Məhkəmə qərarları › İş №e-2-2(3-8)-73/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-73/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-73/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Abdullayev İlkin İlham oğlunun iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında Bank xidmətlərinin göstərilməsinə dair X2 ## ###### 2020-ci il tarixli 1.0.* №-li versiyasının şərtlərini qəbul etməsi barədə ## ####### 2020-ci il tarixli OnGTC/SE/**** saylı Razılaşma imzalanmışdır.

2. Bank xidmətlərinin göstərilməsinə dair X2 müqavilənin predmeti bölməsinin 1-ci bəndinə əsasən bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır.

3. X1 toplusunun Bank hesabı bölməsinin 1.3-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında hesabın kreditləşməsi (overdraft) nəzərdə tutula bilər. Bu halda bank kreditləşmənin həyata keçirildiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Hesabın kreditləşməsi üzrə şərtlər bu müqavilənin müvafiq bəndinin müddəaları və bankın qüvvədə olan tariflərinə uyğun müəyyən olunacaq.

4. X1 toplusunun Karta dair ümumi şərtlər bölməsinin 2.14-cü bənində əsasən kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır.

5. Həmin bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində ## #### 2022-ci il tarixli DCLT********-** saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən Cavabdeh ## #### 2023-cü il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33,5% olmaqla 2000 (iki min) manat məbləğində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə plastik kart üzrə kredit xətti ayrılmışdır.

6. ## ### 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh ## ###### 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə DCLT********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən faiz borcu 123,57 manat, cərimə borcu 362,84 manat, 41040AZNSK********** saylı kredit kartı üzrə overdraft əməliyyatına əsasən əsas borcu 1990,60 manat təşkil edir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ## ###### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ## #### 2022-ci il tarixli DCLT********-** saylı maliyyəşdirmə üçün ərizə üzrə ## #### 2023-cü il tarixə 686,94 manat, ##.##.2023- cü il tarixə 692,89 manat artıq ödəniş, ## ###### 2024-cü il və ## ###### 2024-cü il tarixə 1335,45 manat əsas borc müəyyən edilir. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış ## #### 2022-ci il tarixli DCLT********-** nömrəli maliyyəşdirmə üçün ərizədə cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdeh Cavabdeh cərimə borcu hesablanmadı.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ## #### 2022-ci il tarixli DCLT********-** saylı maliyyəşdirmə üçün ərizə üzrə ## #### 2023-cü il tarixə 686,94 manat, ##.##.2023-cü il tarixə 692,89 manat artıq ödəniş, ## ###### 2024-cü il və ## ###### 2024-cü il tarixə 1335,45 manat əsas borc müəyyən edilir. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdeh Cavabdeh cərimə borcu hesablanmadı.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ## #### 2022-ci il tarixli DCLT********-** nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 123,57 (yüz iyirmi üç manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 362,84 (üç yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 486,41 (dörd yüz səksən altı manat qırx bir qəpik) manat məbləğində borcun, 41040AZNSK********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1990,60 (min doqquz yüz doxsan manat altmış qəpik) manat məbləğində əsas borcun və 44,78 (qırx dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ## ####### 2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2 ## ###### 2020-ci il tarixli 1.0.* nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/**** saylı razılıq ərizəsi imzalamışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində DCLT********-** saylı ## #### 2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən cavabdehə ## #### 2023-ci il tarixədək nominal illik faiz dərəcəsi güzəşt müddəti ərzində ödənildikdə 0%, güzəşt müddəti bitdiyi halda 24%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 33,5% olmaqla, 2000 (iki min) manat məbləğində nağdsız qaydada “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədilə plastik kart üzrə kredit xətti ayrılmışdır. Lakin borcalan qeyd edilən DCLT********-** saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 329 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın ## ###### 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri DCLT********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 123,57 (yüz iyirmi üç manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 362,84 (üç yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 486,41 (dörd yüz səksən altı manat qırx bir qəpik) manat, 41040AZNSK********** saylı kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1990,60 (min doqquz yüz doxsan manat altmış qəpik) manat məbləğində əsas borc təşkil edir. 11.Cavabdeh Cavabdeh ## #### 2024-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddianın sadələşdirilmiş qaydada məhkəmənin icraatında olması barədə məlumatı şifahi şəkildə ## #### 2024-cü il tarixdə əldə etmiş, e-vergi şəxsi kabinetinə daxil olduqda iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona pretenziya və iddia ərizəsi göndərilsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərin (hesabdan çıxarış, maliyyə arayışı və s.) təqdim edilmədiyi məlum olmuşdur. Digər tərəfdən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbində ## #### 2022-ci il tarixdən ## #### 2023-cü il tarixədək qüvvəsi olan DCLT********-** saylı kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra olunmadığına istinad edərək, 329 gün gecikməyə (yəni ##.##.2023-cü il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan ## ###### 2024-cü il tarixədək olan müddətə) görə 123,57 manat faiz borcu, 362,84 manat cərimə borcu və kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1990,60 manat əsas borcun olduğunu iddia edir. İddiaçının hazırkı iddiasının heç bir hüquqi əsası yoxdur və təmin edilə bilməz. Belə ki, ##.##.2023-cü il tarixdə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətində olmuş, DCLT********-** saylı kredit müqaviləsi üzrə bütün borclarını ödəyərək sözügedən plastik kart üzrə müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə rəsmi müraciət etmişdir. Bundan sonra bankdan müqaviləyə vaxtından əvvəl xitam verilməsini təsdiq edən sənəd tələb etdikdə bankın əməkdaşları belə bir sənədin verilməyəcəyini, amma narahatlığa əsas olmadığını bildirərək borcunun olmadığını və müqaviləyə artıq xitam verildiyini bildirməklə onu əmin etmişdir. Göründüyü kimi, tərəflər arasındakı DCLT********-** saylı kredit müqaviləsinə Cavabdeh kredit öhdəliyini tam şəkildə icra etdikdən sonra vaxtından əvvəl xitam verilsə də, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ondan xitam verilmiş müqavilə üzrə əsassız olaraq 1990,60 manat əsas borc və müqavilənin müddətinin bitdiyi ## #### 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan 329 günlük müddəti gecikmə kimi qeyd etməklə əsassız olaraq 123,57 manat faiz və 362,84 manat cərimə tələb edir. Bir ildən çox müddət keçməsinə baxmayaraq bank Cavabdeh heç bir xəbərdarlıq və ya mesaj göndərməmişdir. Halbuki ## #### 2022-ci il tarixdən ## #### 2023-cü il tarixədək olan müddət ərzində bank hər dəfə borc barədə ona xəbərdarlıq mesajları göndərmişdir. 12.Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 13.Cavabdeh Cavabdeh vəkili Vəkil ## ######## 2025-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək 1 illik iddia müddəti tətbiq edilməsini və iddia müddəti keçdiyindən iddianın rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbində ## #### 2022ci ildən ## #### 2023-cü ilədək qüvvəsi olan DCLT********-** saylı kredit müqaviləsi üzrə öhdəliklərin Cavabdeh tərəfindən icra etmədiyinə istinad edərək, 329 gün gecikməyə (yəni ## #### 2023-cü il kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan ## ###### 2024-cü ilədək olan müddətə) görə 123,57 manat faiz borcu, 362,84 manat cərimə borcu və kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1990,60 manat əsas borcunun olduğunu iddia edir. İddianın rədd olunmasının əsaslarından biri də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddətini ötürməsidir. Belə ki, ## ###### 2023-cü il tarixdə “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və Mülki Məcəllənin 37-ci fəsli, yəni borc ve kredit müqaviləsi adlı fəsli yeni redaksiyada verilmişdir. Həmin Məcəllənin 37-ci fəslində (kredit müqaviləsi adlı paraqrafında) 745.4-cü madd y əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. İş materiallarından (İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi hesabçıxarışdan) görünür ki, 2023-cü ilin mart ayının 16-da, yəni qanunvericilikdə sözügedən dəyişiklik qəbul edildikdən sonra Cavabdeh kredit müqaviləsi üzrə borcu artıqlaması ilə bağlamaqla kredit münasibətlərinə son vermişdir. Kredit müqaviləsinə xitam verilməsi üçün Cavabdeh hətta İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ərizə təqdim etmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona bildirilmişdir ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında kredit öhdəlik münasibətlərinə son qoyulmuş ve kart hesabı bağlanmışdır. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırda iddia edir ki, Cavabdeh qeyd edilən DCLT********-** saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 329 gündür ki, icra etmir ve kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmiş, ## ###### 2024-cü il tarixə kredit müqaviləsi üzrə əsas borcu, ona hesablanmış faiz və cərimə borcu vardır. Daha sonra 2024-cü ilin iyun ayının 12-də İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldırmışdır. Göründüyü kimi, iddiaçının bu mövqeyindən belə başa düşülür ki, Cavabdeh 2023-cü ilin mart ayından borcu mövcud olmuş və həmin borcu 329 gün ödəməməklə gecikdirmiş, nəticədə ## ###### 2024-cü il tarixə 123,57 manat faiz borcu, 362,84 manat cərimə borcu ve kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1990,60 manat əsas borcu yaranmışdır. Bununla əlaqədar bank tərəfindən 2024-cü ilin may ayında bildiriş göndərilmiş və daha sonra 2024cü ilin iyun ayının 12-də iddia qaldırmışdır, halbuki, iddianı 2024-cü ilin mart ayına qədər qaldırmalı idi. Belə olan halda onsuzda əsassız olan iddia tələbi, üstəlik nəzərdə tutulan 1 illik iddia müddəti ötürülməklə də verilmişdir. 14.Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 1335,45 (min üç yüz otuz beş manat qırx beş qəpik) manat məbləğində əsas borcun tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 (yüz) manatının cavabdeh Cavabdeh, 100 (yüz) manatının isə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq X3 ödənilməsi qət edilmişdir (hakim Həlimə Aliyeva).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında ## #### 2022-ci il tarixli DCLT********-** saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən cavabdehə plastik kart üzrə kredit xətti ayrılmış və kreditin müddəti ## #### 2023-cü il tarixədək müyyən edilmişdir. Kreditin müddəti bitdikdən sonra da cavabdeh kartdan istifadə etdiyindən sonuncu dəfə ## #### 2023-cü il tarixində olmaqla texniki overdraft baş vermişdir. İddiaçı hazırda ## #### 2022-ci il tarixli DCLT********-** nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 123,57 (yüz iyirmi üç manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 362,84 (üç yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 486,41 (dörd yüz səksən altı manat qırx bir qəpik) manat məbləğində borcun, 41040AZNSK********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1990,60 (min doqquz yüz doxsan manat altmış qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hesab etmişdir ki, iddia “## #### 2022-ci il tarixli DCLT********-** nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 123,57 (yüz iyirmi üç manat əlli yeddi qəpik) manat məbləğində faiz borcunun və 362,84 (üç yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində cərimənin tutulması” hissəsində məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2025-ci il tarixli */**** nömrəli və ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyləri mötəbər sübut kimi nəzərə alınaraq rədd edilməlidir. Belə ki, iddiaçının nümayəndəsi izahatında faiz və cərimə borcunun müqavilənin müddətinin bitmə tarixinə - ## #### 2023-cü il tarixə hesablandığını bildirmişdir. Lakin məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2025-ci il tarixli */**** nömrəli və ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəylərində cavabdehin həmin tarixdə 692,89 manat artıq ödənişinin olduğu göstərilir (iddiaçının həmin tarixə tələb etdiyi faiz və cərimə borcunun birlikdə cəmi isə 486,41 manat təşkil edir). Belə olan halda iddia tələbi faiz borcunun və cərimənin tutulması hissəsində əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “41040AZNSK********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1990,60 (min doqquz yüz doxsan manat altmış qəpik) manat məbləğində əsas borcun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, texniki overdraft nəticəsində yaranmış borcun məbləği müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ## ###### 2025-ci il tarixli */**** nömrəli və ## ###### 2026- cı il tarixli */**** nömrəli ekspert rəyləri mötəbər sübut kimi nəzərə alınmalı, iddia həmin hissədə qismən təmin edilərək cavabdehdən 1335,45 (min üç yüz otuz beş manat qırx beş qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdeh Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə əlaqədar qeyd etmişdir ki, tərəflər arasında imzalanmış ## #### 2022-ci il tarixli DCLT********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kreditin müddəti ## #### 2023-cü il tarixədək müəyyən edilmiş, müddət bitdikdən sonra cavabdeh kartdan istifadə etdiyi üçün sonuncu dəfə ## #### 2023cü il tarixində olmaqla texniki overdraft baş vermiş və iddiaçı ## #### 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin istinad etdiyi kredit müqaviləsi üzrə iddia müddətinin bir il olması ilə bağlı müddəa Mülki Məcəlləyə ## ###### 2023-cü il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla əlavə edilmiş və həmin Qanunda dəyişikliklərin Qanunun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minməsi təsbit edilmişdir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalı olduğundan məhkəmə hesab etmişdir ki, cavabdehin hazırkı iş üzrə iddia müddətinin 1 il müəyyən edilməli olması barədə dəlili əsassızdır.

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 425.1, 427.3, 442.1, 448.2, 462.1, 465.2, 739.1, 954.1, 1091.1, 1091.2, 1092.1, Mülki Prosessual Məcəllənin 14.2, 64.1, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin dəlilləri

17. Qətnamədən narazı qalan iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin DCLT00278228-01 maliyyələşdirmə üçün ərizə üzrə faiz və cərimə borcunun, 41040AZNSK********** saylı kredit kartı üzrə overdraft əməliyyatına əsasən əsas borcun tutulması hissəsində, həmçinin ödənilmiş dövlət rüsumunun tutulmaması hissəsində ləğv edilməsi və iddia tələbi üzrə tələbimizin həmin hissələrdə tam təmin edilməsinə dair, eyni zamanda ekspertiza tədqiqatının dəyərinin iddiaçıdan tutulması hissəsində ləğv edilərək tam cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında ##.##.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2 ##.##.2020ci il tarixli 1.0.* nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/**** saylı Razılıq ərizəsi imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində DCLT********-** saylı ##.##.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən ##.##.2023-ci il tarixədək nominal illik faiz dərəcəsi güzəşt müddəti ərzində ödənildikdə 0%, güzəşt müddəti bitdiyi halda 24%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla, 2,000.00 (iki min) manat məbləğində nağdsız qaydada “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədilə plastik kart üzrə kredit xətti ayrılmışdır. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa nəzər yetirildikdə məlum olur ki, hesabın açıldığı andan hal-hazırki anadək hesaba ümumilikdə 183 943.70 manat məbləğində mədaxil edilmişdir Bununla birgə limitdən ümumilikdə 185 943.30 manat istifadə edilmişdir. Qeyd edilməlidir ki, cavabdeh limitdən ilk dəfə ##.##.2022-ci il tarixində istifadə etmişdir. Bu zaman hesab üzrə 805.65 manat borc yaranmışdır. Ekspert isə müvafiq tarixə 830.78 manat borc müəyyən edir. Bu öz növbəsində əlaqəli olaraq davam edir. Ekspert tərəfindən hesabdan çıxarışla uyğun olmayan və reallığı əks etdirməyən borc məbləğləri rəydə öz əksini tapır. Ekspert rəyində ##.##.2023-cü il tarixdə hesabda 686.94 manat məbləğində vəsatin olması qeyd edilsə də, müvafiq tarixdə müştərinin balansında 15.31 manat vəsait olmuşdur. Balans üzrə hər hansı əməliyyat əks olunmamasına baxmayaraq ekspert ##.##.2023-cü il tarixinə balansdakı vəsaiti 692.89 manat olaraq qeyd etmişdir. Bu da ekspertin ümumiyyətlə əməliyyatları düzgün nəzərə almadan rəy verdiyini göstərir. Ekspert rəyində bütün ödənişlərin təyinatının düzgün müəyyən edilməməsi və məbləğlərin doğru hesablanmaması bankın mənafeyinə ciddi ziyan dəyməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsində qeyd edilir ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Ekspert rəyinə nəzər yetirdikdə aydın olaraq görünür ki, maddənin tələbinə riayət edilməyib və Bank tərəfindən cərimə borcuna silinən məbləğlər normanın tələbindən kənar olaraq əsas və faiz borcuna yönləndirilib.

19. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəla Z.Esmira ##.##.2023cü il tarixdə İddiaçı ASC-də olmuş və DCLT00278228- ** saylı kredit müqaviləsi üzrə bütün borclarını ödəyərək (bağlayaraq) və sözügedən plastik kart üzrə müqavilənin vaxtından əvvəl xitam verilməsi barədə İddiaçı ASC-yə ərizə ilə rəsmi müraciət etmişdir. Bundan sonra bankdan müqaviləyə vaxtından əvvəl xitam verilməsini təsdiq edən sənəd tələb etdikdə bankın əməkdaşları (Nicat adlı şəxs və digərləri) ona narahat olmamasını bildirərək borcunun olmadığını və müqaviləyə artıq xitam verildiyini, kart hesabının ləğv ediləcəyini bildirməklə onu əmin etmişlər. Göründüyü kimi tərəflər arasındakı DCLT********-** saylı kredit müqaviləsinə borclu şəxs (Cavabdeh) kredit öhdəliyini tam şəkildə icra etdikdən sonra vaxtından əvvəl xitam verilsə də, iddiaçı İddiaçı ASC xitam verilmiş müqavilə üzrə əsassız olaraq ondan müqavilənin müddətinin bitdiyi ##.##.2023-cü il tarixdən ##.##.2024-cü ilədək olan 329 günlük müddəti gecikmə kimi qeyd etməklə 1.990,60 manat əsas borc, 123,57 manat faiz və 362,84 manat cərimə tələb edir. Göründüyü kimi, ##.##.2023-cü il tarixdə öhdəliklərin icrasından dərhal sonra birtərəfli qaydada və yaxud ##.##.2023-cü il tarixdə müddətin qurtarması ilə ləğv edilmiş DCLT********-** saylı kredit müqaviləsi üzrə həmin tarixdə (##.##.2023-cü il və ya ##.##.2023- cü ildə) öhdəliklərə xitam verilməli və həmin tarixə ləğv edilmiş və öhdəliklərə xitam verilmiş DCLT********-** saylı kredit müqaviləsi üzrə ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək olan müddətə görə 123,57 manat faiz borcu, 362,84 manat cərimə borcu və 1.990,60 manat əsas borc (ümumilikdə 2.477,01 manat borc) silinməlidir. Bununla yanaşı Paşabank ASC kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddətini də ötürmüşdür. Belə ki, ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında AR Qanunu qəbul edilmiş və Mülki Məcəllənin 37-ci fəsli, yəni borc və kredit müqaviləsi adlı fəsli yeni redaksiyada verilmişdir. Həmin Məcəllənin 37-ci fəslində (kredit müqaviləsi adlı paraqrafında) 745.4-cü maddəyə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. İş materiallarından (İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi hesab-çıxarışdan) da görünür ki, 2023-cü ilin mart ayının 16-da, yəni qanunvericilikdə sözügedən dəyişiklik qəbul edildikdən sonra Cavabdeh kredit müqaviləsi üzrə borcu artıqlaması ilə bağlamaqla kredit münasibətlərinə son vermişdir. Kredit müqaviləsinə xitam verilməsi üçün Cavabdeh hətta İddiaçı ASC-yə ərizə təqdim etmiş və İddiaçı ASC tərəfindən ona bildirilmişdir ki, sizinlə, yəni Cavabdeh ilə bank, yəni İddiaçı ASC arasında kredit öhdəlik münasibətlərinə son qoyulmuş və kart hesabı bağlanmışdır (məhkəməyə təqdim edilən ərizə və rəsmi watsapp yazışmaları iş materiallarında mövcuddur). Lakin, İddiaçı ASC hazırda iddia edir ki, borcalan (Cavabdeh) qeyd edilən DCLT********-** saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 329 gündür ki, icra etmir və kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmiş, ##.##.2024-cü il tarixə kredit müqaviləsi üzrə əsas borcu, ona hesablanmış faiz və cərimə borcu vardır. Daha sonra 2024- cü ilin iyun ayının 12-sində İddiaçı ASC Cavabdeh qarşı iddia qaldırmışdır. Göründüyü kimi iddiaçının bu mövqeyindən belə başa düşülür ki, Cavabdeh 2023-cü ilin mart ayından borcu mövcud olmuş və həmin borcu 329 gün ödəməməklə gecikdirmiş, nəticədə ##.##.2024-cü il tarixə 123,57 manat faiz borcu, 362,84 manat cərimə borcu və kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1.990,60 manat əsas borcu yaranmışdır. Bununla əlaqədar bank tərəfindən 2024-cü ilin may ayında bildiriş göndərilmiş və daha sonra 2024-cü ilin iyun ayının 12-sində iddia qaldırmış, halbuki, 2024-cü ilin mart ayına qədər qaldırmalı idi. Belə olan halda onsuz da əsassız olan iddia tələbi, üstəlik nəzərdə tutulan 1 illik iddia müddəti ötürülməklə də verilmişdir. Bütün bunlarla yanaşı digər məsələ isə ekspert rəyindən görünür ki, ## #### 2022-ci ildən ##.##.2024-cü ilə qədər (o cümlədən ##.##.2024-cü ilə qədər) Cavabdeh təyinatı üzrə istifadə etdiyi kredit kartından 44.621,77 manat vəsait istifadə etmiş və həmin vəsaitin 44.299,70 manatını ödəmişdir, geri qaytarmışdır. Göründüyü kimi zatən əsassız olan və bank tərəfindən sözügedən kredit kartı üzrə ümumilikdə 2.477,01 manat borc tələb edilsə də, ##.##.2024-cü ilə (o cümlədən ##.##.2024-cü ilə) Cavabdeh kredit kartı üzrə borcunun 322,07 manat olduğu müəyyən edilir. Beləliklə, birinci instansiya məhkəməsi (Sumqayıt Kommersiya Məhkəməsi) ##.##.2026-cı il tarixli qətnamə çıxararkən AR Konstitusiyasının 149-cu maddəsinin, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Qanunun 87.2-ci maddəsinin, AR Mülki Məcələsinin 375-ci, 376-cı, 399- cu, 421-ci, 424-ci (əvvəlki 745.4-cü) maddələrinin və Konstitusiya Məhkəməsi Plenumunun müvafiq Qərarlarının tələblərini pozmuş, bu maddələri və qərarları tətbiq etməməkdə səhvə yol vermiş və qanunu düzgün təfsir etməmişdir.

Apellyasiya şikayətlərinə etiraz

21. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Abdullayev İlkin İlham oğlu apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 743.1-ci maddəsinin tələblərinə görə, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması üçün əsas vermir. Belə ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli */**** nömrəli və ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəylərində iş materiallarında olan hesabdan çıxarışlar və tərəflər arasında bağlanmış ## #### 2022-ci il tarixli DCLT********-** nömrəli maliyyələşdirmə üçün ərizə üzrə aparılmış hesablamalar əsasında ## #### 2023-cü il tarixə cavabdehin 686,94 manat, ## #### 2023-cü il tarixə isə 692,89 manat artıq ödənişinin olduğu, ## ###### 2024-cü il və ## ###### 2024-cü il tarixlərə isə 1335,45 manat əsas borcunun mövcud olduğu müəyyən edilmişdir. Eyni zamanda, bank tərəfindən cərimə borcunun hesablanmasına dair zəruri ilkin mühasibat sənədləri, o cümlədən cərimə hesabı üzrə çıxarış təqdim edilmədiyindən ekspertlər tərəfindən cərimə borcunun müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir.

28. Məhkəmə kollegiyası nəzərə alır ki, hər iki ekspert rəyi eyni nəticəni ehtiva edir, rəylər iş materiallarında olan hesabdan çıxarışlar və digər maliyyə sənədləri əsasında verilmiş, ekspertlərin gəldiyi nəticələrin əsassızlığını təsdiq edən mötəbər sübut iddiaçı tərəfindən təqdim edilməmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş iki məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrini digər sübutlarla birlikdə qiymətləndirməklə iddianın 1335,45 manat əsas borcun tutulması hissəsində təmin, qalan hissədə isə rədd olunması barədə düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, onun ## #### 2023-cü il tarixdə kredit üzrə bütün öhdəliklərini tam icra etməsi, müqavilənin vaxtından əvvəl ləğvi üçün banka müraciət etməsi və həmin tarixdən sonra tərəflər arasında kredit münasibətlərinə xitam verilməsi barədə dəlilləri iş üzrə müəyyən olunmuş faktiki hallarla təsdiq edilmir. Belə ki, iş materiallarından və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər arasında bağlanmış ## #### 2022-ci il tarixli DCLT********-** nömrəli maliyyələşdirmə üçün ərizə üzrə kreditin müddəti ## #### 2023-cü il tarixədək müəyyən olunsa da, cavabdeh həmin tarixdən sonra da kartdan istifadə etmiş və sonuncu dəfə ## #### 2023-cü il tarixdə texniki overdraft yaranmışdır.

31. Cavabdehin kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə banka ərizə təqdim etməsi özlüyündə müqavilənin faktiki olaraq ləğv edildiyini, kart hesabının bağlandığını və sonrakı əməliyyatlardan yaranmış borcun mövcud olmadığını təsdiq etmir.

32. Cavabdehin iddia müddətinin tətbiqinə dair dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə bir illik iddia müddətini nəzərdə tutan dəyişiklik ## ###### 2023-cü il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və həmin Qanunun dərc edildiyi gündən altı ay sonra qüvvəyə minməsi müəyyən edilmişdir. Mübahisəli hüquq münasibətlərinin və cavabdehin kartdan istifadəsi nəticəsində texniki overdraftın həmin dəyişikliklərin qüvvəyə minməsindən əvvəl yaranması nəzərə alınmaqla, sonradan qüvvəyə minmiş bir illik iddia müddəti barədə müddəanın hazırkı mübahisəyə tətbiq edilməsi üçün hüquqi əsas yoxdur. Bundan əlavə, iş üzrə müəyyən edilmişdir ki, kreditin müqavilə müddəti ## #### 2023cü ildə33. bitsə də, cavabdehin kartdan sonrakı istifadəsi nəticəsində sonuncu texniki overdraft ## #### 2023-cü il tarixdə baş vermiş, iddiaçı isə ## #### 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu baxımdan, cavabdehin özünün istinad etdiyi bir illik müddət əsas götürülsə belə, sonuncu texniki overdraftın yarandığı ## #### 2023-cü il tarixindən iddianın verildiyi ## #### 2024cü il tarixinədək bir il tamam olmamışdır. Buna görə də iddia müddətinin ötürülməsi barədə apellyasiya şikayətinin dəlili bu əsasla da qəbul edilə bilməz.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin kredit kartından ümumilikdə istifadə etdiyi və geri qaytardığı pul vəsaitlərinin məbləğlərini müqayisə etməklə borcun 322,07 manat olması barədə apellyasiya dəlili iş üzrə ekspertlər tərəfindən aparılmış kompleks hesablamaların nəticəsini təkzib etmir. Çünki borcun müəyyən edilməsi yalnız hesaba daxil olmuş ümumi vəsaitlə hesabdan istifadə olunmuş ümumi vəsait arasındakı sadə fərq əsasında deyil, ayrıayrı əməliyyatların tarixləri, kredit limitindən istifadə, ödənişlər, hesabın cari qalığı və texniki overdraft nəticəsində yaranmış borc nəzərə alınmaqla həyata keçirilməlidir. Məhz bu məqsədlə keçirilmiş iki məhkəmə-mühasibatlıq ekspertizasının hər ikisində cavabdehin 1335,45 manat əsas borcunun olduğu müəyyən edilmişdir.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müqavilənin vaxtından əvvəl ləğv edilməsi, borcun mövcud olmaması, iddia müddətinin ötürülməsi və borcun 322,07 manat təşkil etməsi barədə apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd olunması üçün əsas yaratmır.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 40 2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar