Məhkəmə qərarları › İş №e-2-2(3-8)-59/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-59/2026

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-59/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 07 yanvavr 2022-ci il tarixli L***/****/** nömrəli kredit limitinin ayrılması haqqında müqaviləyə əsasən Cavabdeh 84 (səksən dörd) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit limiti ayrılmışdır.

2. ## ###### 2022-ci il tarixli L***/****/** nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ## ###### 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit sazişinə əsasən Cavabdeh 36 ay müddətinə, illik faiz dərəcəsi 19 % оlmaqla dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 48750 (qırx səkkiz min yeddi yüz əlli) manat məbləğində kredit verilmişdir.

3. ## ###### 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsinə * nömrəli əlavədən görünür ki, borcalan Cavabdeh banka olan borcunun son ödəniş tarixi ## ###### 2026ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh imzası ilə təsdiq edilmişdir.

4. İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan-ipoteka qoyan Cavabdeh arasında bağlanılmış ## ###### 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən 07 yanvavr 2022-ci il tarixli L***/****/** nömrəli kredit limitinin ayrılması haqqında müqavilə və bu müqavilənin icrası üçün bağlanan kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişləri üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Masazır kəndi, B.Səfəroğlu küçəsi ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki **A nömrəli fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, B.Səfəroğlu küçəsi ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki **A nömrəli yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, B.Səfəroğlu küçəsi ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki **A nömrəli yerləşən fərdi yaşayış evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 07 yanvavr 2022-ci il tarixli L***/****/** nömrəli kredit limitinin ayrılması haqqında müqavilə göstərilmişdir.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ## ###### 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 28648,17 (iyirmi səkkiz min altı yüz qırx səkkiz manat on yeddi qəpik) manat məbləğində əsas borc, 5624,64 (beş min altı yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə borcu olduğu bildirilmiş, borcun dərhal qaytarılması, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi, borcdan əlavə məhkəmə və icra xərclərinin də cavabdehdən tutulacağı bildirilmişdir.

7. İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş ## ####### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ## ###### 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsi üzrə ## ###### 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 28648,17 (iyirmi səkkiz min altı yüz qırx səkkiz manat on yeddi qəpik) manat məbləğində əsas borcu, 5624,64 (beş min altı yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə borcu vardır.

8. ## ###### 2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə Mütəxəssis MMC tərəfindən verilmiş hesabatda Abşeron rayonu, Masazır kəndi, B.Səfəroğlu küçəsi ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki **A nömrəli yerləşən fərdi yaşayış evinin real bazar dəyəri 90000 manat, likvid dəyəri 81000 manat məbləğində müəyyən edilmişdir.

9. Məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ## ###### 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdeh Cavabdeh iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ## ###### 2025ci il, ## ####### 2025-ci il və ## ###### 2025-ci il tarixlərinə əsas borcu 27649,44 manat, həmin tarixlərə faiz borcu 5428,51 manat müəyyən olunur.

Birinci instansiya məhkəməsində icraat

10.İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ## ###### 2023- cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 28648,17 (iyirmi səkkiz min altı yüz qırx səkkiz manat on yeddi qəpik) manat məbləğində əsas borc, 5624,64 (beş min altı yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 35165,79 (otuz beş min yüz altmış beş manat yetmiş doqquz qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 198 (yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin cavabdeh Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11.İddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında 07 yanvavr 2022-ci il tarixli L***/****/** nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış ## ###### 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 19 faiz olmaqla 48750 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ## ###### 2018-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bankla ## ###### 2022-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ## ###### 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla reyestrdə qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla bağlı cavabdehə bildiriş göndərilmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Nəticədə ## ###### 2023-cü il tarixə cavabdehin “KE/93963/89/28” nömrəli müqavilə üzrə banka 28648,17 manat məbləğində əsas borcu, 5624,64 manat məbləğində faiz borcu və 892,98 manat məbləğində cərimə borcu yaranmışdır. 12.Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеh Cavabdeh 27649,44 (iyirmi yeddi min altı yüz qırx doqquz manat qırx dörd qəpik) manat məbləğində əsas bоrc, 5428,51 (beş min dörd yüz iyirmi səkkiz manat əlli bir qəpik) manat məbləğində faiz borcu, 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə, 191,91 (yüz doxsan bir manat doxsan bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 34162,84 (otuz dörd min yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdeh Cavabdeh tutulmalı olan cəmi 34162,84 (otuz dörd min yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, B.Səfəroğlu küçəsi ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki **A nömrəli yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 34162,84 (otuz dörd min yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində borcun ödənilməsi, cavabdeh Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, B.Səfəroğlu küçəsi ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki **A nömrəli yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 81000 (səksən bir min) manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq X1 ödənilməsi, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq Mütəxəssis (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialında olan SWIFT kod: AIIBAZ2XXXX, müxbir hesab: AZ37NABZ01350100000000001944, benefisiarın hesab: AZ46AIIB400600J9447272830109, benefisiarın VÖEN-i **********) ödənilməsi qət edilmişdir (hakim İslam Əliyev).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh Cavabdeh 07 yanvavr 2022-ci il tarixli L***/****/** nömrəli kredit limitinin ayrılması haqqında müqavilə və ## ###### 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab etmişdir ki, borcalan Cavabdeh ## ###### 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsi üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc ondan tutulmalıdır. Lakin cavabdeh Cavabdeh tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iş üzrə keçirilmiş ekspertizanın ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 28648,17 (iyirmi səkkiz min altı yüz qırx səkkiz manat on yeddi qəpik) manat məbləğində əsas borc, 5624,64 (beş min altı yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin müqavilə üzrə əsas borcun və faiz borcunun tutulması hissəsində ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı, cavabdeh Cavabdeh 27649,44 (iyirmi yeddi min altı yüz qırx doqquz manat qırx dörd qəpik) manat məbləğində əsas bоrc, 5428,51 (beş min dörd yüz iyirmi səkkiz manat əlli bir qəpik) manat məbləğində faiz bоrcu və 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alanipoteka qoyan Cavabdeh arasında bağlanmış ## ###### 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndi, B.Səfəroğlu küçəsi ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki **A nömrəli yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə iş üzrə keçirilmiş mütəxəsis tədqiqatının nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab etmişdir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 81000 (səksən bir min) manat göstərilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 269.1, 317 və 319.1ci, “İpoteka

14. haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.1.1, 34.1.3, 39.3, 39.3.3, 41.1 və 59.3-cü , Mülki Prosessual Məcəllənin 14.2, 64.1, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin faiz və cərimə borcunun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasları onun iştirakı olmadan keçirilmiş və onun iştirakı olmadan qərar qəbul olunmuşdur.O, qətnaməni alıb tanış olduqda ona aydın olmuşdur ki, qanunsuz və ədalətsiz qərar qəbul olunub.Belə ki, vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin iddianı qismən qəbul etdiyini, cərimə və faiz borcunun silinməli olduğunu bildirmiş, məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olamadan keçirilməsini xahiş etmişdir. Bildirir ki, o, faizin və cərimənin tam silinməsin istəsə də hakim 5428,51 (beş min dörd yüz iyirmi səkkiz manat əlli bir qəpik) manat məbləğində faiz borcu, 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə borcu saxlamışdır.Onun vəziyyəti çox çətindir. Evi hazırda bankda girovdadır.Həmin evdən başqa da yaşamağa yeri yoxdur.Ona müalicə üçün təcili pul lazım olduğu üçün evini banka qoyub pul götürmüşdür.O, pul götürəndə işləyirdi və normal qazancı var idi, lakin hazırda ona bankın pulunu ödəmək çox çətinləşib. Həmçinin ailədə işləyib ailəyə baxan yeganə adam odur. Yetkinlik yaşına çatmayan övladları vardır.Hazırda faizin və cərimənin silinməməsi onun ağır olan vəziyyətini daha da ağırlaşdırır.Ona görə də o, cərimənin və faizin silinməsini xahiş edir.

Apellyasiya şikayətinə etiraz

17. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 743.1-ci maddəsinin tələblərinə görə, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində əsas borcun iddiaçının xeyrinə ödənilməsi hissəsinin saxlanılıb, hesablanmış faiz borcunun və cərimə borclarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın faiz borcunun və cərimə borcunun tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ## ###### 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsi üzrə faiz borcunun və cərimə borcunun tutulmasına münasibətdə iddiaçı bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanaraq düzgün nəticəyə gəlmişdir.

25. Belə ki, apellyasiya şikayətində faiz borcu və cərimə borcunun düzgün müəyyən edilməməsi mübahisələndirilsə də, işin araşdırılmış hallarına əsasən əsas borc məbləğinə münasibətdə tutulmalı olan faiz məbləği müqavilə şərtlərinə uyğun, cərimə məbləği isə mütənasib olduğundan, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Həmçinin cavabdeh ödəmə imkanının olmamasını mübahisələndirsə də, kollegiya buna münasibətdə qeyd edir ki, maddi imkanının olmamamsı öhdəliyin yerinə yetirilməməsi üçün əsas deyildir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 40 2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar