Məhkəmə qərarları › İş №e-2-2(3-8)-85/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-85/2026

19.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-85/2026 19.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh ASC-yə qarşı pulun tutulması, borcun silinməsi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə3, vəkili Vəkil/Nümayəndə İsa oğlunun, cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi HYPERLINK "https://icms.courts.gov.az/cases/case-operations?id=a9C9OHkro3A="nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pulun tutulması, borcun silinməsi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommerisya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İŞİN HALLARI

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na * nömrəli əlavə olan tərəflər arasında bağlanmış ## ##### 2025-ci il tarixli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin 1-ci bəndinə əsasən, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar.

2. İddiaçıya məxsus abunə haqqında çıxarışın (abunə kodu: 401230332421001) “Abunə ödənişləri” bölməsinin “Tarix” və “Məbləğ” sütunlarından görünür ki, ## ###### 2024-cü il tarixində 392,49 və 300 manat məbləğlərində, ## ###### 2025-ci il tarixdə 980 və 1000 manat məbləğlərində, ## #### 2025-ci il tarixində 7300 manat məbləğində, ## ##### 2025-ci il tarixində 1003 manat məbləğində, ## #### 2025-ci il tarixində 500 manat məbləğində, ## ######## 2025-ci il tarixində 150 manat məbləğində və ## ######## 2025-ci il tarixində 1000 manat məbləğində ödənişlər edilmişdir.

3. Cavabdeh ASC-nin Aktlar üzrə komissiya üzvləri tərəfindən təsdiq edilmiş ## ###### 2023-cü il tarixli icra vərəqinin məzmununda İddiaçı MMC-yə məxsus ünvana baxış keçirilən zaman elektrik sayğacının uçot komplektinə aid cərəyan transformatorları yandığı üçün xəttin şəbəkəyə birbaşa qoşulduğunun aşkar edildiyi qeyd edilmiş və 3121,8 manat məbləğində cərimə hesablanmışdır.

4. “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsindən təqdim edilmiş mütəxəssis rəyinin məzmununda “... Birinci sual üzrə: ## ###### 2024-cü il tarixində 400 manat ödəniş məbləğinin 392 manat qəbul edilib. Sayğac balansına yüklənməyib borcdan azalma olduğu aşkar edildi və ## ###### 2024-cü il tarixində 3 ödəniş (49+300+392)=741 manat qəbul edilib, bunlardan yalnız 300 manat sayğacın balansına ötürülüb. ## ###### 2025ci il tarixində 980 manat və 1000 manat ödəniş qəbul edilib. Sayğaca 1000 manat ötürülüb və borcdan silinmə olub. ## #### 2025-ci il tarixində 500 manat ödəniş qəbul edilib, sayğaca göndərilən ödəniş məbləği 352,65 manat olmuşdur. 147,35 manat borcu olduğuna görə borcdan silinmişdir, digər ödəniş köçürmə ilə olduğu üçün ödəniş zamanı borc tutulmuşdur. ## ######## 2025-ci il tarixində 150 manat ödəniş olduğu öz əksini tapır və sayğacın balansına göndərilib. İkinci sual üzrə: Ödənişlərin tam yüklənməməsi, borcun hesablanmasının “SMS sayğac”ı olmasına baxmayaraq ayın əvvəlində aparılması ilə bağlıdır. Bu səbəbdən ödənişin müəyyən hissəsi borc kimi nəzərə alınır və nəticədə ödənişin bir hissəsi sayğaca tam ötürülmür. Ayın əvvəlində sayğac onlayn oxunub borcun hesablanması zamanı digər xərclərdə nəzərə alınır və həmin zaman borc və avans məbləğin nə qədər olduğu dəqiqləşdirilmiş olur. Üçüncü sual üzrə: ## ######## 2025ci il tarixində 1000 manat ödəniş olub, sayğaca ötürülüb əlavə olaraq 1124 manat silinmə ****** nömrəli sənəd əsasında olduğu” qeyd edilmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş ## ##### 2026-cı il tarixli mütəxəssis rəyinin məzmununda “... Birinci sual üzrə: aparılmış texniki araşdırma çərçivəsində müəyyən edilmişdir ki, "xxxx” Açıq Səhmdar Cəmiyyətinin istifadə etdiyi Oracle verilənlər bazası (Database) mühitində verilənlər bazasında baş verən dəyişikliklərin və istifadəçi əməliyyatlarının izlənilməsi üçün xüsusi audit və monitoring mexanizmləri (audit trail və ya digər monitoring alətləri) aktiv şəkildə tətbiq edilməmişdir. Bununla əlaqədar olaraq, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sayğac və ya həmin abunə məlumatları üzrə ## ###### 2024-cü il, ## ###### 2025-ci il, ## #### 2025-ci il, ## ##### 2025-ci il, ## #### 2025-ci il, ## ######## 2025-ci il va ## ######## 2025-ci il tarixlərdə Cavabdeh ASC-nin verilənlər bazası sistemində hər hansı dəyişiklik və ya müdaxilənin olub-olmamasını təsdiq edən texniki qeydiyyat məlumatları (log va audit izləri) mövcud deyildir. Bu səbəbdən qeyd olunan tarixlər üzrə verilənlər bazasına hər hansı müdaxilənin olub-olmamasının texniki sübutlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, verilənlər bazasında aparılan əməliyyatların və dəyişikliklərin izlənilməsi üçün müvafiq audit və monitorinq mexanizmlərinin tətbiqi texniki baxımdan mümkündür. Lakin belə mexanizmlər əvvəlcədən aktiv edilmədiyi halda, sonradan verilənlər bazasında baş vermiş müdaxilələrin olub-olmaması barədə qəti texniki nəticə çıxarmaq mümkün deyildir. İkinci sual üzrə: Qeyd olunan tarixlərin hər biri üzrə ayrı-ayrılıqda Database baxış keçirilmiş və ödəniş məbləğləri, virtual/faktiki borcları, varsa həmin tarixə hesablanmış (göstərici, transformator itkisi, sabit tarif - 3 fazlı, reaktiv enerji və ElQ pozuntuları daxil olmaqla) borclar və eləcə də sayğacın balansına ötürülmüş məbləğlər qeyd edilmişdir: ## ###### 2024-cü il tarixində abonent tərəfindən edilmiş ödənişlərin məbləği 300 manat, 49 manat və 392 manat olmuşdur. Abonentin qeyd olunan tarixə virtual borcu 1758,24 manat olmuşdur və ödənişlərdən sonra 1017,24 manat olaraq qeyd edilmişdir. Sayğacın balansına 300 manat ötürülmüşdür; ## ###### 2025-ci il tarixində abonent tərəfindən edilmiş ödənişlərin məbləği 980 manat və 1000 manat olmuşdur. Abonentin qeyd olunan tarixə virtual borcu 3095,22 manat olmuşdur və ödənişlərdən sonra 1115,22 manat olaraq qeyd edilmişdir. Sayğacın balansına 1000 manat ötürülmüşdür; ## #### 2025-ci il tarixində abonent tərəfindən edilmiş ödənişin məbləği 7300 manat olmuşdur. Abonentin qeyd olunan tarixə virtual borcu 3986,84 manat olmuşdur və ödənişdən sonra -3313,15 manat olaraq qeyd edilmişdir. Sayğacın balansına 7300 manat (4000 manat və 3300 manat olaraq) ötürülmüşdür; ## ##### 2025-ci il tarixində abonent tərəfindən edilmiş ödənişin məbləği 1003 manat olmuşdur. Abonentin qeyd olunan tarixə virtual borcu -5316,15 manat olmuşdur, reaktiv borcu 92,62 manat, sərfiyyat üzrə borcu 5437,5 manat və ödənişlərdən sonra - 789,02 manat olaraq qeyd edilmişdir. Sayğacın balansına 1000 manat ötürülmüşdür; ## #### 2025-ci il tarixində abonent tərəfindən edilmiş ödənişin məbləği 500 manat olmuşdur. Abonentin qeyd olunan tarixə virtual borcu -1852,66 manat olmuşdur və ödənişdən sonra -2352,66 manat olaraq qeyd edilmişdir. Sayğacın balansına 352,65 manat ötürülmüşdür; ## ######## 2025-ci il tarixində abonent tərəfindən edilmiş ödənişin məbləği 150 manat olmuşdur. Abonentin qeyd olunan tarixə virtual borcu 1274,69 manat olmuşdur və ödənişdən sonra 1124,69 manat olaraq qeyd edilmişdir. Sayğacın balansına 150 manat ötürülmüşdür; ## ######## 2025-ci il tarixində abonent tərəfindən edilmiş ödənişin məbləği 1000 manat olmuşdur. Abonentin qeyd olunan tarixə virtual borcu -3122,05 manat olmuşdur və ödənişdən sonra -4122,05 manat olaraq qeyd edilmişdir. Sayğacın balansına 1000 manat (500 manat və 500 manat olaraq) ötürülmüşdür. Üçüncü sual üzrə: Qeyd olunan məsələ ilə bağlı aparılmış araşdırmaların nəticəsi olaraq bildiririk ki, abonentin ## ###### 2023-cü il tarixindən ## #### 2026-cı il tarixinədək olan dövr üzrə bütün maliyyə və texniki göstəriciləri, o cümlədən ödənişləri, tərtib edilmiş aktları, sayğac oxumaları, eləcə də ödənişlərin sayğac sisteminə ötürülməsi prosesi hərtərəfli şəkildə təhlil edilmişdir. Aparılmış araşdırma nəticəsində qeyd olunan dövr üzrə hər hansı uyğunsuzluq və ya kənarlaşma halı aşkar edilməmişdir. Müəyyən edilmişdir ki: ## ###### 2023-cü il tarixinə abonentin 6149,25 manat borcu mövcud olmuşdur: ## ###### 2023-cü il tarixində yeni sayğac quraşdırılması zamanı köhnə sayğac göstəricisinə əsasən 1194,6 manat və transformator itkisinə görə 209,44 manat borc hesablanmışdır; həmin tarixdə abonent tərəfindən 200 manat ödəniş edilmiş və nəticədə ümumi borc məbləği 7353,29 manat təşkil etmişdir. ## ###### 2023cü il tarixindən ## #### 2026-cı il tarixinədək: abonentin ümumi ödənişləri (+361,48 manat debitor borcuna düzəliş) 212 409,03 manat, hesablanmış ümumi borcu isə (göstərici, transformator itkisi, sabit tarif - 3 fazlı, reaktiv enerji və ElQ pozuntuları daxil olmaqla) 199997,3 manat təşkil etmişdir. Beləliklə, ümumi borc məbləği 207350,59 manat olmuşdur. Ümumi ödəniş məbləği ilə ümumi borc məbləği arasındakı fərq 5058,44 manat təşkil edir ki, bu vəsait hazırda abonentin hesabında virtual qalıq məbləğ olaraq əks olunur. Yuxarıda göstərilənlərə əsasən, abonent üzrə aparılmış hesablamaların düzgünlüyü təsdiq edilmişdir. Eyni zamanda, əvvəlki baxış zamanı 8-26901 akt nömrəsi üzrə aparılmış silinmənin səbəbi müəyyən edilmişdir. Belə ki, X1 rəisi Xətai Məmmədovun ## ######## 2025-ci il tarixli *** nömrəli xidməti məktubu əsasında "Xaçmaz" RETSİ-nin rəisi Vüqar Kazımova təqdim edilmiş sənədə uyğun olaraq 1124,7 manat məbləğində silinmə həyata keçirilmişdir” qeyd edilmişdir.

6. İş materiallarına həmçinin sayğac göstəricilərini əks etdirən fotoşəkillər əlavə edilmişdir.

7. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il, ## ###### 2025-ci il, ## ###### 2025-ci il tarixli və cari tarixdə keçirilmiş iclaslarında mütəxəssis qismində iştirak etmiş mütəxəssis3 izahatında bildirmişdir ki, o və müvafiq sahə üzrə ixtisaslı digər mütəxəssislər cavabdeh təşkilatın elektron sisteminə baxış keçirmişdirlər. Əvvəlcə qeyd edilməlidir ki, “SMS tipli” sayğac smart sayğac, yəni ön ödənişli sayğac deyildir, işləmə prinsipi mexaniki sayğaca uyğun olub, fərqi yalnız sayğacın oxunmasının əməkdaş tərəfindən sayğacın olduğu yerdə deyil mərkəzdən həyata keçirilməsindədir. “SMS tipli” sayğac ayda bir dəfə oxunulur. Ola bilər ki, borc görünür, lakin bu real borc deyildir. ## ###### 2025-ci il tarixində iddiaçı tərəfindən üç dəfə ödəniş həyata keçirilmişdir. 400 manat məbləğ yüklənsə də, “Milliön” ödəniş terminalı 8 manat məbləğində komissiya tutduğundan elektron sistemdə 392 manat ödənilməsi görünür. Bundan başqa, iddiaçı tərəfindən 300 və 49 manat məbləğlərində də ödəniş edilmişdir. Həmin tarixdə sayğacın balansına 300 manat məbləğ yüklənmişdir. Bunun səbəbi isə həmin vaxt iddiaçıya 1758,24 manat məbləğində virtual borc hesablanmasıdır. Həmin tarixdə bu borcdan 741 manat çıxılmışdır. Bu problemin aradan qalxması üçün “SMS tipli” sayğac GPRS sayğacı ilə dəyişdirilə bilər. ## #### 2025-ci il tarixində edilən 500 manat məbləğində ödənişdən 147,35 manat məbləği borcdan çıxılmış, 352,65 manat məbləği isə sayğacın balansına yüklənmişdir. Belə ki, cavabdeh təşkilat ödənilən məbləğlərin bir hissəsini borcdan çıxaraq, həm elektrik enerjisinin verilməsinin davamlılığını təmin etməyə çalışmış, həm də borcun hissə-hissə ödənilməsinə şərait yaratmışdır. ## ###### 2025-ci il tarixində ödənilmiş 1000 manat məbləği ilə də bağlı qeyd edilməlidir ki, həmin məbləğin 20 manatı “Milliön” ödəniş terminalı vasitəsilə ödəmə zamanı komissiyaya çıxılmış, 980 manat məbləği isə borcdan silinmişdir. ## ######## 2025-ci il tarixində 150 manat məbləğində iddiaçı tərəfindən ödəniş edilmişdir. ## ######## 2025-ci il tarixində edilmiş 3600 manat məbləğində ödəniş, hesaba köçürmə yolu ilə edildiyindən 3050,85 manat və 549,15 manat məbləğlərində olmaqla ## ######## 2025-ci il tarixində cavabdehin hesabına köçürülmüşdür. Bu tarixdə, həmçinin iddiaçı tərəfindən 50 manat və 350 manat məbləğlərində də ödəniş edilmişdir. Bu məbləğlərdən 2875,3 və 350 manat məbləğləri sayğacın balansına yüklənmişdir. Qalan məbləğlər isə borcdan silinməmiş, avans məbləği kimi abonent kodunda saxlanılmışdır. ## ######## 2025-ci il tarixində iddiaçı tərəfindən 1000 manat məbləğində ödəniş edilmiş və həmin məbləğ də sayğacın balansına yüklənmişdir. 1124 manat məbləğində vəsait */***** nömrəli sənədə əsasən silinmişdir. Abonent tərəfindən ödənilmiş kiçik məbləğlərdə olan ödənişlər virtual borca çıxılmadan birbaşa sayğacın balansına yüklənir. Lakin böyük məbləğlərdə ödənişlər virtual borca çıxılaraq abonentə istifadə edilməsi üçün avans məbləği təqdim edilir. Ödəniş edildiyi anda sayğac oxunmadığı üçün ödənişin də real borcdan azaldılması mümkün deyildir. Buna görə də abonent ödəniş edərkən formalaşmış virtual borcdan ödənişin bir hissəsi azaldılır, digər hissəsi isə abonentin istifadəsi üçün sayğaca göndərilir. Sayğac ayda bir dəfə oxunur və bu zaman real sərfiyyatla virtual borc üzləşdirilir. Mütəxəssis qarşısında qoyulmuş suallardan biri cavabdeh təşkilatın verilənlər bazasına müdaxilənin mümkün olub-olmaması məsələsi idi. Bununla bağlı qeyd edilməlidir ki, verilənlər bazasında monitorinq aparılmadığından və “loq”lar saxlanılmadığından müdaxilə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır.

8. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli və ## ###### 2026cı il tarixli iclaslarında mütəxəssis qismində iştirak etmiş "X3 Agentliyi" publik hüquqi şəxsində baş müfəttiş vəzifəsində çalışan mütəxəssis1 izahatında bildirmişdir ki, onların Cavabdeh ASCnin elektron bazasına giriş imkanları yoxdur. Müvafiq təhlil qurumun təqdim etdiyi abunə haqqında çıxarış əsasında həyata keçirilir. Abunə haqqında çıxarışda iddiaçının iddia ərizəsində qeyd etdiyi bütün ödənişlər də göründüyündən problemin nədən ibarət olmasını müəyyən etmək mümkün deyildir. Hazırkı vaxtda iddiaçının borcu “Aktlar” bölməsi və sərfiyyat olmaqla, cəmi 3315,83 manat məbləğində təşkil edir. Eyni zamanda “SMS sayğac”ın iş prinsipini nəzərə aldıqda borc olduğu təqdirdə elektrik enerjisinin verilməsi mümkün deyildir. Transformator itkiləri aylıq olaraq hər ay üçün hesablanır, bununla bağlı abunə haqqında çıxarışda da qeyd edilir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə görə abonentlərə aylıq hesab-faktura təqdim edilir. Həmin hesabfakturada transformator itkiləri ayrıca göstərilir. Sözügedən qaydaların tələbinə görə borc barədə abonentə məlumat verildikdən 1 ay müddətində borc ödənilməzsə, elektrik enerjisinin verilməsi dayandırılır. Eyni zamanda Qaydalarda “SMS sayğac”lar üçün borc yarandığı anda elektrik enerjisinin verilməsinin dayandırılması ilə bağlı hər hansı istisna mövcud deyildir. Cavabdeh təşkilatın elektron sisteminə daxil olmaq səlahiyyəti yoxdur. Hazırkı vaxta iddiaçı təşkilatın 2323,2 manat məbləğində avans ödənişi mövcuddur. Hesab edir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsi araşdırma aparıla bilər.Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli iclasında mütəxəssis qismində iştirak etmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Satış şöbəsində abonent üzrə mütəxəssis vəzifəsində işləyən mütəxəssis2 izahatında bildirmişdir ki, hər ayın əvvəli sərfiyyata uyğun olaraq sərfiyyatın 3 faizi məbləğində transformator itkisi hesablanır. Ola bilər ki, sayğacın balansına yüklənmədiyi iddia edilən məbləğlər transformator itkisinə silinmişdir. Hissə-hissə ödənilmiş məbləğlərlə bağlı qeyd edilməlidir ki, əgər bu məbləğlər “Birbank” mobil tətbiqi vasitəsilə ödənilmişdirsə, gün sonunda o məbləğ bütöv olaraq abunə haqqında çıxarışda görünür, əgər bu məbləğlər “Milliön” ödəniş terminalı vasitəsilə ödənilmişdirsə, ödənildiyi kimi sayğaca yüklənir.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 7262,85 (yeddi min iki yüz altmış iki manat, səksən beş qəpik) manat məbləğində borcun artıq hesablanmış 3662,85 manat məbləğində hissəsinin, ## ###### 2024-cü il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə ödənilərək sayğacın balansına yüklənməyən 400 (dörd yüz) manat, ## ###### 2025-ci il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə ödənilərək sayğacın balansına yüklənməyən 1000 (min) manat məbləğində vəsaitin, ## #### 2025-ci il tarixdə “Birbank” mobil tətbiqi vasitəsilə 500 (beş yüz) manat məbləğində vəsait yükləndikdən sonra sayğacın balansına yüklənməyən 147,8 (yüz qırx yeddi manat, səksən qəpik) manat məbləğində vəsaitin və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5560,65 (beş min beş yüz altmış manat, altmış beş qəpik) manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması, “Abunə haqqında məlumat”da qeyd edilmiş 393,22 (üç yüz doxsan üç manat, iyirmi iki qəpik) manat məbləğində vəsaitin qanunsuz və əsassız hesab edilərək silinməsi və maddi təzminat olaraq 80000 (səksən min) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, müəssisədəki transformator məntəqəsində “SMS sayğac” quraşdırılmışdır. 2023-cü ildə Cavabdeh ASCnin və X1 əməkdaşları tərəfindən tərtib edilmiş aktlara əsasən iddiaçının, ümumilikdə 3600 manat məbləğində borcu yaranmışdır. Bundan sonra, iddiaçıya məxsus transformatorda quraşdırılmış “SMS sayğac”ın balansına vəsaitin yüklənməsində müəyyən problemlər yaranmağa başlamışdır. Belə ki, “SMS sayğac”ın balansına istənilən bankın mobil tətbiqindən istifadə etməklə, yaxud “E-manat” və ya “Milliön” ödəniş terminalı vasitəsilə birdəfəlik 20 manatdan çox yüklənən vəsait sayğacın balansına yüklənməmişdir. X1 əməkdaşlarından həmin vəsaitin sayğacın balansına yüklənməmə səbəbini soruşduqda, müvafiq borcdan silindiyi bildirilmişdir. Bu hala nümunə olaraq qeyd edilməlidir ki, ## ###### 2024-cü il tarixdə saat 23:46-da “xxxx” MMC-nin Quba rayonu, Alekseyevka kəndində yerləşən “Oba” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sisteminə aid olan ***** nömrəli terminal vasitəsilə *********** nömrəli əməliyyatla Cavabdeh ASC-nin hesabına elektrik enerjisindən istifadəyə görə 400 manat məbləğində vəsait köçürülmüş, amma həmin vəsait iddiaçının transformatorundakı “SMS sayğac”ın balansına yüklənməmişdir. ## ###### 2025-ci il tarixdə saat 09:25-də “xxxx” MMC-nin Quba rayonu, Alekseyevka kəndində yerləşən “Oba” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sisteminə aid olan ***** nömrəli terminal vasitəsilə *********** nömrəli əməliyyatla Cavabdeh ASC-nin hesabına elektrik enerjisindən istifadəyə görə 1000 manat məbləğində vəsait köçürülmüş, amma həmin vəsait İddiaçı MMC-nin transformatorundakı “SMS sayğac”ın balansına yüklənməmişdir. ## ##### 2025-ci il tarixdə Quba regional “ASAN xidmət” mərkəzində xidmət göstərən Cavabdeh ASC-nin əməkdaşları tərəfindən təqdim edilmiş “Abunə haqqında məlumat”da ## ###### 2024-cü il və ## ###### 2025-ci il tarixlərdə yüklənilmiş 400 və 1000 manat məbləğində pul vəsaitinin hesaba oturduğu və həmin vəsaitə münasib enerjidən istifadə edilməsi göstərilmişdir. Həmin vəsaitlər sayğacın balansına yüklənmədiyinə görə elektrik enerjisinin kəsilərək iddiaçının fəaliyyətində hər hansı problemin yaranmaması üçün dərhal sayğacın balansına ## ###### 2024-cü il tarixdə 300 manat, ## ###### 2025-ci il tarixdə isə 1000 manat məbləğində vəsait yüklənilmişdir. 2023-cü ilin noyabr ayından ## #### 2025-ci il tarixədək transformatordakı “SMS sayğac”ın balansına əvvəlcə 20 manat, sonra 30 manat, daha sonra 50, 100, 200 və 300 manat məbləğində yükləməklə sayğacın balansı artırılmışdır. ## #### 2025-ci il tarixdə təxminən saat 14:00-da radələrində İddiaçı MMC-yə elektrik enerjisinin verilməsi abonentə məlumat verilmədən dayandırılmışdır. Həmin vaxt “Birbank” mobil tətbiqində İddiaçı MMC-nin 7262,85 manat məbləğində borcunun olduğu qeyd edilmişdir. Qeyd edilən borc məbləğinin 3600 manat məbləğində olan hissəsinin tərtib edilmiş aktlardan yaranan borc olduğu məlumdur. Eyni zamanda X1 əməkdaşlarının dediklərinə əsasən, ## ###### 2024-cü il tarixdə birdəfəlik yüklənən 400 manat və ## ###### 2025-ci il tarixdə birdəfəlik yüklənən 1000 manat məbləğində olmaqla, cəmi 1400 manat məbləğində pul vəsaiti ümumi borcdan silinməli idi. 1400 manat məbləğində borcun silinməməsinin və 3662 manat məbləğində borcun necə yaranmasının səbəbi məlum deyildir. ## #### 2025-ci il tarixdə elektrik enerjisinin verilməsi dayandırıldıqdan sonra 7300 manat məbləğində pul vəsaiti iddiaçı ilə bir ərazidə fəaliyyət göstərən sahibkardan və şirkətin əməkdaşından borc alınaraq ödənilmiş və elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Belə ki, elektrik enerjisinə görə əsassız hesablanmış borc məbləği ödənilmədiyi təqdirdə iddiaçıya məxsus müəssisəyə yüksək məbləğdə ziyan dəyə bilərdi, çünki avadanlıqların işləməməsi bütün məhsulların xarab olması ilə nəticələnə, həmçinin iddiaçı ilə icarə müqaviləsi əsasında işləyən və öz məhsulunu iddiaçıya məxsus soyuducu anbarda saxlayan sahibkara da ziyan dəyə bilərdi. Belə ki, həmin sahibkarla bağlanmış icarə müqaviləsinin şərtinə əsasən, məhsulun saxlanıldığı soyuducu anbara elektrik enerjisinin verilməsi və məhsulun saz vəziyyətdə saxlanılması iddiaçının məsuliyyətindədir. ## #### 2025ci il tarixində və bundan sonra ölkə üzrə doqquz günlük Novruz bayramı ilə bağlı qeyri iş günlərinin olması (belə ki, qeyri-iş günlərində yüklənən məbləğ sistemdə əks olunmadığı üçün elektrik enerjisi bərpa olunmayacaqdı), həmçinin müəssisədə olan bütün məhsulların məhv olmasının qarşısını almaq üçün yaranmış zərurətdən irəli gələrək müəssisəyə hesablanmış əsassız elektrik borcunun həmin tarixdə ödəməli olmuşdur. Abunə haqqında çıxarışın “Abunə ödənişləri” bölməsində iddiaçı tərəfindən ## #### 2025-ci il tarixdə 7300 manat məbləğində pul vəsaitinin ödənildiyi qeyd edilmişdir. ## ##### 2025-ci il tarixdə Quba “ASAN xidmət” mərkəzində xidmət göstərən Cavabdeh ASC-nin əməkdaşları tərəfindən təqdim edilmiş “Abunə haqqında məlumat”da İddiaçı MMC-nin 393,22 manat məbləğində borcu olduğu qeyd edilmişdir. ## #### 2025-## #### 2025-ci il tarixlərində, yəni 13 gün ərzində bu borcun yaranma səbəbi məlum deyildir. ## #### 2025-ci il tarixdə saat 12:17 radələrində sayğacın balansında 173 manat məbləğində vəsait olan zaman sayğacın şəkli çəkilmiş, saat 12:20-də “Birbank” mobil tətbiqi vasitəsilə sayğacın balansına 500 manat məbləğində vəsait yükləndikdən sonra saat 12:26-da sayğacın şəkili yenidən çəkilmiş və sayğacın balansının 525,2 manat məbləğində olduğu məlum olmuşdur. Halbuki müvafiq ödənişdən sonra sayğacın göstəricisi 673 manat olmalı idi. Sayğacın balansından 147,8 manat məbləğində vəsaitin hansı səbəbdən silindiyi məlum deyildir. Bununla bağlı həmin gün Cavabdeh ASC-nin “Çağrı mərkəzi”nə müraciət edilmiş, operator sistemdə borca görə vəsaitin silindiyini bildirmiş, amma həmin borcun nə vaxt və haradan yarandığı haqqında məlumat təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, SMS tipli sayğacın iş prinsipi belədir: balansında vəsait qurtaran kimi elektrik enerjisinin verilməsi avtomatik olaraq dayandırılır, bu zaman müəssisənin generatoru avtomatik olaraq işə düşür və həmin generator müəssisəni elektrik enerjisi ilə təmin edir. Təcrübədə SMS tipli sayğacın balansında vəsait qurtardıqdan sonra enerji verilməsinin davam etdirilməsi halı olmamışdır və bu hal sayğacın iş prinsipinə uyğun deyildir. Cavabdeh ASC tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na əməl edilmədən enerji təchizatının dayandırılması və əsassız əlavə borc məbləğlərinin hesablanması nəticəsində müəssisənin istehlakçı hüquqları pozulmuş, həmçinin onun fəaliyyətinə ciddi şəkildə xələl gətirilmişdir. Bundan başqa, cavabdeh tərəfindən edilmiş qanunsuz və əsassız hərəkətlər nəticəsində müəssisənin iş ahəngi pozulmuş və iddiaçı dəfələrlə əsassız və hansısa səbəb olmadan elektrik enerjisinin kəsilməsi səbəbindən məhsulların sıradan çıxması təhlükəsi ilə üzləşmişdir. Odur ki, cavabdeh Cavabdeh ASC tərəfindən vurulmuş maddi və mənəvi zərərə görə 80000 manat məbləğində təzminat ödənilməlidir (Belə ki, əgər elektrik enerjisi kəsilmiş olsa idi, iddiaçıya məxsus məhsullar, o cümlədən iddiaçı ilə icarə müqaviləsi əsasında işləyən digər sahibkarın məhsulları xarab olmuş olacaqdı və iddiaçıya təxminən 1000000 manatdan da yuxarı ziyan dəyə bilərdi).

11. İddiaçı İddiaçı MMC ## ######## 2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 7262,85 (yeddi min iki yüz altmış iki manat, səksən beş qəpik) manat məbləğində borcun artıq hesablanmış 3662,85 (üç min altı yüz altmış iki manat, səksən beş qəpik) manat məbləğində hissəsi, ## ###### 2024-cü il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə ödənilərək sayğacın balansına yüklənməyən 1000 (min) manat məbləğində vəsait, ## #### 2025-ci il tarixdə “Birbank” mobil tətbiqi vasitəsilə 500 (beş yüz) manat vəsait yükləndikdən sonra sayğacın balansına yüklənməyən 147,8 (yüz qırx yeddi manat, səksən qəpik) manat məbləğində vəsait, ## ######## 2025-ci il tarixdə hesabdan ödənilmiş 3600 (üç min altı yüz) manat məbləğində vəsaitin sayğacın balansına yüklənməyən 790,1 (yeddi yüz doxsan manat, on qəpik) manat məbləğində hissəsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6350,75 (altı min üç yüz əlli manat, yetmiş beş qəpik) manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması, “Abunə haqqında məlumat”da qeyd edilmiş 393,22 (üç yüz doxsan üç manat, iyirmi iki qəpik) manat məbləğində vəsaitin qanunsuz və əsassız hesab edilərək silinməsi və cavabdehdən maddi təzminat olaraq 80000 (səksən min) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Həmin ərizədə əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən müəssisədə quraşdırılmış sayğacın balansına vəsait yükləndikdə vəsait tam şəkildə sayğacın balansına yüklənmir. Belə ki, ## ######## 2025-ci il tarixdə cavabdeh tərəfindən 3600 manat məbləğində pul vəsaitinin sayğacın balansına yüklənməsi üçün elektron qaimə-faktura göndərilmiş və ## ######## 2025-ci il tarixdə saat 14:47-də qeyd edilən məbləğ iddiaçının hesabından köçürülmüşdür. Qeyd edilməlidir ki, hesaba köçürülən vəsait 3 iş günü ərzində sayğacın balansına oturur. 3600 manat vəsait sayğacın balansına yüklənməmişdən əvvəl ## ######## 2025-ci il tarixdə saat 10:47-də sayğacın balansında 223,15 manat məbləğində vəsait olmuşdur. 3600 manat vəsait sayğacın balansına yükləndikdən sonra ## ######## 2025-ci il tarixdə saat 19:35-də sayğacın balansında 3033,05 manat məbləğində vəsait olmuşdur (Şəkillər əlavə edilmişdir). Sayğacın balansına 3600 manat məbləğində vəsait yükləndikdən sonra sayğacın balans göstəricisi 3823,15 (3600 + 223,15 = 3823,15) manat olmalı idi. Amma yüklənmədən sonra sayğacın balans göstəricisi 3033,05 manat məbləğində olmuşdur. Yəni 790,1 manat məbləğində vəsait sayğacın balansına yüklənməmişdir. Bir gün ərzində enerji sərfiyyatına görə sayğacın balansından silinən vəsaiti müəyyənləşdirmək üçün ## ######## 2025-ci il saat 09:00-da və ## ######## 2025ci il saat 09:00-da sayğacın şəkilləri çəkilmişdir: ## ######## 2025-ci il tarixdə saat 09:00-da şəkil çəkilən zaman sayğacın balansında 1236,35 manat məbləğində vəsait olmuşdur. ## ######## 2025-ci il tarixdə saat 09:00-da şəkil çəkilən zaman sayğacın balansında 1105,85 manat məbləğində vəsait olmuşdur. Aparılmış müqayisədən məlum olur ki, bir gün ərzində istehlak olunan elektrik enerjisinə görə sayğacın balansından, yəni ## ######## 2025-ci il saat 09:00-dan ## ######## 2025-ci il saat 09:00dək müddətdə 130,5 (1236,35 -1105,85 =130,5) manat məbləğində vəsait silinmişdir.

13. Cavabdeh Cavabdeh ASC ## ######## 2025-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, ## ###### 2023-cü il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektin uçot dəstinə baxış keçirilən zaman “elektrik sayğacının uçot komplektinə aid C/T-ləri yandığı üçün xətt şəbəkəyə birbaşa qoşulmuşdur. Güc RR-un 0,4 Kv-luq tərəfinin ucluqlarında lak parça və möhür yoxdur. Sayğac yerləşən qutunun möhürsüz olması halı aşkar edilmişdir” məlum olmuşdur. Aktın doğruluğu və düzgünlüyü abonentin nümayəndəsi Səmədağa Məmmmədov tərəfindən öz imzası ilə təsdiq edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması haqqında ## ###### 2023-cü il tarixli NDQ ****** nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən EEİQ-nin 8.17-ci bəndinin tələblərinə uyğun olaraq abonenti qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 12 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq 3121,8 manat məbləğində yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. İddiaçı isə ona məxsus obyektə 7262,85 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin 3662,85 manat hisəssinin silinməsini, qalan hissəsi ilə razı olduğunu qəbul etdiyini bildirir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbini nə ilə əsaslandırıldığı məlum deyildir. Həmçinin iddiaçı ## ###### 2024-cü il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə ödənilərək sayğacın balansına yüklənməyən 400 manat və ## ###### 2025-ci il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə ödənilərək sayğacın balansına yüklənməyən 1000 manat məbləğində vəsaitin cavabdehdən alınaraq geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Abunə haqqında çıxarışda abunə ödənişlər qrafasına baxdıqda qeyd edilən ödənişlərin elektrik hesabat sayğacın hesabında əks olunduğu aydın şəkildə görünür. Həmçinin ## #### 2025ci il tarixdə “Birbank” mobil tətbiqi vasitəsilə 500 manat vəsait yükləndikdən sonra sayğacın balansına yüklənməyən 147,8 manat vəsaitin də eyni qayda iddiaçıya məxsus abunə haqqında çıxarışda əks olunduğu görünür. Bundan əlavə, iddiaçı qeyd olunan obyekt üzrə elektrik enerjisindən istifadə etməklə Cavabdeh ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən Elektrik enerjisindən istifadə Qaydalarının tələbinə uyğun istifadə etməli idi. Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Bundan başqa, iddiaçının abunə haqqında çıxarışda qeyd edilmiş 393,22 manat məbləğində borcun silməsi tələbi də qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən məbləğ ## ######## 2025-ci il tarixli abunə haqqında çıxarışdan da göründüyü kimi mövcud deyildir. İddiaçının maddi ziyana görə ödənilmiş 80000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir.

14. İddiaçı İddiaçı MMC ## ####### 2025-ci il tarixdə yenidən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 7262,85 (yeddi min iki yüz altmış iki manat, səksən beş qəpik) manat məbləğində borcun artıq hesablanmış 4141,05 (dörd min bir yüz qırx bir manat, beş qəpik) manat məbləğində hissəsi, ## ###### 2024-cü il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə ödənilərək sayğacın balansına yüklənməyən 400 (dörd yüz) manat məbləğində və ## ###### 2025-ci il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə ödənilərək sayğacın balansına yüklənməyən 1000 (min) manat məbləğində vəsait, ## #### 2025-ci il tarixdə “Birbank” mobil tətbiqi vasitəsilə 500 (beş yüz) manat vəsait yükləndikdən sonra sayğacın balansına yüklənməyən 147,8 (yüz qırx yeddi manat, səksən qəpik) manat vəsait, ## ######## 2025ci il tarixdə hesabdan ödənilmiş 3600 (üç min altı yüz) manat vəsaitin sayğacın balansına yüklənməyən 790,1 (yeddi yüz doxsan manat, on qəpik) manat məbləğində hissəsi, ## ######## 2025-ci il tarixdə sayğacın balansından silinmiş və borc kimi ödənilmiş 1170,68 (min bir yüz yetmiş manat, altmış səkkiz qəpik) manat məbləğində vəsait və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7649,63 (yeddi min altı yüz qırx doqquz manat, altmış üç qəpik) manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması, “Abunə haqqında məlumat”da qeyd edilmiş 393,22 (üç yüz doxsan üç manat, iyirmi iki qəpik) manat məbləğində vəsaitin qanunsuz və əsassız hesab edilərək silinməsi və cavabdehdən mənəvi təzminat olaraq 80000 (səksən min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Həmin ərizədə əlavə olaraq qeyd edilmişdir ki, ## ######## 2025-ci il tarixdə təxminən saat 11 radələrində cavabdeh tərəfindən elektrik enerjisinin verilməsi dayandırılmış, təxminən saat 17:06 radələrinədək generatordan istifadə edilmişdir. Əməkdaşlar tərəfindən sayğaca baxış keçirildikdə sayğacda 467,33 manat məbləğində borcun qeyd edildiyi aşkar edilmişdir. Müəssisənin fəaliyyətini təmin etmək üçün “Birbank” mobil tətbiqi vasitəsilə ## ######## 2025-ci il tarixdə saat 17:06-da sayğacın balansına 500 manat yüklənmişdir. Bu yüklənmədən sonra sayğacın göstəricisi 32,67 (500-467,33=32,67) manat olmuşdur. ## ######## 2025-ci il tarixdə saat 17:11-də “Birbank” mobil tətbiqi vasitəsilə yenidən sayğacın balansına 500 manat yüklənmişdir. Bu yüklənmədən sonra sayğacın göstəricisi 532,07 manat məbləğində olmuşdur. Bir gün ərzində enerji sərfiyyatına görə sayğacın balansından silinən vəsaiti müəyyənləşdirmək üçün ## ######## 2025-ci il saat 09:00-da və ## ######## 2025-ci il saat 09:00-da sayğacın şəkilləri çəkilmişdir: ## ######## 2025-ci il tarixdə saat 09:00-da şəkil çəkilən zaman sayğacın balansında 1236,35 manat vəsait olmuşdur. ## ######## 2025ci il tarixdə saat 09:00-da şəkil çəkilən zaman sayğacın balansında 1105,85 manat vəsait olmuşdur. Aparılmış müqayisədən məlum olmuşdur ki, bir gün ərzində iddiaçı tərəfindən istehlak olunan elektrik enerjisinə görə sayğacın balansından, yəni ## ######## 2025-ci il saat 09:00-dan ## ######## 2025-ci il saat 09:00-dək müddətdə 130,5 (1236,35 - 1105,85 = 130,5) vəsait silinmişdir. ## ######## 2025ci il tarixdə saat 09:00-da şəkil çəkilən zaman sayğacın balansında 1105,85 manat vəsait olduğunu və bir gün ərzində istehlak olunan elektrik enerjisinə görə sayğacın balansından silinən vəsaitin 130,5 manat olduğunu nəzərə alsaq, ## ######## 2025-ci il saat 09:00-dan ## ######## 2025-ci il saat 11:00-dək (3 gün 2 saat) istehlak olunan elektrik enerjisinə görə sayğacın balansından silinəcək məbləğ (3 (gün) x 130,5 (bir günə silinən məbləğ) = 391,5 + 11 (2 saata silinən məbləğ 130,5 : 24 = 5,5; 2 x 5,5 = 11) 402,5 manat olmalıdır. ## ######## 2025-ci il saat 11:00-da sayğacın göstəricisi (1105,85 (## ######## 2025-ci il saat 09:00 olan göstərici) - 402,5 (3 gün 2 saat ərzində balansdan silinən məbləğ) = 703,35) 703,35 manat olmalı idi. Buna baxmayaraq elektrik enerjisinin verilməsi dayandırılan zaman sayğacdan 703,35 manat silinmiş və sayğacda 467,33 manat məbləğində borcun olduğu qeyd edilmişdir. Sayğacdan 703,35 manat vəsaitin hansı səbəbdən silindiyi və 467,33 manat məbləğində borcun haradan yarandığı məlum deyildir. Ümumilikdə iddiaçının elektrik sayğacından ## ######## 2025-ci il tarixdə (703,35 + 467,33 = 1170,68) 1170,68 manat vəsait silinmişdir. Cavabdehin ## ###### 2023-cü il tarixli ****** nömrəli aktından məlum olur ki, iddiaçının 3121,8 manat məbləğində borcu olmuşdur. Bununla da, iddia ərizəsində qeyd edilmiş artıq hesablanmış borc 3662,85 manat məbləğində deyil, 4141,05 manat məbləğində olmuşdur.

16. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pulun tutulması, borcun silinməsi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməmiş və məhkəmə xərcləri iddiaçının özünə aid edilməsi qət edilmişdir.

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın Oracle verilənlər bazası (“Database”) mühitində verilənlər bazasında baş verən dəyişikliklərin və istifadəçi əməliyyatlarının izlənilməsi üçün xüsusi audit və monitorinq mexanizmləri (audit trail və ya digər monitorinq alətləri) aktiv şəkildə tətbiq edilmədiyindən müvafiq tarixlər üzrə verilənlər bazasına hər hansı müdaxilənin olub-olmamasının texniki sübutlar əsasında müəyyən edilməsinin mümkün olmamasını iddiaçına xeyrinə hesab olunan hal olduğu halda, buna qiymət verməmişdir.

19. Abonent saldosuna, cavabdeh təşkilatın nümayəndəsinin dediklərinə, məhkəmə tərəfindən alınmış mütəxəssis rəyində qeyd edilənlər arasında kifayət qədər ziddiyyətləri araşdırmamışdır.

20. Mütəxəssis rəyində qeyd edilmiş ümumi borc məbləği 207350,59 manat olmuşdur. Ümumi ödəniş məbləği ilə ümumi borc məbləği arasındakı fərq 5058,44 manat təşkil edir ki, bu vəsait hazırda abonentin hesabında virtual qalıq məbləğ olaraq əks olunur. 5058,44 manat məbləğində fərqin niyə və nəyə əsasında yarandığını?

21. İddiaçının hesabından məktubla 1124,7 manat məbləğində pul silinmişdir. Həmin pulun hansı əsasla silindiyini? İş üzrə iddiaçının abonent hesabından pulların silinməsinin müəyyən edilməsi üçün iddiaçının işlətdiyi cihazların sərfiyyatının müəyyən edilməklə iddiaçı tərəfindən ödənilmiş məbləğlər arasında fərqlərin mövcud olub-olmamasının, bununla da iddianın əsaslı olub-olmasının müəyyən edilməsi üçün ekspert və ya mütəxəssis rəyi almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəf yazılı etiraz təqdim etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə3, vəkili Vəkil/Nümayəndə İsa oğlu apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri nümayəndə1 və əvvəlki iclasda iştirak edən nümayəndə2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (...)

Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. (...) 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

Maddə 605. Alğı-satqı haqqında müddəaların tətbiq edilmədiyi hallar Əşyaların alğı-satqısı haqqında müddəalar auksion satışı çərçivəsində, icraat və ya digər məhkəmə tədbirləri əsasında əşyaların əldə edilməsinə, habelə qiymətli kağızların və ya ödəniş vasitələrinin və elektrik enerjisinin əldə edilməsinə tətbiq olunmur.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli Plenum qərarının 2.3-cü bəndinə əsasən işgüzar nüfuzun müdafiəsi hüququnun xüsusiyyətləri qərarın 2.3.1.- 2.3.14-cü bəndlərində göstərilən qaydada həyata keçirilməlidir. 2.3.1. Bu qərarın 2.2.4-cü bəndində müəyyən edilən anlayışdan göründüyü kimi, qeyriəmlak hüquqlarından biri olan işgüzar nüfuz həm sahibkarlıq, həm də digər peşəkar fəaliyyəti əhatə etdiyindən onun subyektləri dairəsinə kommersiya, qeyri kommersiya hüquqi şəxsləri və fiziki şəxs qismində fərdi sahibkarlarla yanaşı, publik şəxslər, vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşəkar fəaliyyətlə məşğul olan digər şəxslər də aiddir. 2.3.2. İşgüzar nüfuzun müdafiəsi, habelə mənəvi zərərin kompensasiyası əsasları bu qərarda əks olunmuş şərəf və ləyaqətin müdafiəsi ilə bağlı ümumi qaydalara (hüquqi əsasları, dispozisiya şərtləri, əməlin hüquqazidliyini aradan qaldıran hallar, prezumpsiya və sübutetmə, hüquqların müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulları və s.) uyğun həyata keçirilməli, habelə işgüzar nüfuza aid aşağıdakı özünəməxsus xüsusiyyətlər də nəzərə alınmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, işgüzar nüfuzun ləkələnməsindən doğan maddi zərərin tutulması əsasları da bu qərarda əks olunmuş ümumi qaydalara tabedir. 2.3.5. İşgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır. 2.3.10. İşgüzar nüfuzun pozulması sahibkarlıq subyektinin rəqabət səviyyəsinin aşağı enməsi, investisiyaların, ticarət dövriyyəsinin, müştərilərin və (və ya) istehlakçıların sayının azalması, biznes tərəfdaşları tərəfindən bağlanılması nəzərdə tutulan əqdlərin rəsmiləşdirilməsindən, yaxud bağlanılmış müqavilələrin icrasından imtina olunması, maliyyətəsərrüfat göstəricilərinin pisləşməsi, tenderlərdən kənarlaşdırılma və maddi zərərlə səciyyələnən digər mənfi nəticələrə səbəb ola bilər.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (*-* nömrəli əlavələr) uyğun bağlanmalıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə, habelə sabit tarifə əsasən aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il ## ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydaları müəyyən edilmişdir: 1.1. Bu Qaydalar “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 10.4-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydalarını müəyyən edir. 4.1. Aktiv istehlakçı ilə enerji təchizatı müəssisəsi arasında əvəzləşdirmə və hesablaşma Qanunun 10.3-cü maddəsinə uyğun olaraq onların balans mənsubiyyəti sərhədində quraşdırılmış elektrik təchizatı şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən, məsafədən idarə olunan sayğacın göstəricilərinə əsasən aparılır. Sayğacların quraşdırılması və onlara elektrik xəttinin çəkilməsi “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının quraşdırılması qaydaları ilə tənzimlənir

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...) Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

33. Mülki hüquqi mübahisələrin həllində məhkəmənin üzərinə düşən vəzifə “kimin, kimdən, nəyi və hansı əsasla” tələb etməsini aydınlaşdırmaqdır. Bu baxımdan, ilk növbədə bu qayda üzrə ardıcıl yoxlama nəticəsində iddiaçının tələb hüququ, iddianın yönəldiyi şəxsin həmin tələb üzrə cavabdehliyi, iddiaçının tələbinin nədən ibarət olması və sonda həmin tələbin qanuni əsasları tapılmalıdır.

34. İddiaçı sonuncu tələbində cavabdeh tərəfindən hesablanmış 7262,85 (yeddi min iki yüz altmış iki manat, səksən beş qəpik) manat məbləğində borcun artıq hesablanmış 4141,05 (dörd min bir yüz qırx bir manat, beş qəpik) manat məbləğində hissəsi, ## ###### 2024-cü il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə ödənilərək sayğacın balansına yüklənməyən 400 (dörd yüz) manat məbləğində və ## ###### 2025-ci il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə ödənilərək sayğacın balansına yüklənməyən 1000 (min) manat məbləğində vəsait, ## #### 2025-ci il tarixdə “Birbank” mobil tətbiqi vasitəsilə 500 (beş yüz) manat vəsait yükləndikdən sonra sayğacın balansına yüklənməyən 147,8 (yüz qırx yeddi manat, səksən qəpik) manat vəsait, ## ######## 2025-ci il tarixdə hesabdan ödənilmiş 3600 (üç min altı yüz) manat vəsaitin sayğacın balansına yüklənməyən 790,1 (yeddi yüz doxsan manat, on qəpik) manat məbləğində hissəsi, ## ######## 2025-ci il tarixdə sayğacın balansından silinmiş və borc kimi ödənilmiş 1170,68 (min bir yüz yetmiş manat, altmış səkkiz qəpik) manat məbləğində vəsait və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7649,63 (yeddi min altı yüz qırx doqquz manat, altmış üç qəpik) manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması, “Abunə haqqında məlumat”da qeyd edilmiş 393,22 (üç yüz doxsan üç manat, iyirmi iki qəpik) manat məbləğində vəsaitin qanunsuz və əsassız hesab edilərək silinməsi və cavabdehdən mənəvi təzminat olaraq 80000 (səksən min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. İddia tələbinin ilk hissəsindən göründüyü kimi iddiaçı ## ###### 2023-cü il tarixindən ## #### 2026-cı il tarixinədək olan dövr üzrə bütün maliyyə və texniki göstəricilər üzrə MMCnin elektrik enerjisindən istifadə üçün icra etmiş ödənişlərin sayğaca mədaxil olunmadığını və bu məbləğlərin onun sayğac hesabına deyil nağd şəkildə ona ödənilməsini tələb etməkdədir.

36. Qeyd olunan hal məhkəmə kollegiyasının araşdırması zamanı iş üzrə toplanmış sübutlar, o cümlədən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyləri və məhkəmə iclaslarında mütəxəssis qismində iştirak etmiş mütəxəssis3 izahatları ilə birlikdə qiymətləndirilərək müəyyən olunur ki, iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz.

37. Belə ki, iddia tələbinin bu hissəsin araşdırılması ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, iş üzrə mübahisənin düzgün həlli üçün sayğacın iş prinsipinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Mütəxəssis mütəxəssis3 məhkəmə iclaslarında verdiyi izahatına görə, iddiaçıya məxsus “SMS tipli” sayğac smart, yəni öncədən ödənişli sayğac deyil. Həmin sayğacın işləmə prinsipi mexaniki sayğacın işləmə prinsipinə uyğun olmaqla, əsas fərq ondan ibarətdir ki, sayğacın göstəriciləri əməkdaş tərəfindən sayğacın yerləşdiyi ünvanda deyil, mərkəzdən, elektron rabitə vasitəsilə oxunur. Həmin sayğac ayda bir dəfə olmaqla ayın əvvəlində oxunur.

38. Bu hal mübahisə predmetinə daxil olan ödənişlərin icrası və texniki baxımdan qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır. Belə ki, “SMS tipli” sayğac öncədən ödəniş sistemi kimi işləmədiyindən, abonent tərəfindən ödəniş edilən anda ödənilmiş bütün məbləğin avtomatik və tam şəkildə sayğacın balansında əks olunması həmin sayğacın iş prinsipindən irəli gələn tələb deyildir. Ödəniş zamanı sistemdə formalaşmış virtual borcun mövcudluğu və sonuncunun ödənişdən tutulması mümkündür. Sayğacın növbəti oxunuşu zamanı isə real sərfiyyatla sistemdə formalaşmış virtual göstəricilər üzləşdirilir.

39. Bu baxımdan iddiaçının ödəniş sənədlərində və “Abunə haqqında məlumat”da müəyyən məbləğlərin ödənilmiş kimi göstərilməsini həmin məbləğlərin tam şəkildə sayğac balansına yüklənməli olması kimi qiymətləndirmək düzgün deyildir. Ödənişin abonentin hesabında əks olunması ilə həmin ödənişin sayğac balansına ötürülməsi eyni texniki əməliyyat deyildir.

40. İş üzrə ## ##### 2026-cı il tarixli mütəxəssis rəyi də məhz bu xüsusiyyəti təsdiq edir. Rəydə ## ###### 2024-cü il, ## ###### 2025-ci il, ## #### 2025-ci il, ## ##### 2025-ci il, ## #### 2025-ci il, ## ######## 2025-ci il və ## ######## 2025-ci il tarixləri üzrə məlumatlar ayrıca araşdırılmış, ödənişlər, virtual borclar, hesablanmış borclar və sayğac balansına ötürülmüş məbləğlər müəyyən edilmişdir.

41. Belə ki, ## ###### 2024-cü il tarixində abonent tərəfindən 300 manat, 49 manat və 392 manat olmaqla ümumilikdə 741 manat ödəniş edilmiş, həmin tarixə abonentin virtual borcu 1758,24 manat olmuş, ödənişlərdən sonra isə 1017,24 manat təşkil etmişdir. Sayğacın balansına 300 manat ötürülmüşdür. Buradan göründüyü kimi, 741 manat məbləğində ödənişin sayğac balansına yalnız 300 manatının ötürülməsi ödənişin itirilməsi ilə deyil, həmin ödənişin qalan hissəsinin virtual borcun azaldılmasına yönəldilməsi ilə bağlı olmuşdur.

42. ## ###### 2025-ci il tarixində 980 manat və 1000 manat olmaqla ödənişlər edilmiş, 1000 manat sayğacın balansına ötürülmüşdür. Mütəxəssis izahatında da 1000 manatlıq ödənişin 20 manatının “Milliön” terminalının komissiyası ilə bağlı olduğu, 980 manatın isə sistemdə nəzərə alındığı göstərilmişdir. Buna görə iddiaçının 1000 manatın tam məbləğinin sayğac balansına yüklənməməsi barədə iddiası faktiki məlumatlarla təsdiq olunmur.

43. ## #### 2025-ci il tarixində 500 manat ödəniş edilmiş, həmin məbləğin 352,65 manatı sayğac balansına ötürülmüş, 147,35 manat isə abonentin borcunun azaldılmasına yönəldilmişdir. Mütəxəssis tərəfindən bunun səbəbi açıq şəkildə izah edilmiş və ödənişin bir hissəsinin borcdan silinməsi, digər hissəsinin isə sayğac balansına göndərilməsi mexanizmi təsdiq edilmişdir. Deməli, iddiaçının 147,8 manatın “yüklənməməsi”ni itki kimi qiymətləndirməsi əsassızdır.

44. ## ######## 2025-ci il üzrə də iddiaçının irəli sürdüyü 3600 manat ödənişin 790,10 manat hissəsinin itirilməsi barədə iddiası iş materialları ilə təsdiq edilmir. Mütəxəssis izahatına görə, həmin məbləğ hesabdan köçürmə yolu ilə həyata keçirildiyindən 3050,85 manat və 549,15 manat olmaqla ## ######## 2025-ci ildə cavabdehin hesabına daxil olmuş, həmin tarixdə digər ödənişlərlə birlikdə müvafiq məbləğlər sayğac balansına yüklənmiş, qalan vəsait isə abonentin kodunda avans məbləği kimi saxlanılmışdır. Buna görə həmin vəsaitin transformator itkisi və ya digər naməlum mənbəyə yönəldilməsi barədə iddianın da faktiki əsası müəyyən edilmir.

45. ## ######## 2025-ci il tarixində isə abonent tərəfindən 1000 manat ödəniş edilmiş və mütəxəssis rəyinə əsasən həmin 1000 manat sayğac balansına ötürülmüşdür. Eyni zamanda 1124,7 manat məbləğində silinmənin *-***** nömrəli akt əsasında aparıldığı müəyyən edilmişdir. ## ##### 2026-cı il tarixli mütəxəssis rəyində həmin silinmənin səbəbi də araşdırılmış və onun X1 rəisi Xətai Məmmədovun ## ######## 2025-ci il tarixli *** nömrəli xidməti məktubu əsasında “Xaçmaz” RETSİ-nin rəisi Vüqar Kazımova təqdim edilmiş sənədə uyğun olaraq həyata keçirildiyi müəyyən edilmişdir.

46. Beləliklə, ## ######## 2025-ci il tarixində 1170,68 manat vəsaitin əsassız və naməlum şəkildə sayğac balansından silinməsi barədə iddia da iş üzrə müəyyən edilmiş hallarla təsdiq edilmir. Əksinə, aparılmış texniki araşdırma nəticəsində silinmənin konkret sənəd əsasında həyata keçirildiyi müəyyən edilmişdir. həçmin vəsaitin mövcud aktı mübahisələndirməklə iddiaçı tərəf ona ödənilməsini tələb edə bilər ki, bu tələb hazırki iddia tələbinə akt mübahisə doğurmamış, həmin aktın qanuniliyi, yəni həmin borcun hesabdan düzgün silinib-silinməməsi müəyyən deyildir.

47. Xüsusilə qeyd edilməlidir ki, ## ##### 2026-cı il tarixli mütəxəssis rəyi yalnız ayrı-ayrı ödənişləri deyil, abonentin ## ###### 2023-cü il tarixindən ## #### 2026-cı il tarixinədək olan dövr üzrə bütün maliyyə və texniki göstəricilərini, o cümlədən ödənişləri, tərtib edilmiş aktları, sayğac oxumalarını və ödənişlərin sayğac sisteminə ötürülməsi prosesini əhatə edən kompleks araşdırmanın nəticəsidir. Həmin araşdırma nəticəsində göstərilən dövr üzrə hər hansı uyğunsuzluq və ya kənarlaşma halının mövcudluğu sübut edilmir.

48. Rəydə müəyyən edilmişdir ki, ## ###### 2023-cü il tarixindən ## #### 2026-cı il tarixinədək abonentin ümumi ödənişləri, 361,48 manat debitor borcuna düzəliş nəzərə alınmaqla, 212 409,03 manat, hesablanmış ümumi borc isə göstərici, transformator itkisi, sabit tarif – 3 fazlı, reaktiv enerji və ElQ pozuntuları daxil olmaqla 199 997,30 manat təşkil etmişdir. Ümumi borc məbləği 207 350,59 manat olmaqla, ümumi ödənişlərlə ümumi borc arasındakı 5058,44 manat fərq abonentin hesabında virtual qalıq kimi əks olunmuşdur.

49. Bu rəqəmlər də iddiaçının ödənişlərinin bir hissəsinin “itməsi” və ya cavabdeh tərəfindən mənimsənilməsi barədə mövqeyini təsdiq etmir. Əksinə, maliyyə və texniki məlumatların bütövlükdə təhlili nəticəsində abonent üzrə aparılmış hesablamaların düzgünlüyü təsdiq edilmişdir.

50. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis qarşısında qoyulmuş suallardan məsələlərdən biri Cavabdeh ASC-nin verilənlər bazasına sonradan müdaxilənin olub-olmamasının müəyyən edilməsi olmuşdur. ## ##### 2026-cı il tarixli rəydə göstərilmişdir ki, Cavabdeh ASC-nin istifadə etdiyi Oracle verilənlər bazası mühitində dəyişikliklərin və istifadəçi əməliyyatlarının izlənilməsi üçün müvafiq audit və monitorinq mexanizmləri əvvəlcədən aktiv edilmədiyindən, mübahisəli tarixlər üzrə hər hansı müdaxilənin olub-olmamasını təsdiq edən texniki log və audit izləri mövcud deyildir.

51. Lakin bu hal özlüyündə verilənlər bazasına müdaxilənin baş verdiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Mütəxəssis rəyinin mahiyyəti ondan ibarətdir ki, müvafiq audit mexanizmləri əvvəlcədən aktiv olmadığından müdaxilənin olub-olmaması barədə texniki sübut əsasında qəti nəticə çıxarmaq mümkün deyil. Başqa sözlə, “müəyyən etmək mümkün deyil” nəticəsi “müdaxilə edilmişdir” nəticəsi ilə eyniləşdirilə bilməz.

52. Məhkəmə işin faktiki hallarını qiymətləndirərkən yalnız iddiaçının irəli sürdüyü formal tələblərlə kifayətlənməməli, həmin tələblərin arxasında dayanan və iddiaçının faktiki olaraq nail olmaq istədiyi məqsəd və niyyəti də müəyyən etməlidir.

53. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edildi ki, iddiaçının əsas tələbi MMC-nin elektrik enerjisindən istifadəsi nəticəsində “SMS tipli” smart sayğacın balansında virtual borc kimi yaranmış pul məbləğinin ona qaytarılmasından ibarətdir. Bu baxımdan, iddiaçının faktiki məqsədinin sayğacın balansında olan və elektrik enerjisinin sərfiyyatı üçün istifadə oluna bilən məbləğin onun sərəncamına verilməsi olduğu nəzərə alınaraq, həmin məbləğin birbaşa pul şəklində qaytarılması əvəzinə, elektrik enerjisinin gələcək sərfiyyatına yönəldilməsi imkanının təmin edilməsi təklif edilmişdir.

54. Lakin iddiaçı tərəfindən bu təklif qəbul edilməmiş, eyni zamanda tələbinin faktiki məqsədinə uyğun şəkildə dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına hər hansı ərizə təqdim olunmamışdır. Beləliklə, iddiaçıya mübahisəli məbləğin elektrik enerjisinin sərfiyyatına yönəldilməsi yolu ilə faktiki olaraq əldə etmək istədiyi nəticəyə nail olmaq imkanı verilsə də, o, tələbinin dəqiqləşdirilməsi barədə ərizə verməmişdir.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən sübutlar obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra qiymətləndirilir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspert rəyinin də digər sübutlarla yanaşı qiymətləndirilməsi nəzərdə tutulur.

57. Bu baxımdan iddiaçının “ödənişlərin sayğac balansına tam yüklənməməsi” faktını avtomatik olaraq “vəsaitin itirilməsi”, “qanunsuz silinməsi” və ya “transformator itkisinə yönəldilməsi” kimi təqdim etməsi əsaslı sayıla bilməz. Çünki iş üzrə mütəxəssis tərəfindən hər bir ödənişin hansı məbləğdə sayğac balansına ötürüldüyü, hansı məbləğin virtual borca aid edildiyi və hansı məbləğin abonentin hesabında avans və ya virtual qalıq kimi saxlanıldığı texniki məlumatlar əsasında müəyyən edilmişdir.

58. Həmçinin “Elektrik enerjisindən istifadə Qaydaları” elektrik enerjisinin uçotu və hesablaşmaların sayğac göstəriciləri əsasında aparılmasını nəzərdə tutur və sayğac göstəricilərində və ya hesablaşmada səhv aşkar edildikdə müvafiq yoxlama və yenidən hesablaşma mexanizmləri müəyyən edir. Bu baxımdan “SMS tipli” sayğacın ayda bir dəfə mərkəzdən oxunması nəticəsində ödəniş anında sistemdə görünən virtual borcun sonrakı faktiki sayğac göstəricisi ilə üzləşdirilməsi texniki hesablaşma mexanizminin bir hissəsidir.

59. Nəticə etibarilə, iş üzrə toplanmış sübutlar iddiaçının ödədiyi vəsaitlərin cavabdeh tərəfindən itirildiyini, transformator itkisinə və ya digər naməlum mənbəyə yönəldildiyini, yaxud sayğac balansından əsassız silindiyini təsdiq etmir. Əksinə, mütəxəssis rəyləri və mütəxəssis3 məhkəmə iclaslarında verdiyi izahatlar göstərir ki, ödənişlərin sayğac balansına tam məbləğdə ötürülməməsinin səbəbi “SMS tipli” sayğacın öncədən ödənişli smart sayğac olmaması, sayğacın ayda bir dəfə oxunması və ödəniş zamanı sistemdə formalaşmış virtual borcun nəzərə alınmasıdır.

60. Buna görə də ## ###### 2024-cü il, ## ###### 2025-ci il, ## #### 2025-ci il və ## ######## 2025-ci il tarixləri üzrə iddiaçının sayğac balansına yüklənməyən məbləğlər kimi tələb etdiyi vəsaitlərin ayrıca borc kimi cavabdehdən tutulması üçün hüquqi və faktiki əsas müəyyən edilmir.

61. Eyni zamanda, ## ######## 2025-ci il tarixində 1170,68 manat məbləğində vəsaitin əsassız silinməsi barədə tələb də təmin edilə bilməz. Belə ki, iş üzrə aparılmış araşdırma nəticəsində mübahisəli silinmənin *-***** nömrəli sənəd əsasında, konkret xidməti məktuba və təqdim edilmiş sənədə uyğun olaraq həyata keçirildiyi müəyyən edilmişdir.

62. İddiaçının “Abunə haqqında məlumat”da əks olunmuş 393,22 manat məbləğində vəsaitin qanunsuz və əsassız hesab edilərək silinməsi barədə tələbi də iş üzrə müəyyən edilmiş texniki və maliyyə məlumatlarla təsdiq olunmur. Abonent üzrə bütün dövrün maliyyə göstəricilərinin təhlili nəticəsində hesablamalarda uyğunsuzluq və ya kənarlaşma aşkar edilmədiyindən həmin məbləğin ayrıca qanunsuz silinmə kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

63. Beləliklə, iddiaçının tələb etdiyi 4141,05 manat məbləğində artıq hesablanmış borc, 400 manat, 1000 manat, 147,8 manat, 790,1 manat və 1170,68 manat məbləğlərində vəsaitlərin qaytarılması barədə tələblər üzrə iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin qanunsuzluğunu və həmin məbləğlərin cavabdehin hesabında əsassız olaraq saxlanıldığını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.

64. Əksinə, iş üzrə mütəxəssis rəyləri və mütəxəssisin məhkəmə iclaslarındakı izahatları ilə müəyyən edilmişdir ki, bütün mübahisəli ödənişlər sistemdə uçota alınmış, ödənişlərin müvafiq hissələri sayğac balansına ötürülmüş, digər hissələri isə mövcud virtual borcun azaldılmasına və ya abonentin hesabında avans/qalıq kimi saxlanılmasına yönəldilmişdir. Aparılmış kompleks araşdırma nəticəsində isə hər hansı maliyyə və ya texniki itki, uyğunsuzluq və kənarlaşma aşkar edilməmişdir.

65. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının ödənişlərin bir hissəsinin sayğac balansına həmin anda ötürülməməsini və ya sonrakı hesablaşmalarda ayrıca məbləğlərin silinməsini “vəsait itkisi” kimi qiymətləndirməsi sayğacın faktiki iş prinsipinə və iş üzrə müəyyən edilmiş texniki məlumatlara uyğun deyildir. İddia tələbinin bu hissəsi sübuta yetirilmədiyindən təmin edilməməlidir.

66. Məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçı tərəf MMC-nin elektrik sərfiyyatı ilə bağlı 2026-cı ilin avqust ayı ərzində ## ###### 2026-cı il tarixdə elektrik enerjisin verilməsinin bərpa edilməsi üçün 142 manat məbləğində pulun ödənilməsi, yalnız bundan sonra elektrik enerjisinin verilməsinin bərpa edilməsi, həmçinin iddiaçının ## ###### 2026-cı il tarixində 500 manat məbləğində pul ödənişi etdiyi halda iddiaçının abonent hesabına baxıldıqda isə ötən gün mövcud olan, iddiaçının balansına yüklənməyən elektrik enerjsi pulu olan qalıq pulun silindiyi, iddiaçıya 1404,93 manat məbləğində borc yazıldığının və bunun sübutu kimi məhkəmə kollegiyasına yeni sübut olaraq sayğacın mövcud dövrü üzrə işlək olması ilə bağlı flash carta əlavə edilmiş video çəkilişin təqdim edilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin görünütülər bir daha məhkəmənin hüquqi mövqeyilə eynilik təşkil etmişdir. Belə ki, hesablamalar cari ayın ortasında müəyyən edildiyindən sayğacın iş prinsipi ilə uyğun olmuşdur. Həmçinin göstərilən məbləğlər hazırki məhkəmədə iddianın predmetini təşkil etməmişdir.

67. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu aylar üzrə abonə saldolarına nəzər yetirdikdə aşkar edilir ki, hesablamalar hər ayın əvvəli yenilənmiş və bu yenilənmələrdə iddiaçının müahisə etmiş olduğu vəsaitlər iddiaçının abonə hesabına daxil edilmişdir. Bu isə bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəfindən ödənilmiş vəsaitlər sayğacın hesablama mexanizminə uyğun həyata keçirilməklə heç bir maddi itkiyə yol verilməmişdir. Sadəcə olaraq yeni sayğacların işləmə mexanizminə görə hesablamar ayda bir dəfə olmaqla aparıldığından bu iddiaçıda qeyri müəyyənliyə səbəb olmuşdur.

68. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mənəvi təzminatın tutulması barədə tələbi də əsas tələblərin təmin edilməsindən asılı olduğundan, cavabdehin qanunsuz hərəkəti və ya iddiaçının hüquqlarının pozulması müəyyən edilmədiyi halda həmin tələblərin də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan atəmin edilməsi üçün əsas yoxdur.

69. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

70. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

71. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mövcud tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

72. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda mübahisələndirilən hissələrdə dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar