Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-64/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı X1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh cavabdeh1 290219 (iki yüz doxsan min iki yüz on doqquz) manat məbləğində əsas borc və 92752 (doxsan iki min yeddi yüz əlli iki) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 382971 manat (üç yüz səksən iki min doqquz yüz yetmiş bir) manat məbləğində pul vəsaitinin və 672 (altı yüz yetmiş iki) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X1 ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə iddiaçı X1 tərəfindən cavabdeh cavabdeh1 qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim Həlimə Alıyeva). İddiaçı X1 ## ##### 2026-cı il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin vergi qeydiyyatı Abşeron rayonu, Fatmayı kəndidir. Onun qeydiyyat ünvanı Bakı şəhəri, Binəqədi rayonu olsa da, sahibkarlıq fəaliyyətinin subyekti olaraq Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasındadır. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə iddiaçı X1 Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardaın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı X1 tərəfindən verilmiş şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi öz qərardadını aşağıdakı kimi əsaslandırmışdır: "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, cavabdeh cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ərazi vahidi Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına deyil, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə də, hazırkı ərizə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə ## ###### 2019-cu il tarixli, * saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşır və qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsi cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilir. Yəni qanunvericilikdə kommersiya mübahisələri üçün cavabdehin vergi ödəyicisi kimi qeydiyyata alındığı Ərazi Vergilər Baş İdarəsinin yerləşdiyi əraziyə verilməsi nəzərdə tutulmamışdır. İşin hallarına əsasən cavabdehin rəsmi olaraq Binəqədi rayonunda qeydə alındığı müəyyən edildiyindən hazırki kommersiya mübahisəsinə də yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2-2(3-8)-64/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-64/2026
13.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver