Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-84/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-ci il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. Satıcı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ##### 2025- ci il tarixli MI-S-***-** nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı alıcıya onun sifarişinə əsasən, müqavilə əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə mallarla təmin etməyi, xidmətlər göstərməyi, alıcı isə həmin malları qəbul edərək, malların və göstərilən xidmətlərin dəyərini bu müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə ödəməyi öz öhdəsinə götürür. Malların və xidmətlərin adı, miqdarı və qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırma protokolu ilə müəyyən edilir. Alıcı sifarişləri satıcıya yazılı formada bildirir. Satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
2. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın və xidmətin qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən qiymət razılaşdırma protokolunda müəyyən edilir. - 2.2-ci bəndinə əsasən ödənişin forması və qaydası qiymət razılaşdırma protokolunda müəyyən edilir. - 2.3-cü bəndinə əsasən malın təhvil-təslimindən, qaimə faktura təqdim edildikdən sonra ödəniş qiymət razılaşdırma protokolunda müəyyən edilmiş qaydada həyata keçirilir. Malın qiyməti köçürmə yolu ilə ödənilir. - 3.1-ci bəndinə əsasən malın çatıdırılması və təhvil verilməsi şərtləri, müddəti və qaydası təhvil təslim aktında göstərilir. - 3.3-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər forması Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edilən təhvil-təslim aktını imzalayır. - 4.4.1-ci bəndinə əsasən malın və xidmətin dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. - 5.3-cü bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş qaydada malı satıcıdan təhvil aldıqdan sonra bu müqavilənin əlavəsinə uyğun olaraq alınmış malın dəyərini ödəmədikdə və ya qismən ödədikdə, satıcı alıcıdan hər gecikdirilən iş günü üçün malın dəyərinin ödənməmiş hissəsinin qiymətinin 0,1 % həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər.
3. Satıcı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ##### 2025-ci il tarixli MI-S-***-** nömrəli alqı-satqı müqaviləsinə əlavələrə (spesifikasiya və xüsusi şərtlər) əsasən satılan malın adı, ölçü vahidi, miqdarı, ƏDV daxil ümumi dəyəri razılaşdırılmışdır.
4. ## ######## 2025-ci il tarixli ** nömrəli əlavəyə əsasən satılan malın yekun qiyməti 1199,99 manat, ## ###### 2025-ci il tarixli ** nömrəli əlavəyə əsasən satılan malın yekun qiyməti 2687,93 manat, ## ###### 2025-ci il tarixli ** nömrəli əlavəyə əsasən satılan malın yekun qiyməti 2849,74 manat, ## #### 2025-ci il tarixli ** nömrəli əlavəyə əsasən satılan malın yekun qiyməti 1439,99 manat, ## #### 2025-ci il tarixli ** nömrəli əlavəyə əsasən satılan malın yekun qiyməti 4489,79 manat, ## #### 2025-ci il tarixli ** nömrəli əlavəyə əsasən satılan malın yekun qiyməti 2399,99 manat, ## #### 2025-ci il tarixli ** nömrəli əlavəyə əsasən satılan malın yekun qiyməti 9698,89 manat, ## #### 2025-ci il tarixli ** nömrəli əlavəyə əsasən satılan malın yekun qiyməti 6914,85 manat, ## #### 2025-ci il tarixli ** nömrəli əlavəyə əsasən satılan malın yekun qiyməti 18423,99 manat və ## #### 2025-ci il tarixli ** nömrəli əlavəyə əsasən satılan malın yekun qiyməti 19175,99 manat müəyyən edilmişdir. Həmin əlavələrin 2-ci bəndinə əsasən malın və göstərilən xidmətin təhvil-təslimindən və qaimə faktura təqdim edildikdən sonra alıcı müqavilə qiymətinin 100%-i satıcının hesabına ödəyir.
5. Malların təhvil-təslim aktlarına əsasən satıcı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ## ######## 2025-ci il tarixdə 1199,99 manat, ## ###### 2025-ci il tarixdə 2687,93 manat, ## ###### 2025-ci il tarixdə 2849,74 manat, ## #### 2025-ci il tarixdə 1439,99 manat, ## #### 2025-ci il tarixdə 4489,79 manat, ## #### 2025-ci il tarixdə 2399,99 manat, 9698,89 manat, 6914,85 manat, ## #### 2025-ci il tarixdə 18423,99 manat və 19175,99 manat dəyərində mal təhvil verilmişdir.
6. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1199,99 manat dəyərində malın satılması ilə əlaqədar ## ######## 2025-ci il tarixli MT2509 seriyalı ******** nömrəli, 2687,93 manat dəyərində malın satılması ilə əlaqədar ## ###### 2025-ci il tarixli MT2509 seriyalı ******** nömrəli, 2849,74 manat dəyərində malın satılması ilə əlaqədar ## ###### 2025-ci il tarixli MT2508 seriyalı ******** nömrəli, 1439,99 manat dəyərində malın satılması ilə əlaqədar ## #### 2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli, 4489,79 manat dəyərində malın satılması ilə əlaqədar ## #### 2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli, 6914,85 manat dəyərində malın satılması ilə əlaqədar ## #### 2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli, 2399,99 manat dəyərində malın satılması ilə əlaqədar ## #### 2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli, 9698,89 manat dəyərində malın satılması ilə əlaqədar ## #### 2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli, 18423,99 manat dəyərində malın satılması ilə əlaqədar ## #### 2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli, 19175,99 manat dəyərində malın satılması ilə əlaqədar ## #### 2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli elektron qaimə-fakturalar göndərilmişdir.
7. Ödəniş sənədlərindən görünür ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ## ####### 2025-ci il tarixdə 8475 manat və ## ###### 2025-ci il tarixdə 4237 manat məbləğində ödəniş olunmuşdur.
8. Köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ## ###### 2025-ci il tarixdə 762,66 manat və ## ####### 2025-ci il tarixdə 1525,5 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir.
9. Iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə hesabından çıxarışda göstərilir ki, ## ##### 2025-ci il tarixli MI-S-***-** nömrəli alqı-satqı müqavilə üzrə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ## ###### 2026-cı il tarixinə ƏDV daxil cəmi borcu 54281,05 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat:
10. Iddiaçı cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil 59280,71 (əlli doqquz min iki yüz səksən manat yetmiş bir qəpik) manat məbləğində əsas borcun, 3556,84 (üç min beş yüz əlli altı manat səksən dörd qəpik) manat məbləğində dəbbə pulunun, hüquqi yardımla əlaqədar vəkil ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində xidmət haqqının və 279 (iki yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## ##### 2025- ci il tarixli MI-S-***-** nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə satıcı alıcıya onun sifarişinə əsasən müqavilə əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə mallarla təmin etməyi, xidmətlər göstərməyi, alıcı isə həmin malları qəbul edərək, malların və göstərilən xidmətlərin dəyərini bu müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə müqavilə üzrə malın və xidmətin qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən qiymət razılaşdırma protokolunda müəyyən edilir. Müqavilənin 4.4.1-ci bəndinə görə malın və xidmətin dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. Tərəflər arasında imzalanmış əlavə və təhvil-təslim aktlarına əsasən, eyni zamanda ##.##.2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 9175,49 manat, ##.##.2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 18424 manat, ##.##.2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 9698,89 manat, ##.##.2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 2400 manat, ##.##.2025-ci il tarixli MT2506 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 6914,86 manat, ##.##.2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli elektron qaiməfaktura üzrə ƏDV daxil 4489,79 manat, ##.##.2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 1440 manat, ##.##.2025-ci il tarixli MT2508 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 2849,75 manat, ##.##.2025-ci il tarixli MT2508 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil 2687,93 manat, ##.##.2025-ci il tarixli MT2509 seriyalı ******** nömrəli elektron qaiməfaktura üzrə ƏDV daxil 1200 manat dəyərində mal satıcı tərəfindən təhvil verilmiş və alıcı tərəfindən təhvil alınmışdır. ## ####### 2025-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının bank hesabına həmin müqavilə üzrə 8475 manat ödənilmişdir. Eyni zamanda həmin tarixdə 1525,5 manat məbləğində ƏDV köçürülməsi olmuşdur. Qeyd olunan elektron qaiməfakturalara əsasən ƏDV daxil 59280,71 manat alıcı tərəfindən satıcıya bu günədək ödənilməmiş və alıcı tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur.
12. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-ci il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 54280,99 (əlli dörd min iki yüz səksən manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc, 2500 (iki min beş yüz) manat məbləğində dəbbə pulu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində xidmət haqqı və 260,34 (iki yüz altmış manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 57366,33 (əlli yeddi min üç yüz altmış altı manat otuz üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Qətnamədən narazı qalan cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini, habelə məhkəmə xərclərinin iddiaçının hesabına aid edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri:
14. Cavabdeh apellyasiya şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60-cı və digər maddələrinə, Insan hüquqlarına dair Avropa Konvensiyasının * saylı Protokolun 1-ci maddəsinə, 6-cı maddəsinin 1-ci bəndinə və digər normalarına, Mülki Məcəlləsinin 567-ci və MPM-in 385, 386-cı maddələrinə istinad etməklə onunla əsaslandırmışdır ki, qətnamə qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamış, işdə olan sübutları nəzərə almadan qətnamə qəbul etmişdir. Şikayətdə göstərilir ki, cavabdeh “xxxx” MMC-nin direktorunun verdiyi məlumatlardan aydın olur ki, onların iddiaçı firmaya qalan borcu 54280,99 manat olmayıb, 37800 manatdır. Bunun müəyyən olunması üçün mühasibatlıq ekspertizasının təyin olunması tələb olunsa da, məhkəmə həmin vəsatəti təmin etməmişdir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehın nümayəndəsi və vəkili vəkil2 elektron kabinet vasitəsilə həmin saatda başqa iclası olduğu üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə ərizəyə heç bir sənəd əlavə etməmişdir. Məhkəmə kollegiyası qeyd edilən halları, habelə apellyasiya şikayəti vermiş tərəfin hüquqi şəxs olmaqla hazırkı məhkəmə iclasında qanuni təmsilçisi və digər səlahiyyətli nümayəndəsi vasitəsi ilə təmsil olunmaq imkanını nəzərə alaraq MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, aldığı malların dəyərini iddiaçıya ödəməmişdir.
21. Tərəflər arasında bağlanmış ## ##### 2025-ci il tarixli MI-S-***-** nömrəli alqısatqı müqaviləsinin 2.3-cü bəndinə əsasən malın təhvil-təslimindən, qaimə faktura təqdim edildikdən sonra ödənişin qiymət razılaşdırma protokolunda müəyyən edilmiş qaydada həyata keçirilməsi, malın qiymətinin köçürmə yolu ilə ödənilməsi razılaşdırılmışdır. Iş materiallarında olan elektron qaimə-fakturalar, ödəniş sənədləri, köçürmənin aparılması haqqında bildirişlər və maliyyə hesabından çıxarış əsasında birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddiaçıya ƏDV daxil 54280,99 manat məbləğində əsas borcunun qaldığı müəyyən olunmuşdur.
22. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili qalıq borcun düzgün hesablanmaması, bu barədə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət verilsə də, birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsidir. Cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Apellyasiya şikayətində cavabdeh iddiaçıya qalan borcunun 54280,99 manat deyil, 37800 manat olduğunu bildirsə də, onun tərəfindən iş materiallarında nəzərə alınmamış, ödənilmiş borc məbləğləri barəsində ödəniş qəbzləri, çeklər və ya hər hansı digər dəlillər məhkəməyə təqdim edilməmiş, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəf həmçinin buna kifayət qədər vaxtı və prosessual imkanları olduğu halda apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya şikayətinə də əlavə etməmişdir. Iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi hazırkı iş üzrə yalnız 1 dəfə hazırlıq iclasında iştirak edərək çıxışında cavabdehin iddia tələbində göstərilən məbləğdən daha çox ödəniş etdiyini və bu barədə hesabdan çıxarışı təqdim edəcəyini bildirsə də sonrakı məhkəmə iclaslarında iştirak etməmiş, əlavə ödənişə dair hər-hansı sübut təqdim etməmişdir. Beləliklə, iddiaçının tələb etdiyi qalıq borcun məbləği barədə cavabdehin hər-hansı əlavə sübutlarla tamamlanmayan və tərəflər arasındakı müqaviləyə əsasən qarşılıqlı münasibətlərdə yaranmış praktikaya uyğun gəlməyən inkarı apellaysiya şikayətinin müvafiq dəlilinin əsaslı hesab edilməsi üçün kifayət etmir.
23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-ci il tarixli, e-2-2(4-13)-40/2026 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.