Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-107/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kiçik iddia ərizəsinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması tələbi. Şirvan şəhəri, # #### 2026-c il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu, (sədrlik edən, məruzəçi) Əsədli Mahir Abdulla oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia üzrə kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər cavabdeh1, cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - ***R********** saylı krеdit razılaşması üzrə 6979,53 manat məbləğində krеdit bоrcu, 825,28 manat məbləğində faiz bоrcu və 199,30 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8004 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100,04 manat məbləğində dövlət rüsumunun tutulması barəd qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh1 və zamin cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən cavabdeh1 120 ay müddətinə 450000 manat məbləğində krеdit хətti açılmışdır. ##.##.2024-cü il tarixli ***L************S saylı sazişlə ##.##.2023-cü il tarixli ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh1 İddiaçı QSC ilə##.##.2024-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 35 ay müddətinə,aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2025- ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. cavabdeh1 götürdüyü krеdit bоrcundan 2020,47 manat ödəmiş, onun 6979,53 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2026-cı il tarixə 143 gün üçün hesablanmış faiz borcu 825,28 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2026-cı il tarixə 143 gün üçün hеsablanmış cərimə 199,30 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPMnin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) cavabdehlər cavabdeh2 və cavabdeh1 poçt vasitəsilə çatdırılmışdır. Cavabdehlər tərəfindən iddia ərizəsinə iqarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2-2(4-14)-700/2026 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit müqaviləsinə əsasən 6979,53 manat əsas borcun, 825,28 manat faiz borcu, 10 manat cərimə borcu və ödənilmiş 100,04 manat dövlət rüsumu olmaqla, cəmi 7914,85 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsini ləğv edərək iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edərək alınmış rəyi digər sübutlarla yanaşı qiymətlədirilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə razılaşmır. Hesab edir ki, məhkəmə işin faktiki hallarını tam araşdırmadan yalnız iddiaçı bankın təqdim etdiyi sənədlərə əsaslanaraq qətnamə qəbul etmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışda və maliyyə arayışında əks olunan məlumatların həqiqətə uyğun olub-olmadığını yoxlamamış, həmin sənədlərdə göstərilən əsas borcun, faiz borcunun və cərimənin düzgün hesablanmasını müəyyən etmək üçün mühasibatlıq ekspertizası təyin etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün belə ekspertizanı öz təşəbbüsü ilə də təyin edə bilərdi. Şikayətçi bildirir ki, məhkəmə yalnız kredit müqaviləsində nəzərdə tutulmuş 199,30 manat cəriməni 10 manatadək azaltmaqla ədalətli qətnamə qəbul etdiyini hesab etmiş, lakin iş üzrə digər mühüm halları araşdırmamışdır. Bundan başqa, qeyd etmişdir ki, məhkəmə kredit müqaviləsi üzrə öhdəliklərin hansı səbəbdən icra edilməməsini, bankın borcalana hər hansı güzəşt edibetməməsini, tərəflər arasında yaranmış mübahisənin kompromis və ya barışıq yolu ilə həll olunması istiqamətində hər hansı cəhd göstərilib-göstərilməməsini araşdırmamış, özü də tərəflərin barışmasına və mübahisənin məhkəmədənkənar qaydada həllinə yardım göstərməmişdir. Həmçinin bildirmişdir ki, məhkəmənin qətnaməsində iddia ərizəsinin surətinin və məhkəmə bildirişinin ona poçt vasitəsilə göndərildiyi göstərilsə də, həmin sənədlər ona rəsmi qaydada təqdim edilməmiş, buna görə də iddia ərizəsinə etirazını, sübutlarını və vəsatətlərini təqdim etmək imkanından məhrum olmuş, işə sadələşdirilmiş icraat qaydasında baxılmaqla onun iştirakına şərait yaradılmamışdır. Şikayətçi əlavə olaraq qeyd etmişdir ki, dəfələrlə banka müraciət edərək maddi vəziyyətinin ağır olduğunu bildirmiş, müqavilənin yenilənməsini və aylıq ödənişlərin azaldılmasını təklif etmiş, lakin bank onun bu təkliflərini qəbul etməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya şikayətinə qarşı etiraz və işə məhkəmə iclasında baxılması barədə vəsatət məhkəməyə daxil olmadığından, Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh cavabdeh1 apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsini ləğv edərək iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də məhkəmə Kollegiyası qətnamənin əsaslılığını cavabdehin apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən, Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1-ci maddəsinə əsasən, Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 741.1-ci maddəsinə əsasən, Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2-2(4- 14)-700/2026 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh1 sahibkarlıq subyekti kimi ##.##.2020cı il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (2603342532) verilmişdir və o, hal-hazırda Lənkəran rayonu, Şağlakücə ərazi dairəsi, Şağlakücə kəndində qeydiyyatdadır. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən cavabdeh1 120 ay müddətinə 450.000 manat məbləğində krеdit хətti açılmışdır. Eyni zamanda zamin cavabdeh2 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli ***R********** saylı kredit müqaviləsinə əsasən, Bank ümumi məbləği 9000 manat olan borc pulu aylıq faiz dərəcəsi 2.1667% olmaqla 35 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan kreditin verilməsinə dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh1 bank hesabına ##.##.2024- cü il tarixdə 90 manat məbləğində komissiya haqqı çıxmaqla, 9000 manat məbləğində kredit məbləği köçürülmüşdür. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit müqaviləsi üzrə son ödəniş tarixi ##.##.2027-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, cavabdeh1 ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit müqaviləsinə əsasən əsas borc üzrə 6979,53 manat, faiz borcu 825,28 manat, cərimə borcu 199,30 manat olmaqla, cəmi borc məbləği 8004,11 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı QSC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit müqaviləsinə əsasən yaranmış borcun ##.##.2026-cı il tarixinədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh cavabdeh1 narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, yalnız iddiaçı bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışına istinad etmiş, həmin sənədlərdə göstərilən borc məbləğinin düzgünlüyünü yoxlamaq üçün mühasibatlıq ekspertizası təyin etməmişdir. Şikayətçi hesab edir ki, kredit öhdəliyinin hansı səbəbdən icra edilmədiyi, bankın güzəşt etməsi imkanları, tərəflərin barışıq imkanları və borcun düzgün hesablanması araşdırılmadığından qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bundan əlavə, məhkəmə bildirişlərinin ona təqdim edilmədiyini, buna görə də etiraz və sübutlarını təqdim etmək imkanından məhrum qaldığını, nəticədə işə onun iştirakı təmin edilmədən baxıldığını göstərərək qətnamənin ləğv edilməsini, iş üzrə mühasibatlıq ekspertizasının təyin olunmasını və ekspert rəyindən sonra yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. İş materiallarından müəyyən edilir ki, İddiaçı QSC ilə cavabdeh cavabdeh1 arasında əvvəlcə ##.##.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış, sonradan həmin müqaviləyə edilmiş dəyişiklik əsasında ##.##.2024-cü il tarixli ***R********** nömrəli kredit sazişi üzrə cavabdehə 35 ay müddətinə 9.000 manat məbləğində biznes krediti verilmiş, kredit vəsaiti onun hesabına köçürülmüş, ödəniş planı müəyyən edilmiş və zamin cavabdeh2 kredit öhdəliklərinin icrasına görə bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Həmin hallar kredit müqaviləsi, kreditin verilməsinə dair qəbz, ödəniş planı və digər yazılı sübutlarla təsdiq olunur, cavabdehlər isə nə kredit müqaviləsinin bağlanmasını, nə kredit vəsaitinin alınmasını, nə də zaminlik münasibətlərini mübahisələndirmişlər.
2. Birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini lazımi qaydada icra etməmiş, ##.##.2025-ci il tarixindən etibarən ödənişlər gecikdirilmiş, ##.##.2026-cı il tarixə əsas borc üzrə 6.979,53 manat, faiz borcu üzrə 825,28 manat borc yaranmış, bank tərəfindən borcun könüllü qaydada ödənilməsi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. Ən başlıcası isə cavabdehlər həmin sənədlərdə göstərilən borcun ödənildiyini və ya borcdan azad olmalarını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. MPM-in sübutetmə yükünü tənzimləyən normalarına uyğun olaraq, iddiaçının təqdim etdiyi yazılı sübutlar əks sübutlarla təkzib edilmədiyi halda məhkəmənin onları sübut kimi qəbul etməsi qanunauyğundur.
3. Apellyasiya şikayətində məhkəmənin yalnız bankın təqdim etdiyi sənədlərə istinad etməsi və mühasibatlıq ekspertizası təyin etməməsi əsas dəlil kimi göstərilmişdir. Lakin kollegiya hesab edir ki, həmin dəlillər əsaslı deyildir. Çünki mühasibatlıq ekspertizasının təyin edilməsi yalnız iş üzrə mövcud sübutların qiymətləndirilməsi ilə müəyyən edilə bilməyən xüsusi bilik tələb edən hallarda zəruridir. Hazırkı işdə isə borcun məbləği tərəflər arasında bağlanmış müqavilə, hesabdan çıxarış və maliyyə arayışı ilə müəyyən edilmiş, cavabdehlər həmin hesablamaların konkret hansı hissəsinin yanlış olduğunu göstərməmiş, alternativ hesablamalar və ya ödəniş sənədləri təqdim etməmişlər. Belə olan halda, yalnız ehtimal xarakterli mülahizələrə əsaslanaraq ekspertiza təyin edilməməsi məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
4. Apellyasiya şikayətində bankın güzəşt etməməsi, tərəfləri barışdırmaq üçün təşəbbüs göstərməməsi və məhkəmənin də bu istiqamətdə araşdırma aparmaması barədə dəlillər də qətnamənin ləğvi üçün əsas hesab oluna bilməz. Kredit müqaviləsindən irəli gələn öhdəliyin mövcudluğu və onun icra edilməməsi müəyyən edildikdən sonra kreditorun güzəşt etməsi onun hüququ olub, vəzifəsi deyildir. Məhkəmənin əsas vəzifəsi isə tərəflərin hüquq münasibətlərini və öhdəliklərinin icra olunub-olunmamasını müəyyən etməkdir. İş materialları ilə sübuta yetirilmiş kredit borcu mövcud olduğu halda, bankın əlavə güzəştlər etməməsi və ya tərəflərin barışıq əldə etməməsi iddia tələbinin rədd edilməsinə səbəb ola bilməz. Cavabdehin sonradan maddi vəziyyətinin ağırlaşması da bağlanmış müqavilədən irəli gələn öhdəlikləri aradan qaldırmır və onu kredit borcunun qaytarılmasından azad etmir.
5. Kollegiya apellyasiya şikayətində cavabdehin məhkəmə bildirişlərinin ona təqdim edilməməsi barədə dəlilini də əsaslı hesab etmir. Birinci instansiya məhkəməsinin qətnaməsində iddia ərizəsinin icraata götürülməsi barədə qərardadın, iddia ərizəsinin surətinin və prosessual hüquq və vəzifələrin izahını ehtiva edən məhkəmə bildirişinin cavabdehlərə poçt vasitəsilə göndərildiyi göstərilmişdir. Cavabdeh həmin məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən heç bir sübut təqdim etməmiş, məhkəmə tərəfindən prosessual qaydaların pozulduğunu sübuta yetirə bilməmişdir. Bundan əlavə, apellyasiya instansiyasında da cavabdeh borcun ödənildiyini, hesablamaların yanlış aparıldığını və ya öhdəlikdən azad edilməsini təsdiq edən yeni sübut təqdim etməmişdir.
6. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 445.2.1, 448.1, 739.1, 739.3, 740.1 və 743.1-ci maddələrini düzgün tətbiq etməklə kredit müqaviləsindən irəli gələn öhdəliklərin mövcudluğunu və həmin öhdəliklərin cavabdehlər tərəfindən lazımınca icra edilmədiyini düzgün müəyyən etmiş, iş üzrə toplanmış sübutları MPM-in sübutların qiymətləndirilməsi ilə bağlı normalarına uyğun qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə iş üzrə müəyyən edilmiş faktiki halları və birinci instansiya məhkəməsinin hüquqi nəticələrini təkzib edən mötəbər sübutlarla təsdiq olunmadığından, həmin dəlillər formal mülahizə xarakteri daşıyır və qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Buna görə də Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Q ə t e t d i:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2-2(4-14)-700/2026 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.