Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-78/2026 19.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Dəmirov İlqar Kamal oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARI:
1. Şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən ##.##.1980-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş maraqlı şəxs Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, Maraqlı şəxs vergi ödəyicisi qismində ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Vergi ödəyicisinin VÖEN-i 3105585972, qeydiyyatda olduğu vergi orqanı isə * saylı Ərazi Vergilər Baş İdarəsidir. Vergi ödəyicisinin vergi uçotunda vəziyyəti aktivdir. Maraqlı şəxs əsas fəaliyyət növü “Muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs” kimi müəyyən edilmişdir.
3. Vergi ödəyicisinin qeydiyyatda olduğu rayon Abşeron rayonudur. Təqdim edilmiş məlumatlara əsasən, onun vergi qeydiyyatı üzrə ƏDV qeydiyyatı, obyektləri, bank hesabları, NKA və POS terminalları barədə məlumat müəyyən edilməmişdir.
4. Vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə, 3105585972 VÖEN-li Maraqlı şəxs ## ###### 2026-cı il tarixinə dövlət büdcəsinə 31144,76 manat məbləğində vergi borcu yaranmışdır. Qeyd olunan borcun 15 gün müddətində ödənilməsi barədə ona xəbərdarlıq edilmişdir. Borc müəyyən edilmiş müddətdə ödənilmədiyi halda, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü və 23.1.15-3-cü maddələrinə əsasən verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ## ###### 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə olan 29548,21 (iyirmi doqquz min beş yüz qırx səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi- ## ###### 1980ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 29548,21 manat məbləğində (o cümlədən, vergilər üzrə 23829,2 manat, faizlər üzrə 5719,01 manat) olmaqla, ümumilikdə 29548,21 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli **************** nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
7. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı verilmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin ## ##### 2026-cı il tarixli *-**-*-*/*-M-***-**/**** nömrəli məktubuna və “Borc barədə məlumatın verilməsi” elektron xidmətində aparılmış axtarışın nəticələrinə əsasən, maraqlı şəxs Maraqlı şəxs dövlət büdcəsinə vergi borcu mövcud deyildir. Bu səbəbdən, ərizədə göstərilən borcun artıq mövcud olmadığı nəzərə alınmaqla, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün hüquqi və faktiki əsas qalmamışdır. Belə olan halda tələb olunan tədbirin tətbiqi zəruri və mütənasib hesab edilə bilməz.
9. Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin maraqlı şəxs barəsində qətnamə çıxarılan tarixdə vergi borcunun və vergi öhdəliklərinin olmaması barədə əsaslandırması öz əksini sübut etmir. Belə ki, işə əlavə olan materiallardan borc üzrə bildiriş, xəbərdarlıq və vergi ödəyicisinin “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə göndərilən tarixə şəxsi hesab vərəqəsinə müvafiq olaraq vergi borcu qalmaqdadır. Bundan əlavə, inzibati orqan tərəfindən müəyyən edilmişdir ki, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN:**********) 2024-cü il üzrə gəlir vergisi bəyannaməsinə kameral qaydada münasibət bildirilərək 23829.2 manat vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi Maraqlı şəxs ##.##.2026-cı il tarixinə dövlət büdcəsinə 23.829,20 manat əsas, 8.697,66 manat faiz borcu olmaqla ümumilikdə 32526,86 manat ödənilməmiş vergi borcu mövcuddur. Sözügedən borc üzrə şəxsi hesab vərəqəsi (maliyyə cədvəli) və digər sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə bunları qiymətləndirməmişdir. Beləliklə, hazırda işə əlavə edilən sonuncu maliyyə cədvəlinə müvafiq olaraq sözügedən ödəyicinin dövlət büdcəsinə ödənilməmiş borcu qalmaqdadır. Məhkəmə ərizəni təmin etməməklə iş ürzə maraqlı şəxs Maraqlı şəxs vergi öhdəliyini yerinə yetirməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə ərizəni təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı maraqlı şəxsin yazılı etirazı daxil olmuşdur. Etirazda qeyd olunur ki, o, vergi tətbiq edilə bilən vergi tutma fəaliyyəti ilə məşğul deyil. Vergi qurumunun ona faktiki olaraq kartında olan məbləğlərə görə vergi tətbiq etməsi qanuna ziddir. Belə ki, o, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşgul olmamışdır. Ərizədə göstərilən dövr ərzində Həcc ziyarətinə getməyi planlaşdırmış və getmişdir. Bu dövrdə yaxın yoldaşları onun bu sahədə aktiv olduğunu bildiklərindən özləri Həcc ziyarətinə getməklə bağlı məbləğləri onun kartına atıblar ki, o, həmin məbləği Qafqaz Müsəlmanlar idarəsinə çatdırsın və onların da yerinə bu təşkilatı məsələləri həll etsin. Ona görə də məbləğlərin giriş-çıxışı böyük həcmdə görünür. Həmin məbləği oradan çıxarıb həmin insanların adından Qafqaz Müsəlmanlar idarəsinə təhvil vermişdir. Bildiyimiz kimi də ölkədə Həcc ziyarəti yalnız Qafqaz Müsəlmanlar idarəsi tərəfindən təşkil edilir. Buna görə də, onun sahibkarlıq fəaliyyəti ilə məşgul olmağı mümkün deyil və yalnız həmin vəsaitləri Qafqaz Müsəlmanlar idarəsinə çatdırmaqla məşğul olmuşdur. Çünki həmin şəxslər həmin vəsaiti onun kartına atıblar və o da kartdan çıxarıb Qafqaz Müsəlmanlar idarəsinə təqdim etmişdir. Burada gördüyünüz kimi hər hansı bir vergi tutma fəaliyyəti yoxdur. Vergi tutma subyekti deyil. Ona görə də, hal-hazırkı iclasdakı ərizədə vergi organı tərəfindən yalnız vergi tutma yönəldilə bilən fəaliyyətə görə həmin fəaliyyətin subyektinə tədbiq edilə bilər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və VÖENi olmamışdır. Onun “Kapital Bank” kartına müxtəlif vaxtlarda böyük məbləğlərdə pul köçürmələri olmuşdur. Atası vəfat etdikdən sonra Şamaxı rayonunda yerləşən bağ sahəsini satmış və əldə etdiyi vəsaitin bir hissəsi hesabına avtomobil almışdır. Bundan əlavə, o, Qafqaz Müsəlmanları İdarəsində aylıq 1.500 ABŞ dolları məbləğində ödəniş və hər il özü üçün pulsuz Həcc ziyarəti müqabilində Həcc ziyarətinə gedən zəvvarların təşkilində və səfərə rəhbərlik edilməsində iştirak edir. Təxminən 60-70 nəfər zəvvarı Həcc ziyarətinə aparıbgətirmişdir. Həmin zəvvarlar arasında ödənişi nağd şəkildə etmək imkanı olmayan şəxslər olmuşdur. Belə şəxslər Həcc ziyarəti ilə bağlı ödənişləri onun bank kartına göndərmiş, o isə həmin vəsaiti bank kartından nağdlaşdıraraq aidiyyəti üzrə Qafqaz Müsəlmanları İdarəsinə təhvil vermişdir. Bu səbəbdən onun kartına daxil olan həmin vəsaitlər şəxsi qazancı və ya sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir olmamışdır. bundan əlavə ona hər hansı vergi borcunun olması barədə məlumat verilməmiş və belə bir borcunun olduğunu bilməmişdir. Adına VÖEN açılması və vergi borcunun yaranması barədə də ona məlumatlı olmamışdır. İzahatının sonunda maraqlı şəxs qeyd olunanları nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə ərizəçiyə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 28. Azadlıq hüququ (...) III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər....
Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı (...) II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
16. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
Maddə 23. Vergi orqanlarının hüquqları ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;
Maddə 24. Vergi orqanlarının vəzifələri ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə;
Maddə 33. Vergi ödəyicilərinin uçotu 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar və xüsusi icra məmurları isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. (...) 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkar bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. (...) Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. 33.5. Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir.
Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.
Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. 65.3. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit kredit və ya elektron pul təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra edilir. 65.4. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı bankda və ya digər kredit kredit və ya elektron pul təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. 65.6. Bu Məcəllənin 79.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları kredit və elektron pul təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir. 65.7. Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, kredit və elektron pul təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra kredit və elektron pul təşkilatı vergi orqanının sərəncamını icra edir. 65.8. Vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə kredit və ya elektron pul təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər kredit və ya elektron pul təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir. 65.9. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.
Maddə 77. Vergi öhdəliyi ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
17. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013cü il # ######## tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.
18. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 Saylı Protokolunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 2. Hərəkət etmək azadlığı (...)
2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. (...)
Maddə 355-7. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi (...) 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimi və maraqlı şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizənin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
22. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin məzmunundan aydın olur ki, vergi öhdəliyini vaxtında yerinə yetirməyən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması həmin öhdəliyin yerinə yetirilməsini təmin etmək, tezləşdirmək üsuludur.
23. Yəni, yerinə yetirilməmiş vergi öhdəliyinin icra edilməsini təmin etmək, tezləşdirmək mümkün olmayacaqsa, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin görülməsinə lüzum yoxdur.
24. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, Maraqlı şəxs vergi ödəyicisi qismində ##.##.2025-ci il tarixdə qeydiyyata alınmış, vergi ödəyicisinin VÖEN-i 3105585972, qeydiyyatda olduğu vergi orqanı isə * saylı Ərazi Vergilər Baş İdarəsidir. Vergi ödəyicisinin vergi uçotunda vəziyyəti aktivdir. Maraqlı şəxs əsas fəaliyyət növü “Muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs” kimi müəyyən edilir. Maraqlı şəxsin ## ###### 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə 29548,21 manat məbləğində vergi borcu var.
25. Məhkəmə kollegiyası vergi borcunun mövcudluğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki ərizəni təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs izahatında təsdiq etdi ki, onun “Kapital Bank” kartına müxtəlif vaxtlarda böyük məbləğlərdə pul köçürmələri olmuşdur. Bu vəsaitlər hər il Həcc ziyarətinə gedən zəvvarların təşkilində və səfərə rəhbərlik edilməsində təşkilatçı olaraq zəvvarlar arasında ödənişi nağd şəkildə etmək imkanı olmayan şəxslərin onun bank plastik kart hesabına mədaxil etmələri nəticəsində yaranmışdır. O həmin vəsaiti bank kartından nağdlaşdıraraq aidiyyəti üzrə Qafqaz Müsəlmanları İdarəsinə təhvil vermişdir.
27. Qeyd olunan məzmunda verilən izahat ilə Maraqlı şəxs bank hesablarında əhəmiyyətli məbləğdə pul vəsaitlərinin hərəkətinin olması nəticəsində onun “muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs” kimi vergi ödəyici kimi ona 29548,21 manat vergi borcu hesablanmışdır.
28. Bu baxımdan, maraqlı şəxsin vergi borcunun mövcudluğunu aradan qaldıran və ya onun icrasından azad edilməsinə səbəb olan hər hansı hüquqi faktı sübuta yetirmədiyi halda, yalnız hesabına daxil olmuş pul vəsaitlərinin ona məxsus olmadığı Həcc ziyarətinə gedən zəvvarların təşkilində və səfərə rəhbərlik edilməsində təşkilatçı olaraq ona elektron qaydada göndərildiyi barədə verdiyi izahat vergi borcunun mövcudluğunu şübhə altına almaq üçün kifayət edə bilməz. Çünki vergi öhdəliyinin yaranması və onun məbləği qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanının uçot məlumatlarında əks etdirilmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs həmin vergi borcunu inzibati qaydada mübahisələndirməmiş, bu halda isə həmin məbləğ onun vergi ödəyici kimi borcunun olmasını təsdiq etməkdədir.
30. Maraqlı şəxsin məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, onun bank kartı hesabına müxtəlif vaxtlarda yüksək məbləğlərdə pul vəsaitləri daxil olmuş, həmin vəsaitlərin Həcc ziyarətinə gedən zəvvarların səfərinin təşkili ilə əlaqədar zəvvarlar tərəfindən ona köçürüldüyünü, sonradan isə həmin vəsaitləri bank kartından nağdlaşdıraraq Qafqaz Müsəlmanları İdarəsinə təhvil verdiyini bildirmişdir. Lakin bu izahatın özü həmin vəsaitlərin həqiqətən başqa şəxslərə məxsus olmasını, onun bu vəsaitlərə münasibətdə yalnız vasitəçi qismində çıxış etməsini və həmin əməliyyatların vergi öhdəliyinin yaranmasına səbəb olmamasını təsdiq edən kifayət qədər sübut kimi qəbul edilə bilməz və bu hallda yalnız digər məhkəmə araşdırmasının predmetini təşkil edə bilər (inzibati icraat çərçivəsində).
31. Məhkəmə kollegiyası, həmçinin, iş materiallarında olan ## ##### 2026-cı il tarixli məktuba dair birinci instansiya məhkəməsinin yanaşmasını da əsaslı hesab etmir. Həmin məktubda vergi borcunun ## ##### 2026-cı il tarixinə mövcud olmadığı bildirilsə də, bu məlumat həmin konkret tarix üzrə vergi ödəyicisinin şəxsi hesabının vəziyyətini əks etdirir və özlüyündə ## ###### 2026-cı il tarixinə mövcud olmuş 29.548,21 manat məbləğində vergi borcunun yaranmadığını və ya əassız olduğunu təsdiq etmir.
32. Başqa sözlə, vergi öhdəliyinin məbləğinin sonrakı tarixdə dəyişməsi, ödənilməsi, uçot məlumatlarında düzəliş aparılması və ya həmin tarixə borcun olmaması barədə məlumatın mövcudluğu əvvəlki tarixdə formalaşmış vergi borcunun hüquqi mövcudluğunu avtomatik olaraq istisna etmir. Əgər ## ##### 2026-cı il tarixli məktubun vergi borcunun olmamasına dair məlumatı ## ###### 2026-cı il tarixinə şəxsi hesab vərəqəsində əks olunmuş 29.548,21 manat məbləğində borcun səhv hesablandığını və ya qanunsuz olduğunu təsdiq edən hər hansı sənədlə müşayiət olunmursa, həmin məktub vergi borcunun mövcudluğunu təkzib edən kifayət qədər sübut kimi qəbul edilə bilməz.
33. Əksinə, iş üzrə sonrakı tarixdə təqdim edilmiş məlumatlarla əvvəlki tarix üzrə vergi borcunun mövcudluğu arasında ziddiyyət olduğu halda, həmin ziddiyyətin səbəblərini izah etmək və ## ###### 2026-cı il tarixinə hesablanmış borcun hansı əsasla aradan qalxdığını sübut etmək maraqlı şəxsin üzərinə düşən prosessual yük baxımından qiymətləndirilməlidir. Hazırkı iş üzrə isə maraqlı şəxs belə bir sübut təqdim etməmişdir. O, 29.548,21 manat məbləğində vergi borcunun hesablanmasını ayrıca mübahisələndirməmiş, borcun silinməsi, ödənilməsi və ya ona xitam verilməsi barədə hər hansı sənəd təqdim etməmişdir.
34. Digər tərəfdən, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin məqsədi vergi öhdəliyini vaxtında icra etməyən şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması vasitəsilə mövcud vergi öhdəliyinin icrasının təmin edilməsidir. Bu tədbirin tətbiqi üçün əsas olan mühüm hüquqi hal vergi ödəyicisinin icra edilməmiş vergi öhdəliyinin mövcudluğudur. Hazırkı işdə isə belə öhdəliyin mövcudluğu vergi orqanının uçot məlumatları və vergi ödəyicisinin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir.
35. Beləliklə, iş üzrə toplanmış sübutların məcmu qiymətləndirilməsi nəticəsində müəyyən olunur ki, Maraqlı şəxs aktiv vergi uçotunda olan fiziki şəxsdir, onun VÖEN-i mövcuddur, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ## ###### 2026-cı il tarixinə 29.548,21 manat məbləğində vergi borcu əks olunmuşdur.
36. Bundan əlavə isə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qeyd olunan vergi borcu kifayət qədər çox olmaqla onun ölkədən çıxışı ilə bağlı tətbiq olunacaq məhdudiyyətlə mütənasiblik təşkil etməkdədir və bunun əksini maraqlı şəxs məhkəmədə sübuta yetirə bilməmiş, üzrlü və s. səbəbləri məhkəməyə təqdim etməmişdir.
37. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin edilərək ## ###### 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə olan 29548,21 (iyirmi doqquz min beş yüz qırx səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - ## ###### 1980ci il təvəllüdlü (FİN *******) Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququ vergi borcu ödənilənədək məhdudlaşdırılmalı və qətnamə dərhal icra edilməlidir.
38. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin edilsin. ## ###### 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə olan 29548,21 (iyirmi doqquz min beş yüz qırx səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - ## ###### 1980-ci il təvəllüdlü (FİN *******) Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququ vergi borcu ödənilənədək məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.