Məhkəmə qərarları › İş №e-2-2(3-8)-53/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-53/2026

03.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-53/2026 03.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) iddiaçı2 cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, Iddiaçı iddiaçı2, cavabdeh cavabdeh1 iştirakları ilə, Iddiaçı iddiaçı2 cavabdeh cavabdeh1 qarşı “pul” tələbi barədə ilkin və cavabdeh cavabdeh1 iddiaçı iddiaçı2 qarşı “pul” tələbi barədə qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:

1. Hazırkı mübahisə tərəflər arasında quş yeminə dair şifahi qaydada bağlanılmış alqı-satqı (göndərmə) müqaviləsi üzrə satıcının alıcıya qarşı alış qiymətinin ödənilməsi və alıcının satıcıya qarşı lazımi keyfiyyətli olmayan əşyanın verilməsinə görə zərərin ödənilməsi tələbi ilə bağlıdır. Iş materiallarına əsasən iddiaçı2 Abşeron rayonu, Saray qəsəbəsində yem məhsullarının hazırlanması və satışı, iddiaçı2 isə Siyəzən rayonunda şəxsi təsərrüfatında quşçuluq fəaliyyəti ilə məşğuldur.

2. Siyəzən rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd olunması haqqında” ## ####### 2024-cü il tarixli qərarı ilə iddiaçı2 müraciəti əsasında aparılmış araşdırma zamanı sonuncu cavabdeh1 ondan quş yemi alaraq 19512 manat borcunu qaytarmamasını bildirmişdir. Araşdırma nəticəsində cavabdeh1 barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri sübuta yetirilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, hal-hazırda Siyəzən rayon ərazisində quşçuluq təsərrüfatı ilə məşğuldur. O, iddiaçı2 2022-ci ildən tanıyır. O, həmin vaxtdan iddiaçı2 məşğul olduğu quşçuluq fəaliyyəti ilə bağlı dəfələrlə quş yemləri almışdır. 2024-cü ilin iyul ayından avqust ayına kimi ümumilikdə iddiaçı2 50000 manat dəyərində quş yemi almışdır. O, bu ilin avqust ayına kimi 50000 manat borcundan 30488 manatın ödəmişdir. Həmin vaxtda iddiaçı2 ona satdığı quş yeminə görə onun təsərrüfatında olan 6000 ədəd quş tələf olmuşdur. O, iddiaçı2 satdığı quş yemində zəhər olduğunu bildirəndə, sonuncu razı olmamışdır. iddiaçı2 ona satdığı zəhərli quş yeminə görə ona 35000 manat maddi zərər dəymişdir. Ona görə də onun imkanı zəif olduğu üçün Əbülfəzə olan borcunu ödəyə bilməmişdir. Lakın iddiaçı2 bildirmişdir ki, maddi imkanı düzəldikcə borcunu ödəyəcəkdir.

3. Siyəzən rayon prokurorunun ## ####### 2025-ci il tarixli cinayət qərarı ilə dan görünür ki, iddiaçı2 müraciəti ilə əlaqədar toplanmış ilkin yoxlama materialı üzrə Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı, R Mətləb Qarayevin ## ####### 2024-cü il tarixli qərarı ləğv edilmiş, ilkin yoxlama materialı araşdırmanın davam etdirilməsi üçün Siyəzən RPŞ-nın TQna göndərilmişdir.

4. Siyəzən rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd olunması haqqında” ## ###### 2025-ci il tarixli qərarı ilə iddiaçı2 müraciəti əsasında aparılmış araşdırma zamanı sonuncu cavabdeh1 ondan quş yemi alaraq 19512 manat borcunu qaytarmamasını bildirmişdir. Araşdırma nəticəsində cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri sübuta yetirilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, uzun müddətdir ki, Siyəzən rayonunda quşçuluq təsərrüfatı ilə məşğuldur. iddiaçı2 2024-cü ilin iyul-avqust aylarında serebrist toyuq yemi almışdır və yemlərin pulunun hamısını ödəmişdir. iddiaçı2 heç bir borcu qalmamışdır. Lakin sonuncu dəfə yem alışından sonra toyuqlarda zəhərlənmə hadisəsi başlamışdır və kütləvi şəkildə toyuqlar tələf olmağa başlamışdır. Bu barədə videogörüntülər də mövcuddur. Toyuqların tələfini yemdən olmasından şübhələndiyi üçün son aylarda Əbülfəzə yemin keyfiyyətsiz olması barədə dəfələrlə xəbərdarlıqlar etmişdir, həmçinin başqa sahibkarlardan da belə narazılıqlar eşitmişdir. Onun çağırdığı həkimlər, yəni Firuz və Mustafa həkim toyuqları analiz edəndən sonra ölümün səbəbinin yemdən olduğunu söyləmişdirlər. Əbülfəzə də bu barədə məlumat vermişdir və Əbülfəz də öz həkimi ilə onun fermasına gəlmişdir. Əbülfəzin həkimi toyuqlara baxış keçirdikdən sonra ona Əbülfəzin gözü qarşısında demişdir ki, yemi deyişməlisən, çünki yemdə zəhər var. Əbülfəz də buna heç bir cavab verə bilməmişdir və sağollaşaraq fermanı tərk etmişdir. Onun 6 min ədəd satışa hazır toyuğu tələf olmuşdur və ona 30 min manatdan yuxarı ziyan dəymişdir. Ona görə də o, Əbülfəzdən ziyanını tələb etmişdir. Aralarında dəfələrlə olan danışıqlarda Əbülfəz öz yeminin keyfiyyətsiz olduğuna görə ona ziyan vurduğunu və onun da Əbülfəzə borcunun olmadığını qəbul etmişdir. Belə ki, Əbülfəz dəfələrlə ondan xahiş etmişdir ki, yem hazır etməyə pulu yoxdur və maddi çətinlik çəkir, həmçinin söz vermişdir ki, ziyanı ödəmək üçün yem hazırlayıb hissə-hissə verəcəkdir. Sonra ona məlum olmuşdur ki, Əbülfəz yemə mənşəyi bəlli olmayan qatqılar qataraq, faktiki keyfiyyətsiz yemi daha baha sahibkarlara sataraq onları müflis edirmiş və bu qurbanlardan da biri odur. Əbülfəz xammal aldığı sahibkarlara olan borcunu ödəmək üçün əvvəllər yem satdığı şəxslərə hədəqorxu gəlmək və şantaj etməklə onlardan əlavə pul tələb etmişdir. Belə ki, Əbülfəz onun ziyanını ödəmək əvəzinə əsassız yerə onu polisə və digər orqanlara şikayət etmişdir, ona telefonda zəng edərək ölümlə hədələmişdir və nalayiq söyüşlər söymüşdür. Əbülfəz kustar üsullarla, qanunsuz olaraq həyətində qida agentliyinin qoyduğu qaydalara riayət etmədən keyfiyyətsiz yemlər istehsal edərək, sahibkarların etibarından sui-istifadə edib onların əmlakına qəsdən ziyan vurmuşdur. Əbülfəzin satdığı yem kisələrinin üzərində bu vaxta kimi heç bir etiket və ya saxlama şəraiti, yemin tərkibi ilə bağlı hər hansısa məlumat mövcud olmamışdır. Həmçinin sahibkarlara heç bir qaimə vermədən alqı-satqı ilə məşğul olaraq vergidən də yayınmışdır.

5. Birinci instansiya məhkəməsində cavabdeh1 vəsatəti əsasənda şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, 20 il Siyəzən broyler fabrikində işləmişdir. ## ###### 2024-cü il tarixdə cavabdeh1 ona serebrist növlü toyuqlarının öldüyünü və gedib baxmalarını demişdir. O, toyuqların öldüyünü görmüş, toyuqları yaranda quşların zəhərləndiyi məlum olmuşdur. Ondan əvvəl baxan həkimlər də zəhərlənmə olduğunu bildirmişlər. Toyuqda virus əlamətləri olmamış, qaraciyəri parçalanmış, bağırsaqlarını qan tutmuşdur. Bunlar zəhərlənmə əlamətləridir. Yarıb baxdığı quşlar bir gün əvvəl ölmüş quşlar idi. Ondan əvvəl gəlib baxış keçirən həkimlərin kimlər olması, hansı həkimlərin gəlməsi barədə məlumatı yoxdur. Quşların yemdən zəhərlənməsini öz təcrübəsinə əsasən bildirir.

6. Birinci instansiya məhkəməsində cavabdeh1 vəsatəti əsasənda şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, iddiaçı2 qardaşı cavabdeh1 vasitəsilə tanımış və sonuncudan yem almışdır. Sonuncu dəfə yem aldıqdan sonra cücələrin inkişaf etmədiyini görmüş və qardaşı cavabdeh1 zəng edib cücələrdə problem olduğunu demişdir. Qardaşı ona quşlarda zəhərlənmə olduğunu demişdir. iddiaçı2 zəng edib cücələrin inkişaf etmədiyini demiş, lakin o quşların sonra inkişaf edəcəyini bildirmişdir. Daha sonra o, yemi dəyişdirmiş və quşlar inkişaf etməyə başlamışdır. Onun quşları balaca olduğuna görə yemdən çox yeyə bilməmiş, buna görə ölən olmamış, amma inkişafdan qalmışdırlar. Qardaşının toyuqlarının öldüyünü özü görməmişdir. Çünki xəstəlik yayıla bildiyinə görə həmin fermaya getməmişdir.

7. Birinci instansiya məhkəməsində cavabdeh1 vəsatəti əsasənda şahid qismində dindirilmiş Bikir oğlu Mustafa ifadəsində bildirmişdir ki, 2024-cü ilin avqust ayında cavabdeh1 ona toyuqlarında problem olduğunu demiş və gedib baxmağını istəmişdir. Gedib toyuqlara baxdıqda görmüşdür ki, çoxlu ölü toyuq var. Ölü toyuqları yarıb onların zəhərləndiyini müəyyən etmişdir. Bir neçə gün sonra yenə getmiş və toyuqların öldüyünü görmüşdür. Fermada nə qədər toyuğun öldüyünü dəqiq bilmir, amma sex ölü toyuqla dolu olmuşdur. O ilk dəfə iddiaçı2 toyuqlarını yaranda birinci virusa oxşatmışdır. Çünki zəhərlənməni həmin an müəyyən etmək olmur. Ona görə də toyuqların virusdan öldüyünü bildirmişdir. Ikinci dəfə gedəndə isə toyuqların zəhərləndiyini müəyyən etmişdir. Toyuqlara baxmaq üçün birinci dəfə təxminən 2024-cü ilin avqust ayının 22-də, ikinci dəfə isə təxminən 2-3 gün sonra getmişdir. cavabdeh1 yemi dəyişmiş və zəhərlənmə dayanmışdır. iddiaçı2 qarğıdalını yemə qatır satır, bu da toyuqlara zəhərlənmə verir. Sonra başqa həkim gətirmişlər, həmin həkim də toyuqların yemdən zəhərləndiyini demişdir. O özü də aptekdə satmaq üçün iddiaçı2 yem almışdır, amma sonra yemlərin keyfiyyətsiz olduğunu görmüş və ondan yem almamışdır.

8. Birinci instansiya məhkəməsində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) iddiaçı2 tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş səs yazısından müəyyən olunur ki, iddiaçı2 atası X2 ## ###### 2024-cü il tarixdə cavabdeh1 ilə telefon əlaqəsi saxlayaraq ona yemi, quşların ölmüş olanlarından və ya diri olanlarından götürüb laboratoriyaya aparılmasını təklif etmiş, cavabdeh1 isə laborator analizlərin nəticələrinə etibar etmədiyini bildirərək həmin təklifdən imtina etmiş və iddiaçının atasına öz yemlərini yoxlatmasını, onu narahat etməməsini demişdir. Həmin danışıq zamanı cavabdeh1 20000 manata yaxın olan borcunu da ödəyəcəyini bildirmişdir.

9. Notarial qaydada təsdiq olunmuş ## ###### 2026-cı il tarixli ərizədən görünür ki, X2 ona məxsus səs yazısının məhkəmədə sübut kimi istifadə edilməsinə razı olduğunu bildirmişdir.

10. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ## ###### 2025-ci il tarixli “müraciətə baxılmanın nəticəsi haqqında” məktubunda göstərilir ki, müraciətə baxılma zamanı sözügedən qida subyektlərinin (cavabdeh1 (VÖEN: **********) və iddiaçı2 (VÖEN: **********)) qida zəncirində fəaliyyətləri ilə bağlı Agentliyin Qida Təhlükəsizliyi Reyestrində təsdiqlə bağlı məlumat aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

11. Iddiaçı iddiaçı2 cavabdeh cavabdeh1 qarşı “pul tələbi” barədə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 19512 (on doqquz min beş yüz on iki) manat məbləğində əsas borc, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 1768,28 (min yeddi yüz altmış səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində bank uçot faizi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 150 (yüz əlli) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 154,34 (yüz əlli dörd manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 21601,87 (iyirmi bir min altı yüz bir manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin münasibətləri 2022-ci ildən etibarən yaranmış və həmin vaxtdan etibarən qarşılıqlı kommersiya münasibətlərində olmuşlar. Bu münasibətlər çərçivəsində növbəti dəfə iddiaçı 2024-cü ilin iyul-avqust aylarında cavabdeh cavabdeh1 50000 (əlli min) manat dəyərində quş yemi satmışdır. Cavabdeh isə həmin yemlərin dəyərinin 30488 (otuz min dörd yüz səksən səkkiz) manatını ## ###### 2024-cü il tarixinə kimi ödəmiş, qalan məbləği isə ödəyəcəyini bildirmişdir. Daha sonra iddiaçı geri qalan 19512 (on doqquz min beş yüz on iki) manat məbləği tələb etdikdə cavabdeh bundan imtina etmiş və səbəb kimi həmin quş yeminin zəhərli olduğunu və quşlarını qırdığını bildirmişdir. Cavabdehin əlində quş yeminin zəhərli olmasına dair hər hansı bir sübutu iddiaçıya təqdim edə bilməməsi səbəbilə iddiaçı haqlı olaraq ödənilməmiş məbləği tələb etməkdə davam etmişdir. Lakin cavabdeh bütün təkidlərə baxmayaraq, həmin məbləğləri ödəməkdən boyun qaçırmışdır. Məhz bu səbəblərdən dolayı iddiaçı Siyəzən rayon Polis Şöbəsinə cavabdeh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanması ilə bağlı şikayət ünvanlamışdır. Siyəzən rayon Polis Şöbəsində iş araşdırılmış və ## ####### 2024-cü il tarixli HK-*/**** nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, bu mübahisə cinayət deyil, mülki xarakterlidir. Həmçinin bildirilmişdir ki, iddiaçı2 mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ mövcuddur. Sözügedən qərardan da göründüyü kimi cavabdehin iddiaçıya borclu olduğu öz izahatı ilə etiraf və sübut edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş sonuncu (## ### 2024-cü il tarixli) illik bank uçot faizi 7,25-dir. Əsas borc məbləğinə münasibətdə ## ####### 2025-ci il tarixinə kimi, yəni 15 aylıq gecikmə üzrə faiz borcu hesablanmışdır.

13. Cavabdeh cavabdeh1 ## ###### 2025-ci il tarixdə iddiaçı iddiaçı2 qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı2 tərəfindən cavabdeh1 keyfiyyətsiz yem satılması nəticəsində dəymiş 30075 (otuz min yetmiş beş) manat məbləğində maddi zərərin ondan tutularaq cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin iyul-avqust aylarında cavabdeh iddiaçı2 tərəfindən ona ümumillikdə 50000 (əlli min) manat dəyərində toyuq yemi satılmışdır. Həmin yemlərin pulu hissə-hissə olmaqlı tam şəkildə ödənilmiş, lakin həmin yemlərin keyfiyyətsiz və zəhərli olması nəticəsində cavabdeh1 təsərrüfatında olan 6015 baş toyuq tələf olmuşdur. Mövcud bazar qiymətlərinə əsasən bir toyuğun dəyəri orta hesabla 5 (beş) manat təşkil etdiyindən, cavabdeh1 30075 (otuz min yetmiş beş) manat məbləğində maddi zərər dəymişdir. Toyuqların kütləvi şəkildə ölməsi nəticəsində bir neçə həkim və iddiaçı2 şəxsən iştirakı ilə ölü toyuqlara baxış keçirilərək yemin zəhərli olduğu təsdiqlənmişdir. Hətta iddiaçı2 çağırdığı həkim belə, ona yemin dəyişdirilməsi ilə bağlı məlumat vermişdir. Cavabdeh isə deyilənlərə qarşı sakit qalmış və fermanı tərk etmişdir. Bundan sonra cavabdehlə dəymiş zərərin ödənilməsi ilə bağlı əlaqə saxlanılsa da, cavabdeh1 hədələr, qeyri-etik ifadələr işlədərək onu ölümlə təhdid etmişdir. Həmçinin, ilkin iddia ərizəsində 19512 (on doqquz min beş yüz on iki) manat pul məbləği ilə bağlı istinad edilən Siyəzən rayon Polis Şöbəsinin ## ####### 2024-cü il tarixli HK-*/**** saylı qərarı Siyəzən rayon Prokurorluğunun ## ####### 2025-ci il tarixli qərarına əsasən ləğv edilmişdir. Bu da göstərilən pul məbləğinin real olmadığını sübut edir.

15. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 qarşılıqlı iddia ərizəsinə əlavə və yazılı məhkəmə çıxışı təqdim edərək bildirmişdir ki, ilkin iddia birmənalı əsassız olduğundan rədd olunmalı, qarşılıqlı iddia isə tam əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh ilk növbədə qeyd edir ki, iddiaçı tələbinin əsasını sübut edən hallar kimi Siyəzən rayon Polis Şöbəsinin müvafiq qərarında əks olunmuş onun izahatını və tanımadığı bir şəxslə arasında olan telefon danışığını irəli sürmüşdür. Belə ki, Siyəzən rayon prokurorunun müvafiq qərarı ilə polis şöbəsinin qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün həmin orqana göndərilmişdir. Göründüyü kimi iddiaçının istinad etdiyi qərar qüvvədən düşmüşdür, belə olan halda həmin qərarın hazırkı işdə preyudisial əhəmiyyət daşıması imkanı da aradan qalxmışdır. Ikincisi iddiaçının təqdim etdiyi səs yazısı ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı kommersiya subyekti kimi bu sahədə formalaşmış, eləcə də qanunla müəyyənləşdirilmiş qaydalara riayət etməli idi. Belə ki, iddiaçı kommersiya subyekti kimi cavabdehin ona borclu olmasını üzləşmə aktları, elektron qaimələr, müqavilə və s. sənədlər ilə sübut etməlidir. Həmçinin Vergi Məcəlləsinin 16.1.11- 6-ci maddəsində elektron-qaimə göndərmək vergi ödəyicisinin vəzifəsi kimi təsbit olunmuşdur. Lakin iddiaçı bu qaydalara riayət etməmişdir. Üçüncüsü bildirilir ki, təxminən bir il yarım və daha əvvəlki dövrə aid olan, iddiaçının özü ilə deyil, şəxsiyyətini heç vaxt görmədiyi və tanımadığı üçüncü bir şəxslə aparılmış telefon danışığının səs yazısının kommersiya məhkəməsi tərəfindən digər sübutlarla qarşılıqlı əlaqədə və kompleks şəkildə qiymətləndirilmədən, təkbaşına və qeyd-şərtsiz şəkildə doğru sübut kimi qəbul edilməsi bu məhkəmənin yaradılmasının əsas məqsəd və prinsiplərinə ziddir. Həmin səs yazısının məzmunundan da aydın görünür ki, fəaliyyəti ciddi zərərə məruz qalmış sahibkar emosional sarsıntı vəziyyətində olmuş, bu hal danışığın tonunda və ifadə tərzində açıq şəkildə hiss olunmuşdur. Belə bir psixoloji vəziyyətdə, emosional həyəcanla səsləndirilmiş ifadələrə hüquqi nəticələr doğuran etibarlı sübut kimi istinad edilməsi düzgün hesab edilə bilməz. Bundan əlavə, əgər cavabdehin iddiaçı qarşısında həqiqətən də hər hansı borc öhdəliyi mövcud olsaydı, bu halda iddiaçı şəxsən onunla əlaqə saxlamalı, fermasına gələrək üzləşmə aparılmalı, müvafiq üzləşmə və ya borc sənədləri, habelə digər hüquqi prosedurlar həyata keçirilməli idi. Lakin iş materiallarında bu məzmunlu hər hansı sənəd, sübut və ya prosessual hərəkət mövcud deyildir. Qanunvericiliyin təhlili göstərir ki, yemin texniki normativ hüquqi aktlarla müəyyən edilmiş qaydalara uyğun olmasını sübut etmək vəzifəsi yem məhsullarının satışını həyata keçirən subyektə məxsusdur və eləcə də mütəmadi olaraq qida zəncirinin bütün mərhələlərində müvafiq dövlət qurumu tərəfindən bu yoxlanılmalıdır. Belə qənaətə gəlinir ki, alıcı tərəfindən yemin zəhərli olması iddia edildikdə, həmin iddianın əksini sübut etmək və məhsulun təhlükəsiz və normativ tələblərə uyğun olduğunu əsaslandırmaq vəzifəsi alıcının deyil, məhz yemi satan şəxsin üzərinə düşür. Bu yanaşma həm qida təhlükəsizliyi sahəsində risk əsaslı məsuliyyət prinsipinə, həm də mülki hüquqda satıcının keyfiyyətə görə məsuliyyətinə tam uyğun gəlir. Iddiaçının təqdim etdiyi səs yazısından da görünür ki, o, yemin zəhərli olmasını iddia edir və bunun sübut olunmasını qarşı tərəfin üzərinə qoyur. Telefon danışığındakı tərəfin heç vaxt üzünü görməmişdir və adını da bilmir (halbuki bu hadisəyə qədər heç vaxt ünsiyyəti olmayıb, hansı hüquqla ona zəng edib pul tələb etməsi də ayrı məsələdir) və həmin şəxs yeminin zəhərli deyil, standartlara uyğun olmasını iddia edirsə, bu halı ona zəng etməklə yox, birbaşa qanunvericiliyin tələblərinə əsasən ona sübut etməli idi. Danışıqdan da görünür ki, o, yemin yoxlanılmasına qarşı deyil və bunu etməyi qarşı tərəfdən tələb edir. Yemin yoxlanılmasından qabaq ilk öncə o qeyd olunmalıdır ki, ümumiyyətlə, bu yem nominal standartlara uyğundur ya yox. Əgər standartlara uyğun deyilsə, onun yoxlanılmasının da mənası yoxdur və birbaşa olaraq bu fakt həmin yemin keyfiyyətsiz olmasını sübut edir. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən vəkil sorğusuna verilmiş ## ###### 2025-ci il tarixli cavabın məzmunundan da görünür ki, Agentlik yem istehsal edən qida subyektləri ilə bağlı iddiaçı2 müvafiq qeydiyyatı yoxdur. Məktubda onun da qeydiyyatının olmaması qeyd edilsə də, o, yem istehsalı ilə məşğul olmadığı üçün həmin reyestrdə olmamağı normal haldır. Bu qeydiyyatın olmaması kifayət edir ki, bu şəxs qanunsuz yem istehsalı ilə məşğul olur və hazırladığı yem də standartlara cavab vermir. Göründüyü kimi, hazırkı işdə yemin zəhərli olmasını iddia edən cavabdeh olsa da, qanunvericiliyin təhlili göstərir ki, bu halı sübutetmə vəzifəsi satıcının, yəni iddiaçının vəzifəsidir. Lakin iddiaçı qanunun qoyduğu bu tələbləri yerinə yetirməmişdir. Xüsusilə vurğulanmalıdır ki, qida və yem məhsulları cəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb edir və bu sahənin normativ hüquqi aktlarla tənzimlənməsi də bunu bir daha təsdiq edir. Satışa çıxarılan məhsulların müvafiq standartlara uyğun olması zəruri şərt olmaqla həmin məhsulların keyfiyyətli olmasını sübut etmək vəzifəsi qanunvericiliyə əsasən birbaşa onları istehsal edən və satan şəxslərin üzərinə qoyulmuşdur. Buna baxmayaraq həmin vəzifəni cavabdeh (qarşılıqlı iddiaçı) həyata keçirərək yemin zəhərli olmasına dair mütəxəssis rəyini, ölmüş toyuqların videosunu və digər sübutları məhkəməyə təqdim etmişdir. Telefon danışığı qarşılıqlı iddianın əsaslı olmasını bir daha sübut edir. Belə ki, səs yazısını iddiaçı tərəf təqdim edibsə, o zaman qəbul edirlər ki, həmin vaxt onun fermasında kütləvi şəkildə toyuqlar ölüb və həmin vaxt da toyuqlar iddiaçı2 ona satdığı yemlə qidalanırdı. Göründüyü kimi, yemin qanunun qoyduğu tələblərə cavab verməməsi AQTA tərəfindən təsdiq olunur. Bir daha qeyd edir ki, bu fakt yemin zəhərli olmasını təsdiqləyir və onun da qarşı tərəflə olan müqavilədən birtərəfli şəkildə imtina etməyi və ona dəymiş ziyanı tələb etməyi üçün əsasdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı2 satdığı yem kisələrinin üzərində heç bir etiket, hər hansı məlumat mövcud deyildir. Bu da bir daha onun kustar üsullarla hazırlandığını sübut edir. O, bu hadisə olmamışdan bir neçə gün qabaq dönə-dönə iddiaçı2 yeminin keyfiyyətsiz olmasını bildirmişdir. Həmçinin iddiaçı2 özü ilə gətirdiyi həkim də toyuqlara baxış keçirdikdən sonra ona quşların zəhərləndiyini və təcili şəkildə yemi dəyişməyini tövsiyə etmişdir. Lakin o, bundan dərs çıxartmamış və yeminin standartlara cavab verməsi ilə bağlı hər hansı sübut ona təqdim etməmişdir.

16. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı iddiaçı2 cavabdeh cavabdeh1 qarşı “pul tələbi” barədə ilkin iddiasının qismən təmin edilməsi, cavabdeh cavabdeh1 19512 (on doqquz min beş yüz on iki) manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 150 (yüz əlli) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və 148,54 (yüz qırx səkkiz manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19827,79 (on doqquz min səkkiz yüz iyirmi yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı iddiaçı2 ödənilməsi, ilkin iddia qalan hissədə təmin edilməməsi, cavabdeh cavabdeh1 iddiaçı iddiaçı2 qarşı “pul tələbi” barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

17. Qətnamədən narazı qalan cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinin tam ləğv olunmasını, ilk iddianın tam rədd, qarşılıqlı iddianın isə tam təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

18. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayətində Mülki Məcəllənin 157, 442, 443.1, 577.1, 581, 587.2.1, 587.5, 600.1, 600.4, 631.1, 637.1-ci və “Qida təhlükəsizliyi haqqında” Qanunun 16.3, 19.1, 29 və 35-ci maddələrinə istinad edərək şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alıq-satqı müqaviləsi, tamamilə kommersiya xarakterli bir müqavilədir, yəni malgöndərmə müqaviləsidir. Buna görə də, həmin müqavilə üzrə hesablaşmalara dair xüsusi qaydalar müəyyən edilmişdir. Tərəflər arasında hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Ilk iddiaçı iddiaçı2 isə, verdiyini iddia etdiyi malların miqdarını təsdiqləyən sübutları, o cümlədən ödəniş tapşırığınıməhkəməyə təqdim etmək əvəzinə başqa yol seçir: cavabdeh R. Hüseynov barəsində polisə şikayət etmək. Daha sonra, guya cavabdeh R. Hüseynovun polisdə borcunu etiraf etməsini irəli sürüb ondan 19512 AZN pul tələb edir. Yuxarda istinad edilən maddi hüquq normaları isə, fərqli tənzimetməni nəzərdə tutur: malların miqdarı müvafiq çatdırılma/təhvil-təslim sənədləri ilə təsdiqlənməli və yalnız bundan sonra mal göndərən ödəniş tapşırığı təqdim edərək pulun ödənilməsini tələb etməlidir. Ticarət subyekti olan iddiaçı tələbini sübut etmək üçün yalnız cavabdehin polis şöbəsində verdiyim izahatına əsaslanmışdır ki, həmin izahatda da cavabdeh borcunun olduğunu etiraf etməmişdir; yalnız iddiaçının hesablamalarını və ona (yəni cavabdehə) bildirdiyi məbləği demişdir. Bununla belə, cavabdeh polisin həmin qərarından Siyəzən rayon prokurorluğuna şikayət etmiş və bu qərar rayon prokurorunun müvafiq qərarı ilə ləğv olunmuş və yenidən araşdırılması üçün polis şöbəsinə göndərilmişdir. Satıcı öhdəliyini pis icra etdiyindən alıcı müqavilədən imtina etmişdir. Belə olan halda, müqavilənin icrasından söhbət gedə bilməz. Məhkəmənin bu normalara istinadı açıq maddi hüquq pozuntusudur. Sadalanan normalardan aydın olduğu kimi, öhdəliyin pozulması formalarından biri də, pis icradır. Pis icra halında ortada öhdəliyin icrası olaraq səciyyələndirilə biləcək bir davranış olsa da, icra qüsurlu şəkildə edilmişdir. Hazırkı mübahisənin halları baxımından, satılmış quş yeminin keyfiyyətsizliyi pis icra üçün klassik nümunədir. Məhkəmə cavabdeh R. Hüseynovun quşların tələf olmasının məhz yemdən qaynaqlandığını sübut edə bilməsini əsas gətirərək ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etmişdir. Məhkəmənin sübutların qiymətləndirilməsi zamanı yol verdiyi kobud prosessual pozuntular aşağıda sadalanmışdır. Burada sadəcə maddi hüquq pozuntusu çərçivəsində dəlillər irəli sürülmüşdür. Ilk növbədə, nəzərə almaq lazımdır ki, satılmış quş yeminin keyfiyyətli olduğunu isbat etmək vəzifəsini məhz ilk iddiaçı iddiaçı2 daşıyır. Işdə bu barədə heç bir sübut yoxdur. Digər tərəfdən, satılmış quş yeminin keyfiyyətsiz olduğu işdəki mütəxəssislərin (Firuz Əliyev və Bikir oğlu Mustafa) verdikləri ifadələrlə tam təsdiqini tapmışdır. Məhkəmə bu şəxsləri şahid qismində dindirsə də, əslində, bu şəxslərin quşların tələf olması faktını deyil, səbəbinə dair izahat vermişlər. Başqa sözlə, quşları tələf olma faktı ilə bağlı şahid dindirilməsinə onsuz da ehtiyac yox idi. Hər iki tərəf bu faktı qəbul edir. Adı çəkilən şəxslər mütəxəssis kimi izahat verərək quşların ölüm səbəbinin məhz yem zəhərlənməsi olduğunu təsdiqləmişlər. Deməli, cavabdeh cavabdeh1 alqı-satqı müqaviləsindən imtina etmək hüququ yaranmışdır. Cavabdeh cavabdeh1 da bu barədə mövqeyini şifahi şəkildə qarşı tərəfə bildirmişdir. Məlum olduğu kimi, alqı-satqı müqaviləsindən birtərəfli imtina həmin müqavilənin ləvği nəticəsini doğurmaqdadır. Dolayısı ilə, müqavilədən imtina etdiyi üçün cavabdeh cavabdeh1 iddiaçı qarşısında hər hansı müqavilə öhdəliyindən söhbət gedə bilməzdi. O ki qaldı, müqavilədən imtinanın hüquqi nəticəsinə, məhkəmə müqavilədən imtinanın hüquqi nəticələrini diqqətə almamışlar. Belə ki, müqavilədən imtina halında, tərəflər əvvəlki vəziyyətə gətirilməlidir, yəni cavabdeh cavabdeh1 aldığı keyfiyyətsiz quş yemini ilk iddiaçıya qaytarmalıdır. Ancaq həmin quş yeminin qaytarılması imkansız hala gəlmişdir. Əlbəttə ki, cavabdeh cavabdeh1 aldığı quş yeminə münasibətdə vicdanlı sahib olduğu açıqdır. Dolayısı ilə, cavabdeh cavabdeh1 quş yemlərini qaytarma vəzifəsi MM-in 157.5-ci maddəsində qeyd olunan “Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir” cümləsi çərçivəsində həll edilməliydi. Başqa sözlə, cavabdeh cavabdeh1 quş yemini alarkən vicdanlı sahib (mülkiyyətçi iradəsi) ilə hərəkət etmiş və həmin yemləri quşlara vermişdir. Nəticə etibarı ilə, qaytarma vəzifəsi yalnız o halda mümkün ola bilərdi ki, həmin quş yemi naturada qalmış olardı. Digər tərəfdən, məlum olduğu kimi, müqavilədən imtina zamanı, əldə edilənlərin naturada qaytarılmasının mümkünsüzlüyü halında, onların pul əvəzinin ödənilməsi mümkündür. Ancaq ilk iddiaçı iddiaçı2 bu hüquqa da malik deyildir. Ona görə ki, quş yeminin naturada qaytarılması öhdəliyinin imkansızlaşdığı açıqdır. Bu halda, MM-in 556.2-ci maddəsi tətbiq edilməlidir. Buna görə isə, borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. Göründüyü kimi, quş yeminin qaytarılması öhdəliyinin imkansızlaşması məhz ilk iddiaçının təqsirindən (keyfiyyətsiz/qüsurlu mal satmasından) qaynaqlanmışdır. Buna görə də, qaytarma tələbi (naturada və ya pul əvəzi şəklində) istisna edilməkdədir. Başqa sözlə, borclunun öz öhdəliyini icra etmə vəzifəsinə xitam verildiyi kimi, kreditordan əldə etdiklərinin əvəzini də ödəmək vəzifəsi də istisna edilməkdədir. Bu ədalətli bir nəticədir: çünki icra edilə bilməmə məhz kreditorun özündən qaynaqlanmaqdadır. Üstəgəl, satılan yemin zəhərli olması cavabdehin bu arqumentini daha da möhkəmləndirir. Belə ki, zəhərli yemin qalıq hissəsinin (əgər qalıbsa) qaytarılmasının ilk iddiaçıya heç bir iqtisadi fayda gətirməyəcəyi ortadadır. Çünki həmin hissə də məhv edilməlidir. Diqqət edilməlidir ki, cavabdeh cavabdeh1 quş yeminin dəyəri həcmində (iddia edilən 19512 AZN məbləğində) əsassız varlanmasından da söhbət gedə bilməz. Ona görə ki, cavabdeh R. Hüseynov nəinki əsassız varlanmamış, əksinə quş yeminin keyfiyyətsizliyi səbəbindən külli miqdarda zərərə düşmüşdür. Göründüyü kimi, işə baxan məhkəmə müqavilədən imtina və onun hüquqi nəticələri ilə bağlı qüvvədə olan qanunvericiliyin tələblərini diqqətə almamış, növbəti maddi hüquq pozuntularına yol vermişlər. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə qarşılıqlı iddianı rədd edərkən yalnız prosessual normalara (sübut edilməmə) istinad edib. Qarşılıqlı iddia üzrə cavabdeh iddiaçı2 keyfiyyətsiz mal satması qarşılıqlı iddiaçı cavabdeh1 külli miqdarda zərər vurulması ilə nəticələnmişdir. Məhkəmə sadalanan normaları tətbiq etməklə qarşılıqlı iddianı təmin etməli olduğu halda, bunu etməmiş, nəticədə növbəti maddi hüquq pozuntusuna yol vermişdir. Qeyd edilir ki, zərərin həcmi ilə bağlı hissədə ümumiyyətlə mübahisə yoxdur. Ona görə ki, tələf olmuş quşların sayı və hər quşun qiyməti qarşılıqlı iddia üzrə cavabdeh iddiaçı2 tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Bu fakt ona görə önəmlidir ki, iddiaçı2 özü bu sferaya yad deyil; əgər qarşılıqlı iddiaçı cavabdeh1 bu yöndəki izahatlarında yanlışlıq olmuş olsaydı, iddiaçı2 çoxdan etirazını bildirmiş olardı. Dolayısı ilə, zərərin həcmi ilə bağlı qarşılıqlı iddianın dəlilləri işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Cavabdeh AR Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” ## ##### 2021-ci il tarixli Qərarına və AR Ali Məhkəmə Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ** nömrəli, ## ###### 2025-ci il tarixli Qərarına istinad etməklə “WhatsApp” səs yazısı qeydinin sübut kimi qəbulunun yolverilməzliyini vurğulamış, məhkəmənin gizli şəkildə yazılmış səs yazısını mötəbər sübut qismində qəbul etməklə, prosessual hüquq pozuntusuna yol verdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi səs yazısı ilk iddiaçı iddiaçı2 və cavabdeh cavabdeh1 arasında aparılmış danışıq deyildir. Dolayısı ilə, həmin səs yazısının aparılmasının özü cavabdeh cavabdeh1 şəxsiyyət hüquqlarına birbaşa müdaxilə olmaqla hüquqa zidd davranışdır; belə olan halda, həmin yazıdan sübut qismində istifadə edilə bilməz. iddiaçı2 şikayəti üzrə polisdə aparılan araşdırma üzrə qərarlar iddiaçı2 şikayəti üzrə qəbul edilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rəddi barədə qərar Siyəzən rayon prokurorunun ##.##.2025-ci il tarixli Qərarı ilə ləğv edilmişdir. Həmin qərarın ləğvinə əsas təhqiqatçı M.Qarayev tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmaması olmuşdur. Məhkəmə isə, həmin qərarı rəhbər tutmuşdur. Polisin səthi araşdırmaya söykənmiş və ləğv edilmiş qərarı ilk iddia tələbinin təmini üçün əsas götürə bilməz. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cavabdeh1 şikayəti üzrə əvvəlki qərar Siyəzən rayon prokurorunun qərarı ilə ləğv edildikdən sonra Siyəzən RPŞ-də təkrar araşdırma aparılmış və Cinayət işinin başlanmasının rəddi barədə # ###### 2025-ci il tarixli qərar qəbul edilmişdir. Bu araşdırma çərçivəsində iddiaçı2 və cavabdeh1 polis orqanına dəvət edilmişlər. cavabdeh1 polis orqanına gedərək izahat vermiş və izahatı qərarda öz əksini tapmışdır. Ancaq iddiaçı2 polisə getməkdən qəsdən yayınmışdır. Həmçinin qərarda göstərilmişdir ki, cavabdeh1 iddiaçı2 borcunun olduğu müəyyən edilə bilmir. Çünki iddiaçı2 borcun olduğunu təsdiqləyən hər hansı sənədi təqdim edə bilmir. Birinci instansiya məhkəməsi qarşılqılı iddiaçı cavabdeh1 təqdim etdiyi sübutlarla bağlı heç bir qiymətləndirmə aparmayıb. Belə ki, cavabdeh R. Hüseynovun təqdim etdiyi və quşların zəhərli yem nəticəsində tələf olması faktını təsdiqləyən sübutlara (mütəxəssislərin verdikləri izahatlar, video görüntülər vs.) dair lazımı qiymətləndirmə aparmamışdır. Digər tərəfdən, məhkəmənin öz qətnaməsində quşların yem zəhərlənməsi səbəbindən tələf olması faktının yalnız müvafiq ekspertiza ilə təsdiq edilməli olduğuna dair gəldiyi nəticə də, tamamilə əsassızdır. Məhkəmə sübutetmə yükünün bölüşdürülməsini nəzərdə tutan MPM-in 77.1-ci maddəsi düzgün təfsir etməyib. Başqa sözlə, satılan yemin keyfiyyətsiz olduğunu sübutetmə vəzifəsini əsassız olaraq cavabdeh cavabdeh1 üzərinə qoyub. Belə ki, yuxarıda qeyd edildiyi kimi, ilk iddiaçı iddiaçı2 qeydiyyatdan keçmədən, kustar üsulla yem istehsal edir. Üstəgəl, yemlərin standartlara uyğunluğunu müəyənləşdirilməsi və satışa yararlığının təsdiqi üçün heç bir sınaq, yoxlama həyata keçirilmir. Ilk iddiaçı iddiaçı2 satdığı malın keyfiyyətinə, yararlığına dair heç bir sənəd təqdim edə bilmir. Halbuki keyfiyyətli mal satmaq məhz satıcının öhdəliyidir; buna görə də, satılan yemin keyfiyyətli və yararlı olduğu, satışa çıxmaqdan əvvəl lazımınca yoxlanılmalı və təsdiqlənməli idi. “Qida təhlükəsizliyi haqqında” AR Qanununun bir sıra normaları (maddə 16.3, 19.1, 29, 35 vs.) bunu açıq şəkildə nəzərdə tutur. Göründüyü kimi, satıcı (yəni ilk iddiaçı) özü belə satdığı malın keyfiyyətli və yararlı olduğunu təsdiq edə bilmir. Əgər satıcı satdığı malın keyfiyyətli olduğunu təsdiq edə bilmirsə, onda alıcı/cavabdeh cavabdeh1 həmin malın keyfiyyətsiz olduğunu isbat etmək vəzifəsi daşımamalıdır. Bundan başqa, nəzərə alınmalıdır ki, ilk iddiaçı iddiaçı2 istehsal etdiyi yemin keyfiyyətini yoxlamadan satışa çıxarması həmin yemin keyfiyyətsizliyinə dair faktiki prezumpsiyanın qəbuluna tam əsas verir. Ona görə ki, bir istehsalçı kimi yemin lazımı keyfiyyətdə olduğunu publik-hüquqi, həm də xüsusi-hüquqi vəzifələri vardır. Əgər ilk iddiaçı iddiaçı2 qeydiyyatdan keçmədən və çoxsaylı vəzifələrini pozaraq mal istehsal edib və satışa çıxarıbsa, deməli, onu bu pozuntuya sövq edən hər hansı motiv (standartlara cavab verməməsi, lazımı avadanlıqlara malik olmaması, qadağan edilmiş qatqılardan istifadə etmə istəyi və s.) olub. Bu mənada, malın keyfiyyətli olduğunu sübutetmə vəzifəsini məhz ilk iddiaçı iddiaçı2 daşımışdır. Əksi isbat olunana qədər mal keyfiyyətsiz sayılır (faktiki prezumpsiya). Məhkəmə prosesi iştirakçılarının izahatları:

19. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh cavabdeh1, onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

20. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı iddiaçı2, onun nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

21. Məhkəmə kollegiyası MPM-in 14.1 və 52.4-cü maddəsinin tələbləri baxımından proses iştirakçılarına prosessual hüquq və vəzifələri izah etmiş, onlara mübahisənin barışıq yolu ilə həll edilməsini təklif etmiş, məqsədlə məhkəmə iclaslarını dəfələrlə təxirə salmışdır. Bununla belə tərəflər barışıq əldə edə bilməmişlər.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 329. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Maddə 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Maddə 639.1. Lazımi keyfiyyətli olmayan malların göndərildiyi alıcı (mal alan) mal göndərənə qarşı bu Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.

23. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Azərbaycan Respublikasından ixrac və ya təkrar ixrac edilən qida və yem məhsullarının təhlükəsizliyinə dair tələblər 21.1. Ixrac və ya təkrar ixrac edilən qida və yem məhsulları Azərbaycan Respublikasının qida təhlükəsizliyinə dair normativ hüquqi aktların, idxalatçı ölkənin qida və yem məhsulları sahəsində milli qanunvericiliyinin, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin prinsip və tələblərinə uyğun olmalıdır. 21.2. Xarici ölkələrə ixrac edilən qida və yem məhsulları idxalçı ölkələr tələb etdiyi hallarda, bu Qanunun 26.1-ci maddəsinə əsasən verilmiş sağlamlıq sertifikatına malik olmalıdır. Maddə 24.1. Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahıya əsasən qeydiyyatı tələb olunmayan qida obyektləri (subyektləri) və bu Qanunun 24.5-ci maddəsi ilə tənzimlənən qida obyektləri istisna olmaqla) və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır. Maddə 27.3. Qida subyektləri bazara yerləşdirdikləri və ya yerləşdirilməsi nəzərdə tutulan qida və yem məhsulunun, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrin asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların bu Qanuna uyğun olaraq müəyyən edilmiş qaydada etiketlənməsini, identikləşdirilməsini və tələb olunan sənədlərlə müşayiət olunmasını təmin etməlidirlər.

24. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. baytarlıq - heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki və təşkilati tədbirlər sistemi; Maddə 1.0.12. fərdi baytarlıq xidməti praktikası - bu Qanunun 5.3-cü və 30-cu maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən baytarlıq fəaliyyəti; Maddə 1.0.16. yem məhsulları - heyvanların qidalanmasında istifadə olunan emal olunmamış, yarımemal olunmuş və tam emal olunmuş məhsullar, maddələr və yem əlavələri; Maddə 1.0.17. yem əlavələri - yem məhsuluna və suya məqsədli şəkildə əlavə olunan, heyvanların rasionunda çatışmayan qida maddələrinin, mineralların və vitaminlərin mənbəyi kimi istifadə olunan üzvi, mineral və (və ya) sintetik mənşəli maddələr 3.0. Baytarlığın əsas vəzifələri aşağıdakılardır: 3.0.2. heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olmaq, heyvanların çoxaldılması və məhsuldarlığın artırılmasına yönəldilmiş tədbirlər görmək; 3.0.7. baytarlıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq və çirklənməni aradan qaldırmaq;

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli Plenum Qərarı

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıqsanitariya) ekspertizasının aparılması” Qaydaları

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Ilk növbədə cavabdeh apellyasiya şikayətinin ilkin iddia tələbinin rədd edilməsinə dair dəlillərinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflərin izahatları və digər iş materialları ilə satıcı iddiaçı2 alıcı cavabdeh1 2024-cü ilin iyul-avqust aylarında 50000 (əlli min) manat dəyərində quş yemi satması işin mübahisəsiz halıdır. Tərəflərin izahatları və digər sübutlarla həmçinin müəyyən olunur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi olmuş, alıcı alınmış əşyanın (quş yeminin) dəyərini müəyyən dövrlər üzrə ödəmişdir.

30. Iddiaçı malın dəyərinin 30488 manatının cavabdeh tərəfindən ## ###### 2024cü il tarixinə kimi ödənildiyini, qalan 19512 (on doqquz min beş yüz on iki) manatı ödəməkdən imtina etdiyini, buna səbəb kimi quş yeminin zəhərli olduğunu və quşlarını qırdığını bildirdiyini göstərir.

31. Beləliklə hazırkı işdə ilkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsinin ikinci hissəsi ilə birlikdə götürülmüş 600.1, 600.4, 627.1-ci maddələri təşkil edir.

32. Alqı-satqı müqaviləsi üzrə satılmış əşyanın dəyərinin alıcıdan tələb etmək üçün satıcı ilk növbədə tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin mövcud olduğunu, müqavilənin predmeti olan əşyanın alıcıya təhvil verildiyini sübuta yetirməlidir ki, hazırkı işdə də qeyd edilən hallar sübuta yetirilir və cavabdeh özü də qeyd edilən məbləğdə quş yemini almasını təkzib etmir. Belə olan halda alıcının Mülki Məcəllənin yuxarıda (bax paraqraf 30) istinad edilən normalarına əsasən alınmılş əşyanın dəyərini ödəmək vəzifəsi yaranır.

33. Hazırkı işdə alıcı cavabdeh1 alınmılş əşyanın dəyərini ödəmək vəzifəsinin icrası ilə bağlı tələbə qarşı iki müxtəlif dəlil irəli sürərək onu qəbul etmir. Belə ki, birinci halda Siyəzən rayon Polis Şöbəsinin ##.##.2025-ci il tarixli qərarında əks olunan izahatına uyğun olaraq yemlərin pulunun hamısını ödədiyini, qarşılıqlı iddia ərizəsinin məzmununda, habelə birinci istansiya məhkəməsində izahatı və verilmiş suallara cavab olaraq da borcunu tam ödədiyini, lakin hansı tarixdə ödəməsinin yadından çıxdığını, ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rəddi barədə qərardan sonra ödədiyini, pulu verərkən iddiaçı2lə tək olduğunu bildirmişdir (bax ##.##.2026-cı il tarixli məhkəmə iclas protokolu, s.108-110) .

34. Həmin dəlilə münasibətdə kollegiya iş materiallarına əsasən qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh hazırkı iş üzrə tələb olunan məbləği tam ödədiyini və ilkin iddianın rədd edilməli olduğunu bildirsə də, aldığı malın dəyərinin tam ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Işə apellyasiya qaydasında baxılarkən cavabdeh iddiaçı ilə aralarında olan borc məbləğləri barədə özünün əlyazmalarla tərtib etdiyi qeydiyyat kitabçası (“bloknot”) təqdim etsə də, məhkəmə kollegiyası həmin əlyazmaları həm maddi, həm də prosessual normaların tələbləri baxımında mötəbər sübut kimi qəbul edilməsinin mümkün olmaması nəticəsinə gəlmişdir. Belə ki, ilk növbədə MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh həmin əlyazmaların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Digər tərəfdən cavabdeh tərəfindən həmin kitabçada birtətərli qaydada aparılmış qeydlər öz tərtibi xüsusiyyətləri baxımından da ziddiyyət təşkil etməklə (əksər məbləğlərin ödənişləri barədə tarix tam (gün, ay, il) göstərilmədiyi halda, “axırıncı dəfə 2025-də yanvarın 5-də 19500 manat verdiyi qeyd edilmişdir) iddiaçı tərəfindən də ödənişlərin qəbul edildiyini təsdiq edən sübut kimi qəbul edilməmişdir.

35. Beləliklə ilkin iddia üzrə cavabdeh cavabdeh1 alınmış quş yemlərinin dəyərinin tam ödəməsi ilə bağlı dəlilləri iş materialları ilə öz təsdiqini tapmır.

36. cavabdeh1 yuxarıdakı ilkin dəlili ilə zidiyyət təşkil edən qarşılıqlı iddia ərizəsinə əlavə və yazılı məhkəmə çıxışında, habelə apellyasiya şikayətində istinad etdiyi alınmış yemin dəyərinin ödənilməsi tələbindən imtina üçün irəli sürdüyü digər dəlili isə ondan ibarətdir ki, satılmış quş yeminin keyfiyyətsiz olduğu iş materialları ilə tam təsdiqini tapdığından onun alqı-satqı müqaviləsindən imtina etmək hüququ yaranmış, bu barədə mövqeyini şifahi şəkildə qarşı tərəfə bildirmişdir. Alqı-satqı müqaviləsindən birtərəfli imtina həmin müqavilənin ləvği nəticəsini doğurduğundan müqavilədən imtina etdiyi üçün cavabdeh R. Hüseynovun iddiaçı qarşısında hər hansı müqavilə öhdəliyindən söhbət gedə bilməz. Cavabdeh MM-nin 556.2-ci maddəsinə istinad etməklə göstərir ki, borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. Göründüyü kimi, quş yeminin qaytarılması öhdəliyinin imkansızlaşması məhz ilk iddiaçının təqsirindən (keyfiyyətsiz, qüsurlu mal satmasından) qaynaqlanmışdır. Beləliklə, satıcı öhdəliyi pis icra etdiyindən alıcı müqavilədən imtina etmişdir. cavabdeh1 bu dəlili ona görə əvvəlki dəlillə zidiyyət təşkil edir ki, o bir tərəfdən borcunu tam ödədiyini, digər tərəfdən isə yuxarıda qeyd edilən səbəblərdən alqı-satqı müqaviləsindən imtina edərək yaranmış borcu ödəmək vəzifəsini daşımadığını bildirir.

37. Qeyd edilən dəlilin qanuni əsası kimi xüsusi norma olaraq Mülki Məcəllənin 587.2.1-ci maddəsi nəzərdən keçirilə bilər. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri ilə bağlı münasibətləri tənzimləyən həmin maddə nəzərdə tutur ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (m. 587.2, 587.2.1).

38. Hazırkı halda cavabdeh1 satıcı iddiaçı2 tərəfindən alqı-satqı müqaviləsinin predmeti olan quş yeminin keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulmasına istinad edir. cavabdeh1 qeyd edilən dəlili həm də onun 30075 (otuz min yetmiş beş) manat məbləğində maddi zərər tələbinin əsasını təşkil etdiyindən məhkəmə kollegiyası həmin dəlilin əsaslılığına həm ilk iddianın təmin edilməsindən imtina, həm də qarşılıqı iddianın təmin edilməsi üçün əsas kimi Mülki Məcəllənin müvafiq normalarının tələbləri baxımından qiymət verəcəkdir.

39. Ilk növbədə qeyd olunmalıdır ki, müqavilə öhdəliklərinin pozulmasından irəli gələn maddi zərərin əvəzinin ödənilməsi tələblərinə baxılarkən məhkəmə tərəfindən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi, maddi zərərin (real zərər və ya əldən çıxmış fayda formasında) vurulması, həmin zərərin məbləği və pozuntu ilə dəymiş zərər arasında səbəbli əlaqə müəyyən edilməlidir.

40. Mülki Məcəllənin tələblərinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur (maddə 581.1.) Bununla belə mübahisə halında məcəllənin 588.1 və 589.7-ci maddələri əşyanın qüsurları ilə bağlı sübutetmə yükünü alıcının üzərinə qoyur, 588.2-ci maddə isə satıcının keyfiyyət qarantiyası verməsi halında qarantiya müddəti ərzində əşyanın qüsurlarının alıcının təqsiri üzündən əmələ gəlməsini sübut etmək vəzifəsini satıcının üzərinə qoyur. Hazırkı işdə tərəflər arasında satıcının müqavilənin predmeti olan quş yeminə dair keyfiyyət qarantiyası verməsinə dair razılaşmanın mövcudluğu müəyyən olunmur.

41. Göründüyü kimi, hazırkı işdə həm alqı-satqı müqaviləsini tənzimləyən müvafiq normaların, həm də Mülki Məcəllənin öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi adlanan ümumi norma olan 443.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından müqavilənin predmeti olan quş yeminin müqvilədən imtina etməyə əsas verəcək dərəcədə lazımi keyfiyyətli və ya dəymiş zərərin ödənilməsinə əsas verəcək nəticələrə səbəb olan şəkildə qüsurlu olmasını sübut etmək yükü alıcı cavabdeh1 üzərinə düşsə də bu hal onun tərəfindən mötəbər sübutlarla sübuta yetirilməmiş, cavabdeh tərəfindən lazımi keyfiyyət tələblərinə cavab verməyən mal (toyuq yemi) təqdim edilməsi müəyyən edilməmişdir.

42. Belə ki, cavabdeh1 bununla bağlı əsas sübut kimi birinci instansiya məhkəməsinə bir neçə şahid təqdim etmişdir. Lakin, həmin şahid ifadələrinin özü bir-biri ilə və iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etdiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki şahidlərdən baytar həkim olduqları bildirilən X1 və Bikir oğlu Mustafa baytar həkim kimi qeyd edilən dövrdə cavabdeh1 məxsus olan quşçuluq təsərrüfatında olmaqla ölmüş toyuqları yardıqlarını və öz təcrübələrinə əsasən ölümün zəhərlənmə nəticəsində baş verdiyini bildirsələr də, həmin faktın müəyyən olunmasına (yarma prosesinin aparılması, nümunələrin götürülməsi və laboratoriya şəraitində analizi və s.) dair iş materiallarında hər-hansı digər mötəbər sübut yoxdur. Halbuki, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunun və Nazirlər Kabinetinin ##.##.2006-cı il qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıqsanitariya) ekspertizasının aparılması” Qaydalarının tələblərinə əsasən fərdi baytarlıq xidməti praktikası ilə qanunun tələbləri nəzərə alınmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən baytarlıq fəaliyyətidir. Ev quşları da baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının obyektləri olmaqla ekspertizasının aparılması üçün onlardan müəyyən edilmiş miqdarda nümunələr steril qablarda götürülməklə müvafiq baytarlıq laboratoriyalarına göndərilməli, nümunələr müayinə edildikdən sonra ekspertiza rəyi verilməlidir. Rəy laboratoriyanın rəhbəri tərəfindən imzalanıb möhürlənir və materialı (nümunəni) təqdim edən şəxsə verilir (Qaydaların 2.1., 3.1., 3.2 və 4.1-ci bəndləri).

43. Beləliklə, şahid qismində ifadə verən X1 və Bikir oğlu Mustafa baytar həkimi olsalar belə, onların qanunvericiliyə uyğun şəkildə fərdi baytarlıq xidməti praktikası ilə məşğul olmalarına dair iş materiallarında hər-hansı sübut olmadığından, həmçinin aparılmasını iddia etdikləri “ölü quşların yarılması və vizual baxış keçirilməsi” hərəkətləri yuxarıda istinad edilən qanunvericiliyin tələblərinə uyğun olmamaqla quşların ölümünün məhz alqı-satqı müqaviləsinin predmeti olan yemdən zəhərlənmə nəticəsinə baş verməsi nəticəsinə gəlmək üçün kifayət etmir.

44. Digər şahid - cavabdeh1 qardaşı olan X3 isə ifadəsində qardaşının toyuqlarının öldüyünü özünün görmədiyini, xəstəlik yayıla bildiyinə görə fermaya getmədiyini, qardaşının ona quşlarda zəhərlənmə olduğunu dediyini, eyni zamanda özünün də iddiaçı2 yem aldığını, quşları balaca olduğuna görə yemdən çox yeyə bilmədiyini, buna görə öləni olmadığını, amma inkişafdan qaldığını bildirmişdir. Halbuki, apellyasiya baxışı zamanı verdiyi izahatında cavabdeh1 fəaliyyət göstərdiyi sahədə (tikilidə, fermada) 5 quş böyütmə sexinin olduğunu, onlardan üçündə özünün, ikisində isə qardaşının fəaliyyət göstərdiyini bildirmişdir.

45. cavabdeh1 tərəfindən təqdim olunmuş digər sübuta – videoyazılara həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı baxış keçirilmiş, həmin videoyazıda quşçuluq təsərrüfatı daxilində müxtəlif sayda ölü (təxminən 50-100 arası) və diri quşların mövcudluğu müəyyən edilmişdir ki, həmin videoyazı da bilavasitə quş yeminin keyfiyyətsiz olmasını və həmin videoyazıda olan az sayda quşların məhz yemdən zəhərlənməsini dəlalət edən mötəbər sübut kimi qəbul edilə bilməz. Burada xüsusilə qeyd edilməlidir ki, cavabdeh1 qarşılıqlı iddia ərizəsində təsərrüfatında olan 6015 baş toyuğun tələf olduğunu bildirsə də, qeyd edilən dövrdə həqiqətən həmin sayda toyuğun olmasını da təsdiq edən hər-hansı mötəbər sübut təqdim etməmiş, verilmiş suallara cavab olaraq isə ölmüş quşları mərhələli şəkildə Siyəzən rayonuna yaxın dağlıq ərazidə basdırdığını, bu barədə hər-hansı dövlət orqanına məlumat vermədiyini bildirmişdir. O, həmçnin quşçuluq təsərrüfatı ilə məşğul olduğu sahəyə dair hər hansı hüquqi və normativ standartlara uyğunluğuna dair sübutları qarşılıqlı iddia ərizəsinə əlavə etməmiş, apellyasiya baxışı zamanı verilmiş suallara cavab olaraq ona aid sexlərin Qida Təhlükəsizliyi Agentliyindən hər-hansı sertifikatının olmadığını, dövlət baytarlıq xidməti tərəfindən peyvəndlənmə aparılmadığını bildirmişdir.

46. Beləliklə, yemin keyfiyyətsiz olması və iddia edilən sayda quşların mövcudluğu və onların məhz həmin yemdən zəhərlənməsi ilə bağlı cavabdeh1 dəlilləri onun təqdim etdiyi sübutlarla öz təsdiqini tapmır.

47. Əksinə cavabdeh1 apellyasiya şikayətində mötəbərliyini mübahisələndirdiyi və məhkəmə kollegiyasının iclasında onun iştirakı ilə dinlənilmiş “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə onunla iddiaçı2 atası arasında olan danışığın və iş materiallarına əlavə edilmiş (s.53) diskdə onunla iddiaçı2 özünün arasında birbaşa olan danışıqların audio yazıları ilə müəyyən olunur ki, cavabdeh1 alqı-satqı müqaviləsinin predmeti olan yemdən, habelə ölmüş və ya diri olan quşlardan nümunə götürüb dövlət laboratoriyasına apararaq analiz etmək təklif olunmuş, cavabdeh1 laborator analizlərin nəticələrinə etibar etmədiyini, laboratoriyaya getməyə vaxtının olmadığını bildirərək həmin təkliflərdən imtina etmişdir. Danışıq zamanı cavabdeh1 həmçinin iddiaçı2 atasına 20000 manata yaxın olan borcunu ödəyəcəyini də bildirmişdir.

48. Səs yazılarının sübut qismində nəzərə alınması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli qərarında göstərilir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Bundan əlavə, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli Plenum Qərarının “Şəxsi yazışmaların toxunulmazlığı” adlanan 2.4.20-2.4.23-cü bəndlərinə əsasən bir şəxsin iradə ifadəsini əks etdirən danışıqların onların bildirildiyi şəxs tərəfindən həmin münasibət barədə yaranan hüquqi mübahisənin həllində istifadə olunması özü-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar onun tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mübahisənin həlli zamanı istifadə edilməsi yazışmaların toxunulmazlığını pozmur. Konstitusiya Məhkəməsi öz qərarında yazışmaların istənilən formada istifadəsi deyil, yalnız mübahisənin həlli ilə bağlı məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma (mediasiya, arbitraj və s.) sübut qismində təqdim olunması qanunazidd hesab edilmir. Bu qaydadan kənar hər hansı müstəvidə olan mübahisə ilə bağlı yazışmaların mediada və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır. Beləliklə, iş materiallarında olan səs yazıları məhz tərəflər arasında olan hazırkı kommersiya mübahisəsinin həllində istifadə edildiyindən, onlarn məhkəmədə sübut kimi istifadə edilməsi qanunazidd hesab oluna bilməz.

49. Qeyd edilənlərdən əlavə, apellyasiya şikayətinin iddiaçı iddiaçı2 qeydiyyatdan keçmədən, kustar üsulla yem istehsal etməsi, yemlərin standartlara uyğunluğunu müəyənləşdirilməsi və satışa yararlığının təsdiqi üçün heç bir sınaq, yoxlama həyata keçirilməməsi, malın keyfiyyətinə, yararlığına dair heç bir sənəd təqdim edə bilməməsi, yemin keyfiyyətini yoxlamadan satışa çıxarmasının həmin yemin keyfiyyətsizliyinə dair prezumpsiyanın qəbuluna əsas verməsi ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, doğrudur, Mülki Məcəllənin 581.4-cü maddəsi nəzərdə tutur ki, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Eyni zamanda apellyasiya şikayətində də istinad edilən MM-nin 586.3-cü maddəsinə əsasən əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. Bununla yanaşı Mülki Məcəllənin 5.3 və 425.3-cü maddələrində təsbit edilmiş vicdanlılıq prinsipi nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 560.3.4-cü maddəsi isə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsini hüquqdan sui-istifadənin bir forması kimi müəyyən edir.

50. Məhkəmə kollegiyası tərəflər arasında quş yeminin alqı-satqısı ilə bağlı uzun müddət mövcud olan qarşılıqlı işgüzar münasibətlər fonunda alıcı cavabdeh1 əvvəllər aldığı bütün yemlərə dair deyil, yalnız iddiaçı2 ona qarşı iddia qaldırmasından sonra sonuncu dəfə (2024-cü ilin iyul-avqust aylarında) aldığı yemlərə münasibətdə müvafiq tələblər (qeydiyyatdan keçmədən, çoxsaylı vəzifələrin pozularaq istehsal edilməsi və satışa çıxarılması, satışa çıxmaqdan əvvəl lazımınca yoxlanılmaması, etiketlənməməsi və s.) irəli sürülməsini vicdanlılığın tələb etdiyi tərzdə olmayan davranış və hüquqdan suiistifadə kimi qiymətləndirir. Belə ki, tərəflərin izahatlarından və iş materiallarından aydın olur ki, cavabdeh1 2022-ci ildən iddiaçı2 quş yemlərini məhz elə 2024-cü ilin iyul-avqust aylarında aldığı şəkildə (etiketlənməmiş, yoxlanılması və keyfiyyəti barədə hər-hansı sənəd tələb etmədən) almış və hətta əvvəl aldığı yemlərin normal olduğunu bildirmişdir.

51. Bununla belə Mülki Məcəllənin 581.4 və 586.3-cü maddələrinin tələbləri baxımından kollegiya qeyd edir ki, nə Mülki Məcəllədə, nə “Qida təhlükəsizliyi haqqında” qanunda, nə də aidiyyəti sahəni tənzimləyən digər qanunvericilik aktlarında quş yemi və onun keyfiyyətinə dair məcburi tələblər, standartlar nəzərdə tutulmamışdır. Belə ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 21.2-ci maddəsi yalnız xarici ölkələrə ixrac edilən qida və yem məhsullarının idxalçı ölkələr tələb etdiyi hallarda sağlamlıq sertifikatına malik olmalarını nəzərdə tutur. Azərbaycan Respublikası Qida X8 ## #### 2025-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yem əlavələrinə dair sanitariya norma və qaydaları” isə tərəflər arasındakı mübahisə predmeti olan yemlərə dair alqı-satqı müqaviləsindən sonra qəbul olunmuşdur. Beləliklə, apellyasiya şikayətinin qeyd edilən dəlilləri də öz təsdiqini tapmır.

52. Kollegiya həmçinin vurğulayır ki, qeyd edilən hal yem məhsullarının hazırlanması və satışı ilə məşğul olan iddiaçı2 satdığı əşyanın dəyərinin Mülki Məcəllənin tələblərinə uyğyn olaraq ödənilməsini tələb etmək hüququnu aradan qaldırmasa da, onun, habelə cavabdeh1 qida təhlükəsizliyi, baytarlıq, sanitariya epidomoloji salamatlıq və vergi qanunvericiliyinin tələblərinə əməl olunmaması ilə bağlı müvafiq məsuliyyətlərini istisna etmir. Belə ki, hazırkı işdə müəyyən olunur ki, tərəflər vergi orqanlarında qeydiyyatdan keçməklə quş yeminin istehsalı və satışı, əhalinin quş əti ilə təmin edilməsi kimi vacib, ciddi hüquqi tənzimlənmə və dövlət nəzarəti tədbirləri tətbiq olunan sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq onlar qida obyekti və ya subyekti kimi dövlət qeydiyyatına alınmamış, fəaliyyətlərinin bu sahədə, habelə baytarlıq və sanitariya epidemioloji salamatlıq haqqında qanunvericiliyin tələblərinə uyğunluğu barədə hər-hansı sənəd təqdim etməmişlər. Habelə vergi ödəyici olan tərəflərin istehsal etdikləri və satdıqları mallara dair elektron vergi hesab fakturaları, müvafiq vergi bəyannamələri təqdim etmələrinə dair də iş materiallarında hər-hansı sənəd mövcud deyildir. Halbuki, mülki dövriyyə zamanı aralarında yaranmış mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət edən sahibkarlar nəzərə almalıdır ki, Konstitusiyanın 15-ci maddəsinin II hissəsinə müvafiq olaraq, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir. Konstitusiyanın 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Bununla yanaşı "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əsasən dövlət sahibkarlıq fəaliyyətini qanunvericilik, inzibati-hüquq, büdcə, vergi və pulkredit sistemləri vasitəsi ilə tənzimləyir, mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir (9 və 12-ci maddələr). Bununla yanaşı qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək, qüvvədə olan normativ aktları rəhbər tutaraq ekoloji təhlükəsizliyin, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının, istehsal gigiyenasının və sanitariyasının təmin edilməsi sahəsində tədbirlər görmək də sahibkarın vəzifələridir və sahibkar qanunvericiliyin tələblərinə əməl etmədiyi, öz öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi hallarda qanuna uyğun olaraq mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyır (7 və 15-ci maddələr).

53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar