2021-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün 500000 manat məbləğində uzunmüddətli kredit xətti açmışdır.

2. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. - 1.3-cü bəndinə əsasən, bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, ## #### 2031-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur. - 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. - 1.6-cı bəndinə əsasən, kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür.

3. İddiaçı QSC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ## #### 2024-cü il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən, bank məbləği 100000 manat olan krediti əsas vəsaitlərin artırılması məqsədilə aylıq 1,3333 faiz dərəcəsi ilə 30 ay müddətinə kredit alana verir. Həmin kredit razılaşmasında bu razılaşmanın ## #### 2021-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir.

4. Həmin razılaşmanın: - 1.3-cü bəndinə əsasən, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan * saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. - 4.1.3-cü yarımbəndinə əsasən, bank, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığına müqavilədə göstərilən düstur əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi hesablamaq hüququna malikdir .

5. ## #### 2024-cü il tarixli ***R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, cavabdeh “xxxx” MMC-nin banka olan borcu üçün son ödəniş tarixi ## ######## 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

6. Iddiaçı İddiaçı QSC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## #### 2022ci il tarixli ***S************ nömrəli, iddiaçı ilə cavabdeh cavabdeh3 arasında bağlanmış ## #### 2022-ci il tarixli ## #### 2022-ci il tarixli ***S************ nömrəli, iddiaçı ilə cavabdeh cavabdeh4 arasında bağlanmış ## #### 2023-cü il tarixli ***S************ nömrəli zaminlik müqavilələrinin: - 1.1-ci bəndlərinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - 3.1-ci bəndlərinə əsasən, borclu uzunmüddətli kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zaminlər kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla, borclunun uzunmüddətli kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludurlar.

7. Ipoteka saxlayan (iddiaçı İddiaçı QSC) ilə borc alan qismində “xxxx” MMC, ipoteka qoyan qismində cavabdeh3 arasında bağlanmış ## #### 2021-ci il tarixli ***M************ nömrəli ipoteka müqaviləsinin: - 1.1- ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (ünvan 1 ünvanında yerləşən 88,8 kv.m ümumi sahədən ibarət *** saylı mənzili) ## #### 2021-ci il tarixdə Xırdalan şəhərində bağlanmış ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. - 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 66400 manat təşkil edir. - 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 88,8 kv.m ümumi sahədən ibarət *** saylı mənzil iddiaçı İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Iş materiallarında olan ## ### 2025-ci il tarixli OUT-****/**/**-** nömrəli maliyyə arayışından görünür ki, cavabdeh “xxxx” MMC-nin ## #### 2024-cü il tarixli ***R********** nömrəli razılaşma üzrə iddiaçıya 73850,37 manat məbləğində əsas bоrc, 4580,45 manat məbləğində faiz borcu və 3307,96 manat məbləğində cərimə оlmaqla, cəmi 81738,78 manat məbləğində borcu vardır.

9. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş ## ######## 2025-ci il tarixli ****/** nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 88,8 kv.m ümumi sahədən ibarət *** saylı mənzilin likvid dəyəri 110000 manat, bazar dəyəri 127600 manat məbləğində təşkil edir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş ## ####### 2025-ci il tarixli */**** nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış ## #### 2024-cü il tarixli ***R********** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh “xxxx” MMCnin ## ### 2025-ci il tarixə: əsas borc üzrə 72059,6 manat, faiz borcu üzrə 4822,51 manat; ## ######## 2025-ci il tarixə: əsas borc üzrə 72059,6 manat, faiz borcu üzrə 8377,36 manat məbləğində müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş ## ###### 2025-ci il tarixli */**** nömrəli əlavə məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflərarasında imzalanmış ## #### 2024-cü il tarixli ***R********** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh “xxxx” MMCnin ## ### 2025-ci il tarixə: əsas borc üzrə 72059,6 manat, faiz borcu üzrə 4822,51 manat; ## ######## 2025-ci il tarixə: əsas borc üzrə 72059,6 manat, faiz borcu üzrə 11035,49 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

12. Iddiaçı cavabdehlərə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## #### 2024-cü il tarixli ***R********** nömrəli krеdit razılaşması üzrə 73850,37 (yetmiş üç min səkkiz əlli manat, otuz yeddi qəpik) manat məbləğində əsas bоrc, 4580,45 (dörd min beş yüz səksən manat, qırx beş qəpik) manat məbləğində faiz bоrcu və 3307,96 (üç min üç yüz yeddi manat, doxsan altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 81738,78 (səksən bir min yeddi yüz otuz səkkiz manat, yetmiş səkkiz qəpik) manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 335,25 (üç yüz otuz beş manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində rüsumun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının tutulması, tutmanın cavabdeh3 məxsus Abşeron rayonu Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, * saylı evin 88.8 kv.m. ümumi sahədən ibarət *** saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 81738,78 (səksən bir min yeddi yüz otuz səkkiz manat, yetmiş səkkiz qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 335,25 (üç yüz otuz beş manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində rüsumun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC-yə iddiaçı ilə bağladığı ## #### 2021-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 5000000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə “xxxx” MMC iddiaçı ilə bağladığı ## #### 2024cü il tarixli ***R********** nömrəli krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 100000 manat məbləğində krеdit götürmüşdür. “xxxx” MMC krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ## ###### 2025-ci il tarixdən banka qaytarmamışdır. O, götürdüyü krеdit bоrcundan 26149,63 manat ödəmiş, onun 73850,37 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. “xxxx” MMC kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ## ### 2025-ci il tarixə 120 gün üçün hesablanmış faiz borcu 4580,45 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.1-ci bəndinin şərtərinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,02 faiz məbləğində cərimə ödəməlidir. ## ### 2025-ci il tarixə 120 gün üçün hеsablanmış cərimə 3307,96 manat təşkil etmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər cavabdeh1, cavabdeh4 və cavabdeh3 bağlanmış zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə “xxxx” MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh3la iddiaçı arasında bağlanılmış ## #### 2021-ci il tarixli ***M************ nömrəli ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 88,8 kv.m ümumi sahədən ibarət *** saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

14. Iddiaçının nümayəndəsi ## ###### 2026-cı il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iş üzrə ipoteka predmeti olan əmlakın bazar və likvid dəyərinin müəyyən edilməsi üçün təyin edilmiş əmtəəşünaslıq ekspertizasının rəyi ilə razılaşır. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə rəylərin isə məhkəmənin mülahizəsinə əsasən həll edilməsinə razıdır. Bundan başqa, tərəflər arasında bağlanmış krеdit razılaşmasının 4.1.3-cü yarımbəndinin tələblərinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığına müqavilədə göstərilən düstur əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi (yəni cərimə) hesablamaq hüququna malikdir. Kredit razılaşmasında cərimə borcu “gecikdirilmə faizi” olaraq ifadə olunmuşdur. Ona görə də iddia tələbində qeyd edilmiş cərimə məbləğlərinin də gecikdirilmə faizi olaraq qəbul edilməsini və həmin hissədə də tələbin tam şəkildə təmin edilməsini xahiş edir. Eyni zamanda məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən mövcud borcdan hər hansı bir ödəniş həyata keçirilməmişdir, tərəflər arasında mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı razılıq yoxdur. Qeyd olunanlara əsasən məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddia tələbinin borcun tutulması hissəsində tam şəkildə təmin edilməsini, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 73850,37 (yetmiş üç min səkkiz yüz əlli manat, otuz yeddi qəpik) manat məbləğində əsas borc, 4580,45 (dörd min beş yüz səksən manat, qırx beş qəpik) manat məbləğində faiz borcu, 3307,96 (üç min üç yüz yeddi manat, doxsan altı qəpik) manat məbləğində gecikdirilmə faizi (cərimə borcu) olmaqla, cəmi 81738,78 (səksən bir min yeddi yüz otuz səkkiz manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcun, 335,25 (üç yüz otuz beş manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat rüsum və 36 (otuz altı) manat məbləğində xidmət haqqının, həmçinin qiymətləndirmə xərci olaraq ödənilmiş 300 (üç yüz) manatın tutulmasını, tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsini, həmin mənzilin ilkin satış qiymətinin 110000 (yüz on min) manat müəyyən edilməklə açıq hərracda satılaraq əldə olunan məbləğ hesabına borcun və məhkəmə xərclərinin ödənilməsini, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh3 və cavabdeh1 müştərək qaydada 72059,6 (yetmiş iki min əlli doqquz manat, altmış qəpik) manat məbləğində əsas borc, 4580,45 (dörd min beş yüz səksən manat, qırx beş qəpik) manat məbləğində faiz bоrcu, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 36 (otuz altı) manat məbləğində xidmət haqqının, 300 (üç yüz) manat məbləğində mütəxəssis tədqiqatı ilə əlaqədar ödənilmiş xidmət haqqının və 319,92 (üç yüz on doqquz manat, doxsan iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 77310,97 (yetmiş yeddi min üç yüz on manat, doxsan yeddi qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh3 və cavabdeh1 tutulmalı olan cəmi 77310,97 (yetmiş yeddi min üç yüz on manat, doxsan yeddi qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 88,8 kv.m ümumi sahədən ibarət *** saylı mənzilə yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 77310,97 (yetmiş yeddi min üç yüz on manat, doxsan yeddi qəpik) manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 88,8 kv.m ümumi sahədən ibarət *** saylı mənzilin ilkin satış qiymətinin 110000 (yüz on min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Qətnamədən narazı qalan cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Eyni zamanda iddiaçı İddiaçı QSC qətnamənin cərimə borcu ilə bağlı hissəsindən apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin cərimə borcunun təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə də iddia tələbinin tam şəkildə təmin edilməsini, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

Apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə etirazın dəlilləri:

Iddiaçı apellyasiya şikayətində Mülki Məcəllənin 462, 464.1, 465.2, 466, 467ci maddələrinə

18. istinad edərək şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit razılaşmasının 4.1.3-cü bəndinin tələblərinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığına müqavilədə göstərilən düstur əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi (yəni cərimə) hesablamaq hüququna malikdir. Cavabdehlər tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydada yerinə yetirilməmiş və borcun ödənilməsi gecikdirilmişdir. Ona görə də qalıq əsas borcla yanaşı faiz və cərimə borcunun da hesablanması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Iddia tələbində də borclulardan ##.##.2025-ci il tarixinə 120 gün üçün hesablanmış 3307.96 manat gecikdirilmə faizinin, yəni cərimə borcunun tutulması xahiş edilmişdir. Lakin məhkəmə tərəflər arasında bağlanmış müqavilənin və qanunvericliyin tələblərini nəzərə almadan cərimə borcu hissəsində iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cərimə borcu ilə bağlı hissədə kreditorun mənafeyi nəzərə alınmaqla iddia tələbləri tam təmin olunmalıdır. Hazırki müqavilələrdə də cərimə borcu gecikdirilmə faizi olaraq adlandırılmış və hesablanma qaydası müqavilədə müəyyən edilmişdir. Lakin məhkəmə bu halları düzgün qiymətləndirməyərək iddia tələbini həmin hissədə təmin etməmişdir. Iddiaçı MPM-in 88, 218ci maddələrinə istinad etməklə bildirmişdir ki, birinci instansiya məhkəməsi cərimə borcunun tutulması hissəsində iddiaçı bank tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir. Bankın iddia tələbi cərimə borcuna dair hissədə əsassız olaraq təmin edilməmiş, iddiaçı bank tərəfindən təqdim edilmiş sübutları tam və hərtərəfli araşdırmamışdır.

19. Cavabdeh “xxxx” MMC apellyasiya şikayətində AR Konstitusiyasının 13, 29, 60cı və digər maddələrinə, Insan hüquqlarına dair Avropa Konvensiyasının * saylı Protokolun 1-ci maddəsini, 6-cı maddəsinin 1-ci bəndinə və digər normalarına, AR Mülki Məcəlləsinin 740-cı və digər maddələrinə istinad edərək öz şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC-nin direktorunun verdiyi məlumatlardan aydın olur ki, onlar götürdüyü kreditin yarısından çoxunu, yəni təxminən 55 000 manatını qaytarıb. Lakin həmin ödəniş qəbzlərini itirdiyi üçün hal hazırda təqdim edə bilmir. Yəni cavabdehin iddiaçıya qalan əsas borcu 73 850,37 manat deyil, 45 000 manatdır. Bununla bağlı mühasibatlıq ekspertizası təyin olunsa da, həmin ekspertiza düzgün aparılmamış və nəticədə verilmiş rəyə görə cavabdeh “xxxx” MMC-nini, iddiaçıya ## ### 2025-ci il tarixinə olan əsas borcunun 72059,6 manat, faiz borcu isə 4822,51 manat, ## ######## 2025-ci il tarixinə olan əsas borcu 72 059,6 manat, faiz borcu isə 8 377,36 manat olduğu müəyyən olunmuşdur. Lakin cavabdehin iddiaçıya həmin tarixlərə olan əsas borcu 72 059,6 manat deyil, daha az məbləğ, yəni 45 000 manatdır. Buna bağlı olaraq da faiz borcu da düzgün hesablanmayıb. Bu səbəblə həmin rəy ilə razı olmadıqlarınıı bildirərək, məhkəmədən təkrar ekspertiza təyin edilməsini xahiş etmişdirlər. Lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Bundan başqa iş materiallarında olan “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş ## ######## 2025-ci il tarixli ****/** nömrəli mütəxəssis rəyindən görünür ki, cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 88,8 kv.m ümumi sahədən ibarət *** saylı mənzilin likvid dəyəri 110000 manat, bazar dəyəri 127600 manat məbləğində təşkil edir. Cavabdeh bildirir ki, bu qiymətləndirmə rəyi də qəbul edilməzdir, belə ki, həmin ünvanda yerləşən eyni kvadrat metrli evlərin hal hazırkı bazar dəyəri 150 000 manatdan aşağı deyildir. Cavabdeh apellyasiya şikayətində MPM-in 88, 217, 385, 386-cı maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmadığını bildirmişdir.

20. Iddiaçı ##.##.2026-cı ildə cavabdehin apellyasiya şikayətinə etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etmirlər. Hesab edirlər ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır və formal xarakter daşıyır. Borc məbləği müqavilə şərtlərinə uyğun hesablanmışdır. Ödəniş planlarından görünür ki, borclunun müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu aylıq məbləğlərin həm faiz borcundan, həm də əsas borcdan silinməsi razılaşdırılmış, ödəniş gecikdiriləcəyi təqdirdə isə cərimə borcu hesablanması nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Borclu müqavilə şərtlərini pozmuş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də bank məhkəməyə müraciət edərək qalıq borcun, ona hesablanmış faiz və cərimə borclarının tələb edilməsində haqlı olmuşdur. Iş üzrə iki dəfə mühasibatlıq ekspertizası təyin edilərək keçirilmişdir. Ipoteka predmeti olan əmlakın dəyəri müstəqil qiymətləndiricinin rəyinə əsasən müəyyən edilmişdir. Cavabdeh borc məbləğinin düzgün hesablanmaması, həmçinin ipoteka predmetinin dəyərinin daha yüksək olmasını qeyd etsə də bununla bağlı birinci instansiya məhkəməsində işə baxıldığı dövrdə heç bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

21. Məhkəmə kollegiyasının iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

22. Iddiaçı “xxxx” QSC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə etiraz ünvanlayaraq, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini, İddiaçı QSC-nin apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eləcə də, cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və cavabdehin apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi (## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər olan redaksiyada). 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Kredit müqaviləsinin anlayışı (## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə) Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 745. Kredit müqaviləsinin xüsusiyyətləri (## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə) 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.

24. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Torpaq sahəsinə dair ipoteka müqaviləsinin bağlandığı vaxt qüvvədə olmuş 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.2-ci maddəsinə əsasən, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra xidmətinin depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür. 47.4-cü maddəsinə əsasən, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2025-ci il tarixli Plenum Qərarı

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayətinin əsas dəlili məhkəməmühasibatlıq və əmtəəşünaslıq ekspertizalarının nəticələri ilə razı olmamasıdır. Belə ki, cavabdeh şikayətində bildirmişdir ki, kreditin yarısından çoxu, yəni təxminən 55000 manat qaytarılmış, lakin həmin ödəniş qəbzlərini itirdiyindən hal-hazırda təqdim edə bilməmişdir, əsas borcu 73.850,37 manat deyil, 45 000 manatdır, buna bağlı olaraq da faiz borcu da düzgün hesablanmamışdır. Eləcə də ipoteka ilə yüklü edilmiş *** saylı mənzilin hazırki bazar dəyəri 150000 manatdan aşağı deyildir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlillərini əsassız hesab edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh apellyasiya şikayətində əsas və faiz borcunun düzgün hesablanmadığını, əsas borcdan 55000 manat ödənildiyini göstərsə də, ödəniş qəbzlərini itirdiyini bildirərək şikayətində qeyd etdiyi halları təsdiq edən hər-hansı sübutları təqdim etməmiş, o cümlədən iş üzrə məhkəməmühasibatlıq ekspertizasının rəyinin mötəbərliyini şübhə altına alan hər-hansı hallara istinad etməmişdir. Eləcə də, cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin dəyərinin daha yüksək olmasını qeyd etsə də, bununla bağlı nə birinci instansiya məhkəməsində işə baxıldığı dövrdə, nə də apellyasiya baxışı heç bir mötəbər sübut təqdim etməmişdir.

30. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Cavabdeh iddia tələbində göstərilən məbləğin düzgün hesablanmaması və ipoteka predmetinin dəyərinin daha yüksək olması ilə bağlı sübutlarını prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim etməmiş, nümayəndəsi məhkəmə kollegiyasının iclaslarında iştirak etməmişdir. Iş materiallarından və iddiaçı tərəfindən təqdim edilmiş müvafiq sübutlardan və ## ####### 2025- ci il tarixli */**** nömrəli və ## ###### 2025-ci il tarixli */**** nömrəli ekspert rəylərindən birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən tutulmalı olan məbləğin düzgün hesablanması müəyyən olunmuşdur.

31. Bununla yanaşı ipoteka ilə yüklü edilmiş əmlakın bazar dəyərinə münasibətdə qeyd olunmalıdır ki, “Ipoteka haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, ipoteka qoyanın bu Qanunun 30-cu maddəsinə uyğun olaraq ipoteka predmetinə sərəncam vermək hüququ vardır. Qanunun 30.6-cı maddəsinə əsasən, ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. Ipoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. Ipoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi, qanunvericilik ipoteka qoyan borcluya şərait yaradır ki, ipoteka predmetinə məcburi tutma yönəldilənə qədər həmin əmlakı notarial qaydada özü satıb notarius vasitəsilə satış pulundan borcunu ipoteka saxlayana (kreditora) ödəsin. Borc tam ödəniləndən sonra satış pulunun qalan hissəsi ipoteka qoyanın (borclunun) öz sərəncamında qalır. Cavabdehin apellyasiya şikayətində qeyd olunduğu kimi həmin mənzilin hazırki bazar dəyəri həqiqətən də qiymətləndirmə hesabatında qeyd olunan məbləğdən yüksəkdirsə, cavabdeh hazırki mübahisə üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək öz təşəbbüsü ilə həmin mənzilin satışını həyata keçirə və kredit öhdəliklərini icra edərək qalan məbləği öz sərəncamında saxlaya bilər.

32. Iddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddia tələbinin gecikdirilmə faizinə dair hissəsi də məhkəmə tərəfindən tam təmin olunmalı idi. Belə ki, iddia ərizəsində tərəflər arasında bağlanmış krеdit razılaşmasının 4.1.3-cü bəndinin tələblərinə uyğun оlaraq borclulardan ##.##.2025-ci il tarixinə 120 gün üçün hesablanmış 3307.96 manat gecikdirilmə faizi, yəni cərimə borcu tutulması nəzərdə tutulduğu göstərilmişdir. Kollegiya qeyd edir ki, razılaşmanın istinad olunan bəndində “cərimə” terminindən istifadə edilməmişdir. Tərəflər arasında bağlanılmış ## #### 2021-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsində də dəbbə pulu ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır.

33. Konstitusiya Məhkəməsinin ##.##.2025-ci il tarixli Plenum Qərarında qeyd olunduğu kimi, öhdəliyin icra edilməməsi zamanı faizlərin ödənilməsi ilə bağlı qanunvericilikdə bir sıra tənzimləmələr (Mülki Məcəllənin 445.7, 449.1 və 745.5-ci maddələri) nəzərdə tutulmuşdur. Qanunvericinin Mülki Məcəllənin yuxarıda göstərilən normalarda ifadə etdiyi bu mövqeyi borclunun öhdəliyin icrasından yayınmasının qarşısını almağa, həmçinin öhdəliyin pozulması nəticəsində borcverənin üzləşdiyi zərərin kompensasiya edilməsinə yönəldilmişdir. Kollegiya qeyd edir ki, “gecikdirmə faizi” ## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Qanunla Mülki Məcəlləyə edilmiş dəyişikliklərə Məcəllənin 745.5-ci maddəsinə xüsusi norma kimi daxil edilməklə məhz borc müqaviləsinə aiddir. Həmin maddə kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlərin (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanmasını nəzərdə tutur. Bundan fəqli olaraq cərimə və dəbbə pulu isə bütün növ öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi ümumi norma olmaqla MM-nin 24-cü fəslinin 2-ci paraqrafında nəzərdə tutulmuş qaydada tənzimlənir. Həmin normalarda “gecikdirmə faizi” deyil, məhz dəbbə pulu (cərimə, peniya) adlı təmin edilmə üsulları ilə bağlı müddəalar nəzərdə tutulmuşdur ki, Məcəllənin 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

34. Beləliklə kredit razılaşmasının 4.1.3-cü bəndində gecikdirilmə faizi nəzərdə tutulduğu halda, iddiaçı əlavə dəbbə pulu (iddia tələbində cərimə) tələb edə bilməz. Eləcə də, iddiaçı iddia tələbində qeyd etdiyi 3307 manat “cərimə”nin məhz həmin bənddə qeyd olunan “gecikdirilmə faizi” olması ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlasa da, birinci instansiya məhkəməsi haqlı olaraq həmin ərizəni əsaslı hesab etməmişdir. Belə ki, yuxarıda qeyd olunan normalardan göründüyü kimi “cərimə” və “gecikdirilmə faizi” anlayışları mahiyyət etibarı ilə bir birinə bənzəsə də, onların hər biri mülki qanunvericiliyin ayrı-ayrı konkret normaları ilə tənzimlənir. MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəsində əslində iddia tələbinin həcminin artırılıb-azaldılmasına dair heç bir tələb irəli sürməmiş, “gecikdirilmə faizi”nə izah verərək onun mahiyyət etibarı ilə cərimə ilə eynilik təşkil etdiiyni bildirmişdir. Kollegiya qeyd edir ki, həmin anlayışlar mahiyyət etibarı ilə oxşarlıq təşkil etsə də, hər biri Mülki Məcəllədə nəzərdə tutulmuş ayrı normalarla tənzimləndiyindən iddiaçı tərəfindən verilmiş dəqiqləşdirmə ərizəsində iddia tələbinin cəriməyə dair hissədə əsası dəyişdirilmişdir. Beləliklə, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bu əsasa istinad edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmədiyindən, həmçinin iddia tələbinin dəqiqləşdirilməsinə səbəb olan olan bu əsas məhkəmə baxışı gedişində əmələ gəlmədiyindən iddiaçının həmin əsasa istinad etməyə haqlı olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi işin faktiki hallarına uyğun olmuşdur.

35. Kollegiya həmçinin qeyd edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən hissəsi on min manatdan azdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası:

QƏT E T D İ:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(119)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar