Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-91/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı iddiaçı1 cavabdeh cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, Iddiaçı iddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı iddiaçı1 cavabdeh cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qiyabi qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Işin halları:
1. Tərəflər fərdi sahibkar kimi vergi orqanında uçota alınmış fiziki şəxslərdir. Iddiaçı lombard fəaliyyəti ilə məşğul olur, cavabdehin isə Sumqayıt şəhərində mağazası olduğunu və mütəmadi olaraq ondan borca pul aldığını bildirir. Iddiaçının təqdim etdiyi və onun adına olan: - ## ######## 2022-ci il tarixli IŞG ****** nömrəli girov biletindən görünür ki, kredit məbləği 4900 manatdır. Girov verilən əşya yoxdur. cavabdeh1 girov verən qismində, qiyməti üzrə faiz 5%, kredit üzrə faiz 245 manat göstərilmişdir. - ## ######## 2022-ci il tarixli IŞG ****** nömrəli girov biletindən görünür ki, kredit məbləği 2500 manatdır. Girov verilən əşya yoxdur. cavabdeh1 girov verən qismində, qiyməti üzrə faiz 5%, kredit üzrə faiz 500 manat göstərilmişdir. - ## ###### 2022-ci il tarixli IŞG ****** nömrəli girov biletindən görünür ki, kredit məbləği 2000 manatdır. Girov verilən əşya yoxdur. cavabdeh1 girov verən qismində, qiyməti üzrə faiz 5%, kredit üzrə faiz 100 manat göstərilmişdir. - ## ###### 2022-ci il tarixli IŞG ****** nömrəli girov biletindən görünür ki, kredit məbləği 3000 manatdır. Girov verilən əşya yoxdur. cavabdeh1 girov verən qismində, qiyməti üzrə faiz 5%, kredit üzrə faiz 150 manat göstərilmişdir. - ## ###### 2023-cü il tarixli IŞG ****** nömrəli girov biletindən görünür ki, kredit məbləği 6000 manatdır. Girov verilən əşya yoxdur. cavabdeh1 girov verən qismində, qiyməti üzrə faiz QR (15 ay), kredit üzrə faiz 580 manat göstərilmişdir. - ## ###### 2023-cü il tarixli IŞG ****** nömrəli girov biletindən görünür ki, kredit məbləği 3000 manatdır. Girov verilən əşya yoxdur. cavabdeh1 girov verən qismində, qiyməti üzrə faiz QR, kredit üzrə faiz 400 manat göstərilmişdir. - ## ###### 2023-cü il tarixli IŞG ****** nömrəli girov biletindən görünür ki, kredit məbləği 5000 manatdır. Girov verilən əşya yoxdur. cavabdeh1 girov verən qismində, qiyməti üzrə 11 ay, kredit üzrə faiz 600 manat göstərilmişdir. - IŞG ****** nömrəli girov biletindən görünür ki, girov ## #### 2023-cü il tarixdə qəbul edilmişdir. Kredit məbləği 2000 manatdır. Girov verilən əşya 1 qolbağ (əyar yox) – 15,8 qram, 1 üzük - 750 əyar, 9 qram. cavabdeh1 girov verən qismində, qiyməti üzrə faiz 5%, kredit üzrə faiz 100 manat göstərilmişdir.
2. Iddiaçı tərəfindən təqdim edilmiş: - ## ######## 2022-ci il tarixi ****** nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh1 tərəfindən iddiaçı1 500 manat məbləğində ödəniş həyata keçirilmişdir. - ## ######## 2022-ci il tarixi ****** nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh1 tərəfindən iddiaçı1 800 manat məbləğində ödəniş həyata keçirilmişdir. - ## ####### 2023-cü il tarixi ****** nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh1 tərəfindən iddiaçı1 300 manat məbləğində ödəniş həyata keçirilmişdir. - ## ####### 2023-cü il tarixi ****** nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh1 tərəfindən iddiaçı1 1000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - ## ###### 2023-cü il tarixi ****** nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh1 tərəfindən iddiaçı1 200 manat məbləğində ödəniş həyata keçirilmişdir. - ## ###### 2023-cü il tarixi ****** nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh1 tərəfindən iddiaçı1 200 manat məbləğində ödəniş həyata keçirilmişdir. - ## ###### 2023-cü il tarixi ****** nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh1 tərəfindən iddiaçı1 200 manat məbləğində ödəniş həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. Iddiaçı cavabdehə qarşı ”girov müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış ## ###### 2023-cü il tarixli girov müqaviləsinin ləğv edilməsi və girov müqaviləsi üzrə 20698 (iyirmi min altı yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 10008 (on min səkkiz) manat məbləğində faiz borcu olmaqla, cəmi 30706 (otuz min yeddi yüz altı) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehi 2022-ci ilin sentyabr ayından etibarən iş fəaliyyəti zamanı müştəri kimi tanımışdır. Tərəflər arasında münasibətlər normal olmuş, iddiaçı ehtiyac yarandıqda cavabdehə borc üçün müraciət etmişdir. Cavabdeh əvvəlki borclarını gecikmə ilə də olsa qaytardığından, iddiaçının etimadını qazanmışdır. Lakin 2022-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayınadək cavabdehin aldığı pul vəsaitlərinin geri qaytarılmasında mütəmadi gecikmələr baş vermişdir. Bu səbəbdən cavabdehin xahişi ilə tərəflər arasında mövcud borc məbləğləri cəmlənərək ## ###### 2023-cü il tarixdə girov müqaviləsi bağlanmışdır. 2022-ci ilin sentyabr ayından başlayaraq yaranmış borclar girov biletləri əsasında formalaşmışdır: ## ######## 2022-ci il tarixli IŞG ****** nömrəli girov bileti üzrə - 4900 manat, qiymət üzrə - 5%, kredit üzrə - 245 manat; ## ######## 2022-ci il tarixli IŞG ****** nömrəli girov bileti üzrə - 2500 manat, qiymət üzrə - 5%, kredit üzrə - 500 manat; ## ###### 2022-ci il tarixli IŞG ****** nömrəli girov bileti üzrə - 2000 manat, qiymət üzrə - 5%, kredit üzrə - 100 manat; ## ###### 2022-ci il tarixli IŞG ****** nömrəli girov bileti üzrə - 3000 manat, qiymət üzrə - 5%, kredit üzrə - 150 manat; ## ###### 2023-cü il tarixli IŞG ****** nömrəli girov bileti üzrə - 6000 manat, qiymət üzrə - QR (15 ay), kredit üzrə - 580 manat; ## ###### 2023-cü il tarixli IŞG ****** nömrəli girov bileti üzrə - 3000 manat, qiymət üzrə - QR, kredit üzrə - 400 manat; ## ###### 2023-cü il tarixli IŞG ****** nömrəli girov bileti üzrə - 5000 manat, qiymət üzrə - 11ay, kredit üzrə - 600 manat; ## #### 2023-cü il tarixli IŞG ****** nömrəli girov bileti üzrə - 2000 manat, qiymət üzrə - 5%, kredit üzrə - 100 manat. Verilmiş 28400 (iyirmi səkkiz min dörd yüz) manat məbləğdən 7702 (yeddi min yeddi yüz iki) manat məbləğ ödənilmiş, 20698 (iyirmi min altı yüz doxsan səkkiz) manat məbləğində borc qalmışdır. Girov müqaviləsinə əsasən illik 36 % ödəmək şərtilə 24 ay müddətinə 22000 (iyirmi iki min) manat məbləğində qalıq borclarını kredit formasında rəsmiləşdirərək aralarında ödəniş cədvəli müəyyən etmişlər. Həmin tarixdən cavabdeh1 tərəfindən ilk 2 ay ödəniş edilmişdir. Lakin ödəmələr sona qədər aparılmamış və 20698 (iyirmi min altı yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 10008 (on min səkkiz) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 30706 (otuz min yeddi yüz altı) manat məbləğində borc qalmışdır. Bu günə qədər dəfələrlə şifahi və yazılı müraciət etməsinə baxmayaraq həmin borc məbləği qaytarılmamışdır. Cavabdehə borcun qaytarılması ilə bağlı pretenziya məktubu göndərilsə də, bu günə qədər qeyd olunan məbləğ iddiaçıya ödənilməmişdir.
5. Iddiaçının nümayəndəsi vəkil Vəkil ## ###### 2026-cı il tarixdə “iddia həcminin azadılmasında dair” ərizə təqdim edərək girov bileti üzrə yaranmış 20698 (iyirmi min altı yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 10008 (on min səkkiz) manat məbləğində faiz borcu olmaqla, cəmi 30706 (otuz min yeddi yüz altı) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh cavabdeh1 elektron kabinet vasitəsi ilə iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Iddiaçı ilə aralarında heç bir kommersiya münasibətləri olmamışdır. Fərz edilsə də ki, iddiaçının guya cavabdehə verdiyi pul vəsaitlərini cavabdeh alıb, hətta belə olan halda da bu vəsaitlər cavabdehə sahibkarlıq fəaliyyəti üçün verilə bilməzdi. Çünki, belə kreditlər yalnız nağdsız qaydada verilə bilər, belə olsaydı aralarında guya bağlanmış müqavilədə cavabdehin şəxsiyyət vəsiqəsinin göstəriciləri deyil, VÖEN-i qeyd olunardı. Şəxsiyyət vəsiqəsinin göstəriciləri ilə yalnız fərdi istehlak kreditləri verilir ki, belə olan halda onların mübahisəsinə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Iddiaçının təqdim etdiyi ## ###### 2023-cü il tarixli girov bileti ilə bağlı etirazda qeyd edilmişdir ki, cavabdehin belə bir kredit almağı yadında deyil. Əgər iddiaçı iddia edirsə ki, bu digər kreditlərin cəmlənməsidir, onda digər kreditlərin ## ###### 2023-cü ildə ödənilməsini təsdiq edən sənəd hanı? Onda belə çıxır ki, cavabdehin həm köhnə borcları qalır, həm də bu kredit? Cavabdehin zənnincə iddiaçı iddia tələbinin dəqiqləşdirilməlidir – cavabdehin konkret olaraq nə qədər borcu qalıb? Hər bir halda, cavabdeh bu pulu alsaydı, kassa orderinə də imza atmalı idi (“Girov bileti”-nin (Forma № GB-1) forma və rekvizitləri və onlardan istifadə qaydalarının 4-cü bəndi). Çünki kredit müqaviləsini imzalamaqla borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Yəni kredit müqaviləsini imzalamaqla onlar niyyətlərini bildirmişlər. Lakin niyyətin reallaşdırılmasını sonrakı addımlar sübut edə bilər. Belə ki, 22000 (iyirmi iki min) manat kreditin cavabdeh tərəfindən faktiki olaraq götürülməsini yalnız kassa orderi təsdiq edə bilər. Əgər həmin sənəd də təqdim edilsə, onda oradakı imzanın cavabdehə aid olmadığını məhkəməxətşünaslıq ekspertizası asanlıqla təsdiq edə bilər. Qeyd edilməlidir ki, imza da cavabdehin imzasına oxşamır. Etirazına ASAN Imza Sertifikatını aldığı zaman atdığı imza nümunəsini əlavə edir ki, müqayisə edilə bilinsin. Imzanın digər nümunəsini şəxsiyyət vəsiqəsindən də görmək mümkündür. Cavabdehə maraqlı gələn və rəsmi sənədin saxtalaşdırılması şübhəsi yaradan məqam odur ki, girov biletində "Ssuda" məbləğ yazı ilə deyil, rəqəmlərlə yazılıb. Yuxarıda qeyd etdiyi kimi, cavabdeh sonuncu dəfə 2023-cü ilin avqustunda 2000 (iki min) manat üçün müraciət etmişdir, ola bilər ki, bəlkə də həmin vaxt bu kağızı ərizə kimi cavabdehə imzalatdırıblar, lakin sonradan yazı ilə deyil, rəqəmlə yazılan bu 2000 (iki min) manat məbləğinin qabağına "2" (iki) rəqəmi artırmaqla iddiaçı məbləği şişirdib.
7. Iddiaçının nümayəndəsi daha sonra “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək cavabdehdən faiz borcunun tələb edilmədiyini, qeyd olunan 8 ədəd girov bileti üzrə ödənilməmiş 20100 (iyirmi min yüz) manat məbləğində əsas borcun və 150 (yüz əlli) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh cavabdeh1 20100 (iyirmi min yüz) manat məbləğində əsas borc və 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı iddiaçı1 ödənilməsi qət edilmişdir.
9. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 60, 62, 127-ci və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə istinad edərək qeyd etmişdir ki, işə baxan hakimin obyektivliyinə və qərəzsizliyinə, onun bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına şübhəsi yarandığından ona etiraz etmişdir, lakin hakim etirazı baxılmamış saxlamışdır. Hakim tərəfindən işə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Belə ki, hazırki işin Sumqayıt Kommersiya Məhkəməsində baxılması Konstitusiyanın 62-ci maddəsinin kobud surətdə pozulmasıdır. Cavabdeh bununla bağlı “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun2020-ci il ## ######## tarixli ** saylı Qərarının 10, 11, 14-cü bəndlərinə istinad etməklə qeyd edir ki, cavabdeh iddiaçıdan pul vəsaiti almış olsaydı belə, verdiyi pul vəsaitləri cavabdehə sahibkarlıq fəaliyyətinə görə verilə bilməzdi, çünki belə kreditlər yalnız nağdsız qaydada verilə bilər, aralarında bağlanmış müqavilədə şəxsiyyət vəsiqəsinin göstəriciləri deyil, VÖEN qeyd olunardı. Şəxsiyyət vəsiqəsinin göstəriciləri ilə yalnız fərdi istehlak kreditləri verilir ki, belə olan halda hazırki işə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Cavabdeh həmçinin qeyd edir ki, iddiaçı məhkəməyə ##.##.2023-cü il tarixli girov bileti təqdim edərək iddia edir ki, bu, digər kreditlərin cəmlənməsidir – onda digər kreditlərin ##.##.2023-cü ildə ödənilməsini təsdiq edən sənəd təqdim olunmalı idi. Cavabdeh "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair" Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarına, istinad edərək bildirir ki, pulun (kreditin) iddiaçı tərəfindən cavabdehə verilməsini sübut edən heç bir dəlil təqdim olunmayıb. Hər bir halda, cavabdeh bu pulu alsaydı, “Girov bileti”nin (Forma № GB-1) forma və rekvizitləri və onlardan istifadə Qaydaları”nın 4-cü və “Vergi ödəyicilərinə nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nın 2.2, 2.5, 3.4, 3.8, 4.7-ci bəndlərinin tələbinə əsasən, kassa məxaric orderinə də imza atmalı idi. Beləliklə, kreditin onun tərəfindən faktiki olaraq götürülməsini yalnız kassa məxaric orderi təsdiq edə bilər. Iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və cavabdehin krediti ödədiyini sübut edən bütün kassa mədaxil orderləri və orda olan ona aid olduğu iddia edilən imzalar saxtadır.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Maddə 302.3. Saxlanca qoyulan əşyalar lombarda verilir. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Maddə 302.8. Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 739. Borc müqaviləsi (## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər olan redaksiyada). 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 21.2. Etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Maddə 21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Maddə 22.6. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarı
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan ümumi məbləğ hissəsində dəyişdirilməlidir.
18. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlar əsasında iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin mövcudluğu qənaətinə gəlməkdə haqlı olmuşdur. Iddiaçı cavabdehə borc verməsinə və cavabdehin həmin borclardan müəyyən məbləğlər ödəməsinə dair yazılı sübutlar təqdim etmişdir.
19. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarında deyilir ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. Bu baxımdan əqdin (müqavilənin) forması ilə bağlı tələb yalnız qanunda imperativ qaydada, aşkar şəkildə müəyyən edildiyi təqdirdə müvafiq hüquqi nəticələrə səbəb ola bilər. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 329.1-ci maddəsində məhz qanunla başqa hal müəyyən edilmədiyi təqdirdə forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin etibarsızlığı təsbit edilmişdir. Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş “başqa hal”a hansı halların aid olduğu müəyyən edilmədiyi üçün borc müqaviləsi üzrə forma tələbinə riayət edilməməsinin hüquqi nəticələrinin də tənzimlənməsində boşluq yaranmışdır. Beləliklə, qanunvericilikdə müşahidə edilən bu boşluq 739.2-ci maddə üzrə borc müqaviləsi üçün müəyyən edilmiş forma şərtinin tərəflərin məhz yazılı sübutlar ilə tələblərini əsaslandırmalı olduqları məzmunda şərh edilməsi mülkiyyətin qorunması prinsipi baxımından yolverilən hesab edilməlidir. Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.
20. Iş materiallarında olan sübutları (iddiaçı tərəfindən təqdim olunmuş girov biletləri və kassa mədaxil orderləri) iddiaçı tərəfin izahatları və tərəflər arasında yaranmış praktika ilə əlaqəli şəkildə qiymətləndirərək kollegiya belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin “iddiaçı ilə arasında heç bir pul öhdəliyi olmaması”na dair dəlili tamamilə əsassızdır və iddiaçı tərəfin cavabdehə pul verməsi, cavabdeh tərəfindən həmin pulun bir qisminin ödənilməsi və iddianın qismən əsaslı olması iş materiallarında olan sübutlarla təsdiq edilir.
21. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur və bu qaydalara əsasən işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən kifayət qədər sübutlar (girov biletləri, kassa mədaxil orderi qəbzləri) birinci instansiya məhkəməsinə təqdim olunmuş, həmin sübutlar iş materialları ilə əlaqəli şəkildə qiymətləndirilərək iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlinmişdir. Cavabdeh tərəfindən kassa mədaxil orderi qəbzlərindəki imzaların ona məxsus olmadığı və həmin sənədlərin saxta olduğu barədə dəlillər irəli sürülsə də, o nə birinci instansiya məhkəməsində, nə də işə apellyasiya qaydasında baxılarkən imzanın həqiqiliyinin müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət verməmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya şikayətinə əlavə etməmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlər, telefonuna sms-lər göndərilmiş, məhkəmə kollegiyası tərəfindən onun iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası dəfələrlə təxirə salınmış olsa da, cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə istinad etməklə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması, o cümlədən apellyasiya şikayətinin müvafiq dəlilləri ilə bağlı zəruri prosessual hərəkətlərin edilməsi (izahat alınması, suallar verilməsi, zərurət yaranacağı halda məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi, bu məqsədlə sərbəst imza nümunələrinin götürülməsi və s.) məqsədilə cavabdehin məhkəmə iclasında iştirakını zəruri hesab edərək ona bu barədə bildiriş göndərmiş, cavabdeh səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirsə də, bununla əlaqədar hər-hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərini əsassız hesab edir.
22. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
23. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 302.3-ci maddəsinə əsasən saxlanca qoyulan əşyalar lombarda verilir. Həmin Məcəllənin 302.7-ci maddəsində qeyd olunur ki, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.
24. Iş materiallarında olan 8 girov biletindən 7-si üzrə girov verilən əşya olmamışdır, lakin IŞG ****** nömrəli girov biletində girov verilən əşyalar (1 qolbağ (əyar yox) – 15,8 qram, 1 üzük - 750 əyar, 9 qram yoxdur) qeyd olunmuşdur. Apellyasiya baxışı zamanı iddiaçı izahatında bildirmişdir ki, cavabdeh həmin qızılları sataraq borcunu ödəyəcəyi bəhanəsi ilə ondan geri götürmüşdür. Lakin, iddiaçı izahatında qeyd edilən halı sübut edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən girov qoyulmuş əşyaların ona qaytarılması faktı iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, o cümlədən, kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard girov qoyulmuş əşyaları açıq hərracda satmaq hüququna malik olduğundan, onun həmin girov bileti üzrə girov qoyana (cavabdehə) qarşı tələbləri ləğv edilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını ümumilikdə düzgün tətbiq etsə də, qeyd olunan normanı nəzərə almamış, iddia tələbini həmin hissədə də təmin etmişdir.
25. Kollegiya buna zərurət olmasa da apellyasiya şikayətinin müvafiq dəlilləri ilə bağlı iddiaçıya izah edir ki, MPM-in 21.2-ci madddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə məhkəmə baxış iclası zamanı ünvanlanmış hakimə etirazda məhkəməyə etirazın əsasları sübut təqdim edilməmiş, bu barədə heç bir mötəbər dəlil irəli sürülməmişdir. Buna görə də, birinci instansiya məhkəməsinin hakimi etirazı baxılmamış saxlamaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Eləcə də, MPM-in 22.6-cı maddəsinə əsasən etiraz etmə məsələsi barədə qərardad çıxarılır ki, bu qərardaddan şikayət verilməsinə yol verilmir.
26. Məhkəmə kollegiyası hazırki işin kommersiya məhkəməsinə deyil, ümumi məhkəməyə aid omasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh “məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edilmiş, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli qərardadını iş materiallarına və mülki prosessual qanunvericiliyə uyğun olaraq kifayət qədər əsaslandırmaqla ərizəni rədd etmiş, cavabdeh həmin qərardaddan şikayət verməmişdir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan əsas borc hissəsində dəyişdirilməli, iddia tələbi IŞG ****** nömrəli girov bileti üzrə verilmiş 2000 manat kredit məbləği hissəsində təmin edilməməli, cavabdehdən ümumilikdə 18100 (20100-2000=18100) manat əsas borc və 150 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 18250 manat tutularaq iddiaçıya ödənilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası:
QƏT E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qiyabi qətnaməsi dəyişdirilsin. Cavabdeh cavabdeh1 18100 (on səkkiz min yüz) manat məbləğində əsas borc və 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 18250 (on səkkiz min iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı iddiaçı1 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.