Məhkəmə qərarları › İş №e-2-2(3-8)-61/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-61/2026

07.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-61/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh5, cavabdeh3, X1 və SEVIL kiçik müəssisəsinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-**/****-*** nömrəli qərardadından cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh5 tərəfindən şikayətlərə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI:

1. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh5, cavabdeh3, X1 və SEVIL kiçik müəssisəsinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MMC ilə arasında bağlanmış ## ###### 2017-ci tarixli sm****_DEV* nömrəli kredit müqaviləsi və ona edilmiş əlavələr üzrə 337011,66 (üç yüz otuz yeddi min on bir manat, altmış altı qəpik) manat məbləğində əsas borc, 51025,57 (əlli bir min iyirmi beş manat, əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 133942,35 (yüz otuz üç min doqquz yüz qırx iki manat, otuz beş qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 521979,58 (beş yüz iyirmi bir min doqquz yüz yetmiş doqquz manat, əlli səkkiz) manat məbləğində pul vəsaitinin, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı bildirişlərin müvafiq reyestrdə qeydə alınması üçün ödənilmiş 540 (beş yüz qırx) manat məbləğində dövlət rüsumunun və xidmət haqqlarının, 812 (səkkiz yüz on iki) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdеhlər “xxxx” MMC-dən və cavabdeh5 iddiaçının xeyrinə tutulması, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş cavabdeh cavabdeh5 məxsus olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı * nömrəli mənzilə, ünvan 2 ünvanında yerləşən 2 otaqlı * nömrəli mənzilə, Sumqayıt şəhəri, 2-ci mkr., ev 2 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan, 56,26 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə (kimyəvi təmizləmə sexi), cavabdeh cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, 12 mənzilə (yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, ünvan 1), X2 məxsus olmuş, hazırda isə cavabdehlər cavabdeh5 və Tahir Ismayılova məxsus olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasına və cavabdeh SEVIL kiçik müəssisəsinə məxsus olan Sumqayıt şəhəri, 13-cü mkr., Babək küçəsi 1 ünvanında, 0,00731 ha torpaq sahəsində yerləşən, 61,5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilərək, həmin ipoteka obyektlərinin açıq hərracda satılması və əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya borcun ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində əmlakların boşaldılması, satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehlər “xxxx” MMC-dən və cavabdeh5 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı ASC-nin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh5, cavabdeh3, X1 və “xxxx” kiçik müəssisəsinə qarşı verdiyi “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iş üzrə iddia tələbinin “ipoteka predmetlərinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin ipoteka predmeti olan əmlakların boşaldılması” hissəsində icraata xitam verilməsi qərara alınmışdır.

3. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеhlər “xxxx” MMC dən və cavabdeh5 müştərək qaydada 247461,66 manat məbləğində əsas borc, 51025,57 manat məbləğində faiz borcu, 17000 manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun, 450 manat məbləğində xidmət haqqının, 3000 manat məbləğində mütəxəssis tədqiqatının dəyərinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 695,04 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 319722,27 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdеhlər “xxxx” MMC-dən və cavabdeh5 tutulmalı olan cəmi 319722,27 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh Azər smayılova məxsus olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı * nömrəli mənzilə, ünvan 2 ünvanında yerləşən 2 otaqlı * nömrəli mənzilə, ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 56,26 kv.m. olan qeyri-yaşayış sahəsinə (kimyəvi təmizləmə sexinə), cavabdeh cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, mənzil 12 (yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, ünvan 1) ünvanında yerləşən daşınmaz əmlaka, cavabdehlər cavabdeh5 və Tahir Ismayılova məxsus olan ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binasına, “xxxx” kiçik müəssisəsinə məxsus olan Sumqayıt şəhəri, 13-cü mkr. Babək küçəsi 1 ünvanında 0,00731 ha torpaq sahəsində yerləşən, 61,5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracda satılaraq iddiaçıya olan cəmi 319722,27 manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı * nömrəli mənzilin ilkin satış qiyməti 114000 manat, ünvan 2 ünvanında yerləşən 2 otaqlı * nömrəli mənzilin ilkin satış qiymətinin 108000 manat, ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 56,26 kv.m. olan qeyri-yaşayış sahəsinin (kimyəvi təmizləmə sexinin) ilkin satış qiymətinin 155000 manat, Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, mənzil 12 (yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, ünvan 1) ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiymətinin 155000 manat, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 868000 manat, Sumqayıt şəhəri, 13-cü mkr. Babək küçəsi 1 ünvanında 0,00731 ha torpaq sahəsində yerləşən, 61,5 kv.m. ümumi sahəsi olan qeyri yaşayış binasının ilkin satış qiymətinin 153000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin cavabdehlər “xxxx” MMC-dən və cavabdeh5 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

4. Cavabdehlər SEVIL kiçik müəssisəsi və cavabdeh5 ## ###### 2026-cı il tarixdə, cavabdeh “xxxx” MMC isə ## ###### 2026-cı il tarixdə qətnamədən apellyasiya şikayətləri, eyni zamanda cavabdeh “xxxx” MMC ## ###### 2026-cı il tarixdə qərardaddan şikayətlə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehlər SEVIL kiçik müəssisəsi, cavabdeh5 və “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin və məhkəmənin ## ###### 2025-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətlərin geri qaytarılması qərara alınmışdır.

6. Cavabdehlər “xxxx” MMC, cavabdeh5 və SEVIL kiçik müəssisəsi həmin qərardaddan eyniməzmunlu şikayətlər verərək qərardadın ləğv edilməsini xahiş etmişdirlər.

7. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə cavabdehlərin şikayətləri təmin edilməmiş, verilmiş şikayətlərin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə cavabdehlər SEVIL kiçik müəssisəsi, cavabdeh5 və “xxxx” MMC tərəfindən verilmiş şikayətlərin qismən təmin edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehlər SEVIL kiçik müəssisəsi, cavabdeh5 və “xxxx” MMC tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinin geri qaytarılması məsələsinə və Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətin geri qaytarılması məsələsinə yenidən hüquqi qiymət verilməsi üçün kommersiya işinin Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

9. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehlər SEVIL kiçik müəssisəsi, cavabdeh5 və “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin məhkəmənin ## #### 2026-cı il tarixli e-*- *(***)-**/****-*** nömrəli qərardadı ilə geri qaytarılması qərara alınmışdır.

10. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-2-2(119)- **/**** nömrəli qərardadından cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətin məhkəmənin ## #### 2026-cı il tarixli e-*-*(***)-**/****- *** nömrəli qərardadı ilə geri qaytarılması qərara alınmışdır.

11. Cavabdehlər cavabdeh5 və “xxxx” MMC ## #### 2026-cı il tarixli e-*-*(***)- **/****-*** nömrəli qərardaddan eyniməzmunlu şikayətlər verərək qərardadın məzmununda ## ###### 2026-cı il tarixli qərardadın ləğv edilməsini xahiş etmiş və qeyd etmişdirlər ki, məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə iddianın qiyməti 521979,58 manat məbləğində təşkil etdiyindən, cavabdehlər tərəfindən apellyasiya şikayətləri ilə məhkəməyə müraciət edilən zaman 5 manat məbləğində deyil, 405,99 manat məbləğində dövlət rüsumları ödənilməli idi. Halbuki qətnamədə məhkəmə ödənilməli olan rüsumu 695,04 manat hesablayaraq göstərmişdir. Beləliklə, məhkəmənin özünün qənaətinə görə 374,5 manat dövlət rüsumu ödənilməli olsa da, məhkəmə qərardadda 405 manat məbləğində rüsum ödənilməli olduğunu qeyd etmişdir, yəni rüsum məbləği dəqiq müəyyənləşdirilməmişdir. Bundan başqa, məhkəmə qətnamədən verilmiş apellyasiya şikayətinin və icraata xitam verilməsi barədə qərardaddan verilmiş şikayətin geri qaytarılmasına dair ayrılıqda qərardadlar qəbul etməli olduğu halda, vahid qərardadla bunu etməklə prosessual pozuntuya yol vermişdir. Belə ki, qətnamə və qərardad ayrı-ayrı prosessual aktlar olduğu üçün, onlardan verilən şikayətlər üzrə ayrılıqda qərardadlar qəbul edilməli idi. Əks halda, bu prosessual hüququn məhdudlaşdırılmasıdır (şikayətlərin məzmunları ## ###### 2026-cı il və ## ###### 2026-cı il tarixli apellyasiya şikayətlərinin və ## ###### 2026-cı il tarixli şikayətin məzmunları ilə eynilik təşkilik edir).

12. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayətlərin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi şikayətlərin “Şikayət verən şəxsin tələbi” hissəsində məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Bununla əlaqədar məhkəmə şikayət müəllifləri tərəfindən şikayətlərin məzmunlarında aparılmış “Şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi: ##.##.2026” və “Qətnamə və ya qərardadın tarixi və nömrəsi: e-2-2(119)-33/2025-077” kimi qeydləri nəzərə alaraq, şikayətin “## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsi” hissəsini texniki səhv kimi qiymətləndirərək, həmin şikayətlərin məhkəmənin ## ###### 2025-ci il tarixli e-2- *(***)-**/**** nömrəli qətnaməsindən cavabdehlər SEVIL kiçik müəssisəsi, cavabdeh5 və “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin geri qaytarılması barədə ## #### 2026 cı il tarixli qərardaddan olması qənaətinə gəlmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1.4. Iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizini təşkil edir

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, hazırkı iş üzrə iddia tələbinin dəyərini 521979,58 manat pul vəsaiti təşkil edir. Həmin iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 812 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdehlər cavabdeh5 və “xxxx” MMC qətnamədən apellyasiya şikayətləri versələr də, qətnamədən verilən apellyasiya şikayətinə görə ödənilməli olan rüsum məbləğini deyil, cəmi 5 manat dövlət rüsumu ödəyiblər.

18. Belə ki, “Dövlət rüsumu haqqında” qanunun 8.6-cı bəndinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Hazırki kommersiya işi üzrə bu məbləğ məhz 811,98 manatın 50 faizi – yəni, 405,99 manat olmalıdır. MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Beləliklə, cavabdehlər tərəfindən apellyasiya şikayətləri verilərkən qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmədiyindən birinci instansiya məhkəməsi apellyasiya şikayətlərini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.

19. Apellyasiya şikayətlərində məhkəmənin qənaətinə görə dövət rüsumunun 374,5 manat olmasına baxmayaraq, apellyasiya şikayətinin qaytarılması barədə qərardadda 405 manat göstərilməsinə dair qeyd olunan hala münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində iddia tələbinin təmin edilən hissəsinə münasibətdə cavabdehlərdən tutulmalı olan dövlət rüsumunu 695,04 manat müəyyən etsə də, cavabdehlər apellyasiya şikayətləri verərkən dövlət rüsumunu məhkəmənin iddianı təmin etdiyi hissəyə münasibətdə deyil, ümumilikdə iddianın qiymətinə münasibətdə ödəməlidirlər.

20. Beləliklə, kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehlər cavabdeh5 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-**/****-*** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar