Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-135/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə QƏTNAMƏSI Iş № e-2-2(3-9)-135/2026 Açar sözlər: pul tələbi. Şirvan şəhəri, ## ######## 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Imanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad Ilham oğlunun katibliyi, Iddiaçı İddiaçı MMC-nin nümayəndəsi Vəkil/Nümayəndə, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı - 4.734,08 manat məbləğində borc, 400 manat məbləğində cərimə və 71,35 manat dövlət rüsumu olmaqla, cəmi 5.205,43 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağcabədi filialı ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli **/**-*** saylı alğı-satqı müqaviləsinə əsasən Ağcabədi rayonu, Boyat kəndi ərazisində 2,80 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 7.389,86 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 32 manat məbləğində çöp doğrama, 160 manat məbləğində şum, 160 manat məbləğində mala, 102 manat məbləğində çiyid səpini, 1.027,80 manat məbləğində kultivasiya, 446,40 manat məbləğində dərman səpini, 825 manat məbləğində pambığın maşınla yığımı, 34 manat məbləğində tirə kipləşdirici işləri, 54,66 manat məbləğində sığorta haqqı, 2.915 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 1.161 manat məbləğində dərman və gübrə, 472 manat məbləğində toxumluq çiyid, ümumilikdə, 7.389,86 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 3.319,72 kq, 2.655,78 manat məbləğində xam-pambıq təhvil vermiş, iddiaçıya 4.734,08 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.2ci bəndinə əsasən satıcının istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikaları ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini alıcıya ödəmək üçün, yetişdirdiyi yüksək keyfiyyətli xam pambığın son məhsulunadək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş, “Xam pambığın yığııması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq olaraq ##.##.2021-ci il tarixədək alıcıya təhvil verir. Təhvil verilən xam pambığın dəyəri alıcıdan alınan avans məbləğinin dəyərindən az olarsa, o zaman alıcıya həmin yaranan borcu ödəyir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən göstərilən servis xidmətlərinin, nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10% artıq olmamaq şərti ilə alıcıya cərimə ödəyir. Cavabdeh borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə, cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 400 manat məbləğində cərimə tətbiq edilməlidir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 4.734,08 manat məbləğində borc, 237 manat məbləğində cərimə, cəmi 4.971,08 manat məbləğində pul vəsaitinin və 69,71 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən məhkəmə bildirişini cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirmişdir və bununla bağlı məlumat həmin sistem vasitəsilə elektron qaydada, elektron poçt, SMS və s. vasitəsilə çatdırılmışdır. Iddiaçı cavabdehin apellyasiya şikayətində qeyd etdiyi ##.##.2023-cü ildə Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində Cavabdeh məxsus 2.80 hektar pambıq sahəsinin tamamilə məhv olması ilə bağlı dəlilə də etiraz edərək qeyd etmişdir ki, cavabdeh 2023-cü il müqaviləsi üzrə istehsal ilinin sonunda iddiaçıya ****** nömrəli ## ###### 2023-cü il tarixli və ****** nömrəli ## ###### 2023-cü il tarixli pambıq qəbulu qəbzlərinə əsasən 2655,78 manat məbləğində 3319,72 kq xam pambıq təhvil vermişdir. Cavabdeh iş materiallarında olan ##.##.2024-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktına imza etməklə bunu təsdiqləmişdir. Iddiaçı qeyd edilənləri nəzərə alaraq Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin e- *-*(*-**)-****/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin əsassız olmasını və təmin edilməməsini xahiş etmişdir. Iddiaçı etiraza əlavəsində qeyd etmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh 4734,08 manat məbləğində borcun, 237,00 manat cərimənin, cəmi 4971,08 manat pul vəsaitinin və 69,71 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verərək İddiaçı MMC-nin iştirakı ilə tərtib edilmiş ##.##.2023-cü il tarixli akt əsasında Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazisinə güclü dolu yağması nəticəsində 74,44 hektar pambıq sahəsinin 43 hektar sahəsinin məhv olduğunu və cavabdehə məxsus olan 2,80 hektar sahənin tamamilə məhv edilməsi barədə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, cavabdehin dəlilləri özünü müdafiə xarakteri daşıdığından apellyasiya şikayəti təmin edilmədən və Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehlə bağlanmış müqavilə adından göründüyü kimi xam pambığın alqı-satqı müqaviləsidir. Yəni cavabdeh xam pambığın əkin-becərilməsi mövsümünün sonunda İddiaçı MMC-yə təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci yarımbəndinə əsasən cavabdeh pambığın əkib-becərilməsinə çətinlik çəkdikdə İddiaçı MMC-yə müraciət etməli, ondan sifarişi əsasında aqrotexniki xidmətlərin göstərilməsini, gübrə və dərmanların verilməsini və cəmiyyətin maddi vəziyyətini nəzərə alaraq bankdan alınmış kredit vəsaiti hesabına avans vəsaitin verilməsini xahiş edə bilərdi. Bu norma məcburi xarakter daşımamış, pambığın becərilməsi ilə bağlı sadəcə fermerə kömək məqsədi daşımışdır. İddiaçı MMC tərəfindən göstərilən bu xidmətlər ödənişli xarakter daşımış, mövsümün sonunda pambıq təhvil verərkən məbləğdən çıxılaraq ödənilməsini nəzərdə tutmuşdur. Hazırkı iş üzrə cavabdeh torpaq sahəsində dolu düşməsi nəticəsində pambığın məhv olmuş olmasını, ondan müqaviləyə görə xam pambıq deyil, onun sifarişi əsasında görülmüş işlərə görə çəkilmiş xərclərin məbləğini geri tələb etmişdir. Pambıq əkib-becərilməsi ilə bağlı meydana gələn risklər birbaşa cavabdehin üzərinə düşmüşdür. Etiraza əlavəsində qeyd etmişdir ki, tərtib edilmiş siyahıdan məlum olur ki, Ağcabədi rayonu, Boyat kəndi ərazisinə ##.##.2023-cü il tarixdə güclü dolu düşməsi səbəbindən cavabdeh Cavabdeh 2,80 hektar sahəsi yararsız hala düşmüşdür. Onun əkin sahəsi də 2,80 hektar sahədən ibarət olmuşdur. Lakin şikayətdə hansı əraziyə dolu düşməsi müəyyən edilməmişdir. Göstərilmiş xidmətlərlə bağlı aktlara nəzər saldıqda məlum olur ki, cavabdeh Cavabdeh torpaq sahəsində ##.##.2023-cü il tarixdən sonra ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə bərpa yemləmə, ## #### 2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə damcılama, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ## #### 2023-cü il tarixdə kultivasiya, ## ###### 2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ## ###### 2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə dərmanlama, ##.##.2023-cü il tarixdə dərmanlama, ##.##.2023-cü il tarixdə pambığın kombaynla yığımı, ##.##.2023-cü il tarixdə pambığın maşınla yığımı işləri həyata keçirilmişdir. Həmçinin filialın anbarından ## #### 2023-cü il tarixli, ****** nömrəli qaimə ilə qolplan, viadukt, kalium-qamat, ##.##.2023-cü il tarixli, ****** nömrəli qaimə ilə karbamid, ## #### 2023-cü il tarixli, ****** nömrəli qaimə ilə qolplan, viadukt, kaliumqamat, ##.##.2023-cü il tarixli ****** nömrəli qaimə ilə viadukt, qolplan, ## ###### 2023-cü il tarixli, ****** nömrəli qaimə ilə alqamek twister, ## ###### 2023-cü il tarixli ****** nömrəli qaimə ilə alqamek, twister, ## ####### 2023-cü il tarixli, ****** nömrəli qaimə ilə doruk ultra, ## ###### 2023-cü il tarixli ****** nömrəli qaimə ilə dorik ultra gübrə və dərmanları verilməsi və təsərrüfatda istifadə edilmişdir. Bundan sonra torpaq sahəsində cəmiyyətə məxsus kombaynla məhsul yığılaraq 3319,72 kq, 2655,78 manat məbləğində xam pambıq yığaraq təhvil verilmişdir. Mövsümün sonunda qarşılıqlı hesablaşma aparılaraq 4734,08 manat borc cavabdeh tərəfindən üzləşmə aktı ilə etiraf edilmişdir. Cavabdehlə İddiaçı MMC arasında bağlanmış müqavilə xam pambığın alqı-satqı müqaviləsidir. Pambığı əkib-becərmək onun vəzifəsi olmuş, mövsümün sonunda isə İddiaçı MMC-yə təhvil verməli idi. Əgər pambıq təhvil verilməmişdirsə, cəmiyyət cavabdehin sifarişi ilə torpaq sahəsinə çəkilmiş xərclərə, bunlar aqrotexniki xidmət, avans pul vəsaiti, gübrə və dərmanların verilməsi və s. olmaqla, çəkilmiş xərclərin pul vəsaitini ondan tələb etmişdir. Pambığı əkib-becərmək və bununla bağlı meydana gələn risklər birbaşa cavabdehin üzərinə düşmüşdür. Cavabdeh apellyasiya şikayətində çəkişmə prinsipinin tələblərinin pozulması, sübutların təqdim edilməsi, şahidlərin çağırılması ilə bağlı tələblərin pozulması və s. ilə bağlı etirazını da əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması qurtarana qədər təqdim edilir. Məhkəmə zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı zamanı əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1.1-ci maddəsinə əsasən “elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulduğu qaydada elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edirlər. Cavabdeh Cavabdeh hazırkı mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxılarkən məhkəmədə iştirak etməmiş, yazılı şəkildə etirazını bildirməmiş və sübutlarını məhkəməyə təqdim etməmişdir. Sübutların təqdim edilməməsini əsaslandırmamış və ya bunun üzrlü səbəblərdən baş verdiyi də cavabdeh tərəfindən əsaslandırılmamışdır. Cavabdeh iddia etdiyi kimi, ## #### 2023-cü il tarixdən sonra da pambığı becərmiş (bu isə əlavə edilmiş akt və qaimələrdə təsdiq edilir) və iddiaçıya 3319,72 kq, 2655,78 manat məbləğində xam pambıq təhvil vermişdir. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh Cavabdeh apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və Şirvan Kommersiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil/Nümayəndə cavabdehin apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək cavabdeh Cavabdeh apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və Şirvan Kommersiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, sahəsinə yağış və dolu düşdükdən sonra iddiaçı tərəfindən onun sahəsində müxtəlif xidmətlər həyata keçirilmişdir. Belə ki, # #### 2023-cü ildən başlayaraq müxtəlif tarixlərdə kultivasiya, bərpa yemləmə, damcılama və digər aqrotexniki işlərin aparılması, 17 oktyabr və # ###### 2023-cü il tarixlərində dərmanlama işlərinin görülməsi, habelə müxtəlif tarixlərdə gübrə və dərmanların verilməsi həyata keçirilmişdir. Həmçinin qeyd etmişdir ki, onun tərəfindən İddiaçı MMC-yə 3.319,72 kq xam pambıq təhvil verilmişdir. Həmin məhsulun dəyəri 2.655,78 manat təşkil etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında **/**-*** nömrəli, ##.##.2023-cü il tarixli müqavilə bağlanmışdır. Iş materiallarında olan sənədlərdən (qiymətlərin razılaşdırılması protokolu, ödəniş tapşırıqları, iş və xidmətlərin yerinə yetirilməsi aktının surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. Cavabdehin 4.734,08 manat məbləğində borcu qalmışdır. Iş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024-cü il tarixli məktubun surətindən görünür ki, alqı-satqısı müqavilə(lər)sinə əsasən cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, hakim tərəfindən iddia tələbininin təmin edilməsilə bağlı qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış (araşdırılmamış), məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmış həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun doğru əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə birtərəfli mövqe göstərmişdir. cavabdehin sübutlarının təqdim edilməsinə heç bir şərait yaratmadan və izahatı dinlənilmədən, yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsasən çıxarılmış məhkəmə qətnaməsi prosesin çəkişmə prinsipinin pozulması deməkdir. İddiaçı MMC ilə aralarında olan müqaviləyə əsasən cavabdeh 2.8 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu - İddiaçı MMC-ə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən Fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyrimümkün hesab edilə bilər. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitindədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. Cavabdehin şikayətinə əlavə etdiyi arayışda məzmunundan görünür ki, ##.##.2023-cü ildə Ağcabədi rayonunun Boyad, Hacılar, Qaraxanlı, Şərəfxanlı, Imamqulubəyli, Hindarx kəndləri ərazilərində dolu qeydə alınmışdır. Cavabdehin şikayətinə əlavə etdiyi cavabdeh təşkilat - İddiaçı MMCnin ##.##.2023-cü il tarixli mütəxəssis Aktından görünür ki, ##.##.2023-cü ildə Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində 74.44 hektar pambıq sahəsinin 42 ha pambıq sahəsi tamamilə məhv olmuşdur. Həmin Akta əlavə edilmiş - İddiaçı MMC-nin ##.##.2023-cü il tarixli mütəxəssis Aktına əlavə edilmiş adlı siyahıdan görünür ki, ##.##.2023-cü ildə Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində cavabdehə məxsus 2.8 hektar pambıq sahəsi tamamilə məhv olmuşdur. Həmçinin cavabdehə məxsus sahənin yağmış dolu nəticəsində məhv olmasını təsdiq edən fotoşəkillər də vardır. Işin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 166 və 167-ci maddələrinin tələblərinə əməl etmədən işin məhkəmədə baxılmağa hazırlanması üzrə heç bir hərəkət etmədən, cavabdehin izahat və etirazlarını dinləmədən sübutlara dair vəsatətlərinə baxmadan işi məhkəmə baxışına təyin edilməsi üçün kifayət qədər hazırlanmış hesab etməklə səhvə yol vermiş, nəticədə bütün bunlar əsassız və ədalətsiz məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olmuşdur. Birinci instansiya Məhkəməsi qətnamə qəbul edərkən yalnız Iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənmiş, cavabdehin sübutlarını təqdim etməyə şərait yaradılmamış, işin faktiki hallarını demək olar ki, araşdırmamışdır. Birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin edilmədiyindən, apellyasiya şikayətinə əlavə etdiyi sübutları, yəni arayışı, Iddiaçı İddiaçı MMC-nin öz mütəxəssisləri tərəfindən tərtib edilmiş Aktı və adlı siyahını, sahibkarlar tərəfindən tərtib edilmiş aktı birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə Kollegiyası hesab edir ki, fors-major halının mövcudluğu müqavilə üzrə müəyyən edilmiş pul öhdəliyinin hər bir halda xitam olunması ilə nəticələnə bilməz. Tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.2-ci bəndlərində fors-major halının müqavilə öhdəliklərinin yerinə yetirilməsinə təsiri tənzimlənsə də, həmin fors-major hal nəticəsində öhdəliyin icrasının hansı hissədə qeyri-mümkün olması və bu halın icranın mümkünsüzlüyünə təsirinin müəyyən edilməsi zəruridir. Belə ki, hazırkı işdən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən cavabdehin təsərrüfatına yönəldilmiş vəsait və xidmətlərin verilməsi dolu hadisəsindən sonra da davam etmişdir. Iş materiallarında # #### 2023-cü ildən başlayaraq müxtəlif tarixlərdə kultivasiya, bərpa yemləmə, damcılama və digər aqrotexniki işlərin aparılması, 17 oktyabr və # ###### 2023-cü il tarixlərində dərmanlama işlərinin görülməsi, habelə müxtəlif tarixlərdə gübrə və dərmanların verilməsi barədə sənədlər mövcuddur. Həmçinin cavabdehin sahəsinin guya tamamilə məhv olması barədə dəlilinə baxmayaraq, 2023-cü ilin dekabr ayında həmin sahədə pambığın yığılması həyata keçirilmiş və cavabdeh tərəfindən İddiaçı MMC-yə 3.319,72 kq xam pambıq təhvil verilmişdir. Həmin məhsulun dəyəri 2.655,78 manat təşkil etmişdir. Bu o deməkdir ki, cavabdehin özü də müqavilə münasibətlərinin davam etdiyini faktiki hərəkətləri ilə təsdiq etmişdir. Bu fakt dolu hadisəsinin baş verməsini inkar etmir, lakin həmin hadisənin müqavilə üzrə bütün öhdəliklərin icrasını qeyri-mümkün etdiyini təsdiqləmir. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-135/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-135/2026
17.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver