Məhkəmə qərarları › İş №e-2-2(3-8)-96/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-96/2026

28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-96/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin xxxxxxxxxxxxxx (sədrlik edən və məruzəçi hakim), xxxxxxxxxxxxx hakimlər ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli iş üzrə icraatın dayandırılması barədə qərardadından iddiaçı tərəfindən verilmiş apellaysiya şikayətinə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 310666 (üç yüz on min altı yüz altmış altı) manat məbləğində borc və ödənilmiş 600 (altı yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə iş üzrə icraatın dayandırılması barədə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, iddia tələbinin əsaslandırılmasında mühüm sübutlardan biri kimi borcun etirafı müqaviləsinə istinad olunur. Həmin sənəd iddia tələbinin mövcudluğu, borcun məbləği, borcun cavabdeh tərəfindən tanınıb-tanınmaması və tərəflər arasında öhdəliyin hüquqi əsasının müəyyən edilməsi baxımından iş üçün həlledici əhəmiyyət daşıyır. Həmin borcun etirafı müqaviləsi hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(*-**)-****/**** nömrəli kommersiya işi üzrə mübahisələndirilir. Sözügedən müqavilə ilə bağlı mübahisə həll edilmədən Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan hazırki iş üzrə düzgün, hərtərəfli və obyektiv nəticəyə gəlmək mümkün olmayacağını əsas gətirərək icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254-cü maddəsinin tələbinə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*- **)-***/**** nömrəli Qərardadı ilə iş üzrə cavabdeh Cavabdeh nümayəndəsi tərəfindən verilmiş “iş üzrə icraatın dayandırılması haqqında“ vəsatət təmin olunmuşdur. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi bu qərardaddan şikayət verərək, vəsatətin əsassız, cavabdehin borcunun mövcud olması isə işin mübahisəsiz halı olduğunu, iş üzrə icraatın dayandırılması barədə vəsatətin işin uzadılması məqsədi daşıdığını əsas gətirərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Qeyd olunanlarla bağlı kollegiya, birinci instansiya məhkəməsinin sözügedən qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab etmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə Mülki Prosessual Məcəllənin 254cü maddəsində nəzərdə tutulan tələblərdən (hallardan) hər hansı birinin mövcud olması məhkəmənin iş üzrə icraatı dayandıraraq bu barədə qərardad qəbul edə bilməsinin mümkünlüyünü əsas gətirmişdir. Iş üzrə icraatın dayandırılması elə bir prosessual tədbirdir ki, həmin tədbirin görülməsinə bir qayda olaraq, iddia icraatı qaydasında əmlak və ya qeyri əmlak xarakterli iddialara baxılarkən yol verilir. Bu, sadəcə olaraq, işə obyektiv baxılmasına mane olan hallar aradan qalxana qədər vaxtın müvəqqəti olaraq dondurulmasıdır. Burada söhbət elə bir asılılıqdan gedir ki, digər məhkəmənin çıxaracağı qərar cari iş üzrə faktları və hüquqi nəticəni birbaşa müəyyən edir (preyudisiya yaradır) və o qərar olmadan cari işi həll etmək mümkün olmur. Iş materiallarından göründüyü kimi, hazırda Bakı Kommersiya Məhkəməsində iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsi üzrə mülki iş icraatda olmaqla yekun məhkəmə aktı qəbul edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin icraatında iddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə tələbin əsasını Bakı Kommersiya Məhkəməsində mübahisələndirılən müqavilə təşkil edir. Belə vəziyyətdə iş üzrə hazırda yekun qərarın verilməsi hərtərəfli araşdırmanı təmin etməməklə mübahisələndirilən müqavilə ilə bağlı ziddiyyətli məhkəmə mövqeləri ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 254, 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar