Məhkəmə qərarları › İş №e-2-2(3-8)-94/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-94/2026

09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-94/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” İddiaçı Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, X1 və cavabdeh2 (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, Iddiaçı “xxxx” İddiaçı Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri X2 və nümayəndə1 iştirakları ilə, Iddiaçı “xxxx” İddiaçı Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, X1 və cavabdeh2 (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-*/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3 və X1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı “xxxx” BOKT QSC ilə cavabdeh cavabdeh3 MMC arasında bağlanmış ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli kredit xətti müqaviləsinin: -1.1-ci bəndinə əsasən, borcverən (iddiaçı) borcalana (cavabdehə) 200000 manat məbləğində dövriyyə vəsaitinin artırılması üçiin kredit xətti açmağı öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən, bu müqaviləyə əsasən 1.1-ci bəndində göstərilmiş məbləğdə krediti borcverən borcalana sonuncunun müraciətinə əsasən birdəfəlik və ya hissə-hissə verilməsini öhdəsinə götürür. - 1.3-cü bəndinə əsasən, bu müqavilə üzrə götürülən öhdəliklərin təminatı olaraq cavabdeh1 məxsus, tərəflər arasında razılaşdırılmış qiyməti 550000 manat məbləğində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi borcverənin xeyrinə ipotekaya qoyulur. - 1.4-cü bəndinə əsasən, ipoteka predmeti bir tərəfdən kredit alan cavabdeh3 MMC, ipoteka qoyan cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış ## ##### 2015-ci il tarixli *** nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş və dövlət qeydiyyatına alınmış və bu barədə müvafiq çıxarış verilmişdir. - 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə ayrılan hər kreditin istifadə haqqı illik 26 % (annuitet qaydasında) hesablanmaqla 18-ay müddətinə verilir. - 2.1.1-ci yarımbəndinə əsasən, borcalan bu müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə/vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini borcalandan tələb etmək borcverənin hüquqlarından biridir. - 2.4.2-ci yarımbəndinə əsasən, bu Müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini borcverənə vaxtında ödəmək borcalanın vəzifələrindən biridir. - 3.1-ci bəndinə əsasən, borcalan bu müqaviləyə və onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas borcundan əlavə borcverənə ödənilməmiş məbləğin hər günü üçün 1 faiz məbləğində cərimə ödəyir.

2. Iddiaçı “xxxx” BOKT QSC ilə cavabdeh cavabdeh3 MMC arasında bağlanmış ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli kredit müqaviləsinin 1.1-ci, 1.5- ci və 1.8-ci bəndlərinə əsasən, müqaviləyə əsasən borcverən (iddiaçı) borcalana (cavabdehə) 200000 manat məbləğində dövriyyə vəsaitinin artırılması üçün kredit ayırmağı öhdəsinə götürür. Bu müqavilə üzrə ayrılan kreditin istifadə haqqı illik 26 faiz (annuitet qaydasında) hesablanmaqla 18 ay müddətinə verilir. Kreditin faktiki illik faiz dərəcəsi 22,16 faizdir.

3. ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, cavabdeh cavabdeh3 MMC-nin banka olan borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi ## ###### 2019-cu il tarixi olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

4. Iddiaçı “xxxx” BOKT QSC ilə ipoteka qoyan qismində cavabdeh1 və borc alan qismində cavabdeh3 MMC arasında bağlanmış ## #### 2017-ci il tarixli ***-KTI****-** nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 131,9 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. Həmin ipoteka müqaviləsinin: - 2.2-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə müəyyən edilmişdir və 550000 manat təşkil edir. - 2.3-cü bəndinə əsasən, ipoteka predmeti bir tərəfdən kredit alan cavabdeh3 MMC, ipoteka qoyan cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış ## ##### 2015-ci il tarixli *** nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş və dövlət qeydiyyatına alınmış və bu barədə müvafiq çıxarış verilmişdir. - 4.2.2-ci, 4.2.4-cü və 4.2.7-ci yarımbəndlərinə əsasən, ipoteka qoyanın vəzifələrinə daxildir: ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetini özgəninkiləşdirməmək və ya hər hansı digər öhdəliyin təmin edilməsi üçün onu yüklü etməmək; ipoteka predmetinin qorunması və lazımi vəziyyətdə saxlanması üçün zəruri tədbirlər görmək; ipoteka qoyan ipoteka ilə yüklü edilmiş əmlakın məhv olması, zədələnməsi, hansısa səbəbdən öz dəyərini itirməsi təhlükəsi yarandıqda və ya ipoteka qoyanın sahibliyindən bu müqavilənin şərtlərinə uyğun olmayaraq çıxdıqda, ipoteka saxlayanın tələbi ilə ipoteka predmeti eyni dəyərli başqa əmlakla əvəz etməli və ya ipotekayla təmin edilmiş öhdəliyi vaxtından əvvəl icra etməlidir. - 4.3.1-ci yarımbəndinə əsasən, ipoteka saxlayan müvafiq kredit müqavilələri üzrə öhdəliklər vaxtında yerinə yetirilmədikdə və ya onların yerinə yetirilməsindən imtina edildikdə ipoteka saxlayan Ipotekayla təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka qoyulmuş əmlakı açıq hərracdan ixtisaslaşdırılmış təşkilatlar vasitəsilə satılması üçün tədbirlər görmək hüququna malikdir.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində ## #### 2017-ci il tarixində qeydiyyata alınmış çıxarışdan görünür ki, cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 131,9 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli müqavilə göstərilmişdir.

7. cavabdeh3 MMC tərəfindən “xxxx” BOKT QSC-yə ünvanlanmış ## #### 2017-ci il tarixli ** nömrəli məktubun məzmununda ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli kredit xətti müqaviləsi üzrə ## #### 2017-ci il tarixdə ayrılmış və cavabdeh3 MMC hesabına köçürülməli olan 200000 manat məbləğində pul vəsaitinin “xxxx" MMC-nin "xxxx" KB ASCnin Yasamal filialında olan hesablaşma hesabına köçürülməsi xahiş edilmişdir.

8. ## #### 2017-ci il tarixli köçürmə sənədindən görünür ki, “xxxx” BOKT QSC tərəfindən “xxxx" MMC-nin hesabına 200000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

9. Iddiaçı “xxxx” BOKT QSC ilə cavabdeh cavabdeh3 MMC arasında ## ###### 2019-cu il tarixdə bağlanmış ## #### 2017-ci il tarixli kredit xətti müqaviləsinə ** nömrəli Əlavənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, tərəflərin kommersiya fəaliyyətinin inkişafında maraqlarını və qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını nəzərə alaraq, tərəflər arasında ## #### 2017-ci il tarixdə bağlanmış ***-KTI-****-** nömrəli kredit xətti müqaviləsinin 1.5-ci yarımbəndində nəzərdə tutulmuş kreditin ayrılma müddətini ## ###### 2019-cu il tarixdən başlayaraq 36 ay müddətinə uzadırlar. Tərəflər arasında ## #### 2017ci il tarixdə bağlanmış ***-KTI-****-** nömrəli kredit xətti müqaviləsi üzrə borcalanın ## ###### 2019-cu il tarixə olan borcu * saylı Əlavəyə uyğun şəkildə borcverənə ödəniləcəkdir.

10. ## ###### 2019-cu il tarixli ** nömrəli Əlavə üzrə ödəniş qrafikindən görünür ki, cavabdeh cavabdeh3 MMC-nin banka olan borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi ## ###### 2022-ci il tarixi olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

11. Iddiaçı “xxxx” BOKT QSC ilə ipoteka qoyan qismində cavabdeh1 və borc alan qismində cavabdeh3 MMC arasında bağlanmış ## ###### 2019-cu il tarixli ## #### 2017ci il tarixli ***-KTI-****-** nömrəli sonrakı ipoteka müqaviləsinə ** nömrəli Əlavənin 1.3-cü bəndinə əsasən, ipoteka qoyan razılaşır ki, ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli sonrakı ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik həmçinin cavabdeh3 MMC ilə “xxxx” BOKT QSC arasında ## #### 2017-ci il tarixdə bağlanmış ## #### 2017-ci il tarixli ***-KTI- ****-** nömrəli kredit xətti müqavləsinin müddətinin 36 ay uzadılması ilə bağlı ## ###### 2019-cu il tarixli * saylı Əlavənin də təminatıdır.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestrin *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində ## #### 2022-ci il tarixdə qeydiyyata alınmış çıxarışdan görünür ki, cavabdeh1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 131,9 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli müqavilə və ## ###### 2019-cu il tarixli Əlavə göstərilmişdir.

13. Iddiaçı “xxxx” BOKT QSC ilə cavabdeh cavabdeh3 MMC arasında bağlanmış ## ####### 2019-cu il tarixli ** nömrəli əməkdaşlıq haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, tərəflərin kommersiya fəaliyyətinin inkişafında maraqlarını və bu işdə qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını nəzərə alaraq, satıcı (cavabdeh) istehsal etdiyi və digər Bakı-Sumqayıt şossesi, 7-ci km “Riyad Ticarət Mərkəzi”ndə 1-ci mərtəbədə, 2-ci sıra, 9-cu korpusda və Bakı-Sumqayıt şossesi, 7-ci km Xırdalan şəhəri, B:X.37 ünvanında yerləşən mağazalarda satılan müxtəlif növ və çeşidli mebel və mebel dəstlərinin kreditlə satışını ödəyən (iddiaçı) vasitəsilə həyata keçirir, ödəyən isə satıcının istehsal etdiyi müxtəlif növ və çeşidli mebel və mebel dəstlərinin satışını özünün kredit qaydalarına uyğun olaraq maliyyələşdirir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2022-ci il tarixli */**** nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ## #### 2017-ci il tarixli ***-KTI-****- ** nömrəli kredit müqaviləsi və ## ###### 2019-cu il tarixli ** nömrəli Əlavə Sazişdə qeyd olunan şərtləri nəzərə alınaraq cavabdeh cavabdeh3 MMCnin ## ####### 2021-ci il tarixə iddiaçıya olan əsas borcu 146303,73 manat, faiz borcu 48812,79 manat məbləğində müəyyən edilmişdir.

15. Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2022-ci il tarixli */**** nömrəli əlavə məhkəməmühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli kredit müqaviləsi və ## ###### 2019-cu il tarixli ** nömrəli Əlavə Sazişdə qeyd olunan şərtləri nəzərə alınaraq, cavabdeh3 MMC-nin iddiaçıya olan borcu ## ###### 2019-cu il tarixə: əsas borcu 120686,51 manat, faiz borcu 22915,24 manat; ## ###### 2019-cu il tarixə: əsas borcu 120686,51 manat, faiz borcu 25704,44 manat; ## ####### 2021-ci il tarixə: əsas borcu 120686,51 manat, faiz borcu 56687,3 manat məbləğində müəyyən edilmişdir.

16. Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2023-cü il tarixli */**** nömrəli əlavə məhkəməmühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınaraq, cavabdeh3 MMC-nin iddiaçıya olan borcu ## ###### 2019-cu il tarixə: əsas borcu 120686,51 manat, faiz borcu 22915,24 manat; ## ###### 2019-cu il tarixə: əsas borcu 120686,51 manat, faiz borcu 25704,44 manat; ## ####### 2021-ci il tarixə: əsas borcu 120686,51 manat, faiz borcu 56687,3 manat məbləğində müəyyən edilmişdir. Həmin rəyin məzmununda, həmçinin “... məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulmuş suallarda göstərildiyi kimi ekspertiza tədqiqatı zamanı ## #### 2017ci il tarixli ***-KTI-****-** saylı kredit müqaviləsi üzrə hesablamalar aparılarkən ## ###### 2019-cu il tarixli * saylı Əlavə və həmin Əlavə üzrə tərtib edilmiş “* saylı Əlavə”, yəni “## ###### 2019-cu il tarixli Ödəniş Cədvəli” nəzərə alınmamışdır. Qeyd edilir ki, bank tərəfindən ## #### 2017-ci il tarixli ***-KTI-****-** saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmadı” qeyd edilmişdir.

17. “xxxx” MMC tərəfindən təqdim edilmiş ## #### 2022-ci il tarixli MB **/**** nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 131,9 kv.m. olan qeyri-yaşayış sahəsinin ## #### 2022-ci il tarixinə likvid dəyəri 59200 manat, bazar dəyəri 74000 manat məbləğində təşkil edir.

18. Iş materiallarından görünür ki: - iddiaçı tərəfindən cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə və cavabdeh1 qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək “xxxx” BOKT QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ipoteka saxlayanın razılığı olmadan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən sökülmüş, ümumi sahəsi 131.9 kv.m olan qeyriyaşayış sahəsinin əvəzində həmin ünvanda inşa edilən və ## #### 2022-ci il tarixli müqaviləyə əsasən "xxxx” MMC tərəfindən cavabdeh1 veriləcək ümumi sahəsi 166,6 kv.m. olan qeyri-yaşayış sahəsinin üzərinə “xxxx” BOKT QSC-nin ipoteka hüququnun şamil edilməsi, həmçinin mediasiya prosesinə görə ödənilmiş 410 manat xidmət haqqı və iddia ərizəsinə görə ödənilmiş 840 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. - Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. - Cavabdeh cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2023- cü il tarixli *-*(***)-***/**** nömrəli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Iş materiallarından, həmçinin görünür ki: - Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı “xxxx” BOKT QSC-nin iddiası təmin olunaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 32 ünvanda yerləşən 131,9 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzində həmin ünvanda inşa edilən ## #### 2022- ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC tərəfindən X1 verilmiş ümumi sahəsi 166,6 kv.m olan qeyriyaşayış sahəsi dövlət qeydiyyatına alınarkən öncədən iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi öhdəliyinin “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli 2- *(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli e- *-*(***)-****/**** nömrəli qərarı ləğv edilərək, iddiaçının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı “daşınmaz əmlakın qabaqcadan ipoteka ilə yüklü edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

20. Bakı Apellyasiya Məhkəməsindən ## ####### 2025-ci il tarixli məktubunda Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərardadından məhkəməyə şikayət daxil olmadığı və həmin qərardadın ## ####### 2025-ci il tarixdə qanuni qüvvəsini aldığı qeyd edilmişdir.

21. “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli cavab məktubunda ## #### 2022-ci il tarixli müqaviləyə əsasən ”xxxx” MMC tərəfindən sökülmüş ipoteka predmeti əvəzində X1 veriləcək ümumi sahəsi 166,6 kv.m olan qeyri-yaşayış sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından Bakı Apellyasiya Məhkəməsinin ## ### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsinin icrasının mümkün olmadığı, qeyd olunan qeyriyaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman müvafiq məhkəmə qərarının nəzərə alınacağı qeyd edilmişdir.

22. “xxxx” MMC tərəfindən təqdim edilmiş ## #### 2026-cı il tarixli **-ME-***-2026 nömrəli mütəxəssis rəyindən görünür ki, ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh1 məxsus əmlakın əvəzində eyni ünvanda inşa edilmiş - ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 166,6 kv.m olan qeyri-yaşayış sahəsinin ## #### 2026- cı il tarixinə likvid dəyəri 1573655 manat, bazar dəyəri 1851359 manat məbləğində təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

23. Iddiaçı “xxxx” BOKT QSC cavabdehlər cavabdeh3 MMC-yə, cavabdeh1 və cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh3 MMC-dən 141649,73 (yüz qırx bir min altı yüz qırx doqquz manat, yetmiş üç qəpik) manat məbləğində əsas borc, 52870,31 (əlli iki min səkkiz yüz yetmiş manat, otuz bir qəpik) manat məbləğində faiz borcu, 250523,39 (iki yüz əlli min beş yüz iyirmi üç manat, otuz doqquz qəpik) manat məbləğində cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyatı ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının, mediasiya prosesi ilə bağlı ödənilmiş 460 (dörd yüz altmış) manat məbləğində xidmət haqqının, 735,43 (yeddi yüz otuz beş manat, qırx üç qəpik) mаnаt məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 446268,86 (dörd yüz qırx altı min iki yüz altmış səkkiz manat, səksən altı qəpik) manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 550000 (beş yüz əlli min) manat məbləğində müəyyən edilməklə, mülkiyyət hüququ üzrə cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlaka tutma yönəldildikdə və o satıldıqda, cavabdeh1, cavabdeh2 və digərlərinin tutduqları əmlakın ən geci bir ay ərzində boşaldılması, borcun tutma əmlakının açıq hərracdan satılması hesаbınа ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh3 MMC-yə dövriyyə vəsaitinin artırılması məqsədilə 18 ay müddətinə 200000 manat məbləğində krеdit xətti açılmış və bununlа bаğlı iddiaçı ilə cavabdeh cavabdeh3 MMC arasında ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli krеdit xətti müqаviləsi bаğlаnılmışdır. Krеdit xətti müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, ## #### 2017-ci il tarixdə bağlanmış 3M1294 reyestr saylı ipoteka müqаviləsinə əsasən, dəyəri 550000 manat məbləğində qiymətləndirilmiş, mülkiyyət hüququ cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsi ipotekaya qoyulmuşdur. Ipoteka qoyulmuş əmlak iddianın girovu kimi dövlət reyestrində (reyestr nömrəsi: 007011001206-05101-083002, qeydiyyat nömrəsi: 1117052464) ## #### 2017-ci il tarixdə qeydiyyata alınmışdır. ## #### 2017-ci il tarixli ***- KTI-****-** nömrəli krеdit xətti müqаviləsi üzrə cavabdeh cavabdeh3 MMC-yə 18 ay müddətinə qaytarılmaq şərtilə 200000 manat məbləğində kredit verilmiş və bununla bağlı tərəflər arasında ## #### 2017-ci il tarixli ***-KTI****-** nömrəli kredit müqaviləsi bağlanmışdır. ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli kredit müqaviləsi əsasında ayrılmış 200000 manat kredit məbləği cavabdeh cavabdeh3 MMC-nin ## #### 2017-ci il tarixli ** saylı yazılı müraciətinə əsasən iddiaçı tərəfindən “xxxx” MMC-nin bank hesabına köçürülmüşdür. Cavabdeh cavabdeh3 MMC-nin ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli krеdit xətti müqаviləsi üzrə öhdəliklərini lazımınca icra edə bilməməməsi səbəbindən həmin müqаviləyə edilmiş ## ###### 2019-cu il tarixli * saylı Əlavəyə əsasən, ## ###### 2019-cu il tarixə 146303,73 manat məbləğində olan kreditin qaytarılması 36 ay müddətinə uzadılmışdır. Hazırda krеdit xətti müqaviləsinin şərtlərinə əsasən, cavabdeh cavabdeh3 MMC-nin iddiaçıya ## ###### 2021- ci il tarixə 141649,73 manat məbləğində əsas borcu, 52870,31 manat məbləğində faiz borcu, 250523,39 manat məbləğində cərimə olmaqla, ümumi borcu 445043,43 manat məbləğində təşkil edir. Göründüyü kimi, müqavilə şərtləri əhəmiyyətli dərəcədə pоzulmuş və vurulmuş zərər nəticəsində iddiaçı müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum olmuşdur.

25. Cavabdeh cavabdeh1 nümayəndəsi ## #### 2022-ci il tarixdə iddiaya etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, əsas öhdəlik yaradan ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli kredit xətti müqaviləsi üzrə borcalan cavabdeh3 MMC-yə hər hansı kredit vəsaiti verilməmişdir. Kredit xətti müqaviləsində nəzərdə tutulan 18 aylıq müddət ərzində kredit verilmədiyindən, yəni borc alanın kredit xətti müqaviləsi üzrə əsas öhdəliyi yaranmadığından ipoteka yüklülüyü formal xarakter daşıyır. Belə ki, "Ipoteka haqqında" Qanunun 10.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Bununla yanaşı, işdən görünür ki, iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini cavabdeh3 MMC ilə iddiaçı arasında bağlanmış ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli kredit müqaviləsi ilə əsaslandırmışdır. Lakin ## #### 2017-ci il tarixli sonrakı ipoteka müqaviləsi ## #### 2017ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olmamışdır. Eyni zamanda ## #### 2017-ci il tarixli kredit müqaviləsi ## #### 2017-ci il tarixli kredit xətti müqaviləsinin əlavəsi də deyildir. Bu baxımdan ## #### 2017-ci il tarixli ***-KTI-Q***-** nömrəli kredit müqaviləsi üzrə cavabdeh3 MMC tərəfindən öhdəliklərin icra edilməməsinə görə tutma cavabdeh1 əmlakına yönəldilə bilməz. Bundan başqa, iş materiallarından görünür ki, ## ###### 2019cu il tarixdə ## #### 2017-ci il tarixli 005-KTI-0001- ** saylı sonrakı ipoteka müqaviləsinə * nömrəli Əlavə bağlanılmışdır. Lakin həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Ona görə də həmin müqavilənin hər hansı hüquqi qüvvəsi yoxdur və hazırki işdə nəzərə alına bilməz. Cavabdeh cavabdeh1 nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Cavabdeh cavabdeh3 MMC-nin nümayəndəsi ## #### 2023-cü il tarixdə məhkəməyə etirazla müraciət edərək qeyd etmişdir ki, ## ### 2023-cü il tarixli ekspert rəyi ## ####### 2022-ci il tarixli ekspert rəyinin eyni ilə təkrarıdır. Belə ki, məhkəmə qərardadda altından xətt çəkərək ## ###### 2019-cu il tarixli * saylı Əlavə və həmin Əlavə üzrə tərtib edilmiş * saylı Əlavə, yəni ## ###### 2019-cu il tarixli ödəniş cədvəli nəzərə alınmadan hesablamanın aparılmasına dair ekspert qarşısında göstəriş qoysa da, ekspert yenə də hesablamalarda həmin sənədləri nəzərə almış və nəticədə: müqavilə müddəti başa çatdıqdan sonrakı (## ###### 2019-cu il) müddət üçün 26 faiz dərəcəsi tətbiq edərək faizlər hesablamış; müqavilə müddətinin başa çatmasından sonra (## ###### 2019-cu il) edilmiş ödənişləri həmin tarixə olan ümumi borcdan çıxmaq əvəzinə, həmin ödənişləri müqavilə müddəti başa çatdıqdan sonra qanunsuz olaraq hesabladığı faizlərdən çıxmış; hesabdan çıxarışda ödəniş kimi göstərilən 146303,73 manat vəsaiti tərtib etdiyi ödəniş cədvəlində ödənişlər siyahısına daxil etməmişdir. Eyni zamanda, ekspert qərardadda qoyulan dördüncü sual üzrə, ümumiyyətlə, heç bir tədqiqat aparmamış və həmin sualı cavablandırmamışdır. Həmin ekspertlər barəsində Ədliyyə Nazirliyinə təqdimat verilməlidir. Çünki məhz ekspertlərin səhvinə görə işə mahiyyəti üzrə baxılması hazırkı vaxtadək yubanmış, bu vəziyyət əsassız yerə məhkəmənin və tərəflərin vaxtının alınmasına gətirib çıxarmışdır. Digər tərəfdən rəylərdən görünür ki, müqavilə müddəti başa çatdığı günə - ## ###### 2019cu il tarixə “xxxx" MMC-nin qalıq əsas borcu 120686,51 manat, faiz borcu isə 22915,24 manat olmuşdur (cəmi borc 143601,75 manat). Qanunvericiliyin tələbinə əsasən müqavilə müddəti başa çatdıqdan sonra faizlər hesablanılmadığına görə ## ###### 2019-cu il tarixə olan cəmi borcdan həmin gündən sonra edilmiş ödənişləri çıxmaqla cavabdehin iddiaçıya olan borcunun məbləği adi riyazi hesablama qaydasında da müəyyən edilə bilər. Yəni bu halın müəyyən edilməsi üçün xüsusi biliyə ehtiyac yoxdur. Cavabdeh cavabdeh3 MMC-nin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Iddiaçı ## ##### 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, kommersiya işi üzrə məhkəmə baxışı gedişində cavabdeh cavabdeh1 mülkiyyətində olan və iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 131.9 kv.m olan qeyri-yaşayış sahəsinin ipoteka saxlayanın məlumatı və razılığı olmadan "xxxx” MMC tərəfindən sökülməsi məlum olmuşdur. Bununla əlaqədar, iddiaçı tərəfindən cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə və cavabdeh1 qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək “xxxx” BOKT QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ipoteka saxlayanın razılığı olmadan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən sökülmüş, ümumi sahəsi 131.9 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzində həmin ünvanda inşa edilən və ## #### 2022-ci il tarixli müqaviləyə əsasən "xxxx” MMC tərəfindən cavabdeh1 veriləcək ümumi sahəsi 166,6 kv.m. olan qeyri-yaşayış sahəsinin üzərinə “xxxx” BOKT QSC-nin ipoteka hüququnun şamil edilməsi, həmçinin mediasiya prosesinə görə ödənilmiş 410 manat xidmət haqqı və iddia ərizəsinə görə ödənilmiş 840 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli e-2-2(113)- ***/**** nömrəli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. Cavabdeh cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2023- cü il tarixli *-*(***)-***/**** nömrəli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ## ###### 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. ## #### 2022-ci tarixli müqaviləyə əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 131.9 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanda inşa edilən binada “xxxx” MMC tərəfindən cavabdeh1 veriləcək 166,6 kv.m. əmlaka məhkəmə qətnaməsi ilə iddiaçının ipoteka hüququ şamil edildiyindən iddia dəyişdirilməlidir. Iddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən cavabdeh cavabdeh3 141649,73 (yüz qırx bir min altı yüz qırx doqquz manat, yetmiş üç qəpik) manat məbləğində əsas borc, 52870,31 (əlli iki min səkkiz yüz yetmiş manat, otuz bir qəpik) manat məbləğində faiz borcu, 250523,39 (iki yüz əlli min beş yüz iyirmi üç manat, otuz doqquz qəpik) manat məbləğində cərimə, ipoteka predmetinə tutumanın yönəldilməsinə dair bildirişin qeydiyyatı ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının, mediasiya prosesi ilə bağlı ödənilmiş 460 (dörd yüz altmış) manat məbləğində xidmət haqqının, 735,43 (yeddi yüz otuz beş manat, qırx üç qəpik) mаnаt məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 446268,86 (dörd yüz qırx altı min iki yüz altmış səkkiz manat, səksən altı qəpik) manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın Tutmanın cavabdeh1 mülkiyyətində olan və iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 5 ünvanında yerləşən və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən sökülmüş, ümumi sahəsi 131.9 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzində, həmin ünvanda inşa edilən və ## #### 2022-ci tarixli müqaviləyə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən cavabdeh1 veriləcək və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının ipoteka hüququ şamil edilmiş ümumi sahəsi 166.6 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlaka tutma yönəldildikdə və o satıldıqda, cavabdeh1, cavabdeh2 və digərlərinin tutduqları əmlakın ən geci bir ay ərzində boşaldıması, borcun tutma əmlakının açıq hərracdan satılması hesаbınа ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Cavabdeh cavabdeh3 MMC iddiaya qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, ## ####### 2022-ci il tarixli */**** nömrəli və ## ### 2023-cü il tarixli */**** nömrəli ekspert rəylərindən görünür ki, kredit müqaviləsinin müddətinin bitdiyi günə, yəni ## ###### 2019cu il tarixə borcalanın kreditora ödənilməmiş qalıq əsas borcu 120686,51 manat, faiz borcu 22915,24 manat olmaqla, cəmi borcu 143601,75 manat təşkil etmişdir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 005- KTI-****-** nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan və cavabdeh cavabdeh3 MMC tərəfindən məhkəməyə təqdim edilmiş ## #### 2022-ci il tarixli maliyyə arayışından isə görünür ki, ## ###### 2019-cu il tarixdən sonra cavabdeh3 MMC tərəfindən iddiaçıya ## ###### 2019-cu il tarixdə 146303,73 manat, ## ##### 2020-ci il tarixdə 1104 manat, ## ###### 2020-ci il tarixdə 17677,8 manat, ## #### 2021-ci il tarixdə 4098 manat, ## #### 2021-ci il tarixdə 6425 manat, ## ##### 2021-ci il tarixdə 3645 manat, ## ##### 2021-ci il tarixdə 6260 manat, ## ##### 2021-ci il tarixdə 930 manat, ## ##### 2021-ci il tarixdə 7725 manat və ## ### 2021-ci il tarixdə 4654 manat olmaqla, ümumilikdə 198822,53 manat ödəniş edilmişdir. Qanunvericiliyin tələbinə əsasən müqavilə müddəti başa çatdıqdan sonra faizlər hesablanılmadığına görə ## ###### 2019cu il tarixə olan cəmi borcdan həmin gündən sonra edilmiş ödənişləri çıxdıqda görünür ki, iddiaçıya ödənilməmiş borcu qalmamış, hətta cavabdeh iddiaçıya artıqlaması ilə ödəniş etmişdir. Bu hallar əvvəlki məhkəmə iclaslarında dəfələrlə müzakirə olunmuşdur. Məhz buna görə məhkəmə tərəfindən iki dəfə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və hər iki ekspertizanın təyin edilməsində məhkəmənin məqsədi cavabdeh3 MMC-nin ## #### 2017-ci il tarixli kredit xətti müqaviləsi və ## #### 2017-ci il tarixli kredit müqaviləsi üzrə borcunun ## ###### 2019-cu il tarixli * saylı Əlavə və eynitarixli ödəniş cədvəli nəzərə alınmadan hesablanılması olmuş, məhkəmə qərardadların əsaslandırıcı hissəsində bu barədə kifayət qədər açıq göstərişlər, nəticə hissəsində isə suallar qoymuşdur. Çünki iddia ərizəsində qeyd edilmişdir ki, “... cavabdeh3 MMC ## #### 2017-ci il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərini lazımınca icra edə bilməməsi səbəbindən həmin müqaviləyə edilmiş ## ###### 2019-cu il tarixli * saylı Əlavəyə əsasən ## ###### 2019-cu il tarixə 146303,73 manat məbləğində kreditin qaytarılması məbləği 36 ay müddətinə uzadılmışdır ...”. Halbuki, iddiaçı kredit xətti müqaviləsinin müddətinin uzadılması barədə həmin müqaviləyə ## ###### 2019-cu il tarixdə * saylı Əlavə bağlanıldığını bildirsə də, bu tarixdə nə kredit xətti müqaviləsi, nə də ki, kredit müqaviləsi qüvvədə olmuş, onların qüvvədə olma müddəti 1 ay əvvəl, yəni ## ###### 2019-cu il tarixdə başa çatmışdır. Başqa sözlə, iddiaçı qüvvədə olma müddəti başa çatmış müqaviləyə * saylı Əlavənin bağlanıldığını iddia edir. Halbuki, ## ###### 2019-cu il tarixə kredit müqaviləsinin müddəti başa çatdığına görə həmin tarixdən sonra bağlanmış Əlavələrin hansısa hüquqi qüvvəsi olmamışdır. Həmçinin ## ###### 2019-cu il tarixdə * saylı Əlavənin 1.2-ci yarımbəndinə əsasən tərəflər arasında ## #### 2017-ci il tarixdə bağlanmış 005-KTI-0001- ** nömrəli kredit xətti müqaviləsi üzrə borcalanın ## ###### 2019-cu il tarixə olan borcunun * saylı Əlavəyə uyğun şəkildə borcverənə ödəniləcəyi göstərilsə də, iş materiallarından görünür ki, ümumiyyətlə ***-KTI- ****-** nömrəli kredit müqaviləsinə * saylı Əlavə - ## ###### 2019-cu il tarixli ödəniş cədvəli) imzalanmamışdır. Buna görə də məhkəmə ekspert qarşısında qoyulmuş suallarda hesablamanın ## ###### 2019-cu il tarixli * saylı Əlavə və eyni tarixli ödəniş cədvəli nəzərə alınmadan aparılması barədə suallar qoymuşdur. Lakin hər iki ekspert rəyində ekspertlər məhkəmənin göstərişlərinə baxmayaraq və onların qarşısında qoyulmuş suallardan kənara çıxaraq cavabdeh3 MMC-nin borcunu ## ###### 2019-cu il tarixli * saylı Əlavədə qeyd olunan şərtləri nəzərə alaraq hesablamışlar. Bu isə ekspertin yanlış hesablama aparmasına səbəb olmaqla məhkəmənin qarşıya qoyduğu məqsədlərə uyğun olmamışdır. Çünki ekspertlər onların qarşısına qoyulmuş 2-ci və 3-cü suallar üzrə ## #### 2017-ci il tarixli kredit müqaviləsinin müddətinin başa çatmasından (## ###### 2019-cu il tarix) sonrakı müddət üçün də 26 faiz dərəcəsi tətbiq etməklə hesablama aparmışdır. Halbuki, müqavilə müddətinin başa çatmasından sonra faizlərin hesablanması yolverilməzdir. Həmçinin ekspertlər ## #### 2017-ci il tarixli kredit müqaviləsi müddətinin başa çatmasından (## ###### 2019-cu il) sonra edilmiş ödənişləri müqavilə müddəti başa çatdıqdan sonra qanunsuz olaraq hesabladıqları faizlərdən çıxmışdırlar. Halbuki, qeyd edildiyi kimi ## #### 2017-ci il tarixli kredit müqaviləsinin başa çatmasından sonra edilmiş ödənişlər ## ###### 2019-cu il tarixə olan borcdan çıxılmaqla hesablanılmalı idi. Həmçinin hər iki ekspertiza rəyində cavabdeh3 MMC tərəfindən ## ####### 2021-ci il tarixədək hansı ödənişlərin edilməsi müəyyən edilərkən iş materiallarına əlavə edilmiş hesabdan çıxarışlara istinad edilsə də, nədənsə həmin hesabdan çıxarışda ödəniş kimi göstərilən 146303,73 manat vəsait ödənişlər siyahısında öz əksini tapmamışdır. Bu isə cavabdehin iddiaçıya olan qalıq borcunun səhv hesablanmasına səbəb olan növbəti əsas olmuşdur. Beləliklə, yuxarıda qeyd edildiyi kimi iddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarışda göstərilən ödəniş məbləğləri və cavabdehin təqdim etdiyi maliyyə arayışındakı ödənişlər üst-üstə düşür və məhz bu sübutlar əsasında kredit borcuna görə ## ###### 2019-cu il tarixdən sonra ümumilikdə 198822,53 manat məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tam sübuta yetirilir. Bu isə o deməkdir ki, cavabdehin iddiaçıya ödənilməmiş hər hansı borcu qalmamışdır. Cavabdeh cavabdeh3 MMC-nin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеh cavabdeh3 MMC-dən 120686,51 (yüz iyirmi min altı yüz səksən altı manat, əlli bir qəpik) manat məbləğində əsas borc, 52870,31 (əlli iki min səkkiz yüz yetmiş manat, otuz bir qəpik) manat məbləğində faiz borcu, 6100 (altı min yüz) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, 460 (dörd yüz altmış) manat məbləğində mediasiya xərcinin, 469,66 (dörd yüz altmış doqquz manat, altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 180616,48 (yüz səksən min altı yüz on altı manat, qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” BOKT QSC-nin xeyrinə tutulması, cavabdеh cavabdeh3 MMC-dən tutulmalı olan 180616,48 (yüz səksən min altı yüz on altı manat, qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” BOKT QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh cavabdeh1 məxsus əmlakın əvəzində inşa edilmiş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 166,6 kv.m olan qeyriyaşayış sahəsinə şamil edilməsi və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçı “xxxx” İddiaçı Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 180616,48 (yüz səksən min altı yüz on altı manat, qırx səkkiz qəpik) manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan cavabdeh1 məxsus əmlakın əvəzində inşa edilmiş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 166,6 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 1573655 (bir milyon beş yüz yetmiş üç min altı yüz əlli beş) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

30. Qətnamədən narazı qalan cavabdeh cavabdeh3 MMC apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Eləcə də, qətnamədən narazı qalan digər cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

32. Cavabdeh cavabdeh3 MMC Mülki Məcəllənin 324.6, 405.1, 527.1 və 528-ci maddələrinə istinad etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh3 MMC iddianı qəbul etmir. Ona görə ki, 1) borcalanın ##.##.2019-cu il tarixə əsas borcunun 146.303,73 manat olması; 2) bu borcun qaytarılması müddətinin əlavə olaraq 36 ay müddətinə uzadılması və 3) uzadılmış həmin dövrdə də borca 26 faiz dərəcəsi ilə faizin hesablanılacağı barədə tərəflər arasında hər hansı razılaşma edilməmiş, borcalanın qeyd olunan həmin şərtlərə iradə ifadəsi olmamışdır. Belə ki, * saylı Əlavənin 1.2-ci bəndində isə qeyd edilmişdir ki, bu Əlavənin 1.1-ci yarımbəndinə əsasən ##.##.2017-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsi üzrə "Borcalan"in ##.##.2019-cu il tarixə olan borcunu * saylı Əlavəyə uyğun şəkildə "Borcverənə" ödəyəcək. Lakin tərəflər arasında * saylı Əlavə imzalanmamışdır. Göründüyü kimi ##.##.2019-cu il tarixdə tərəflər kredit xətti müqaviləsinin müddətinin 36 ay müddətinə uzadılması barədə razılığa gəlsələr də, kredit müqaviləsinin müddətinin də uzadılması və yeni ödəniş şərtləri barəsində hər hansı razılaşma etməmişdir. Məlumdur ki, kredit xətti müqaviləsi ilə borcalana kredit verilmir, sadəcə gələcəkdə kreditin ayrılması razılaşdırılır. Kreditin verilməsi və qaytarılması şərtləri (müddət, məbləğ, faiz) isə kredit müqaviləsi ilə tənzimlənir. Yəni, kredit xətti müqaviləsi və kredit müqaviləsi bir-birindən fərqli olmaqla ayrı-ayrı münasibətləri tənzimləyir. Ona görə də kredit xətti müqaviləsinin müddətinin uzadılması kredit müqaviləsinin də müddətinin yeni şərtlərlə uzadılması anlamına gəlmir. Işin hallarından da göründüyü kimi ##.##.2019-cu il tarixli * saylı Əlavə kredit müqaviləsinə deyil, kredit xətti müqaviləsinə edilmişdir. ##.##.2017-ci il tarixli kredit xətti müqaviləsinin müddətinin uzadılması isə avtomatik olaraq ##.##.2017-ci il tarixli kredit müqaviləsinin müddətinin də uzadılması və ya faiz hesablanmasının davam etdirilməsi demək deyil. Odur ki, ##.##.2019-cu il tarixdə kredit xətti müqaviləsinə * saylı Əlavə bağlanaraq kreditin ayrılması müddəti 36 ay uzadılsa da, iş materiallarında məhz ##.##.2017-ci il tarixli kredit müqaviləsinin müddətinin uzadılmasını və ya həmin müqavilə üzrə yeni ödəniş qrafikinin təsdiq edilməsini nəzərdə tutan hər hansı əlavə mövcud deyildir. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2022-ci il tarixli və ##.##.2023-cü il tarixli ekspert rəylərindən görünür ki, kredit müqaviləsinin müddətinin bitdiyi günə, yəni ##.##.2019-cu il tarixə borcalanın kreditora ödənilməmiş qalıq əsas borcu 120.686,51 manat, faiz borcu 22.915,24 manat olmaqla cəmi borc 143.601,75 manat təşkil etmişdir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ***-KTI-****-** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarışdan və cavabdeh cavabdeh3 MMC tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2022-ci il tarixli maliyyə arayışından isə görünür ki, ##.##.2019-cu il tarixdən sonra cavabdeh3 MMC tərəfindən iddiaçıya ümumilikdə 198.822,53 manat ödəniş edilmişdir. Qanunvericiliyin tələbinə əsasən müqavilə müddəti başa çatdıqdan sonra faizlər hesablanılmadığına görə ##.##.2019-cu il tarixə olan cəmi borcdan (143.601,75 manat) həmin gündən sonra edilmiş ödənişləri çıxdıqda görünür ki, cavabdeh3 MMC-nin iddiaçıya ödənilməmiş borcu qalmamış, hətta cavabdeh iddiaçıya artıqlaması ilə ödəniş etmişdir. Cavabdeh apellyasiya şikayətində MPM-in 88, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə bildirmişdir ki, məhkəmə iş üçün əhəmiyyətli olan bu halların heç birini yoxlamamış, buna görə də qanunsuz qətnamə qəbul etmişdir.

33. Cavabdeh cavabdeh1 “Ipoteka haqqında” Qanunun 3.2, 6.1, 6.2, 10.5, 11.1, 11.2, 14.1.1 və 48.1.2-ci maddələrinə, Mülki Məcəllənin 269.4, 269.11, 324.6, 385.1, 405.1, 449.4 və 528-ci maddələrinə istinad etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə edilmiş * saylı Əlavə ilə təmin olunan öhdəliyin həcmi və icra müddəti dəyişdirilmişdir. Lakin həmin dəyişikliklər yalnız ##.##.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ipoteka hüququnun dövlət qeydiyyatına alındığı andan yarandığını nəzərdə tutan qanunvericiliyin tələbləri baxımından, qeyd olunan Əlavənin dövlət qeydiyyatından keçmədiyi ##.##.2019–##.##.2022-ci il tarixləri ərzində ipoteka saxlayanın Əlavədən irəli gələn hüquqları, eləcə də ipoteka qoyanın həmin dəyişikliklərlə əlaqədar öhdəlikləri yaranmamışdır. Belə olan halda, həmin müddət üçün hesablanmış faizlərin (təxminən 90.000 AZN) ipoteka predmetinə yönəldilməsi yolverilməzdir. Lakin, məhkəmə iş üçün xüsusi əhəmiyyət kəsb edən bu halı da nəzərə almamış və lazımi hüquqi qiymət verməmişdir. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, ipoteka hüququ daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara şamil olunan əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Yəni ki, hər hansı bir əmlakın ipoteka ilə yüklü edilməsi, habelə tutmanın ipoteka predmeti qismində hər hansı əmlaka yönəldilməsi üçün zəruri olan ilk şərt əmlakın mövcud olması və onun da dövlət reyestrində qeydə alınmasıdır. Işdən də göründüyü kimi, ipoteka predmeti olan qeyriyaşayış sahəsi sökülmüş (məhv edilmiş) və yerində başqa bina inşa olunmuşdur. Həmin əmlakın əvəzinə başqa qeyri-yaşayış sahəsi verilsə də, həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Sözügedən əmlakın dövlət reyestrində qeydə alınmaması, yəni dolayısı ilə mövcud olmaması tutmanın həmin əmlaka yönəldilməsini istisna edir. Buna baxmayaraq, məhkəmə tutmanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmayan əmlaka yönəldilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə onu da nəzərə almamışdır ki, başqa məhkəmənin qətnaməsi ilə ipotekanın yeni verilən qeyri-yaşayış sahəsinə də şamil edilməsi barədə gəlinən nəticə hazırkı iddianın təmin edilməsi üçün deyil, gələcəkdə qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyata alınarkən yüklülüyün də qeyd alınması üçün əsas təşkil edir. Qeyd olunanlara əsasən tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində məhkəmənin qətnaməsi ləğv edilərək həmin hissədə iddia rədd edilməlidir. * saylı Əlavənin 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Əlavənin 1.1-ci bəndinə əsasən ##.##.2017-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsi üzrə "Borcalan"in ##.##.2019- cu il tarixə olan borcunu * saylı Əlavəyə uyğun şəkildə "Borcverənə" ödəyəcək. Lakin tərəflər arasında * saylı Əlavə imzalanmamışdır. Birincisi, nəzərə almaq lazımdır ki, kredit xətti müqaviləsinin uzadılması kredit müqaviləsinin uzadılması demək deyildir. Işə baxan məhkəmə isə müqavilələri düzgün təhlil etməmiş, ##.##.2019-cu il tarixli müqavilə ilə kredit müqaviləsinin deyil, kredit xətti müqaviləsinin müddətinin uzadılmasını nəzərə almamışdır. Ikincisi, ##.##.2019-cu il tarixli Əlavənin 1.2-ci bəndində göstərilib ki, borcalan ##.##.2019-cu il tarixə olan borcunu * saylı Əlavəyə uyğun ödəyəcək. Eyni şərt ##.##.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin * saylı əlavəsinin 1.4-cü bəndində də nəzərdə tutulmuşdur. Deməli, tərəflər 36 aylıq dövr üzrə ödəniş qaydasını ayrıca * saylı Əlavədə müəyyən etməyi nəzərdə tutublar. Lakin, tərəflər * saylı Əlavə ilə bağlı razılığa gəlməmiş və imzalamamış, hər hansı ödəniş qrafiki müəyyən etməmiş, hansıməbləğin hansı tarixdə, hansı faiz dərəcəsi ilə ödəniləcəyi razılaşdırılmamışdır. Yəni ki, müqavilənin mühüm şərtləri ilə bağlı razılıq əldə edilməmişdir. Müqavilənin mühüm şərtləri mövcud olmadıqda isə müqavilə bağlanmamış sayılır. Üçüncüsü, ##.##.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə * saylı Əlavənin 1.3-cü bəndində göstərilmişdir ki, ipoteka kredit xətti müqaviləsinin müddətinin 36 ay uzadılması ilə bağlı ##.##.2019-cu il tarixli, * saylı Əlavəni də təmin edir. Həmin Əlavənin 1.4-cü bəndində isə qeyd olunmuşdur ki, cavabdeh3 MMC ilə BOKT “xxxx” MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli * saylıƏlavəyə əsasən cavabdeh3 MMC ## ###### 2019-cu il tarixə olan borcunu * saylı Əlavəyə uyğun “Borcverənə” ödəyəcək. Göründüyü kimi, sonrakı ipoteka müqaviləsinə ##.##.2019-cu il tarixli, * saylı Əlavədə müəyyən olunan şərtlər ipotekanın gələcək dövrü də əhatə etməsinə yönəlib. Qanunvericiliyə görə, gələcəkdə ortaya çıxa biləcək tələblərin icrası üçün də ipoteka qoyula bilər. Lakin, bu halda əsas öhdəliyin məbləği, əmələ gəlmə əsasları və icra müddətinin müəyyən edilmə qaydası göstərilməlidir. Tərəflər arasında * saylı Əlavə bağlanmadığı üçün sonrakı ipoteka müqaviləsinin əlavəsi ilə ipotekaya qoyulan əsas öhdəliyin gələcəkdə yaranacaq əsasları aradan qalxmışdır. Halbuki, ipoteka hüququnun əsas prinsiplərindən biri aksessor xarakter prinsipidir. Ipotekanın aksessor xarakteri ondan ibarətdir ki, əsas öhdəlik mövcud deyilsə və ya müəyyən deyilsə, yaxud etibarsızdırsa, ipoteka da mövcud olmur. Işin hallarından göründüyü kimi, cavabdeh cavabdeh3 MMC ##.##.2019-cu il tarixdə iddiaçıya 146300 manat pul ödənildiyini bildirir. Bu, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar, habelə iddiaçının özünün məhkəməyə təqdim etdiyi çıxarışla təsdiq edilir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həmin çıxarışdan görünür ki, cavabdeh cavabdeh3 MMC tərəfindən ##.##.2019-cu il tarixdə iddiaçıya 146.300 manat pul ödənilmişdir. Buna baxmayaraq, məhkəmə həmin ödənişi nəzərə almamışdır. Hesab edilir ki, məhkəmə sübutların qiymətləndirməsində səhvə yol vermiş və cavabdeh tərəfindən öhdəliyin tam icra olunmasını, əsas öhdəlik tam icra edildikdə isə ipotekaya xitam verilməsi əsasının yaranmasını nəzərə almamışdır. Məhkəmə prosesi iştirakçılarının izahatları:

34. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndələri X2 və nümayəndə1 apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

35. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili nümayəndə4, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

36. Məhkəmə kollegiyasının iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

37. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (Mülki Məcəllənin tərəflər arasında olan kredit və kredit xətti müqaviləsinin bağlanıldığı zaman qüvvədə olan 739-741-ci maddələri) Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ### 2018-ci il tarixli Qərarı.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və öz qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh cavabdeh3 MMC arasında ## #### 2017-ci il tarixdə bağlanmış ***-KTI-****-** nömrəli kredit xətti müqaviləsi və ## #### 2017-ci il tarixli ***-KTI-****-** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 26 faiz olmaqla 200000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda ## ###### 2019-cu il tarixdə bağlanmış ## #### 2017-ci il tarixli kredit xətti müqaviləsinə ** nömrəli Əlavə ilə ## #### 2017-ci il tarixdə bağlanmış ***-KTI-****-** nömrəli kredit xətti müqaviləsi üzrə kreditin ayrılma müddəti ## ###### 2019-cu il tarixdən başlayaraq 36 ay müddətinə uzadılmışdır. Cavabdeh həmin müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır.

42. Cavabdeh cavabdeh3 MMC-nin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh ##.##.2019-cu il tarixdə 146303,73 manat ödəniş etdiyini, iddiaçıya heç bir borcunun qalmadığını bildirsə də, nə birinci instansiya məhkəməsinə, nə də işə apellyasiya qaydasında baxılarkən ödənişi təsdiq edən ödəniş qəbzini, hesabdan çıxarışı və s. hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmiş, həmin məbləği ödəməsini sübuta yetirə bilməmişdir. Kollegiya cavabdehin diqqətinə çatdırır ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur və işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Cavabdeh 146303,73 manat ödəniş etməsini sübut edən dəlil qismində iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa (iş materialları İ cild, 69-cu səhifə) istinad etmişdir. Lakin bu sənəd iddiaçı tərəfindən təqdim olunmuş birtərəfli sənəd olub, iddiaçı tərəfindən təqdim edilmiş izahlı arayış və bank hesablarından çıxarış (iş materialları İ cild, səhifə 209-212) ilə sübuta yetirilmişdir ki, həmin sənəddə texniki yanlışlığa yol verilmiş və cavabdehin qalıq borcu səhvən ödəniş məbləği hissəsində qeyd edilmişdir. Halbuki cavabdeh tərəfindən ##.##.2019-cu il tarixində bank hesabına heç bir kredit ödənişi həyata keçirilməmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinin müvafiq dəlili sübuta yetirilmədiyindən kollegiya hesab edir ki, həmin dəlil əsassızdır və təmin edilməməlidir.

43. Kredit müqaviləsinin 36 ayadək uzadılmasına dair tərəflər arasında razılıq əldə edilməməsi, * saylı Əlavənin imzalanmaması və müqavilə tarixi bitdikdən sonra faizlərin hesablanmamalı olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

44. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ### 2018-ci il tarixli Qərarında qeyd edilir ki, kredit xətti müqavilələri bank müştərilərinin rahatlığını, maliyyə xidmətlərinə çıxış imkanlarını sadələşdirmək məqsədi daşıyır. Bu cür müqavilələrə görə, bank müştərinin müraciətinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş qaydada onun kredit müraciəti üzrə tədbir görməyi öhdəsinə götürür. Kredit xətti müqaviləsinin məqsədi tərəflərin gələcək mülki (iqtisadi) münasibətlərinin təşkilidir. Kredit xətti müqaviləsində tərəflər gələcəkdə bağlanacaq müqavilələrin əsas şərtlərini aydın müəyyən etməlidirlər. Təcrübədə belə şərtlər kredit xətti müqaviləsində, onun tərkib hissəsi olan kredit razılaşmasında və ödəniş planında müəyyən olunur. Kredit xətti müqaviləsinin tətbiqi beynəlxalq təcrübədən irəli gəlməklə bank sektorunda müştərilərin maliyyə resurslarına effektiv çıxış imkanlarının yaradılması məqsədi daşıyır. Kredit xəttinin açılması nəticəsində müştəri daha qısa zamanda bankdan kredit ala bilir, həmçinin müqavilədən irəli gələn faiz öhdəliyi müştəri tərəfindən kredit götürüldükdən sonra və istifadə olunmuş məbləğə münasibətdə əmələ gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.

46. Hazırkı işdə ## #### 2017-ci il tarixli Kredit Xətti Müqaviləsinə * saylı Əlavə (iş materialları, İ cild, səhifə 36) ## ###### 2019-cu il tarixində iddiaçı və cavabdeh cavabdeh3 MMC tərəfindən imzalanmış və möhürlənmişdir. Həmin Əlavənin 1.1-ci bəndinə əsasən tərəflər Kredit Xətti Müqaviləsinin 1.5-ci yarımbəndində nəzərdə tutulmuş kreditin ayrılma müddətinin ## ###### 2019-cu il tarixdən başlayaraq 36 ay müddətinə uzadılması barədə razılığa gəlmişdirlər. Həmin Əlavənin 1.2-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə ## ###### 2019-cu il tarixə olan borcunu * saylı Əlavəyə uyğun şəkildə borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Əlavənin 2.1-ci bəndinə əsasən bu razılaşma borcalan öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Kollegiya ilk növbədə qeyd edir ki, bu Əlavə kredit xətti müqaviləsinə dair razılaşdırma kimi imzalansa da, həmin əlavənin 1.1-ci bəndində razılaşdırılmış “bu müqavilə üzrə ayrılan hər kreditin istifadə haqqı illik 26 % hesablanmaqla 18 ay müddətinə verilir” şərti, həmin kredit xətti müqaviləsi əsasında cavabdehə ayrılmış bütün kreditləri ehtiva edir. Həmin bənddə qeyd olunan müddətin tərəflərin Əlavə 1-də razılaşdırdığı qaydada uzadılması sözügedən kredit müqaviləsinin də müddətinin uzadılmasına gətirib çıxaracaqdır. Əlavənin 1.2-ci bəndində məhz kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsindən bəhs olunur. Eləcə də, 2.1-ci bəndə “borcalanın öhdəliklərini tam yerinə yetirməsi” dedikdə, kredit xətti müqaviləsinin 2-ci bəndində nəzərdə tutulmuş vəzifələrin icra edilməsi başa düşülməlidir.

47. Beləliklə, tərəflər arasında bağlanmış * saylı Əlavədə tərəflərin iradə ifadəsinin həqiqi mənası, razılaşmadan sonra cavabdehin sonrakı hərəkətləri (##.##.2020-##.##.2022 tarixləri arasında 9 dəfə - ümumilikdə cəmi 52518,8 manat ödəniş edilməsi) və təqdim edilmiş sübutlar qarşılıqlı şəkildə təhlil edilərək kollegiya belə nəticəyə gəlir ki, tərəflər arasında müqavilənin 36 ay müddətinə uzadılması, həmçinin Əlavənin 3.2-ci bəndinə əsasən bu razılaşma ilə əhatə olunmayan məsələlərin tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri ilə tənzimləndiyi qeyd edilərək faiz dərəcəsinin 26% olması razılaşdırılmışdır. * saylı Əlavənin imzalanmaması müqavilənin 26 faiz dərəcəsi ilə 36 ay müddətinə uzadılmasını istisna etmir və iş materiallarında olan ##.##.2022-ci il və ##.##.2023-cü il tarixli ekspert rəyləri və cavabdeh tərəfindən yuxarıda qeyd edilən ödənişlərin həyata keçirilməsi də bu halı bir daha təsdiq edir.

48. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən tutulmalı olan əsas borc hissəsində ##.##.2022-ci il və ##.##.2023-cü il tarixli ekspert rəylərini, faiz borcu hissəsində isə iddia tələbində tələb edilən faiz borcunu əsas götürməklə düzgün hüquqi nəticəyə gəldiyindən cavabdeh cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.

49. Cavabdeh cavabdeh1 apellyasiya şikayətinin ##.##.2019-cu il tarixdə 146303,73 manat ödəniş edilməsi, kredit müqaviləsinin 36 ayadək uzadılmasına dair tərəflər arasında razılıq əldə edilməməsi, * saylı Əlavənin imzalanmaması və müqavilə tarixi bitdikdən sonra faizlərin hesablanmamalı olmasına dair dəlilləri digər cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və hazırkı qətnamənin 41-45-ci bəndlərində kollegiya həmin dəlillərə bağlı hallara qiymət verilmişdir.

50. Cavabdeh cavabdeh1 apellyasiya şikayətinin ipoteka predmeti olan əmlaka dair dəlilinə münasibətdə kollegiya qeyd edir ki, ## #### 2017-ci il tarixli sonrakı ipoteka müqaviləsinə ## ###### 2019-cu il tarixli * saylı Əlavənin (iş materialları İ cild, səhifə 45) 1.3-cü bəndinə görə ipoteka qoyan razılaşır ki, ipoteka predmeti ## ###### 2019-cu il tarixli kredit xətti müqaviləsinə * saylı Əlavənin də təminatıdır. Bu əlavə də iddiaçı və hər iki cavabdeh tərəfindən imzalanaraq notariat qaydasında təsdiqlənmişdir. Eləcə də, iş materiallarından görünür ki, iddiaçının cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə və cavabdeh1 qarşı “xxxx” BOKT QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ipoteka saxlayanın razılığı olmadan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən sökülmüş, ümumi sahəsi 131.9 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzində həmin ünvanda inşa edilən və ## #### 2022-ci il tarixli müqaviləyə əsasən "xxxx” MMC tərəfindən cavabdeh1 veriləcək ümumi sahəsi 166,6 kv.m. olan qeyri-yaşayış sahəsinin üzərinə “xxxx” BOKT QSC-nin ipoteka hüququnun şamil edilməsinə dair iddiası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ### 2023-cü il tarixli *-*(***)- ***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə də, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka hüququ şamil edilmiş həmin qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə tələbi təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

51. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri tamamilə əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası:

QƏT E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar