Məhkəmə qərarları › İş №e-2-2(3-9)-116/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-116/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-116/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ##.##.2024-cü tarixli, ***-MF- *** nömrəli kredit müqaviləsi üzrə 118.975,24 manat əsas borc, 3.436,18 manat faiz borcu, cəmi 122411,42 (bir yüz iyirmi iki min dörd yüz on bir manat, qırx iki qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 412,41 (dörd yüz on iki manat, qırx bir qəpik) manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilmiş, tələb, cavabdeh Cavabdeh məxsus olan Ağcəbədi rayonu Ağcəbədi şəhəri M.Ş.Vazeh küçəsi ev 42 (keçmiş Səməd Vurğun küçəsi ev 224) ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və 511,1 kv. m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilmiş, cavabdeh Cavabdeh məxsus olan Ağcəbədi rayonu Ağcəbədi şəhəri M.Ş.Vazeh küçəsi ev 42 (keçmiş Səməd Vurğun küçəsi ev 224) ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və 511,1 kv. m ümumi sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiyməti 180000 (bir yüz səksən min) manat məbləğində müəyyən edilmiş, həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-nə olan ümumilikdə cəmi 122.411,42 (bir yüz iyirmi iki min dörd yüz on bir manat, qırx iki qəpik) manat məbləğində borc və 412,41 (dörd yüz on iki manat, qırx bir qəpik) manat pul vəsaiti ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi cavabdeh Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 98,48 manatı cavabdeh Cavabdeh, 1,52 manatı isə iddiaçı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BİK CTREAZ 22. Hesab AZ34CTRE00000000000002088501, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi, iş üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan və ödənilməmiş qalan 484,8 manat məbləğində pul cavabdeh Cavabdeh, 15,2 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********,Hesab nömrəsi:AZ85ACAB00210100000001318902, Müxbir hesab: - AZ10NABZ0135010000000005644, bank kodu:505000) ödənilməsi qət etmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2- *(***)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh Cavabdeh ərizəsi təmin edilməmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan açıq-aşkar görünür ki, məhkəmə şikayətçiyə qarşı qərəzli münasibət nümayiş etdirmiş, süni maneələr yaratmaqla prosessual müddətin ötürülmədiyi halda belə, həmin müddəti ötürülmüş hesab etmişdir. Şikayətçi qeyd etmişdir ki, apellyasiya şikayəti verildiyi vaxtdan etibarən birinci instansiya məhkəməsinin ona qarşı qərəzli münasibət göstərdiyi və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini müxtəlif vasitələrlə əngəllədiyi müşahidə olunmuşdur. Şikayətçi həmçinin bildirmişdir ki, mübahisələndirilən qətnamədən apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürmüşdür. Belə ki, qətnamə elektron məhkəmə sistemində ##.##.2026-cı il tarixində yerləşdirilmişdir. Şikayətçi ##.##.2026-cı il tarixində elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayəti göndərmiş, lakin sistemdə yaranmış texniki nasazlıq səbəbindən həmin şikayət sistemdə əks olunmamışdır. Sonradan apellyasiya şikayəti ilə bağlı hər hansı məlumat əldə etmədiyindən, şikayətçi elektron məhkəmə sisteminin qaynar xəttinə müraciət etmiş və ona şikayətin sistem vasitəsilə göndərilmədiyi bildirilmişdir. Bundan sonra şikayətçi apellyasiya şikayətini təkrar göndərmiş, eyni zamanda prosessual müddətin ötürülməsinin üzrlü hesab olunması barədə ərizə təqdim etmişdir. Şikayətçi vaxtında müraciət etməsini təsdiq edən ərizənin PDF formatlı surətini təkrar təqdim etdiyi apellyasiya şikayətinə və müddətin bərpası barədə ərizəyə əlavə etmişdir. Lakin onun fikrincə, məhkəmə həmin sübutları nəzərə almamış və onlara hüquqi qiymət verməmişdir. Həmin sənədlər araşdırılmış olsaydı, müddətin şikayətçinin iradəsindən asılı olmayan səbəbdən, yəni elektron məhkəmə sistemində yaranmış texniki nasazlıq nəticəsində ötürüldüyü müəyyən edilə bilərdi. Bu hallar bir daha təsdiq edir ki, şikayətçi apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddət başa çatmamış təqdim etməyə cəhd göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən edilmiş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Məhkəmə xüsusi şikayətin dəlillərinə qiymət verərək hesab etmişdir ki, şikayət əsassızdır, bu səbəbdən təmin edilməməli və işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayətə əsasən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İş materiallarında olan sübutları, tətbiq edilməli hüquq normalarını məcmu halında qiymətləndirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını zəruri sayır. İş materiallarının araşdırılmasından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilmiş, cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə 122.411,42 manat məbləğində borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracda satılması qət edilmişdir. Həmin qətnamə tam formada tərtib olunduqdan sonra ##.##.2026cı il tarixdə cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş ərizədən görünür ki, cavabdeh apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddətin bərpasını onunla əsaslandırmışdır ki, guya ##.##.2026-cı il tarixdə elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayəti göndərmiş, lakin sistemdə yaranmış nasazlıq səbəbindən həmin şikayət görünməmişdir. O, bu səbəbi özündən asılı olmayan hal kimi qiymətləndirərək müddətin bərpasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin vəsatətin təmin edilməsindən imtina edərkən işin faktiki hallarını düzgün müəyyən etmiş, MPM-nin 133.1-ci maddəsini düzgün tətbiq etmiş və qanuni nəticəyə gəlmişdir. Belə ki, qanunvericilik prosessual müddətin bərpasını formal şəkildə deyil, yalnız müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasının sübuta yetirildiyi hallarda mümkün hesab edir. MPM-nin 133.1-ci maddəsinin mənasına görə müddətin bərpası üçün təkcə müddətin ötürülməsi faktı deyil, həmin müddətin ötürülməsinə səbəb olan halların obyektiv və mötəbər sübutlarla təsdiq edilməsi tələb olunur. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə həqiqətən də apellyasiya şikayətinə əlavə edilməli olan bəzi sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsinə dair qəbz və şəxsiyyət vəsiqəsinin surəti təqdim edilmişdir. Lakin həmin tarixdə apellyasiya şikayətinin özü məhkəməyə daxil olmamışdır. Başqa sözlə, iş materialları cavabdehin iddia etdiyi kimi apellyasiya şikayətinin sistemə göndərildiyini deyil, yalnız müəyyən əlavələrin təqdim olunduğunu təsdiq edir. Birinci instansiya məhkəməsi məhz bu halı nəzərə alaraq haqlı olaraq nəticəyə gəlmişdir ki, şikayətin faktiki göndərilməsi sübuta yetirilməmişdir. Şikayətdə əsas arqument kimi elektron məhkəmə sistemində nasazlığın olması göstərilsə də, həmin dəlil də iş materialları ilə təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Elektron Məhkəmə” informasiya sistemində yenilənmə əməliyyatı ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək aparılmışdır. Halbuki cavabdehin istinad etdiyi tarix ##.##.2026-cı il olmuşdur. Deməli, cavabdehin istinad etdiyi tarixdə sistem yenilənməsi artıq başa çatmış və sistem normal fəaliyyət göstərmişdir. Bundan əlavə, cavabdeh sistemdə hər hansı texniki nasazlığın mövcudluğunu, həmin tarixdə apellyasiya şikayətinin göndərilməsinə cəhd göstərdiyini və ya texniki xəta barədə sistem tərəfindən hər hansı bildiriş verildiyini təsdiq edən heç bir rəsmi sənəd, texniki arayış və ya digər mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin guya qərəzli mövqe tutduğu, apellyasiya baxışına mane olduğu göstərilsə də, həmin iddialar ümumi xarakter daşıyır və heç bir konkret sübutla təsdiq olunmur. Əksinə, qərardaddan görünür ki, məhkəmə cavabdehin təqdim etdiyi bütün dəlilləri araşdırmış, onun göstərdiyi səbəbləri qiymətləndirmiş və yalnız həmin səbəblərin üzrlü hesab olunması üçün kifayət qədər sübut təqdim edilmədiyindən vəsatəti rədd etmişdir. Kollegiya həmçinin nəzərə alır ki, qətnamə cavabdehin elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş və o, qətnamənin məzmunundan məlumatlı olmuşdur. Buna baxmayaraq, apellyasiya şikayəti yalnız ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Beləliklə, qanunla müəyyən edilmiş bir aylıq apellyasiya şikayəti vermə müddəti əhəmiyyətli dərəcədə ötürülmüşdür. Cavabdeh isə həmin gecikmənin bütün dövrünü əhatə edən obyektiv və üzrlü səbəblərin mövcudluğunu sübut edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MPMnin 130.1, 133.1 və 363.1.3-cü maddələrinin tələblərini düzgün tətbiq etmiş, müddətin bərpası üçün zəruri olan hüquqi əsasların mövcud olmamasını əsaslı şəkildə müəyyən etmişdir. Şikayət verən şəxsin dəlilləri müddətin ötürülməsinin üzrlü səbəblərlə bağlı olduğunu təsdiq etmədiyindən, eləcə də qərardadın qanunsuzluğunu və ya əsassızlığını göstərmədiyindən, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğvi üçün əsaslar müəyyən edilmir. Buna görə də birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina edilməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilmiş prosessual hüquq normalarına tam uyğun olmaqla qanuni və əsaslı hesab edilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar