Məhkəmə qərarları › İş №e-2-2(3-9)-128/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-128/2026

09.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-128/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı İddiaçı ASC-nin xeyrinə ****-ƏKM nömrəli, ##.##.2024-cü il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış ****-KQ nömrəli, ##.##.2024-cü tarixli Əlavə Kredit Müqaviləsi üzrə cavabdehlərin Banka 17353,65 manat əsas, 1143,33 manat faiz, 176,43 manat cərimə borcu olmaqla, cəmi 18673,41 manat məbləğində ödənilməmiş kredit borcu, ****-KQ nömrəli, ##.##.2024-cü tarixli Əlavə Kredit Müqaviləsi üzrə cavabdehlərin Banka 214375,47 manat əsas, 20103,59 manat faiz, 1195,08 manat cərimə borcu olmaqla, cəmi 235674,14 manat məbləğində ödənilməmiş kredit borcu, ****-KQ nömrəli, ##.##.2024-cü tarixli Əlavə Kredit Müqaviləsi üzrə cavabdehlərin Banka 60010,10 manat əsas, 5307,13 manat faiz, 302,35 manat cərimə borcu olmaqla, cəmi 65619,58 manat məbləğində ödənilməmiş kredit borcu olmaqla, ümumilikdə cəmi 319967,13 manat məbləğində ödənilməmiş kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 289,46 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, eyni zamanda iddia irəli sürülərkən iddiaçı tərəfindən ödənilmiş 609.97 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması; Tutmanın ipoteka predmeti olan cavabdeh2 məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində mülkiyyətində olan 0,170160 ha torpaq sahəsində yerləşən *** nömrəli, 2 mərtəbəli, 544.10 kv.m ümumi, 131.3 kv.m yaşayış, 412.8 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 2224008720, qeydiyyat tarixi: ##.##.2024) və cavabdeh2 məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0.0186 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 176.4 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 2224009231, qeydiyyat tarixi: ##.##.2024) yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətləri (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi; İpoteka predmetlərinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ##.##.2026-cı il tarixində məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehler cavabdeh2 və cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə ****-*KM nömrəli, ##.##.2024-cü il tarbdi Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanılmış ##.##.2024-cü il tarixli, ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 17492.8 manat, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faiz borcu 1009.3 manat, pretenziya məktubu göndərildikdən sonra ödənilməmiş faiz borcu 519.92 manat olmaqla (illik 5%) cəmi 1529.22 manat faiz borcu, 1155.98 manat cərimə borcu olmaqla cəmi 20178 manat, ##.##.2024-cü il tarixli, ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 214264.44 manat, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faiz borcu 20284.76 manat, pretenziya məktubu göndərildikdən sonra ödənilməmiş faiz borcu 6368.42 manat(illik 5%) olmaqla cəmi 26653.18 manat faiz borcu, 5585.71 manat cərimə borcu olmaqla cəmi 246503.33 manat, ##.##.2024-cü il tarixli, ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 60000.78 manat, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faiz borcu 5359.67 manat, pretenziya məktubu göndərildikdən sonra ödənilməmiş faiz borcu 1783.36 manat olmaqla (illik 5%) cəmi 7143.03 manat faiz borcu, 1477.39 manat cərimə borcu olmaqla cəmi 68621.20 manat, ümumilikdə 335302.53(üç yüz otuz beş min üç yüz iki manat, əlli üç qəpik) manat ödənilməmiş kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 189,46 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, eyni zamanda və iddia irəli sürülərkən iddiaçı tərəfindən ödənilmiş 625.3 manat dövlət rüsumu və 1.37 manat xidmət haqqının (iş üzrə idda ərizəsi ilə müraciət olunan zaman 609.97 manat dövlət rüsumu və 0.91 manat xidmət haqqı ödənildiyindən iddia məbləğinə uyğun olaraq çatışmayan 15.33 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilib) tutulması, Tutmanın ipoteka predmeti olan cavabdeh2 məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində mülkiyyətində olan 0,170160 ha torpaq sahəsində yerləşən *** nömrəli, 2 mərtəbəli, 544.10 kv.m ümumi, 131.3 kv.m yaşayış, 412.8 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 2224008720, qeydiyyat tarixi: ##.##.2024) və cavabdeh2 məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0.0186 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 176.4 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 2224009231, qeydiyyat tarixi: ##.##.2024) yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətləri (likvid qiymət) müəyyən həmin əmlakların ilkin satış qiymətləri (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi; İpoteka predmetlərinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizəsinin geri qaytarılması, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 15,33 manat məbləğində dövlət rüsumu (qəbz № **********) iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ##.##.2026-cı il tarixdə elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** saylı saylı, ##.##.2026-cı il qərardadın ləğv edilməsi, şikayətin təmin edilməsi, ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizənin icraata götürülməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə bu şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC cavabdehler cavabdeh2 ve cavabdeh1 qarşı kredit borcun tutulmasına və tutmanın ipoteka predmetlarinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehler cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı İddiaçı ASC-nin xeyrinə ****-*KM nömrəli, ##.##.2024cü il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış ****-KQ nömrəli, ##.##.2024-cü tarixli Əlavə Kredit Müqaviləsi üzrə cavabdehlerin Banka 17353,65 manat əsas borc, 1143,33 manat faiz borcu 176,43 manat cərimə borcu olmaqla, cəmi 18673,41 manat məbləğində ödənilməmiş kredit borcu, ****-KQ nömrəli, ##.##.2024-cü tarixli Əlavə Kredit Müqaviləsi üzrə cavabdehlenn Banka 214375,47 manat əsas borc, 20103,59 manat faiz borcu, 1195,08 manat cərimə borcu olmaqla, cəmi 235674,14 manat məbləğində ödənilməmiş kredit borcu, 2390-KQ nömreli. ##.##.2024-cü tarixli Əlavə Kredit Müqaviləsi üzrə cavabdehlərin Banka 60010,1 manat osas borc, 5307,13 manat faiz borcu, 302,35 manat cərimə borcu olmaqla, cəmi 65619,58 manal məbləğində ödənilməmiş kredit borcu olmaqla ümumilikdə cəmi 319967,13 manat məbləğində ödənilməmiş kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 289,46 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, eyni zamanda və iddia irəli sürülərkən iddiaçı tərəfindən ödənilmiş 609,97 manat dövlət rüsumu ve 0.40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh2 məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində mülkiyyətində olan 0,170160 ha torpaq sahəsində yerləşən *** nömrəli 2 mərtəbəli, 544.10 kv.m ümumi, 131.3 kv.m yaşayış, 412.8 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 2224008720, qeydiyyal Larixi: ##.##.2024) və cavabdeh2 məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0.0186 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 176.4 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına (yüklülük çıxarışının qeydiyyat nömrəsi 2224009231, qeydiyyat tarixi: ##.##.2024) yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməlləri (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan eldə olunan vəsaitin ümumi borca ödənilməsi; İpoteka predmetlerinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehler cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ##.##.2026- cı il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehler cavabdeh2 Hikmat oğlu ve cavabdeh1 iddiaçı İddiaçı ASCnin xeyrinə ****-*KM nömrəli, ##.##.2024-cü il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanılmış ##.##.2024-cü il tarixli, ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə əsas bom 17492.8 manal, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faiz borcu 1009,3 manat, pretenziya məktubu göndərildikdən sonra ödənilməmiş faiz borcu 519,92 manat olmaqla (illik 5%) cəmi 1529,22 manat faiz borcu, 1155,98 manat cərimə borcu olmaqla cami 20178 manat, ##.##.2024-cü il tarixli, ****-KQ nömrəli əlavə kredit müqaviləsi uzra əsas borc 214264,44 manat, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faiz borcu 20284,76 manat, pretenziya məktubu göndərildikdən sonra ödənilməmiş faiz borcu 6368,42 manat (illik 5%) olmaqla cemi 26653,18 manat faiz borcu, 5585,71 manat cərimə borcu olmaqla cami 246503,33 manat, ##.##.2024-cü il tarixli, ****- KQ nömrəli əlavə kredit müqaviləsi üzrə asas borc 60000,78 manat, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faiz borcu 5359,67 manat, pretenziya məktubu göndərildikdən sonra ödənilməmiş faiz borcu 1783,36 manat olmaqla (illik 5%) cəmi 7143,03 manat faiz borcu, 1477.39 manat cərimə borcu olmaqla cəmi 68621.20 manat, ümumilikdə 335302,53 manat ödənilməmiş kredit borcunun, habela ipoteka predmetine tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 189,46 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, eyni zamanda və iddia irəli sürülərkən iddiaçı tərəfindən ödənilmiş 625,3 manat dövlət rüsumu və 1,37 manal xidmet haqqının(iş üzrə idda ərizəsi ilə müraciət olunan zaman 609,97 manat dövlət rüsumu və 0,91 manat xidmət haqqı ödənildiyindən iddia məbləğinə uyğun olaraq çatışmayan 15,33 manat dövlət rüsumu ve 0.40 manat xidmət haqqı ödənilib) tutulması, Tutmanın ipoteka predmeti olan cavabdeh2 məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində mülkiyyətində olan 0,170160 ha torpaq sahəsində yerləşən *** nömrəli, 2 mərtəbəli, 544.10 kv.m ümumi, 131.3 kv.m yaşayış, 412.8 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 2224008720, qeydiyyat tarixi: ##.##.2024) və cavabdeh2 məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0.0186 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 176.4 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 2224009231, qeydiyyat tarixi: ##.##.2024) yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətləri (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi; İpoteka predmetlerinin satışdan əldə olunacaq vəsait İddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehler cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixdi qərardadı ilə iddia tələbinin həcminin artırılmasına dair ##.##.2026-cı il tarixli ərizə geri qaytarılmışdır. Belə ki, e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən iddia tələbinin həcminin artırılmasına dair ##.##.2026-cı il tarixli ərizənin geri qaytarılma əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq göndərilməmə səbəbi kimi göstərilmişdir. Hesab edirik ki, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026- cı il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, işin məhkəmə hazırlıq icraatında olmasına baxmayaraq, məhkəmənin istinad etdiyi əsas iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının məhkəməyə qədər yəni işin məhkəməyə müraciət edilməsi kimi qiymətlənidirilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zamanı Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq göndərdiyini iş materiallarına əlavə etmişdir. Qeyd edilən maddə iddia ərizəsi məhkəməyə verilən zamanı əsas götürülməli və iddia ərizəsi məhkəmə müraciət edilən zamanı həmin maddənin pozulduğu hal isə qeydə alınmamışdır. Digər məsələ isə mülki işin hazırlıq iclasında və məhkəmə çəkişməsinin davam etməsi ilə məhkəməyə təqdim edilməli olan sübutlar "Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Belə ki, "Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilən sənədlər və sübutlar cavabdehlerin elektron kabinetinə əlavə edilmiş hesab edilir. Belə ki, Mülki Prosesual Mecalllenin 150.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin "Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt ve SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh "Elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və "Elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin "Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Hesab edirik ki, "Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə əlavə edilmiş sənədlər təqdim edilmiş sayılır. Sonuncu məsələ isə iddia tələbinin artırılması barədə ərizənin cavabdehlərə təqdim olunması qanunvericilikdə qeyd aparılmamışdır. Belə ki, Mülki Prosesual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəməda baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bununla da, məhkəmə iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Bu ərizənin MPM 150-ci maddəsinə əsasən qiymətləndirilməsi əsassızdır, MPM-in 53-cü maddəsinə əsasən qiymətləndirilməli, ##.##.2024-cü il tarixindən məhkəmə mübahisəsinin davam etdiyini nəzərə alaraq, bu ərizənin iddia ərizəsi kimi qiymətləndirilməsi qənaəti düzgün hesab edilməməlidir. Bundan əlavə, qeyd edir ki, ##.##.2026-cı il tarixli tələbin dəqiqləşdirilməsi barədə ərizə ##.##.2026cı il tarixdə elektron məhkəmə sisteminə əlavə edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki;

1. İş materiallarından görünür ki, iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlərdən müştərək qaydada ##.##.2024-cü il tarixli ****-ƏKM nömrəli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 2369-KQ, 2377-KQ və ****-KQ nömrəli əlavə kredit müqavilələri üzrə ümumilikdə 319.967,13 manat məbləğində ödənilməmiş kredit borcunun, habelə dövlət rüsumu və xidmət haqlarının tutulmasını, tutmanın ipoteka predmetləri olan Lənkəran şəhərində yerləşən daşınmaz əmlaklara yönəldilməsini, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılmasını və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsini, əldə edilən vəsait tələbi ödəməyə kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Sonradan, iş hələ məhkəmədə baxılmağa hazırlanması mərhələsində olarkən ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edilərək kredit borcunun ümumi məbləği 335.302,53 manat olaraq dəqiqləşdirilmiş, faiz, cərimə, dövlət rüsumu və xidmət haqqı məbləğləri yenidən hesablanmış və əvvəlki tələblər saxlanılmaqla həmin məbləğlərin tutulması, eləcə də ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Ərizəyə maliyyə arayışları və digər sənədlər əlavə edilmişdir.

2. Birinci instansiya məhkəməsi isə həmin ərizəni mahiyyəti üzrə qiymətləndirmədən, MPM-in 150.1.4-cü maddəsinə istinad etməklə, ərizəyə əlavə olunmuş sənədlərin digər tərəfə göndərilməsini təsdiq edən sübutların təqdim edilmədiyi qənaətinə gələrək ərizəni geri qaytarmışdır.

3. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən MPM-in 150-ci maddəsinin tətbiq dairəsi düzgün müəyyən edilməmiş, həmin norma işin faktiki hallarına uyğun olmayan şəkildə təfsir edilmişdir. Belə ki, iş hələ məhkəmə hazırlıq icraatında olmuş, məhkəmənin istinad etdiyi MPM-in 150.1.4-cü maddəsi isə iddia ərizəsinin məhkəməyə ilk dəfə təqdim edilməsi mərhələsinə aid olub, iddia ərizəsi verilərkən həmin maddənin tələblərinə əməl edilməsi iş materialları ilə təsdiq edilmişdir. Buna görə də iddia tələbinin həcminin artırılmasına dair sonradan verilmiş ərizənin həmin maddə əsasında geri qaytarılması düzgün hesab edilə bilməz. MPM-in 150-ci maddəsi ilk növbədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməsi zamanı riayət edilməli olan prosessual tələbləri tənzimləyir. Həmin maddədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin digər iştirakçılara göndərilməsini təsdiq edən sübutun təqdim edilməsinin zəruriliyi nəzərdə tutulsa da, normanın mətnində iddia ərizəsinin dəqiqləşdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə və ona əlavə edilmiş sənədlərin təqdim edilməsinə münasibətdə analoji sübutun ayrıca təqdim edilməsinin məcburi olması birbaşa müəyyən edilməmişdir. Bu baxımdan həmin normanın geniş təfsir edilərək iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə də şamil edilməsi məqsədəuyğun deyildir. Əks yanaşma MPM-in 53-cü maddəsi ilə iddiaçıya verilmiş iddia tələbinin həcmini artırmaq hüququnun formal maneələrlə məhdudlaşdırılmasına səbəb olardı.

4. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ##.##.2026-cı il tarixdə Elektron məhkəmə informasiya sisteminə yüklənmiş, şikayətə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, həmin ərizə və ona əlavə olunmuş sənədlərin həm elektron qaydada, həm də poçt vasitəsilə digər iştirakçılara göndərilməsi ilə bağlı məlumatlar və təsdiqedici sənədlər mövcuddur. Şikayətə əlavə edilmiş göndərilmə sənədləri, elektron kabinet üzrə bildirişlər və digər sübutlar bunu təsdiq edir.

5. Eyni zamanda nəzərə alınmalıdır ki, ##.##.2026-cı il tarixdə birinci instansiya məhkəməsi ayrıca qərardadla işi məhkəmə baxışına təyin etmiş və işin baxılmağa kifayət qədər hazırlanmış olduğu nəticəsinə gəlmişdir. Bu isə onu göstərir ki, iş üzrə hazırlıq icraatı başa çatdırılarkən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin qəbul edilməsinin və onun digər iştirakçılara çatdırılması məsələsinin araşdırılması üçün prosessual imkan mövcud olmuşdur. Belə olan halda ərizənin formal əsaslarla geri qaytarılması əvəzinə, zərurət olduğu təqdirdə çatışmazlıqların aradan qaldırılması təmin edilməli, bundan sonra ərizənin icraata qəbul olunması məsələsi həll edilməli idi.

6. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni MPM-in 150-ci maddəsinin tələblərinə uyğun gəlmədiyi əsası ilə geri qaytararkən həmin normanı işin konkret hallarına düzgün tətbiq etməmiş və bu MPM-in 53-cü maddəsi ilə iddiaçıya verilmiş prosessual hüququn həyata keçirilməsinin əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarmışdır.

7. Ona görə də birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsi və bununla bağlı zəruri prosessual hərəkətlərin həyata keçirilməsi məsələsinə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Kommersiya işi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsi və bununla bağlı zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar