Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-140/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə QƏTNAMƏSI Iş № e-2-2(3-9)-140/2026 Açar sözlər: xam pambığın alqı-satqısına görə pul tələbi. Şirvan şəhəri, ## ######## 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Imanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad Ilham oğlunun katibliyi, Iddiaçı İddiaçı MMC-nin nümayəndəsi X3, cavabdeh X1 iştirakı ilə, Işin halları: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraviət edərək, X2 “Iddiaçı”nın xeyrinə 3359,49 manat məbləğində borcun, 300,00 manat məbləğində cərimənin və 56,60 manat dövlət rüsumunun, cəmi 3716,09 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağcabədi filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış##.##.2023-cü il tarixli **/**-*** saylı alğısatqı müqaviləsinə əsasən Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində 2,50 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “Iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “Iddiaçı”dan 7322,81 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 64,00 mamant məbləğində çöp doğrama, 233,00 manat məbləğində şum, 58,50 manat məbləğində 2-ci şum, 23,00 manat məbləğində ağır diskli mala, 39,00 manat məbləğində rotasion mala, 246,00 manat məbləğində mala, 49,00 manat məbləğində kanal çəkmə, 110,50 manat məbləğində çiyid səpini, 795,60 manat məbləğində kultivasiya, 296,00 manat məbləğində dərman səpini, 495,00 manat məbləğində pambığın maşınla yığımı, 32,00 manat məbləğində pambıq kolunun ucunun vurulması, 52,71 manat məbləğində sığorta haqqı, 3012,50 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 756,00 manat məbləğində dərman və gübrə, 1060,00 manat məbləğində toxumluq çiyid, ümumilikdə, 7322,81 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, 6196,98 kq, 4928,58 manat məbləğində xampambıq təhvil vermiş, iddiaçıya 2394,23 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “Iddiaçı’ya olanborcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalmasıiş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. İddiaçı MMC-nin Ağcabədi filialı iləcavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli **/**-** saylı alğı-satqı müqaviləsinə əsasən Ağcabədi rayonu, Şotlanlı və Boyat kəndi ərazisində 3,40 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “Iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “Iddiaçı”dan 2691,00 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 77,00 manat məbləğində çöp doğrama, 190,00 manat məbləğində şum, 92,00 manat məbləğində ağır diskli mala, 90,00 manat məbləğində mala, 28,00 manat məbləğində kanal çəkmə, 42,50 manat məbləğində çiyid səpini, 216,00 manat məbləğində kultivasiya, 120,00 manat məbləğində dərman səpini, 240,00 manat məbləğində pambığın maşınla yığımı, 600,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 598,00 manat məbləğində dərman və gübrə, 397,50 manat məbləğində toxumluq çiyid, ümumilikdə, 2691,00 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, 2157,18 kq, 1725,74 manat məbləğində xam-pambıq təhvil vermiş,ötən ildən ödənilməmiş 2394,23 manat borc nəzərə alınmaqla, iddiaçıya 3359,49 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “Iddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdənyayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddia ərizəsinin icraata götürülməsinə dair qərardad və Azərbaycan Respublikası MPMnin 284-5.1-ci maddəsinin tələblərinin qeyd olunduğu məhkəmə bildirişi (iddia ərizəsinin surəti və prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş əlavə olunmaqla) cavabdehə poçt vasitəsilə çatdırılmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə daxil olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 3359,49 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə və ödənilmiş 56,60 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3436,09 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim tərəfindən iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun doğru əsaslandırılmamışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 1.3 və 9.2-ci maddələrinin tələblərinin pozulduğunu qeyd etmişdir. O, birinci instansiya məhkəməsinin işə baxarkən bu barədə ona məlumat çatdırmadığını, sübutlarının təqdim edilməsinə heç bir şərait yaratmadan və izahatını dinləmədən, yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsasən qətnamə qəbul etdiyini və bunun da çəkişmə prinsipinin tələblərinin pozulması olduğunu qeyd etmişdir. İddiaçı MMC ilə aralarında olan müqaviləyə əsasən 2,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən fors-major şəraitində, yəni hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ hallarında müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyrimümkün hesab edilə bilər. Müqavilənin 5.2-ci maddəsinə əsasən isə fors-major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors-major şəraitindədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors-major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. Cavabdeh apellyasiya şikayətinə əlavə etdiyi arayışın məzmunundan ##.##.2023-cü ildə Ağcabədi rayonunun Boyad, Hacılar, Qaraxanlı, Şərəfxanlı, Imamqulubəyli və Hindarx kəndləri ərazilərində dolu qeydə alındığının göründüyünü qeyd etmişdir. Həmçinin şikayətə əlavə etdiyi İddiaçı MMC-nin ##.##.2023-cü il tarixli mütəxəssis aktından ##.##.2023-cü ildə Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində 74,44 hektar pambıq sahəsinin 42 hektarının tamamilə məhv olduğunun göründüyünü qeyd etmişdir. Həmin akta əlavə edilmiş İddiaçı MMC-nin ##.##.2023-cü il tarixli mütəxəssis aktına əlavə edilmiş adlı siyahıdan isə ##.##.2023-cü ildə Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində cavabdehə məxsus 2,5 hektar pambıq sahəsinin tamamilə məhv olduğunun göründüyünü qeyd etmişdir. Cavabdeh həmçinin məhkəmənin işin faktiki halı kimi əkin sahəsinin təbii fəlakət nəticəsində tamamilə məhv olmasını aydınlaşdırmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən yalnız iddiaçının təqdim etdiyi sübutlarla kifayətləndiyini, cavabdehin sübutlarını təqdim etməsinə şərait yaradılmadığını və işin faktiki hallarını demək olar ki, araşdırmadığını qeyd etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə əsasən (Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır) məhkəmə bildirişini cavabdehin elektron kabinetinə yerləşdirmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi ##.##.2023-cü ildə Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində X1 məxsus 2,5 hektar pambıq sahəsinin tamamilə məhv olmasına iddiaçı etiraz edərək qeyd etmişdir ki, cavabdeh 2023-cü il müqaviləsi üzrə istehsal ilinin sonunda iddiaçıya ****** nömrəli ## ###### 2023-cü il tarixli, ****** nömrəli ## ###### 2023-cü il tarixli pambıq qəbulu qəbzlərinə əsasən 4928,58 manat məbləğində 6196,98 kq xam pambıq təhvil vermişdir. Cavabdeh iş materiallarında olan ##.##.2024-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktına imza etməklə bunu təsdiqləmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin e- *-*(*-**)-****/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin əsassız olmasını və təmin edilməməsini xahiş etmişdir. Iddiaçı etiraza əlavəsində qeyd etmişdir ki, Cavabdehin dəlilləri özünü müdafiə xarakteri daşıdığından apellyasiya şikayəti təmin edilməməli və Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehlə bağlanmış müqavilə adından göründüyü kimi xam pambığın alqı-satqı müqaviləsidir. Yəni cavabdeh öz riski ilə pambığın əkib-becərilməsini, mövsümün sonunda isə İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən cavabdeh pambığın əkibbecərilməsi ilə bağlı çətinlik çəkdikdə İddiaçı MMC-yə müraciət edərək onun sifarişi əsasında aqrotexniki xidmətlərin göstərilməsini, gübrə və dərmanların verilməsini və cəmiyyətin maddi vəziyyətini nəzərə alaraq bankdan alınmış kredit vəsaiti hesabına avans vəsaitin verilməsini xahiş edə bilərdi. Bu norma məcburi xarakter daşımamış, pambığın becərilməsi ilə bağlı sadəcə fermerə kömək məqsədi daşımışdır. İddiaçı MMC tərəfindən göstərilən bu xidmətlər ödənişli xarakter daşımış, mövsümün sonunda pambıq təhvil verərkən məbləğdən çıxılaraq ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə cavabdeh torpaq sahəsinə dolu düşməsi nəticəsində pambığın məhv olmuş olmasını, ondan müqaviləyə görə xam pambıq deyil, onun sifarişi əsasında görülmüş işlərə görə çəkilmiş xərclərin məbləğini geri tələb etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, cavabdehin sifarişi əsasında aqrotexniki işlərin görülməsi, digər tərəfdən gübrə, dərmanların və s. verilməsi, avans pul vəsaiti hesabına həmin işləri görmək və hesablaşmanı aparmaq olacaqdır. Ona görə də hazırkı müqavilə üzrə İddiaçı MMC cavabdehdən xam pambığa görə deyil, cəmiyyət tərəfindən göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin geri qaytarılması barədə tələbə məhkəməyə müraciət edib, borc tələb etmişdir. Pambığı əkib-becərmək və bununla bağlı meydana gələn risklər birbaşa cavabdehin üzərinə düşmüşdür. Digər tərəfdən tərtib edilmiş siyahıdan məlum olur ki, Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisinə ##.##.2023-cü il tarixdə güclü dolu düşməsi səbəbindən cavabdeh Cavabdeh 2,50 hektar sahəsi yararsız hala düşmüşdür. Onun əkin sahəsi də 2,50 hektar sahədən ibarət olmuşdur. Lakin siyahıda hansı əraziyə dolu düşməsi müəyyən edilməmişdir. Göstərilmiş xidmətlərlə bağlı aktlara nəzər saldıqda məlum olur ki, cavabdeh Cavabdeh torpaq sahəsində ##.##.2023-cü il tarixdən sonra ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə dərmanlama, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə dərmanlama, ##.##.2023-cü il tarixdə dərmanlama, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ## ###### 2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə kultivasiya, ##.##.2023-cü il tarixdə pambıq kolunun vurulması, ##.##.2023-cü il tarixdə yemləmə, ##.##.2023-cü il tarixdə dərmanlama, ##.##.2023-cü il tarixdə dərmanlama, ##.##.2023-cü il tarixdə dərmanlama, ##.##.2023-cü il tarixdə pambığın kombaynla yığımı, ##.##.2023-cü il tarixdə pambığın kombaynla yığımı işləri həyata keçirilmişdir. Həmçinin filialın anbarından ## #### 2023-cü il tarixli, ****** nömrəli qaimə ilə karbamid, ##.##.2023-cü il tarixli, ****** nömrəli qaimə ilə kleverdim, ## ###### 2023-cü il tarixli, ****** nömrəli qaimə ilə qloplan, ##.##.2023-cü il tarixli, ****** nömrəli qaimə ilə alqamek, ## ######## 2023-cü il tarixli, ****** nömrəli qaimə ilə doruk ultra, ##.##.2023-cü il tarixli, ****** nömrəli qaimə ilə doruk ultra dərmanları verilmiş və torpaqda istifadə edilmişdir. Bundan sonra torpaq sahəsindən cəmiyyətə məxsus kombaynla məhsul yığılaraq 2157 kq, 1725,74 manat məbləğində xam pambıq yığılaraq cəmiyyətə təhvil verilmişdir. Mövsümün sonunda qarşılıqlı hesablaşma aparılaraq 3359,49 manat borc cavabdeh tərəfindən üzləşmə aktı ilə etiraf edilmişdir. Cavabdehlə İddiaçı MMC arasında bağlanmış müqavilə xam pambığın alqı-satqı müqaviləsidir. Pambığı əkib-becərmək onun vəzifəsi olmuş, mövsümün sonunda isə İddiaçı MMC-yə təhvil verməli idi. Əgər pambıq təhvil verilməmişdirsə, cəmiyyət cavabdehin sifarişi ilə torpaq sahəsinə çəkilmiş xərclərə görə, bunlar aqrotexniki xidmətlər, avans pul vəsaiti, gübrə və dərmanların verilməsi və s. olmaqla, çəkilmiş xərclərin pul vəsaitini ondan tələb etmişdir. Pambığı əkib-becərmək və bununla bağlı meydana gələn risklər birbaşa cavabdehin üzərinə düşmüşdür. Apellyasiya şikayətində cavabdehin çəkişmə prinsipinin tələblərinin pozulması, sübutların təqdim edilməsi, şahidlərin çağırılması ilə bağlı tələblərin pozulması və s. ilə bağlı etirazı da əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması qurtarana qədər təqdim edilir. Məhkəmə zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı zamanı əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1.1-ci maddəsinə əsasən “elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edirlər. Cavabdeh Cavabdeh hazırkı mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxılarkən məhkəmədə iştirak etməmiş, yazılı şəkildə etirazını bildirməmiş və sübutlarını məhkəməyə təqdim etməmişdir. Sübutların təqdim edilməməsini əsaslandırmamış və ya bunun üzrlü səbəblərdən baş verdiyi də cavabdeh tərəfindən əsaslandırılmamışdır. Cavabdeh iddia etdiyi kimi, ## #### 2023-cü il tarixdən sonra da pambığı becərmiş və iddiaçıya 2157 kq, 1725,74 manat məbləğində xam pambıq təhvil vermişdir. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh Cavabdeh apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməsini və Şirvan Kommersiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 cavabdehin apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək cavabdeh Cavabdeh apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və Şirvan Kommersiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, dolu yağandan sonra da iddiaçı tərəfindən onun sahəsinə müxtəlif aqrotexniki və sair xidmətlər göstərilmişdir. Belə ki, ##.##.2023-cü ildən sonra müxtəlif tarixlərdə kultivasiya, dərmanlama və digər aqrotexniki işlərin görülməsi həyata keçirilmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən İddiaçı MMC-yə 2157 kq xam pambıq təhvil verilmişdir. Həmin məhsulun dəyəri 1725,74 manat təşkil etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu borcun ödənilməsi məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin Ağcabədi filialı və Cavabdeh (müqavilədə “Satıcı”) arasında bağlanmış ##.##.2023-cü il tarixli **/**-*** nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini “Alıcı” tərəfindən "Satıcı”ya məxsus (istifadədə və ya icarədə olan) Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində 2,50 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi. "Satıcı" tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində. "Alıcıya" təhvil verilməsi və "Alıcı” tərəfindən "Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 3.2-ci bəndinə əsasən, məhsulun olmaması və ya az olması “Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir; 4.1-ci bəndinə əsasən, “Alıcı” nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Satıcı”dan (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ -800 AZN/ton, II növ – 780 AZN/ton, III növ – 740 AZN/ton, IV növ – 700 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. Iş materiallarında olan İddiaçı MMC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli **/**-*** nömrəli müqaviləyə əlavə olaraq, tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. Iş materiallarında olan avans xidmət barədə aktların surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh sahəsində müvafiq aqrotexniki işlər görülmüş və mallar təhvil verilmişdir. Iş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh hesabına 3012,50 manat məbləğində vəsait köçürülmüşdür. Iş materiallarında olan İddiaçı MMC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında imzalanmış ##.##.2024-cü il tarixli “iş və xidmətlərin yerinə yetirilməsi” aktlara əsasən, fermer Cavabdeh ümumilikdə fermerdən alınmış xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş subsidiya ümumilikdə 7322,81 manat təşkil etmiş, iddiaçıya 2394,23 manat borcu qalmışdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin Ağcabədi filialı və Cavabdeh (müqavilədə “Satıcı”) arasında bağlanmış ##.##.2023-cü il tarixli **/**-** nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini “Alıcı” tərəfindən "Satıcı”ya məxsus (istifadədə və ya icarədə olan) Ağcabədi rayonu, Şotlanlı və Boyat kəndi ərazisində 3,40 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi. "Satıcı" tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində. "Alıcıya" təhvil verilməsi və "Alıcı” tərəfindən "Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 3.2-ci bəndinə əsasən, məhsulun olmaması və ya az olması “Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir; 4.1-ci bəndinə əsasən, “Alıcı” nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Satıcı”dan (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ -800 AZN/ton, II növ – 780 AZN/ton, III növ – 740 AZN/ton, IV növ – 700 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. Iş materiallarında olan İddiaçı MMC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli **/**-** nömrəli müqaviləyə əlavə olaraq, tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. Iş materiallarında olan avans xidmət barədə aktların surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh sahəsində müvafiq aqrotexniki işlər görülmüş və mallar təhvil verilmişdir. Iş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh hesabına 600 manat məbləğində vəsait köçürülmüşdür. Iş materiallarında olan İddiaçı MMC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında imzalanmış ##.##.2024-cü il tarixli “iş və xidmətlərin yerinə yetirilməsi” aktlara əsasən, fermer Cavabdeh ümumilikdə fermerdən alınmış xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş subsidiya ümumilikdə 5085,23 manat təşkil etmiş, iddiaçıya 3359,49 manat borcu qalmışdır. Iş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, hakim tərəfindən iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun doğru əsaslandırılmamışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 1.3 və 9.2-ci maddələrinin tələblərinin pozulduğunu qeyd etmişdir. O, birinci instansiya məhkəməsinin işə baxarkən bu barədə ona məlumat çatdırmadığını, sübutlarının təqdim edilməsinə heç bir şərait yaratmadan və izahatını dinləmədən, yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsasən qətnamə qəbul etdiyini və bunun da çəkişmə prinsipinin tələblərinin pozulması olduğunu qeyd etmişdir. İddiaçı MMC ilə aralarında olan müqaviləyə əsasən 2,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən fors-major şəraitində, yəni hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ hallarında müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyrimümkün hesab edilə bilər. Müqavilənin 5.2-ci maddəsinə əsasən isə fors-major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors-major şəraitindədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors-major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. Cavabdeh apellyasiya şikayətinə əlavə etdiyi arayışın məzmunundan ##.##.2023-cü ildə Ağcabədi rayonunun Boyad, Hacılar, Qaraxanlı, Şərəfxanlı, Imamqulubəyli və Hindarx kəndləri ərazilərində dolu qeydə alındığının göründüyünü qeyd etmişdir. Həmçinin şikayətə əlavə etdiyi İddiaçı MMC-nin ##.##.2023-cü il tarixli mütəxəssis aktından ##.##.2023-cü ildə Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində 74,44 hektar pambıq sahəsinin 42 hektarının tamamilə məhv olduğunun göründüyünü qeyd etmişdir. Həmin akta əlavə edilmiş İddiaçı MMC-nin ##.##.2023-cü il tarixli mütəxəssis aktına əlavə edilmiş adlı siyahıdan isə ##.##.2023-cü ildə Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində cavabdehə məxsus 2,5 hektar pambıq sahəsinin tamamilə məhv olduğunun göründüyünü qeyd etmişdir. Cavabdeh həmçinin məhkəmənin işin faktiki halı kimi əkin sahəsinin təbii fəlakət nəticəsində tamamilə məhv olmasını aydınlaşdırmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən yalnız iddiaçının təqdim etdiyi sübutlarla kifayətləndiyini, cavabdehin sübutlarını təqdim etməsinə şərait yaradılmadığını və işin faktiki hallarını demək olar ki, araşdırmadığını qeyd etmişdir. Cavabdeh qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən apellyasiya şikayətinə əlavə etdiyi arayışı, İddiaçı MMC-nin öz mütəxəssisləri tərəfindən tərtib edilmiş aktı və adlı siyahını, sahibkarlar tərəfindən tərtib edilmiş aktı və sığorta şəhadətnaməsini birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə Kollegiyası hesab edir ki, fors-major halının mövcudluğu müqavilə üzrə müəyyən edilmiş pul öhdəliyinin hər bir halda xitam olunması ilə nəticələnə bilməz. Tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.2-ci bəndlərində fors-major halının müqavilə öhdəliklərinin yerinə yetirilməsinə təsiri tənzimlənsə də, həmin fors-major hal nəticəsində öhdəliyin icrasının hansı hissədə qeyri-mümkün olması və bu halın icranın mümkünsüzlüyünə təsirinin müəyyən edilməsi zəruridir. Hazırkı işdə İddiaçı MMC tərəfindən cavabdehin təsərrüfatına yönəldilmiş vəsait və xidmətlərin verilməsi dolu hadisəsindən sonra da davam etmişdir. Iş materiallarında ##.##.2023-cü ildən sonra müxtəlif tarixlərdə kultivasiya, dərmanlama və digər aqrotexniki işlərin görülməsi barədə sənədlər mövcuddur. Həmçinin cavabdehin sahəsinin guya tamamilə məhv olması barədə dəlilinə baxmayaraq, 2023-cü il tarixində həmin sahədə pambığın yığılması həyata keçirilmiş və cavabdeh tərəfindən İddiaçı MMC-yə xam pambıq təhvil verilmişdir. Bu o deməkdir ki, cavabdehin özü də müqavilə münasibətlərinin davam etdiyini faktiki hərəkətləri ilə təsdiq etmişdir. Bu fakt dolu hadisəsinin baş verməsini inkar etmir, lakin həmin hadisənin müqavilə üzrə bütün öhdəliklərin icrasını qeyri-mümkün etdiyini təsdiqləmir. Buna görə də Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-140/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-140/2026
17.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver