Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-54/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. İddiaçı İddiaçı BOKT MMC (“PSG FİNANS” BOKT MMC) ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2024-cü il tarixli **** nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti borcverən (iddiaçı) tərəfindən borcalana (cavabdehə) “biznesin inkişafı” məqsədilə 24 ay müddətinə 35000 manat kredit verilməsinə, borcalanın krediti qəbul etməsinə, bu müqavilədə göstərilən məqsədlə istifadə etməsinə, krediti və kreditə hesablanmış faizləri “Ödəniş qrafiki”nə (** nömrəli Əlavə) uyğun olaraq borcverənə qaytarılmasına dair borc pul öhdəliyidir.
2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, kreditə görə illik 23 faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 12,89 faiz təşkil edir.
3. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, borcalan müqavilə üzrə öhdəlikləri vaxtında və lazımınca icra etməlidir.
4. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, borcverən borcalan tərəfindən müqavilə üzrə ödənişlərin vaxtında və lazımınca icra olunmasını tələb edə bilər.
5. ## ###### 2024-cü il tarixli **** nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, cavabdeh cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi ## ###### 2026cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.
6. ## ###### 2026-cı il tarixli ***/** nömrəli maliyyə arayışından görünür ki, cavabdeh cavabdeh1 iddiaçıya 14885,59 manat məbləğində borcu vardır.
7. İpoteka saxlayan (“PSG FİNANS” BOKT MMC) cavabdehlər cavabdeh3 və cavabdeh2 arasında bağlanmış ## ###### 2024-cü il tarixli **** nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, həmin cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur.
8. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri: ipoteka predmeti müqavilə bağlanan vaxt üçün 65000 manat məbləğində qiymətləndirilir.
9. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetlərinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, cavabdehlər cavabdeh3 və cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
11. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq tədqiqatı ilə əlaqədar kommersiya işi üzrə mütəxəssis rəyinin əldə edilməsi və rəyin verilməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır.
12. “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2025-ci il tarixli məktubun məzmununda “... “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndiricilər və qiymətləndirmə təşkilatları göstərdikləri xidmətlərə görə haqq tələb etmək hüququna malikdirlər. Qiymətləndirmə haqqını heç bir tərəf ödəmək istəmir. Sizdən xahiş edirik ki, sözügedən işin icraatını digər təşkilatlara göndərəsiniz” qeyd edilmişdir.
13. “xxxx” MMC tərəfindən məhkəməyə elektron poçt ünvanı vasitəsilə ünvanlanmış ## ######## 2025-ci il tarixli məktubun məzmununda “e-2- *(***)-****/**** nömrəli işi geri qaytarırıq. cavabdeh1 Saray qəsəbəsində yerləşən əmlaka baxış keçirilməsi üçün şərait yaratmadı. Qətiyyətlə bildirib ki, bank olmayan kredit təşkilatına ödənişlər edir” qeyd edilmişdir.
14. Sumqayıt Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq tədqiqatı ilə əlaqədar kommersiya işi üzrə mütəxəssis rəyinin əldə edilməsi və rəyin verilməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır.
15. “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş ## ######## 2025-ci il tarixli ****/** nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evinin likvid dəyəri 69000 manat, bazar dəyəri 78000 manat təşkil edir.
16. ## ######## 2025-ci il tarixli kassa mədaxil orderindən görünür ki, cavabdeh cavabdeh1 tərəfindən mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti “xxxx” MMC-yə ödənilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş ## ###### 2025-ci il tarixli */**** nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış ## ###### 2024-cü il tarixli **** nömrəli kredit müqaviləsinə əsasən, cavabdeh cavabdeh1 borcu ## ### 2025-ci il tarixə: əsas borc üzrə 25139,6 manat, faiz borcu üzrə 1122,2 manat; ## ######## 2025-ci il tarixə: əsas borc üzrə 24382,66 manat, faiz borcu üzrə 1666,83 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına, həmçinin hesabdan çıxarış əlavə edilmişdir.
18. İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, cavabdeh cavabdeh1 tərəfindən ödənişlər olunmuş və qalıq borcu 10.005,59 (on min beş manat əlli doqquz qəpik) AZN təşkil edir.Ərizəyə kredit borcunun hesabılanması barədə Arayış da əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
19.İddiaçı İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24938,97 (iyirmi dörd min doqquz yüz otuz səkkiz manat, doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 1380,18 (min üç yüz səksən manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu, 49,12 (qırx doqquz manat, on iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 26368,27 (iyirmi altı min üç yüz altmış səkkiz manat, iyirmi yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 169,11 (yüz altmış doqquz manat, on bir qəpik) manat məbləğində dövlət rüsumunun, həmçinin ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün çəkilən xərcin cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi 308013031306-10301 qeydiyyat nömrəsi 1624003841 ilə ## ###### 2024-cü il tarixdə qeydiyyata alınan, paylı mülkiyyət hüququ ilə cavabdeh cavabdeh2 və cavabdeh3 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi - 68,4 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin 65000 manat qiymətləndirilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx” BOKT MMC (müqavilə bağlanılan zaman “PSG FİNANS BoKT” MMC) ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2024cü il tarixli **** nömrəli kredit müqaviləsinə əsasən “biznesin inkişafı” məqsədilə cavabdehə 24 ay müddətinə, illik 23 faiz dərəcəsi olmaqla 35000 manat məbləğində kredit ayrılmışdır. ## ###### 2024-cü il tarixli **** nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi, iddiaçı ilə borcalan qismində cavabdeh cavabdeh1, ipoteka qoyanlar qismində cavabdeh2 və cavabdeh3 arasında (qanuni nümayəndə cavabdeh1) ## ###### 2024-cü il tarixli **** nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylı mülkiyyət hüququ ilə cavabdehlər cavabdeh2 və cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən, yüklülük ## ###### 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 308013031306-10301 reyestr nömrəsi və 1624003841 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdehin 24938,97 manat məbləğində əsas borc, 1380,18 manat məbləğində faiz borcu, 49,12 manat məbləğində cərimə olmaqla, cəmi 26368,27 manat məbləğində borcu mövcuddur. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 21.İddiaçı ## ###### 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 24185,59 (iyirmi dörd min yüz səksən beş manat, əlli doqquz qəpik) manat məbləğində əsas borc və ödənilmiş 169,11 (yüz altmış doqquz manat, on bir qəpik) manat məbləğində dövlət rüsumunun, həmçinin ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi 308013031306- 10301, qeydiyyat nömrəsi 1624003841 ilə ## ###### 2024-cü il tarixdə qeydiyyata alınan, paylı mülkiyyət hüququ ilə cavabdeh cavabdeh2 və cavabdeh3 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi - 68,4 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin 65000 manat qiymətləndirilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.İddiaçı ## ######## 2025-ci il tarixdə məhkəməyə yenidən iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 20685,59 (iyirmi min altı yüz səksən beş manat, əlli doqquz qəpik) manat məbləğində əsas borc və ödənilmiş 169,11 (yüz altmış doqquz manat, on bir qəpik) manat məbləğində dövlət rüsumunun, həmçinin ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyün daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi 308013031306-10301, qeydiyyat nömrəsi 1624003841 ilə ## ###### 2024-cü il tarixdə qeydiyyata alınan, paylı mülkiyyət hüququ ilə cavabdeh cavabdeh2 və cavabdeh3 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi - 68,4 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin 65000 manat qiymətləndirilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Cavabdeh cavabdeh1 ## ######## 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət etmiş, iddia ərizəsi ilə tələb olunan məbləğin reallığı əks etdirmədiyini qeyd edərək ## ###### 2024-cü il tarixli **** nömrəli kredit müqaviləsi üzrə cavabdehin əsas və faiz borcunun müəyyənləşdirmək üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə vəsatət təmin edilərək iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. 24.İddiaçı ## ###### 2026-cı il tarixdə məhkəməyə yenidən iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 14885,59 (on dörd min səkkiz yüz səksən beş manat, əlli doqquz qəpik) manat məbləğində əsas borc və ödənilmiş 169,11 (yüz altmış doqquz manat, on bir qəpik) manat məbləğində dövlət rüsumunun, həmçinin ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyün daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi 308013031306-10301, qeydiyyat nömrəsi 1624003841 ilə ## ###### 2024-cü il tarixdə qeydiyyata alınan, paylı mülkiyyət hüququ ilə cavabdeh cavabdeh2 və cavabdeh3 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi - 68,4 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin 65000 manat qiymətləndirilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 13639,6 (on üç min altı yüz otuz doqquz manat, altmış qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 36 (otuz altı) manat məbləğində xidmət haqqının, 15 (on beş) manat məbləğində dövlət rüsumunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 165,42 (yüz altmış beş manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13856,02 (on üç min səkkiz yüz əlli altı manat, iki qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, cavabdeh cavabdeh1 tutulmalı olan cəmi 13856,02 (on üç min səkkiz yüz əlli altı manat, iki qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehlər cavabdeh3 və cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq iddiaçı İddiaçı BOKT MMC-yə olan cəmi 13856,02 (on üç min səkkiz yüz əlli altı manat, iki qəpik) manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 69000 (altmış doqquz min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Fərman Həmidli).
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2024-cü il tarixli **** nömrəli kredit müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab etmişdir ki, ## ###### 2024-cü il tarixli **** nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan borcun məbləği müəyyən edilərkən ## ###### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, ## ###### 2026-cı il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə sözügedən kredit müqaviləsi üzrə 14885,59 manat məbləğində borcun tutulması xahiş edilsə də, ekspert rəyində ## ### 2025-ci il tarixinə əsas borcun məbləği 25139,6 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş hesabdan çıxarış sənədindən görünür ki, ## ### 2025-ci il tarixindən sonra cavabdeh tərəfindən ## ### 2025-ci il tarixində 1000 manat, ## #### 2025-ci il tarixində 700 manat, ## #### 2025-ci il tarixində 500 manat, ## #### 2025-ci il tarixində 1000 manat, ## ###### 2025-ci il tarixində 1500 manat, ## ######## 2025-ci il tarixində 1000 manat, ## ####### 2025-ci il tarixində 1000 manat, ## ###### 2025-ci il tarixində 800 manat, ## ###### 2025-ci il tarixində 700 manat, 2000 manat və 1300 manat məbləğində olmaqla, cəmi 11500 məbləğində ödəniş həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ## ###### 2024-cü il tarixli **** nömrəli kredit müqaviləsi üzrə cavabdeh cavabdeh1 13639,6 (25139,6- 11500=13639,6) manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı ilə borc alan qismində cavabdeh cavabdeh1 və ipoteka qoyanlar qismində cavabdehlər cavabdeh3 və cavabdeh2 arasında bağlanmış ## ###### 2024-cü il tarixli **** nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, cavabdehlər cavabdeh3 və cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri: ipoteka predmeti müqavilə bağlanan vaxt üçün 65000 manat məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin daşınmaz əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə “xxxx” MMC-dən təqdim edilmiş ## ######## 2025-ci il tarixli ****/** nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,4 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 69000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir.
27. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 425.1, 427.3, 442.1, 448.2, 462.1, 465.2, 739.1, 954.1, 1091.1, 1091.2, 1092.1, Mülki Prosessual Məcəllənin 14.2, 64.1, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
28. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.
29. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 68.4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 69000 manat məbləğində müəyyən edilməsi hissəsi ilə razı deyil .Məhkəmə ipoteka predmetinin satış qiymətini 69000 manat müəyyən edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki ,iş üzrə xxxx MMC-nin təqdim etdiyi ##.##.2025-ci il tarixli ****/** nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab etmişdir ki , Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 68.4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 69000 manat müəyyən edilməlidir . Hazırda xxxx MMC-nin təqdim etdiyi ##.##.2025-ci il tarixli ****/** nömrəli mütəxəssis rəyi ciddi şübhələr doğurur.Həmin rəyə əsasən ipoteka predmeti olan mənzilin 1 kv. metrin qiyməti 1000 manat təşkil edir. Halbuki hazırki ipoteka predmetinin 1 kv/m nin qiyməti 1500 manatdan aşağı deyildir və ipoteka predmetinin orta bazar qiyməti 100000 manatdan aşağı deyildir .Ona görə də hesab edir ki, Sumqayıt apelyasiya məhkəməsinin kommersiya kollegiyası tərəfindən hazırki kommersiya işində ipoteka predmeti təşkil edən Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 68.4 kv/m olan fərdi yaşayış evinin orta bazar dəyərinin müəyyən edilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizası təyin edilməlidir.
Apellyasiya şikayətinə etiraz
30. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları
31. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
32. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 306.1-ci maddəsinə əsasən, dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir. 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## ###### 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
35. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun:
34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayəti ilə ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmiş, o, ipoteka predmetinin ilkin satış qiymətinin 69.000 manat müəyyən edilməsi ilə razılaşmamış və əmlakın dəyərinin daha yüksək olduğunu bildirmişdir. Lakin iş materiallarından görünür ki, “xxxx” MMC tərəfindən təqdim edilmiş ## ######## 2025-ci il tarixli ****/** nömrəli mütəxəssis rəyində ipoteka predmetinin bazar dəyəri 78.000 manat, likvid dəyəri isə 69.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən həmin rəyin nəticələrini əsas götürmüşdür.
40. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən qeyd olunan mütəxəssis rəyini mübahisələndirməmiş, ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin tərəfdən asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırıldığı halda qəbul edilə bilər. Cavabdeh qiymətləndirmə rəyinin birinci instansiya məhkəməsində mübahisələndirilməməsinin səbəblərini göstərməmiş, həmçinin əmlakın dəyərinin 100.000 manatdan artıq olduğunu təsdiq edən digər mötəbər sübut təqdim etməmişdir.
42. Bundan əlavə cavabdeh məhkəmə kollegiyasının iclasında özü qeyd etmişdir ki, apellyasiya şikayəti verməsində məqsədi krediti ödəmək üçün vaxt əldə edərək barışıq sazişi bağlanmasına nail olmaqdır.
43. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, apellyasiya icraatı zamanı tərəflərin mübahisəni barışıq yolu ilə həll etmələrinə imkan yaradılması məqsədilə məhkəmə baxışı dəfələrlə təxirə salınmışdır. Həmin müddət ərzində cavabdeh kredit öhdəliyi üzrə müəyyən ödənişlər etmiş, lakin borcu tam şəkildə ödəməmiş və tərəflər arasında barışıq sazişi bağlanmamışdır. Cavabdehin müəyyən ödənişlər etməsi borc öhdəliyinin mövcudluğunu aradan qaldırmamışdır.
44. İddiaçı tərəfindən məhkəmə kollegiyasına müraciət olunaraq hazırda cavabdeh cavabdeh1 qalıq borc məbləğinin 10.005,59 (on min beş manat əlli doqquz qəpik) AZN təşkil etdiyi qeyd edilsə də, bu birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas deyildir.Belə ki, bu qətnamənin icrası qaydasında həll edilməli olan məsələdir.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri formal xarakter daşımaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.