Məhkəmə qərarları › İş №e-2-2(3-8)-63/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-63/2026

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-63/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi nümayəndə1 Adil qızının iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. İş materiallarında olan borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan “İnşaatçı- AV Group” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ###### 2024-cü il tarixli ****- ODM nömrəli kredit müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən borc verən borc alana 36 ay müddətində (##.##.2027-ci il tarixədək) 125000 (yüz iyirmi beş min) manat məbləğində, kreditdən istifadəyə görə illik 16 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən dövriyyə vəsaitinin artırlılması məqsədilə istifadə etməyi öhdəsinə götürür.

2. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən borc alanın bu müqavilə üzrə borc verən qarşısında öhdəliklərinin təminatı qismində ##.##.2024-cü il tarixli ****-DLZ/* saylı zaminlik müqaviləsi çıxış edir.

3. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 16,7 (on altı tam onda yeddi) faiz təşkil edir.

4. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür.

5. Həmin müqavilənin 4.4.6-cı bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə müəyyən olunmuş dəbbə pulunun (cərimə, penya) borc verənə ödənilməsini təmin etmək borc alanın öhdəliyidir.

6. ## ###### 2024-cü il tarixli ****-DLZ/* nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “bank” və cavabdeh2 – “zamin” olmaqla bağlanmış zaminlik müqaviləsinə əsasən zamin ## ###### 2024cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.

7. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh2 ## ###### 2025-ci il tarixdə bildiriş (pretenziya) göndərilərək 111918,71 (yüz on bir min doqquz yüz on səkkiz manat yetmiş bir qəpik) manat məbləğində əsas borc, 2043,83 (iki min qırx üç manat səksən üç qəpik) manat məbləğində faiz borcu, 97,5 (doxsan yeddi manat əlli qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 114060,04 (yüz on dörd min altmış manat dörd qəpik) manat məbləğində borclarının olduğu, öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

8. İddiaçı tərəfindən təqdim olunmuş ## ###### 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, borcalan “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2024-cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 111918,71 (yüz on bir min doqquz yüz on səkkiz manat yetmiş bir qəpik) manat məbləğində əsas borc, 2043,83 (iki min qırx üç manat səksən üç qəpik) manat məbləğində faiz borcu, 97,5 (doxsan yeddi manat əlli qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 114060,04 (yüz on dörd min altmış manat dörd qəpik) manat məbləğində borcu vardır.

9. İddiaçı tərəfindən təqdim olunmuş ## ###### 2026-ci il tarixli maliyyə arayışında göstərilir ki, borcalan “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2024-cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsi üzrə ## ###### 2026-cı il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 111918,71 (yüz on bir min doqquz yüz on səkkiz manat yetmiş bir qəpik) manat məbləğində əsas borc, 995,44 (doqquz yüz doxsan beş manat qırx dörd qəpik) manat məbləğində pretenziya tarixinə qədər hesablanmış faiz borcu, 3124,4 (üç min yüz iyirmi dörd manat qırx qəpik) manat məbləğində pretenziya tarixindən sonrakı dövr üçün illik beş faizlə hesablanmış faiz borcu, 1781,91 (min yeddi yüz səksən bir manat doxsan bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 117820,46 (yüz on yeddi min səkkiz yüz iyirmi manat qırx altı qəpik) manat məbləğində borcu vardır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2026-cı il tarixli */*** nömrəli rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, ## ###### 2024-cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, ##.##.2025-ci il tarixə “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan ümumi borcu - əsas kredit borcu 112284,5 manat məbəğində, faiz borcu 197,32 manat məbləğində olmaqla, 112481,82 manat məbləğində müəyyən edilir. ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 951,3 manat təşkil edir. ##.##.2025-ci il tarixə “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan ümumi borcu - əsas kredit borcu 112284,5 manat məbləğində, faiz borcu 197,32 manat məbləğində, 5% illik faiz borcu 951,3 manat məbləğində olmaqla, 113433,12 manat məbləğində müəyyən edilir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlər “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən və cavabdeh2 müştərək qaydada ## ###### 2024-cü il tarixli ****- ODM nömrəli kredit müqaviləsi üzrə 111918,71 (yüz on bir min doqquz yüz on səkkiz manat yetmiş bir qəpik) manat məbləğində əsas borc, 2043,83 (iki min qırx üç manat səksən üç qəpik) manat məbləğində faiz borcu, 97,5 (doxsan yeddi manat əlli qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 114060,04 (yüz on dörd min altmış manat dörd qəpik) manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 404,06 (dörd yüz dörd manat altı qəpik) manat məbləğində dövlət rüsumunun və 0,61 (altmış bir qəpik) manat məbləğində xidmət haqqının tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 12.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ###### 2024-cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsinə əsasən “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitinin artırılması məqsədilə illik 16 faiz olmaq şərti ilə 36 ay müddətinə 125000 manat məbləğində kredit verilmişdir. ## ###### 2024-cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsinin təminatı kimi cavabdeh2 ilə bank arasında ## ###### 2024-cü il tarixli ****-DLZ/* nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ###### 2024- cü il tarixli ****-ODM nömrəli əsas kredit müqaviləsinə əsasən vəsaitdən istifadə etmiş, kredit müqaviləsi üzrə əsas borcun qaytarılması və hesablanmış faizlərin və cərimənin ödənilməsi müqavilə üzrə həyata keçirilməlidir. Cavabdehlər kredit müqaviləsi üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu, hesablanmış faizləri və cəriməni müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Maliyyə arayışına əsasən “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2024-cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsinə əsasən banka ödənilməmiş 111918,71 (yüz on bir min doqquz yüz on səkkiz manat yetmiş bir qəpik) manat məbləğində əsas borc, 2043,83 (iki min qırx üç manat səksən üç qəpik) manat məbləğində faiz borc, 97,5 (doxsan yeddi manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 114060,04 (yüz on dörd min altmış manat dörd qəpik) manat məbləğində borcu qalmışdır. 13.İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ## ####### 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək cavabdehlər “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən və cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ## ###### 2024-cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsi üzrə 111918,71 (yüz on bir min doqquz yüz on səkkiz manat yetmiş bir qəpik) manat məbləğində əsas borc, pretenziya tarixinə hesablanmış 995,44 (doqquz yüz doxsan beş manat qırx dörd qəpik) manat manat məbləğində faiz borcu, pretenziya tarixindən sonrakı dövr üçün illik 5 faiz borcu ilə hesablanmış 948,2 (doqquz yüz qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində faiz borcu, 343,82 (üç yüz qırx üç manat səksən iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 114206,17(yüz on dörd min iki yüz altı manat on yeddi qəpik) manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 404,06 (dörd yüz dörd manat altı qəpik) manat məbləğində dövlət rüsumunun və 0,61 (altmış bir qəpik) manat məbləğində xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 14.İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ## #### 2026-cı il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək cavabdehlər “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən və cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ## ###### 2024-cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsi üzrə 111918,71 (yüz on bir min doqquz yüz on səkkiz manat yetmiş bir qəpik) manat məbləğində əsas borc, pretenziya tarixinə (05.08.205-ci il tarixinə) hesablanmış 995,44 (doqquz yüz doxsan beş manat qırx dörd qəpik) manat məbləğində faiz borcu, pretenziya tarixindən sonrakı dövr üçün illik 5 faiz borcu ilə hesablanmış 3124,4 (üç min yüz iyirmi dörd manat qırx qəpik) manat məbləğində faiz borcu, 1781,91 (min yeddi yüz səksən bir manat doxsan bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 117820,46 (yüz on yeddi min səkkiz yüz iyirmi manat qırx altı qəpik) manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 407,82 (dörd yüz yeddi manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumunun və 1,01 (bir manat bir qəpik) manat məbləğində xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 15.Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən və cavabdeh2 müştərək qaydada 111918,71 (yüz on bir min doqquz yüz on səkkiz manat yetmiş bir qəpik) manat məbləğində əsas borc, pretenziya tarixinə qədər hesablanmış 197,32 (yüz doxsan yeddi manat otuz iki qəpik) manat məbləğində faiz borcu, pretenziya tarixindən ## ###### 2026-cı il tarixinə illik beş faizlə hesablanmış 3124,40 (üç min yüz iyirmi dörd manat qırx qəpik) manat məbləğində faiz borcu, 1781,91 (min yeddi yüz səksən bir manat doxsan bir qəpik) manat məbləğində cərimə, 407,02 (dörd yüz yeddi manat iki qəpik) manat məbləğində dövlət rüsumu və 1,01 (bir manat bir qəpik) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 117430,37 (yüz on yeddi min dörd yüz otuz manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdеhlər “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən və cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva).

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## ###### 2024-cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə vermişdir. Lakin cavabdeh “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyəti kredit müqaviləsi üzrə ödənilməli olan əsas və faiz borclarını müvafiq qaydada ödəməmiş, bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “İnşaatçı-AV Group” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ###### 2024-cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən, iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2026-cı il tarixli */*** nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, ## ###### 2026-cı il tarixli */*** nömrəli ekspert rəyində cavabdeh ## ###### 2024-cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsi üzrə əsas borcun 112284,5 (yüz on iki min iki yüz səksən dörd manat əlli qəpik) manat məbləğində olması müəyyən edilsə də, iddia tələbində iddiaçı tərəfindən cavabdehdən 111918,71 (yüz on bir min doqquz yüz on səkkiz manat yetmiş bir qəpik) manat məbləğində əsas borcun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit müqaviləsi üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 111918,71 (yüz on bir min doqquz yüz on səkkiz manat yetmiş bir qəpik) manat məbləğində əsas borc tutulmalıdır. Çünki iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış əsas borc məbləğindən azdır. İddia tələbinin “cavabdehdən pretenziya tarixinə (## ###### 2025-ci il tarixinə) 995,44 (doqquz yüz doxsan beş manat qırx dörd qəpik) manat məbləğində faiz borcunun” tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2026-cı il tarixli */*** nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən 197,32 (yüz doxsan yeddi manat otuz iki qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, həmin rəydə ## ###### 2024-cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixinə 197,32 (yüz doxsan yeddi manat otuz iki qəpik) manat məbləğində faiz borcunun olduğu qeyd edilmişdir. İddiaçı ## #### 2026-cı il tarixdə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə ## ###### 2024-cü il tarixli ****-ODM nömrəli kredit müqaviləsi üzrə ## ###### 2025 il tarixdən (pretenziya tarixindən) ## ###### 2026-cı il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə 3124,4 (üç min yüz iyirmi dörd manat qırx qəpik) manathesablandığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərarında kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.1, 269.1, 269.4, 269.5, 269.7, 270.1, 276.1, 279, 295, 306.1, 317.1, 319.1, 319.4, 324.1, 385.1, 389.1, 425.1, 427.3, 442, 462.1, 465.2, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 64.1, 77.1, 88, 107, 119.1,218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə borcunun hesablanması hissəsində səhvə yol vermiş, yalnız ekspert rəyinə istinad edərək yanlış nəticəyə gəlmişdir. Ona görə təkrar ekspertiza ilə borc məbləği dəqiqləşdirilməli idi. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkənvə vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Lakin ididaçı bu maddənin tələblərinə əməl etməyərək cavabdehdən artıq pul tələb edir.

Apellyasiya şikayətinə etiraz

20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 Adil qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 306.1-ci maddəsinə əsasən, dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir. 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## ###### 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab etmişdir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh “İnşaatçı-AV Group” MMC arasında ## ###### 2024-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında borcalana 125.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi cavabdeh cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan hesab çıxarışları, maliyyə arayışları və digər yazılı sübutlarla borcalanın kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyi təsdiq edilir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən borclu üzərinə götürdüyü öhdəliyi müqavilə şərtlərinə uyğun şəkildə icra etməlidir. Öhdəliyin lazımınca icra edilməməsi kreditorun borcun, faizlərin və müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin tutulmasını tələb etmək hüququ yaradır.

28. Apellyasiya şikayətində borcun düzgün hesablanmadığı göstərilsə də, həmin dəlili təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyinə əsasən cavabdehin borcu müəyyən edilmişdir. Bununla yanaşı cavabdeh təkrar ekspertiza keçirilməsinin zəruruliyini qeyd etsə də, məhkəmə iclasları təxirə salınmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, vəsatətini əsaslandırmamışdır.Birinci instansiya məhkəməsində də təkrar ekspertiza keçirilməsinə dair vəsatət verilməmişdir.Qeyd edilənlər cavabdehin apellyasiya şikayətinin dəlillərinin formal tələblər olduğunu tıəsdiq etməklə məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

29. Həmçinin, apellyasiya şikayətində istinad edilən Mülki Məcəllənin 425.1-ci maddəsinin pozulması barədə dəlillər də ümumi xarakter daşımaqla formal mülahizələrə əsaslanmışdır.

30. Yuxarıdakı xüsusatlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar