Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-114/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 qarşı “kredit borcunun tutulması tələbi” nə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit borcunun tutulması tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakıqətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ## ###### 2024-cü il tarixli kredit müqaviləsi üzrə 24783.99 manat əsas borc, 2133.88 manat faiz borcu və 11.33 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26929.2 manat borcun və 170.79 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh1 ## ###### 2024- cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 20 faizlə 36 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq cavabdeh4, cavabdeh2 və cavabdeh3 ilə ## ###### 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. ## #### 2025-dək cavabdeh1 banka ## ###### 2024-cü il tarixli kredit müqaviləsi üzrə 24783.99 manat əsas borc, 2133.88 manat faiz borcu və 45.32 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 26963.19 manat borcu vardır. cavabdeh1 ## ###### 2024 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 45.32 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 11.33 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti sonradan “iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ## ###### 2024-cü il tarixli kredit müqaviləsi üzrə 25419,91 manat əsas borc, 2133.88 manat faiz borcu, 11.33 manat cərimə və ##.##.2025-ci l tarixdən ##.##.2026-cı il tarixədək illik 5% ilə hesablanmış 1073,97 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 28639,09 manat borcun və 175.99 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İddianın dəqiqləşdirilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh1 və qeyrilərinə qarşı “borc” tələbinə dair e-2- *(***)-****/**** nömrəli kommersiya mübahisəsi məhkəmənin icraatındadır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ## ###### 2025-ci il tarixli */**** saylı ekspert rəyinə əsasən ##.##.2024-cü il tarixli **-MZ*-*-*-***-**/* saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin ##.##.2025-ci il tarixinə 25419.91 manat olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ekspertiza rəyinin qeyd olunan hissəsi ilə razılaşaraq iddia tələbini həmin rəyə uyğun olaraq tələb etmişdir. Bundan başqa, iş materiallarında olan ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1073.97 manat məbləğində əlavə borcu vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz borcluya tətbiq olunur. Göründüyü kimi, qanunverici qeyd olunan norma ilə icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi ilə şərtləndirmişdir. Qeyd olunan normadakı tənzimləmənin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditorun vəsaitindən qanunsuz şəkildə istifadə etməsinin və faydalanmasının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faiz – gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə1 iddianı müdafə edərək iddia ərizəsinə və təqdim edilən mülahizəyə uyğun izahat vermiş, həmçinin əlavə olaraq bildirmişdir ki, cavabdehlər tərəfindən edilmiş və ekspert rəyində nəzərə alınmayan ödənişlər nəzərə alınaraq yeni maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Qeyd etdiklərini nəzərə alaraq, o, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 25419,91 manat əsas borc, 1528,24 manat faiz borcu, 11.33 manat cərimə və ##.##.3035-ci l tarixdən ##.##.2026-cı il tarixədək illik 5% ilə hesablanmış 1073,97 manat gecikdirmə faizi olmaqla, cəmi 28033,45 (iyirmi səkkiz min otuz üç manat, qırx beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 174,10 (bir yüz yetmiş dörd manat, on qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 195.76 manatı cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 müştərək qaydada, 4,24 manatının isə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsinin qeyd edilən əsaslara görə ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi qanunsuz və əsassız qəbul edilmişdir. Şikayətdə qeyd edilmişdir ki, ##.##.2024-cü il tarixdə İddiaçı ASCnin Lənkəran filialı ilə bağlanmış kredit müqaviləsinə əsasən 30.000 manat kredit götürülmüş, həmçinin üç zaminlik müqaviləsi bağlanmışdır. Lakin məhkəmənin əsaslandığı mühasibatlıq ekspertizasının rəyində kredit üzrə hesablamalar düzgün aparılmamış, aylıq 1,67 faiz dərəcəsi ilə hesablanmalı olan ödənişlər düzgün müəyyən edilməmiş, nəticədə ekspert rəyində əsas borc bankın iddia etdiyi məbləğdən artıq göstərilmişdir. Belə ki, bankın iddia etdiyi əsas borc 24.783,99 manat olduğu halda, ekspert rəyində və qətnamədə 25.419,91 manat əsas borc müəyyən edilmiş, bu məbləğ Mərkəzləşdirilmiş Kredit Reyestrində əks olunan məlumatlarla da uyğunluq təşkil etməmişdir. Həmçinin ekspert rəyində 30.000 manat kredit məbləğinin aylıq 1,67 faiz dərəcəsi ilə hesablanmasına baxmayaraq, ilk ay üzrə 517,70 manat faiz silindiyi, sonrakı aylarda da artıq faiz tutulmasının davam etdiyi, bankın faiz hesablamasını ildə 365 gün deyil, 360 gün əsasında apardığı, bundan əlavə ekspert rəyində nəzərə alınmayan 1.073,97 manat gecikdirmə faizinin də qətnamə ilə təmin edildiyi göstərilmiş və bu səbəbdən iş üzrə təkrar ekspertiza təyin edilməsinin zəruri olduğu bildirilmişdir. Bundan başqa qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən onun məhkəmə iclasında iştirakını təmin etməmiş, növbəti iclasda əsaslı sübutlar təqdim edəcəyini bildirməsinə baxmayaraq ərizəsini nəzərə almadan yekun qətnamə qəbul etmiş, nəticədə onun müdafiə hüququ və konstitusion hüquqları pozulmuşdur. Bu əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçın nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini əsassız hesab edərək onun təmin edilməməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh cavabdeh1 apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsinin qeyd edilən əsaslara görə ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə Qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1-ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər. 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda. 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdehlər olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda. 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh1 (“borcalan”) arasında bağlanmış ##.##.2021-ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, cavabdeh1 120 ay müddətinə, 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC (Borcverən) ilə cavabdeh1 (borcalan) arasında bağlanmış ##.##.2024-cü il tarixli, **-MZ*-*-*-***-**/* nömrəli kredit verilməsinə dair müqavilənin surətindən görünür ki, cavabdeh1 biznes məqsədi ilə aylıq 1.67 faizlə, 36 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi və müqavilə ilə müəyyən edilmiş digər şərtlərə uyğun olaraq borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh3 (zamin) arasında bağlanmış ##.##.2024-cü il tarixli, Z/*****/** nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh3 ##.##.2021- ci il tarixli, 13-MZ3-2-0-183- 21nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında bankdan kredit götürmüş “Borcalan”ın Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh4 (zamin) arasında bağlanmış ##.##.2022-ci il tarixli, Z/*****/** nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh4 ##.##.2021- ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında bankdan kredit götürmüş “Borcalan”ın Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh2 (zamin) arasında bağlanmış ##.##.2021-ci il tarixli, **-MZ*-*-****-** nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh2 ##.##.2021-ci il tarixli, **-MZ*-*-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair müqavilə əsasında bankdan kredit götürmüş “Borcalan”ın Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, **-MZ*-*-*-***-**/* nömrəli kredit müqaviləsinə * saylı əlavə ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə son ödəniş tarixi ##.##.2027-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ##.##.2024-cü il tarixli, **-MZ*-*-*-***-**/* saylı kredit müqaviləsi üzrə cavabdeh1 24783,99 manat məbləğində əsas bоrcu, 2133,88 manat məbləğində faiz bоrcu, 45,32 manat cərimə borcu olmaqla, ümumilikdə 26963,19 manat borcu vardır. İş materiallarında olan Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə iş üzrə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-cİ il tarixdə məhkəməyə daxil omuş ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyində qeyd edilmişdir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli 13- MZ*-*- *-***-**/* saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə (pretenzuya məktubunun göndərildiyi tarixə) və ##.##.2025-ci il tarixə (ekspert rəyinin tərtib olunduğu tarixə) banka olan borcu ##.##.2025-ci il tarixə əsas borc üzrə 25.419,91 manat, faiz borcu üzrə 1.528,24 manat. ##.##.2025-ci il tarixə əsas borc üzrə 25.419,91 manat, faiz borcu üzrə 5433,76 manat müəyyən edilmişdir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. İş materiallarında olan ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, ##.##.2024-cü il tarixli, **-MZ*-*-*-***-**/* saylı kredit müqaviləsi üzrə cavabdeh1 ## #### 2025-ci il tarixindən ## ###### 2026-cı il tarixinədək illik 5 %-lə hesablanmış 1073.97 AZN borcu vardır. İş materiallarında olan 1802864816 və ********** nömrəli ödəniş qəbzlərindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün 170,79 manat və 5,20 manat olmaqla, ümumilikdə 175.99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh cavabdeh1 narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi qanunsuz və əsassız qəbul edilmişdir. Şikayətdə göstərilmişdir ki, ##.##.2024-cü il tarixdə İddiaçı ASC-nin Lənkəran filialı ilə bağlanmış kredit müqaviləsinə əsasən 30.000 manat kredit götürülmüş, həmçinin üç zaminlik müqaviləsi bağlanmışdır. Lakin məhkəmənin əsaslandığı mühasibatlıq ekspertizasının rəyində kredit üzrə hesablamalar düzgün aparılmamış, aylıq 1,67 faiz dərəcəsi ilə hesablanmalı olan ödənişlər düzgün müəyyən edilməmiş, nəticədə ekspert rəyində əsas borc bankın iddia etdiyi məbləğdən artıq göstərilmişdir. Belə ki, bankın iddia etdiyi əsas borc 24.783,99 manat olduğu halda, ekspert rəyində və qətnamədə 25.419,91 manat əsas borc müəyyən edilmiş, bu məbləğ Mərkəzləşdirilmiş Kredit Reyestrində əks olunan məlumatlarla da uyğunluq təşkil etməmişdir. Həmçinin ekspert rəyində 30.000 manat kredit məbləğinin aylıq 1,67 faiz dərəcəsi ilə hesablanmasına baxmayaraq, ilk ay üzrə 517,70 manat faiz silindiyi, sonrakı aylarda da artıq faiz tutulmasının davam etdiyi, bankın faiz hesablamasını ildə 365 gün deyil, 360 gün əsasında apardığı, bundan əlavə ekspert rəyində nəzərə alınmayan 1.073,97 manat gecikdirmə faizinin də qətnamə ilə təmin edildiyi göstərilmiş və bu səbəbdən iş üzrə təkrar ekspertiza təyin edilməsinin zəruri olduğu bildirilmişdir. Bundan başqa qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən onun məhkəmə iclasında iştirakını təmin etməmiş, növbəti iclasda əsaslı sübutlar təqdim edəcəyini bildirməsinə baxmayaraq ərizəsini nəzərə almadan yekun qətnamə qəbul etmiş, nəticədə onun müdafiə hüququ və konstitusion hüquqları pozulmuşdur. Bu əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. İş materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə cavabdeh1 arasında ##.##.2024-cü il tarixli, **-MZ*-*-*-***-**/* nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə biznes məqsədləri üçün 36 ay müddətinə aylıq 1,67 faiz dərəcəsi ilə 30.000 manat kredit verilmişdir. Kredit öhdəliyinin təminatı qismində cavabdeh2, cavabdeh4 və cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış, zaminlər borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tam həcmdə icrasına görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit və zaminlik müqavilələrinin etibarsızlığı, yaxud onların iradə qüsuru ilə bağlanması barədə iş materiallarında hər hansı sübut mövcud deyildir və apellyasiya şikayətində də belə hal irəli sürülməmişdir. Əksinə, şikayətçi kredit vəsaitini aldığını, müqavilə öhdəliklərini vaxtında icra edə bilmədiyini etiraf etmişdir. Deməli, tərəflər arasında Mülki Məcəllənin 743-cü maddəsində nəzərdə tutulmuş etibarlı kredit hüquq münasibətlərinin yarandığı mübahisəsizdir.
2. Birinci instansiya məhkəməsi iddia tələbini tam deyil, qismən təmin etmiş, bunu isə iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələri ilə əsaslandırmışdır. Belə ki, iddiaçı ilkin olaraq 24.783,99 manat əsas borc tələb etsə də, ekspertiza nəticəsində əsas borcun 25.419,91 manat olduğu müəyyən edildikdən sonra iddia tələbini həmin rəqəmə uyğun dəqiqləşdirmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi hesablamanı avtomatik qəbul etməmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı rəyinə istinad etməklə əsas borcun və faiz borcunun məbləğini müəyyən etmiş, eyni zamanda iddiaçının tələb etdiyi faiz borcunu da ekspert rəyində müəyyən edilən məbləğ həddində, yəni 1.528,24 manat məbləğində təmin etmişdir. Bu isə göstərir ki, məhkəmə iddiaçının təqdim etdiyi hesablamanı deyil, müstəqil ekspert tərəfindən aparılmış hesablamanı əsas götürmüşdür.
3. Apellyasiya şikayətində ekspert rəyinin düzgün olmadığı, Mərkəzləşdirilmiş Kredit Reyestrində əsas borcun 24.783,99 manat göstərildiyi, bankın faiz hesablamalarını 365 gün deyil, 360 gün əsasında apardığı, ilk ay üzrə 517,70 manat faiz tutulduğu və buna görə təkrar ekspertiza keçirilməsinin zəruri olduğu göstərilmişdir. Lakin kollegiya hesab edir ki, həmin dəlillər yalnız mülahizə xarakteri daşıyır və ekspert rəyinin qeyri-mötəbər hesab edilməsi üçün kifayət etmir. Şikayətçi ekspert rəyinin elmi cəhətdən yanlış olduğunu təsdiq edən alternativ ekspert rəyi, mütəxəssis rəyi və ya digər mötəbər sübut təqdim etməmiş, ekspert tərəfindən hansı konkret hesablamaların hansı metodika ilə səhv aparıldığını əsaslandırmamışdır. Mərkəzləşdirilmiş Kredit Reyestrində əks olunan məlumatların kredit təşkilatının məlumat bazası əsasında formalaşması həmin məlumatların məhkəmə ekspertizasının hesablamalarından üstün sübuti qüvvəsinə malik olması anlamına gəlmir. Ekspertiza isə kredit müqaviləsi, ödəniş cədvəli, faktiki ödənişlər, hesabdan çıxarışlar və digər maliyyə sənədləri əsasında aparılmışdır. MPM-in 88-ci maddəsinə uyğun olaraq məhkəmə ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirmiş və həmin rəyin iş materiallarına uyğun, əsaslandırılmış və mötəbər olması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası da həmin qiymətləndirməni düzgün hesab edir.
4. Şikayətçinin bank tərəfindən faizlərin 360 gün əsasında hesablanması barədə istinadları da qətnamənin ləğvi üçün əsas vermir. Belə ki, iş üzrə hesablamalar birbaşa bankın daxili hesablamalarına əsasən deyil, məhkəmənin təyin etdiyi ekspertiza vasitəsilə yoxlanılmışdır. Məhz ekspertiza nəticəsində iddiaçının tələb etdiyi faiz borcu azaldılmış və məhkəmə tərəfindən ekspert rəyində göstərilən 1.528,24 manat faiz borcu qəbul edilmişdir. Bu isə birinci instansiya məhkəməsinin bankın hesablamalarını tənqidi qiymətləndirdiyini və mübahisəni yalnız ekspertiza ilə təsdiq olunan hissədə təmin etdiyini göstərir. Bu baxımdan, apellyasiya şikayətində göstərilən hesablama fərqləri məhkəmənin gəldiyi nəticəni təkzib etmir.
5. Kollegiya, həmçinin şikayətçinin məhkəmə iclasında iştirak etmədiyinə görə müdafiə hüququnun pozulduğu barədə dəlillərini də əsaslı hesab etmir. İş materiallarından görünür ki, cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə uyğun qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə qarşı MPM-in 154-cü maddəsində nəzərdə tutulmuş qaydada yazılı etiraz və ya vəsatətlər təqdim etməmiş və gəlməmələrinin üzrlü səbəblərini təsdiq edən sübutlar təqdim etməmişlər. Belə olan halda, birinci instansiya məhkəməsi MPM-in 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Apellyasiya şikayətində isə şikayətçi yalnız növbəti iclasda sübut təqdim edəcəyini bildirdiyini qeyd etmiş, lakin həmin sübutların nədən ibarət olduğunu, niyə əvvəllər təqdim edilməsinin mümkün olmadığını və onların mübahisənin həllinə necə təsir göstərə biləcəyini əsaslandırmamışdır. Buna görə də prosessual hüquqların pozulmasına dair istinadlar formal xarakter daşıyır.
6. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 743.1, 743.2, 739.3, 742.1, 742.5, 385.1, 425.1, 442, 445.2.1, 448.1, 460.1, 462.1, 465.2, 470.1 və 472.2-ci maddələrinin tələblərini işin müəyyən edilmiş hallarına düzgün tətbiq etmişdir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, tərəflər arasında etibarlı kredit müqaviləsi bağlanmış, bank müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək kredit vəsaitini borcalanın hesabına köçürmüş, bununla da kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Borcalan isə götürdüyü kredit məbləğini müqavilədə nəzərdə tutulmuş müddətdə faizlər və digər ödənişlərlə birlikdə qaytarmaq öhdəliyini lazımınca icra etməmişdir. Öhdəliyin vaxtında icra edilməməsi Mülki Məcəllənin 442 və 445.2.1-ci maddələrinin mənasında öhdəliyin pozulması və icranın gecikdirilməsi kimi qiymətləndirilməklə, kreditorun borcun məhkəmə qaydasında tələb edilməsi hüququnu yaratmışdır. İş materiallarında olan maliyyə sənədləri və digər yazılı sübutlar cavabdehin kredit üzrə öhdəliklərini yerinə yetirmədiyini təsdiq etdiyindən, bankın iddia ilə məhkəməyə müraciət etməsi Mülki Məcəllənin 742.5-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə həmçinin düzgün olaraq nəzərə almışdır ki, öhdəliyin vicdanla və lazımi qaydada icrası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbidir və cavabdeh həmin vəzifəni yerinə yetirməmişdir. Bu səbəbdən cavabdeh öhdəliyin icra edilməməsinin hüquqi nəticələrinə görə Mülki Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq məsuliyyət daşıyır. Kredit öhdəliyinin təminatı məqsədilə bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər də Mülki Məcəllənin 470.1 və 472.2-ci maddələrinə uyğun olaraq borcalanla eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsində cərimə nəzərdə tutulduğundan, onun tutulması da Mülki Məcəllənin 462.1 və 465.2-ci maddələrinin tələblərinə uyğundur. İş materiallarında cərimənin açıq şəkildə tənasübsüz yüksək olmasını göstərən hallar müəyyən edilmədiyindən onun azaldılması üçün Mülki Məcəllənin 467-ci maddəsinin tətbiqi əsasları da mövcud olmamışdır.
7. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə uyğun olaraq, müqavilə öhdəliyinin pozulması nəticəsində gecikdirilmiş dövr üçün illik 5 faiz məbləğinin tutulması da hüquqi əsaslara söykənmişdir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, ##.##.2024-cü il tarixli, **-MZ*-*-*-***-**/* saylı kredit müqaviləsi üzrə cavabdeh1 ## #### 2025-ci il tarixindən ## ###### 2026-cı il tarixinədək illik 5 %-lə hesablanmış 1073.97 AZN borcunun yaranması göstərilmişdir.
8. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.