Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-129/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs İbrəhimov Rəsul Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs İbrəhimov Rəsul Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "AZİB İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 3903,44 manat məbləğində (o cümlədən, vergilər üzrə 3187,8 manat, faizlər üzrə 675,64 manat, maliyyə sanksiyası üzrə 40 manat), İcbari Tibbi Sığorta Fonduna 8,72 manat, Dövlət Sosial Müdafiə Fonduna 56,43 manat, İşsizlikdən sığorta fonduna 2,83 manat, ”xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 101,25 manat, İşsizlikdən sığorta fonduna 25,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 622,97 manat olmaqla, ümumilikdə 4720,97 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hər iki hüquqi şəxsin icra orqanının rəhbəri İbrəhimov Rəsul Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "AZİB İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2025-ci il tarixə vergi ödəyicisi olan "AZİB İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 3903,44 manat məbləğində (o cümlədən, vergilər üzrə 3187,8 manat, faizlər üzrə 675,64 manat, maliyyə sanksiyası üzrə 40 manat) , İcbari Tibbi Sığorta Fonduna 8,72 manat, Dövlət Sosial Müdafiə Fonduna 56,43 manat, İşsizlikdən sığorta fonduna 2,83 manat,'xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 101,25 manat, İşsizlikdən sığorta fonduna 25,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 622,97 manat olmaqla, ümumilikdə 4720,97 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2024-cü il tarixli ##.##.2024-cü il tarixli 245002**********, ##.##.2024-cü il tarixli ##.##.2024-cü il tarixli 2450020859674300 ##.##.2024-cü il tarixli ##.##.2024-cü il tarixli 2450021974722400, ##.##.2024-cü il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Maraqlı şəxs İbrəhimov Rəsul Seymur oğlu ##.##.2026-cı il tarixində məhkəməyə vəsatət ilə müraciət edərək, iddia tələbi üzrə hesablanmış və ödənilməmiş vergi borcuna görə tərəfindən cavabdehlər “xxxx” MMC və “AZİB İnşaat” MMC-yə qarşı “işdən azad olunma və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini, iddia ərizəsinin Bakı Kommersiya Məhkəməsinin e-2- *(***)-****/**** saylı qərardadı ilə icraata götürüldüyünü, məhkəmə hazırlıq iclasının ##.##.2025-ci il tarixə, saat 10:30 təyin olunduğunu, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan hazırki tələbin onun “xxxx” MMC və “AZİB İnşaat” MMC-də formal direktor vəzifəsini daşıdığı üçün yaranmış vergi borcuna görə olduğunu, bu işin onun iddia tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin icraatında olan işlə əlaqəli olduğunu bildirmiş və cavabdehlər “xxxx” MMC və “AZİB İnşaat” MMC-yə qarşı “işdən azad olunma və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*- *(***)-****/**** saylı kommersiya işi baxılıb yekun məhkəmə aktı qəbul edilənədək Şirvan Kommersiya Məhkəməsinin icraatında olan xüsusi icraat qaydasında iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs İbrahimov Rəsul Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair e-2- *(***)-****/**** nömrəli iş üzrə icraatın, iddiaçı İbrahimov Rəsul Seymur oğlunun cavabdehlər "xxxx" MMC və "AZİB İnşaat” MMC-nə qarşı "işdən azad olunma və s." tələbinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(***)-****/**** nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılması qərara alınmışdır. Məhkəmə sorğusuna Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş ##.##.2026- cı il tarixli, e-*-*(***)-****/**** saylı cavab məktubunda bildirilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qiyabi qətnaməsi ilə, iddianın təmin edilməsi, iddiaçı İbrəhimov Rəsul Seymur oğlunun “AZİB İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor vəzifəsindən və qanuni təmsilçilikdən azad edilməsi vəzifəsinin “AZİB İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması qət edilmişdir. Qiyabi qətnamədən apellyasiya şikayəti verilməmişdir və qətnamə qanuni qüvvəsini almışdır. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə, iş üzrə icraatın təzələnməsi və ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs İbrahimov Rəsul Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə şifahi icraat qaydasında məhkəmə baxış iclasının ## ### 2026-cı il tarixə saat 12:00-a təyin edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs İbrəhimov Rəsul Seymur oğlu məhkəmə iclasında iştirak edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs İbrəhimov Rəsul Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilməsi üçün əsas şərtlər hüquqi şəxsin dövlət büdcəsinə vergi borcunun mövcudluğu, habelə həmin şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri statusuna malik olmasıdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qiyabi qətnaməsi ilə İbrahimov Rəsul Seymur oğlunun “Azib İnşaat” MMC və “xxxx” MMC-nin direktor vəzifəsindən və qanuni təmsilçilikdən azad edilməsi vəzifəsi həmin müəssisələrin üzərinə qoyulsa da, cavabdeh müəssisələr tərəfindən bu qərar icra edilməmiş, maraqlı şəxsin direktor vəzifəsindən azad edilməsi və bununla bağlı dövlət qeydiyyatında müvafiq dəyişikliklərin aparılması üçün zəruri tədbirlər həyata keçirilməmişdir. Buna görə də əmək müqaviləsinə xitam verilməsi və şəxsin direktor vəzifəsindən azad olunması barədə məhkəmə qərarı mövcud olsa da, həmin qərar icra edilməmiş hesab olunur və maraqlı şəxslə müəssisə arasındakı əmək münasibətlərinə faktiki olaraq xitam verilməsi təsdiq edilmir. Hüquqi şəxsin ##.##.2026-cı il tarixə olan dövlət reyestri məlumatlarından görünür ki, İbrahimov Rəsul Seymur oğlu hələ də “Azib İnşaat” MMC və “xxxx” MMC-nin rəhbəri kimi qeydiyyatdadır və həmin tarixə olan şəxsi hesab vərəqəsinə əsasən müəssisələrin vergi borcu aktiv olaraq qalmaqdadır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilmiş dəyişikliklər və dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişiklikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi qüvvəyə minir. Lakin maraqlı şəxsin rəhbər vəzifəsinə xitam verilməsi faktı dövlət qeydiyyatına alınmadığından və reyestrdə təsdiqini tapmadığından hüquqi nəticə doğurmamış, nəticə etibarilə İbrahimov Rəsul Seymur oğlu hüquqi şəxslərin icra orqanının rəhbəri statusunu bu günədək saxlamışdır. Bundan əlavə, vergi orqanı vergi borcunun ödənilməsi məqsədilə Vergi Məcəlləsinin 65.1-ci maddəsinə uyğun olaraq dəfələrlə bildirişlər göndərmiş, daha sonra maraqlı şəxsin istifadəsində olan mobil telefon nömrəsinə borcun ödənilmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcəyi barədə SMS bildiriş göndərmiş, sonradan isə ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubu təqdim etmişdir. Həmçinin vergi ödəyicisinin bank hesablarına alınmalı sərəncamlar göndərilmiş, buna baxmayaraq vergi borcu ödənilməmişdir. Vergi orqanı konstitusion hüquqların qorunmasının əhəmiyyətini nəzərə alaraq məhkəməyə müraciət etməzdən əvvəl qanunvericilikdə tələb olunmayan əlavə tədbirləri də həyata keçirmiş, lakin həmin tədbirlər nəticəsiz qalmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi dövlət qeydiyyatına alınmamış faktlara istinad etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə ərizəçi apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı iltarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 83-cü maddəsinə 1 və 2-ci bəndlərinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 49-cu maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə # ###### 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə ## ###### 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə ## ###### 2006-cı il tarixli, § 46 Qərarlar). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, "AZİB İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (1505866471) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (1505898731) verilmişdir. Hüquqi şəxsin icra orqanının rəhbəri İbrəhimov Rəsul Seymur oğludur. O, ##.##.1994-cü il tarixdə Azərbaycan Respublikası, Şirvan şəhərində doğulmuşdur (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA2009460) və hazırda Şirva şəhərində qeydiyyatdadır. İş materiallarında olan maraqlı şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, "AZİB İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 3903,44 manat məbləğində (o cümlədən, vergilər üzrə 3187,8 manat, faizlər üzrə 675,64 manat, maliyyə sanksiyası üzrə 40 manat) , İcbari Tibbi Sığorta Fonduna 8,72 manat, Dövlət Sosial Müdafiə Fonduna 56,43 manat, İşsizlikdən sığorta fonduna 2,83 manat,'xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 101,25 manat, İşsizlikdən sığorta fonduna 25,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 622,97 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə ünvanlanmış ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli bildirişlərin surətindən görünür ki, maraqlı şəxsə borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, ərizəçi tərəfindən qeyd olunan bildirişlər vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2- *(***)-****/**** nömrəli qiyabi qətnaməsindən görünür ki, ilə, iddiaçı İbrəhimov Rəsul Seymur oğlunun cavabdehlər “xxxx” MMC və “AZİB İnşaat” MMC-yə qarşı “işdən azad olunma və s.” tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı İbrəhimov Rəsul Seymur oğlunun “AZİB İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor vəzifəsindən və qanuni təmsilçilikdən azad edilməsi vəzifəsinin “AZİB İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması qət edilmişdir. Göründüyü kimi, ərizə təmin edilməmiş, qətnamədən ərizəçi narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilməsi üçün əsas şərtlər hüquqi şəxsin dövlət büdcəsinə vergi borcunun mövcudluğu, habelə həmin şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri statusuna malik olmasıdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qiyabi qətnaməsi ilə İbrahimov Rəsul Seymur oğlunun “Azib İnşaat” MMC və “xxxx” MMC-nin direktor vəzifəsindən və qanuni təmsilçilikdən azad edilməsi vəzifəsi həmin müəssisələrin üzərinə qoyulsa da, cavabdeh müəssisələr tərəfindən bu qərar icra edilməmiş, maraqlı şəxsin direktor vəzifəsindən azad edilməsi və bununla bağlı dövlət qeydiyyatında müvafiq dəyişikliklərin aparılması üçün zəruri tədbirlər həyata keçirilməmişdir. Buna görə də əmək müqaviləsinə xitam verilməsi və şəxsin direktor vəzifəsindən azad olunması barədə məhkəmə qərarı mövcud olsa da, həmin qərar icra edilməmiş hesab olunur və maraqlı şəxslə müəssisə arasındakı əmək münasibətlərinə faktiki olaraq xitam verilməsi təsdiq edilmir. Hüquqi şəxsin ##.##.2026-cı il tarixə olan dövlət reyestri məlumatlarından görünür ki, İbrahimov Rəsul Seymur oğlu hələ də “Azib İnşaat” MMC və “xxxx” MMC-nin rəhbəri kimi qeydiyyatdadır və həmin tarixə olan şəxsi hesab vərəqəsinə əsasən müəssisələrin vergi borcu aktiv olaraq qalmaqdadır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilmiş dəyişikliklər və dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişiklikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi qüvvəyə minir. Lakin maraqlı şəxsin rəhbər vəzifəsinə xitam verilməsi faktı dövlət qeydiyyatına alınmadığından və reyestrdə təsdiqini tapmadığından hüquqi nəticə doğurmamış, nəticə etibarilə İbrahimov Rəsul Seymur oğlu hüquqi şəxslərin icra orqanının rəhbəri statusunu bu günədək saxlamışdır. Bundan əlavə, vergi orqanı vergi borcunun ödənilməsi məqsədilə Vergi Məcəlləsinin 65.1-ci maddəsinə uyğun olaraq dəfələrlə bildirişlər göndərmiş, daha sonra maraqlı şəxsin istifadəsində olan mobil telefon nömrəsinə borcun ödənilmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcəyi barədə SMS bildiriş göndərmiş, sonradan isə ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubu təqdim etmişdir. Həmçinin vergi ödəyicisinin bank hesablarına alınmalı sərəncamlar göndərilmiş, buna baxmayaraq vergi borcu ödənilməmişdir. Vergi orqanı konstitusion hüquqların qorunmasının əhəmiyyətini nəzərə alaraq məhkəməyə müraciət etməzdən əvvəl qanunvericilikdə tələb olunmayan əlavə tədbirləri də həyata keçirmiş, lakin həmin tədbirlər nəticəsiz qalmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi dövlət qeydiyyatına alınmamış faktlara istinad etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. İş materiallarından müəyyən edilir ki, vergi orqanı "AZİB İNŞAAT" MMC və "xxxx" MMC-nin dövlət büdcəsinə və məcburi dövlət fondlarına ümumilikdə 4720,97 manat borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbəri hesab etdiyi İbrahimov Rəsul Seymur oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə həmçinin müəyyən olunmuşdur ki, vergi orqanı borcun ödənilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bildirişləri göndərmiş, elektron kabinet vasitəsilə xəbərdarlıq etmiş və digər tədbirlər görmüşdür. Lakin sadalanan halların mövcudluğu özlüyündə ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün kifayət etmir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi və MPM-in 355-5.1-ci maddəsinin məzmunundan açıq şəkildə görünür ki, belə məhdudiyyət yalnız vergi öhdəliklərini yerinə yetirməyən hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiq oluna bilər. Deməli, məhkəmə ilk növbədə ərizə verilən tarixdə maraqlı şəxsin həmin statusa malik olub-olmamasını müəyyən etməli idi.
2. Birinci instansiya məhkəməsi bu məsələyə formal deyil, işdə olan sübutlar əsasında hüquqi qiymət vermişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qiyabi qətnaməsi ilə İbrahimov Rəsul Seymur oğlunun "AZİB İNŞAAT" MMC və "xxxx" MMC-nin direktor vəzifəsindən və qanuni təmsilçilikdən azad edilməsi vəzifəsi həmin cəmiyyətlərin üzərinə qoyulmuşdur. Həmin məhkəmə aktından apellyasiya şikayəti verilməmiş və o qanuni qüvvəyə minmişdir. Buna görə də birinci instansiya məhkəməsi tam əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, maraqlı şəxsin həmin hüquqi şəxslərin rəhbəri statusuna malik olması barədə əvvəlki hüquqi vəziyyət dəyişmişdir və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə onun direktor vəzifəsindən azad edilməli olduğu müəyyən edilmişdir. Bu məhkəmə aktının mövcudluğu nəzərə alınmadan şəxsin rəhbər hesab edilməsi mümkün deyildir.
3. Apellyasiya şikayətində əsas dəlil ondan ibarətdir ki, direktor vəzifəsindən azad edilməyə dair qətnamə icra edilməmiş, dövlət reyestrində dəyişiklik aparılmamış, buna görə də İbrahimov Rəsul Seymur oğlu hüquqi şəxslərin rəhbəri statusunu saxlamışdır. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir. Hüquqi şəxsin dövlət qeydiyyatında dəyişiklik edilməməsi, məhkəmə qərarı ilə direktor vəzifəsindən azad edilmiş şəxsin həmin vəzifəni faktiki və hüquqi baxımdan davam etdirməsi anlamına gəlmir. Dövlət reyestrində dəyişikliklərin edilməməsi hüquqi şəxsin və onun səlahiyyətli orqanlarının üzərinə düşən vəzifədir və bu öhdəliyin yerinə yetirilməməsinin mənfi hüquqi nəticələri həmin məhkəmə qərarının lehinə qəbul edildiyi şəxsin üzərinə qoyula bilməz.
4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yalnız vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiq edilə bilər. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə maraqlı şəxsin direktor vəzifəsindən azad edilməsi müəyyən olunduğundan, ərizə verilən vaxt onun həmin hüquqi statusa malik olması kifayət qədər sübuta yetirilməmişdir.
5. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci və 71-ci maddələrinə uyğun olaraq, şəxsin ölkədən sərbəst getmək hüququ yalnız qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduqda və zərurət, eləcə də mütənasiblik prinsipləri gözlənilməklə məhdudlaşdırıla bilər. Vergi orqanının istinad etdiyi hallar maraqlı şəxsin hüquqi şəxsin rəhbəri statusunu şübhəsiz şəkildə təsdiq etmədiyindən, onun konstitusion hüququnun məhdudlaşdırılması üçün kifayət qədər hüquqi əsas mövcud deyildir.
6. Apellyasiya şikayətində istinad olunan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 9 və 9.3-cü maddələri dövlət qeydiyyatı prosedurunu tənzimləyir və həmin müddəalar qanuni qüvvəyə minmiş məhkəmə aktının hüquqi nəticələrini aradan qaldırmır. Əks yanaşma qəbul edildiyi halda, hüquqi şəxsin vəzifəli şəxslərinin və ya təsisçilərinin məhkəmə qərarını icra etməməsi nəticəsində şəxs qeyrimüəyyən müddət ərzində hüquqlarının məhdudlaşdırılması riski ilə üzləşər ki, bu da hüquqi müəyyənlik, məhkəmə aktlarının məcburiliyi və mütənasiblik prinsiplərinə zidd olardı.
7. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.