Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-71/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək ## ###### 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə olan 31199,14 (otuz bir min yüz doxsan doqquz manat, on dörd qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - ## #### 1971-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: 3105585692) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-2-2(4-13)- ***/**** nömrəli qərardadı ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizənin baxılmamış saxlanılması qərara alınmışdır (hakim Fərman Həmidli). Ərizəçi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilərək birinci instansiya məhkəməsində müəyyən edilmiş sübutlar əsasında ərizənin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.3cü maddəsinə müvafiq olaraq, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq, onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. İşin faktiki hallarına müvafiq olaraq, Maraqlı şəxs əldə etdiyi gəlirlərinə dair vergi ödəmək məqsədilə vergi ödəyicisi kimi uçota alınmaq üçün vergi orqanına müraciət etməmişdir. Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsində qanunvericiliyə uyğun araşdırma aparılaraq müəyyən edilmişdir ki, bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin ## #### 2025-ci il tarixli **************** nömrəli xidməti məktubuna əsasən sözügedən şəxsin vergiyə cəlb edilməli olan gəlirləri olmasına baxmayaraq, vergi uçotunun ləğv edilməsi və ya vergi orqanında qeydiyyata alınmaması səbəbindən əldə etdikləri gəlirə görə bəyannamə təqdim etməmiş və vergi hesablanmadığı qeyd edilmişdir. Fiziki şəxslərin bank əməliyyatları göstəricilərinin təhlili zamanı bir sıra mədaxil olunan vəsaitlərin mövcud olmasına, həmin əməliyyatlar barədə fiziki şəxslərin məlumatlandırılmasına və vergi orqanında uçota alınmaları barədə ərizə formasının təqdim edilməsinin bildirilməsinə baxmayaraq, həmin şəxslərin uçota alınmadıqları aşkar edilmişdir. Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Yəni sözügedən fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir vergisini gizlətməsi (bəyan etməməsi) və vergi ödəyicisi kimi vergi orqanına öz təşəbbüsü ilə ərizə göndərməməsi səbəbindən vergi orqanı qanunvericiliyə müvafiq olaraq fiziki şəxsi məcburi uçota almışdır. Beləliklə, işə əlavə edilmiş ## ###### 2025-ci il tarixli **************** nömrəli fiziki şəxsin şəhadətnaməsi haqqında sənəddən görünür ki, Maraqlı şəxs vergi orqanı tərəfindən inzibati orqanının özünün təşəbbüsü ilə elektron formada qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin sözügedən normasına əsasən, vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formada aparılır (hazırkı halda elektron). Fiziki şəxslərin elektron formada vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Yuxarıda qeyd edilən **************** nömrəli elektron şəhadətnamə fiziki şəxsin elektron kabinetinə göndərilmişdir. Bundan əlavə, qərardadda vergi orqanının hesablanmış vergiləri ödəməyən vergi ödəyicisinə vergilərin 5 gün müddətində ödənilməsinə dair bildirişin göndərilməli olduğu qeyd edilmişdir. Məhkəmənin bu arqumenti əsaslıdır və işə sözügedən bildiriş əlavə olunmuşdur. Lakin qanunvericilikdə bu bildirişin elektron və ya poçt rabitə vasitəsilə göndərilməsinə dair hər hansı xüsusi qeyd verilməmişdir. İş materiallarından görünür ki, vergi orqanı öz təşəbbüsü ilə fiziki şəxsi vergi uçotuna aldığı tarixdə ## ###### 2025-ci il tarixli **************** nömrəli “Uçota alınma barədə” bildiriş sənədini, ## ###### 2025-ci il tarixində isə “Uçota alınma ilə əlaqədar yaranmış öhdəliklər barədə” **************** nömrəli sənədi sözügedən şəxsin elektron kabinetinə göndərmişdir. Bu hal vergi orqanının məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qeyd edilən kateqoriyaya dair işlər üçün qanunla müəyyən edilmiş qaydaya əməl etdiyini, ödəyicini uçota aldıqdan sonra lazımı bildirişləri vaxtında elektron qaydada göndərdiyini sübut edir. Şikayətdə, həmçinin qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 70-ci maddəsi vergi orqanının vergi ödəyiciləri ilə yazışmalarını ehtiva edir. Sözügedən maddənin birinci bəndinə əsasən, vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Göründüyü kimi, qanunvericilik tərəflər arasındakı yazışmaları yazılı və ya elektron olaraq müəyyən edir və bunlardan birinin istifadə edilməsi hüquqi qüvvəyə malik sayılması üçün kifayətdir. Vergi orqanı sözügedən sənədləri elektron olaraq göndərmişdir (işə sübut olaraq əlavə edilmişdir). Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə qeyd edilən formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: bunlardan biri də elektron üsulla elektron kabinetinə göndərilməsidir. Sənədlər elektron üsulla elektron kabinetə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Nəticə etibarilə, işə əlavə edilmiş sübutlar bir daha onu göstərir ki, vergi orqanına ərizə ilə müraciət etməyərək hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maraqlı şəxs vergi orqanının öz təşəbbüsü ilə uçota alınması və uçota alınmanın yaratdığı öhdəliklər barədə vergi ödəyicisinə bildirişlərin göndərilməsi (elektron kabinetə göndərildikdən sonra 3 iş günü keçdiyini nəzərə alaraq) lazımi qaydada verilmiş hesab edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardadla ərizəçinin maraqlı şəxsin ölkədən getmək hüqüqunun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya əməl etməməsi əsası ilə - bu qaydanın tətbiq edilməsi imkanının hələ itirilməməsi və Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində sənədlərin vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmasının digər formalarının təsbit edilməsi nəzərə alınaraq - ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Şikayətin məzmununda Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə istinad edilərək vergi orqanının vergi ödəyiciləri ilə aparılan yazışmaları elektron qaydada həyata keçirmək hüququnun təsbit edildiyi və maraqlı şəxsin də, məhz bu üsulla məlumatlandırılmasının təmin edildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq, məhkəmə qeyd etmişdir ki, iş materiallarına və şikayətə əlavə edilmiş müvafiq sənədlərlə maraqlı şəxsə elektron qaydada müvafiq sənədlərin (borc bildirişləri, xəbərdarlıq məktubu və s.) ünvanlandığı öz təsdiqini tapsa da, nəzərə alınmalıdır ki, maraqlı şəxsin həmin sənədlərin məzmunu ilə tanış olmaq imkanı obyektiv səbəbdən mümkün deyildi, çünki elektron qaydada göndərilən sənədlərin çatdırılmış sayılması üçün əsas şərt budur ki, vergi ödəyicisi onun vergi uçotuna alınmasından, elektron kabinet yaradılmasından və yazışmaların, məhz elektron qaydada - vergi elektron sistemində yaradılmış kabinet vasitəsilə aparılacağından əvvəlcədən məlumatlı olsun. Ərizəçi tərəfindən ərizəyə, o cümlədən hazırkı şikayətə maraqlı şəxsin onunla yazışmaların, məhz elektron üsulla aparılacağı barədə məlumatlandırılması barədə hər hansı sənəd (müvafiq xəbərdarlıq, elektron sənəd mübadiləsi haqqında müqavilə və s.) əlavə edilməmişdir. Təsadüfi deyildir ki, məhkəmə iclaslarında iştirak edən maraqlı şəxs izahatlarında vergi uçotuna alınması və borc hesablanması barədə ona hər hansı məlumat verilmədiyini, borc barədə məhkəmə iclasında məlumat aldığını bildirmişdir. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə qeyd edilən formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün (70.2-1.1); poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra (70.2-1.2.); elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra (70.2-1.3). Məhkəmə şərh edilənlərə əsaslanaraq qeyd etmişdir ki, maraqlı şəxsin onunla vergi orqanı arasındakı yazışmaların elektron üsulla, yəni sənədlərin onun elektron kabinetinə göndərilməklə aparılacağı barədə məlumatlandırılması iş materialları ilə təsdiq edilmədiyindən, o cümlədən müvafiq sənədlər Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində nəzərdə tutulan digər qaydada maraqlı şəxsə verilmədiyindən (göndərilmədiyindən) ərizəçinin mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya əməl etmiş olması müəyyən edilmir Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.3-cü maddəsində nəzərdə tutulan vergi ödəyicilərinə münasibətdə) ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 70.2-1-ci maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə qeyd edilən formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün (70.2-1.1); poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra (70.2-1.2.); elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra (70.2- 1.3). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, ərizəçi maraqlı şəxsin elektron kabinetinə müvafiq bildirişlərin göndərildiyini qeyd etsə də, maraqlı şəxsin həmin elektron kabinetin yaradılması, vergi uçotuna alınması və yazışmaların elektron qaydada aparılacağı barədə əvvəlcədən məlumatlandırılmasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Vergi orqanı tərəfindən sənədlərin elektron kabinetə göndərilməsi öz-özlüyündə həmin sənədlərin maraqlı şəxsə lazımi qaydada çatdırılması kimi qiymətləndirilə bilməz. Beləliklə də, yuxarıda şərh olunanlarla müəyyən olunur ki, cavabdehlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün lazımi hərəkətlərin olunması və eləcə də, vergi ödəyicisinə vergi borcunun ödənilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bildiriş və xəbərdarlıqların lazımi qaydada çatdırılmasına dair tələblərə riayət edilməsi iddiaçının vəzifəsi olduğuna görə iddia ərizəsinin baxılmamış saxlanılması tamamilə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının hazırkı şikayəti ilə bağlı qeyd edir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlayarkən mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-8)-71/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-71/2026
21.05.2026 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Xususi icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver