Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-141/2026 29.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit borcunun tutulması tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakıqətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6029,01 manat, faiz borc üzrə 17,76 manat olmaqla, cəmi borc 6046,77 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 80,46 manat məbləğində dövlət rüsumunu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasıda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixli *** nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) İmişli filialı ilə cavabdeh1 arasında ## ###### 2020-ci il tarixli **/PR saylı Güzəştli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 6642,17 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 il müddətində bu müqaviləyə * nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Kredit vəsaitinin təminatı olaraq zamin cavabdeh2 ilə ## ###### 2020-ci il tarixli **/PR saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdehlər kreditor qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehlərin iddiaçıya hazırda olan borcu əsas borc üzrə 6029,01 manat, faiz borcu üzrə 17,76 manat olmaqla, cəmi 6046,77 manat təşkil edir. Tərəfimizdən borcun ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilsə də, qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı İddiaçı QSC BOKT iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə mürüciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2812,13 manat, faiz borc üzrə 00,00 manat olmaqla, cəmi borc 2812,13 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 80.46 manat məbləğində dövlət rüsumunu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər cavabdeh1 və cavabdeh2 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər cavabdeh1 və cavabdeh2 ##.##.2020-ci il tarixli, **/PR saylı kredit müqaviləsi üzrə 2812,13 manat məbləğində əsas borc və ödənilmiş 80,46 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2892,59 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Şirvan Kommersiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsini tam ləğv edib, tələbin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı QSC BOKT tərəfindən ona qarşı 2.892,59 manat borcun tutulması barədə iddia qaldırılmış, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, lakin həmin qətnamə ilə hüquqlarının pozulduğunu hesab edir. Şikayətçi bildirmişdir ki, onunla İddiaçı QSC BOKT İmişli filialı arasında ## ###### 2013-cü il tarixli ** saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə 6.642,17 manat kredit götürmüş, həmin kredit üzrə 7.000 manatdan artıq ödəniş etmiş və bunu təsdiq edən qəbzləri şikayətinə əlavə etmişdir. Onun iddiasına görə, iddiaçı etdiyi ödənişləri nəzərə almamış, faizlər hesablamaqla mübahisələndirilən borcu formalaşdırmışdır. Bundan başqa, İddiaçı QSC BOKT tərəfindən 2019-cu ildə İmişli Rayon Məhkəməsində eyni tələblə iddia qaldırıldığını, həmin məhkəmənin ## #### 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanıldığını göstərmişdir. Əmlakını sığorta etdirmiş, ## ###### 2017-ci il tarixdə həyətində tay yanmış və ona 6.000 manat ziyan dəymiş, bu hal akt və arayışla təsdiq olunsa da, həmin sənədlər iddiaçıya təqdim edilməsinə baxmayaraq nəzərə alınmamışdır. O, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına istinad edərək bankın restrukturizasiya, faizlərin silinməsi və məhkəmə işlərinin geri çağırılması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmədiyini bildirmişdir. Məhkəmə onu dinləsə də təqdim etdiyi sübutları nəzərə almadan qətnamə qəbul etmiş, 2013-cü ildə bağlanmış və müddəti 5 il müəyyən edilmiş kredit müqaviləsi üzrə iddia müddəti keçdikdən sonra iddia qaldırılmasına baxmayaraq həmin hala hüquqi qiymət verməmişdir. Kredit üzrə etdiyi ödənişlərin əhəmiyyətli hissəsi əsas borca deyil, faizə silinmiş, məhkəmə onun məhkəmə iclaslarında iştirak etmədiyi barədə düzgün olmayan nəticəyə gəlmiş, halbuki iki dəfə məhkəmə iclasında iştirak etmiş, bir dəfə isə xəstəliyi ilə bağlı sənəd təqdim etmişdir. O, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə verdiyini, Prezident Fərmanından sonra 2020ci ildə onun və həyat yoldaşının xəbəri və imzası olmadan yeni kredit müqaviləsi rəsmiləşdirildiyini, bu halın ekspertiza ilə yoxlanılmasının mümkün olduğunu, birinci instansiya məhkəməsinin işə qeyri-obyektiv və birtərəfli baxdığını, müqavilənin bağlanmasından 10 ildən artıq vaxt keçməsinə baxmayaraq iddianın təmin edilməsinin qanunsuz olduğunu, iş üzrə mühüm faktiki halların tam araşdırılmadığını, tutmanın ipoteka predmetinə yönəldilməsinin zəruriliyinin sübuta yetirilmədiyini və bu səbəbdən qətnamənin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməli olduğunu göstərmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh cavabdeh1 apellyasiya şikayətində Şirvan Kommersiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsini tam ləğv edib, tələbin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı QSC BOKT ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2020-ci il tarixli **/PR saylı güzəştli kredit müqaviləsi bağlanmışdır. 1.1-ci bəndinə əsasən X1 Respublikasının Prezidentinin "Azarbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ## ###### 2019-cu il tarixli 551 ndmrali Fərmanının icrasının təmin edilmasi məqsədi ila bağlanılır. 1.2-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmış əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 6642,17 (altı min altı yüz qırx iki manat 17 qapik) manat qalıq məbləğini ödəməsi məqsədi ilə 6642,17(altı min altı yuz qırx iki manat 17 qəpik) manat məbləğində güzəştli krediti (bundan sonra "Kredit") vermayi, Borclu isə verilmiş kediti ve ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (Kreditin qaytanlmasr cadveli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə gütürür. 1.3-ci bəndinə əsasən Kredit illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə verilir. 1.4-ci bəndinə əsasən Vaxtı keçmiş əsas kredit borcunun hansı valyutada olması nəzərə alınmadan bu müqavilə ilə verilən kredit milli valyutada (manat) rəsmiləşdirilir. 1.5-ci bəndinə əsasən Kredit məbləği Kreditor tərəfindən birbaşa, yani Borcluya ödənilmədən onun vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilir. 1.6-ci bəndinə əsasən Kreditin verilməsinə görə Borclu Kreditora komissiya haqqı ödəmir. İş materiallarından görünür ki, kredit vəsaitinin təminatı olaraq zamin cavabdeh2 ilə ## ###### 2020-ci il tarixli **/PR saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan ##.##.2020-ci il tarixli **/PR saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, borc alan tərəfindən 2025-ci il iyul ayınadək 6612,17 manat əsas, 170,20 manat faiz borcu olmaqla, cəmi 6812,37 manat məbləğində ödəniş edilməlidir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, cavabdeh cavabdeh1 tərəfindən iddiaçının hesabına 7046 manat ödəniş edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli “Maliyyə arayışı”ndan görünür ki, ## ##### 2021-ci il tarixli ** saylı kredit razılaşması üzrə cavabdeh1 ##.##.2024-cü il tarixə olan əsas məbləğ üzrə borcu 6642,17 manat, faiz üzrə borcu 86,51 manat, ödənilmiş əsas borc 3830,04 manat, ödənilmiş faiz borcu 86,51 manat, qalıq əsas borc 2812,13 manat və qalıq faiz borcu 0 olmaqla, iddia məbləği 2812,13 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlıq bildirişinin surətindən görünür ki, İddiaçı QSC BOKT ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2020-ci il tarixli **/PR saylı kredit müqaviləsinə əsasən ##.##.2025-ci il tarixə yaranmış borcun məktub alındığı tarixdən 10 gün ərzində tamamilə ödənilməsini xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş kredit borcunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddia təmin edilmiş, qətnamədən cavabdeh cavabdeh1 narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı İddiaçı QSC BOKT tərəfindən ona qarşı 2.892,59 manat borcun tutulması barədə iddia qaldırılmış, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, lakin həmin qətnamə ilə hüquqlarının pozulduğunu hesab edir. Şikayətçi bildirmişdir ki, tərəfi ilə İddiaçı QSC BOKT İmişli filialı arasında ## ###### 2013-cü il tarixli ** saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə 6.642,17 manat kredit götürmüş, həmin kredit üzrə 7.000 manatdan artıq ödəniş etmiş və bunu təsdiq edən qəbzləri şikayətinə əlavə etmişdir. Onun iddiasına görə, iddiaçı etdiyi ödənişləri nəzərə almamış, faizlər hesablamaqla mübahisələndirilən borcu formalaşdırmışdır. Bundan başqa, İddiaçı QSC BOKT tərəfindən 2019-cu ildə İmişli Rayon Məhkəməsində eyni tələblə iddia qaldırıldığını, həmin məhkəmənin ## #### 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanıldığını göstərmişdir. Əmlakını sığorta etdirmiş, ## ###### 2017-ci il tarixdə həyətində tay yanmış və ona 6.000 manat ziyan dəymiş, bu hal akt və arayışla təsdiq olunsa da, həmin sənədlər iddiaçıya təqdim edilməsinə baxmayaraq nəzərə alınmamışdır. O, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına istinad edərək bankın restrukturizasiya, faizlərin silinməsi və məhkəmə işlərinin geri çağırılması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmədiyini bildirmişdir. Məhkəmə onu dinləsə də təqdim etdiyi sübutları nəzərə almadan qətnamə qəbul etmiş, 2013-cü ildə bağlanmış və müddəti 5 il müəyyən edilmiş kredit müqaviləsi üzrə iddia müddəti keçdikdən sonra iddia qaldırılmasına baxmayaraq həmin hala hüquqi qiymət verməmişdir. Kredit üzrə etdiyi ödənişlərin əhəmiyyətli hissəsi əsas borca deyil, faizə silinmiş, məhkəmə onun məhkəmə iclaslarında iştirak etmədiyi barədə düzgün olmayan nəticəyə gəlmiş, halbuki iki dəfə məhkəmə iclasında iştirak etmiş, bir dəfə isə xəstəliyi ilə bağlı sənəd təqdim etmişdir. O, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə verdiyini, Prezident Fərmanından sonra 2020ci ildə onun və həyat yoldaşının xəbəri və imzası olmadan yeni kredit müqaviləsi rəsmiləşdirildiyini, bu halın ekspertiza ilə yoxlanılmasının mümkün olduğunu, birinci instansiya məhkəməsinin işə qeyri-obyektiv və birtərəfli baxdığını, müqavilənin bağlanmasından 10 ildən artıq vaxt keçməsinə baxmayaraq iddianın təmin edilməsinin qanunsuz olduğunu, iş üzrə mühüm faktiki halların tam araşdırılmadığını, tutmanın ipoteka predmetinə yönəldilməsinin zəruriliyinin sübuta yetirilmədiyini və bu səbəbdən qətnamənin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməli olduğunu göstərmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli *** nömrəli Fərmanının icrası məqsədilə iddiaçı İddiaçı QSC BOKT ilə cavabdeh cavabdeh1 arasında ##.##.2020-ci il tarixli **/PR saylı güzəştli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehin əvvəlki vaxtı keçmiş kredit borcunun qalığı olan 6.642,17 manat məbləğində borc restrukturizasiya edilmiş, kredit illik 1 faiz olmaqla 5 il müddətinə rəsmiləşdirilmiş, kredit vəsaitinin borcluya nağd verilməsi deyil, birbaşa onun vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilməsi müqavilənin 1.5-ci bəndində açıq şəkildə nəzərdə tutulmuşdur. Eyni zamanda həmin öhdəliyin təminatı kimi cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birlikdə öhdəliyin icrasına görə birgə məsuliyyət götürmüşdür.
2. Apellyasiya şikayətində iddia müddətinin ötürüldüyü, müqavilənin 2013-cü ilə aid olduğu və həmin müqavilədən on ildən artıq vaxt keçdiyi göstərilsə də, bu dəlillər iş materialları ilə təsdiq olunmur. Birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, hazırkı mübahisənin predmeti ##.##.2013-cü il tarixli ilkin kredit müqaviləsi deyil, məhz Prezidentin *** nömrəli Fərmanının icrası çərçivəsində bağlanmış ##.##.2020-ci il tarixli **/PR saylı güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliklərdir. Məhz bu müqavilə əsasında tərəflər arasında yeni öhdəlik hüquq münasibətləri yaranmış, borcalan restrukturizasiya edilmiş borcu yeni ödəniş cədvəlinə uyğun qaytarmağı öhdəsinə götürmüşdür. Buna görə də apellyasiya şikayətində 2013-cü il tarixli müqaviləyə və həmin müqavilə üzrə iddia müddətinə istinad edilməsi hazırkı mübahisənin predmetinə aid olmadığından birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması tam əsaslı olmuşdur. Apellyasiya şikayətində istinad edilən Konstitusiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarında da göstərilir ki, iddia müddətinin keçməsi kreditorun tələb hüququnu aradan qaldırmır və yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında tətbiq edilir. Hazırkı işdə isə mübahisə restrukturizasiya nəticəsində bağlanmış yeni kredit müqaviləsindən irəli gəldiyindən şikayətçinin bu istiqamətdəki arqumentləri hüquqi əhəmiyyət daşımır.
3. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, o, kredit üzrə 7.000 manatdan artıq ödəniş etmiş, iddiaçı isə həmin ödənişləri nəzərə almamış və faiz hesablamışdır. Lakin iş materialları göstərir ki, məhkəmə bu dəlili araşdırmış və iddiaçının ilkin tələbini olduğu kimi təmin etməmişdir. Belə ki, iddiaçı əvvəlcə 6.046,77 manat məbləğində borcun tutulmasını tələb etsə də, məhkəmə baxışı zamanı təqdim edilmiş maliyyə arayışı və ödəniş sənədləri nəzərə alınaraq iddia tələbi azaldılmış, cavabdehin 7.046 manat ödəniş etməsi, həmin ödənişlərin əsas və faiz borcuna silinməsi müəyyən edilmiş və nəticədə qalıq əsas borcun cəmi 2.812,13 manat olduğu müəyyən edilmişdir. Bundan başqa apellyator birinci instansiya məhkəməsi zamanı ərizə yazaraq iddianı qəbul etdiyini göstərmişdir. Məhkəmə də məhz bu məbləği əsas götürərək ilkin iddia tələbindən əhəmiyyətli dərəcədə az məbləğdə borcun tutulmasına qərar vermişdir. Deməli, apellyasiya şikayətində ödənişlərin nəzərə alınmaması barədə göstərilən dəlillər iş materialları ilə təkzib olunur. Həmin ödənişlər nəzərə alındığı üçün iddiaçı tərəfindən tələb olunan borc azaldılmış və yalnız qalıq əsas borc tutulmuşdur.
4. Şikayətçinin 2020-ci il tarixli güzəştli kredit müqaviləsində onun və həyat yoldaşının imzasının olmaması, müqavilənin xəbərləri olmadan bağlanması, bu halın ekspertiza ilə müəyyən edilə bilməsi barədə iddiaları da iş materialları ilə təsdiq edilmir. Birinci instansiya məhkəməsi müqavilənin etibarlılığını yoxlayaraq haqlı olaraq qeyd etmişdir ki, həmin müqavilə və onun hər hansı şərti tərəflər tərəfindən mübahisələndirilməmiş, müqavilənin etibarsızlığına dair ayrıca tələb irəli sürülməmiş və məhkəmə tərəfindən də müqavilənin etibarsızlığını göstərən hər hansı hal müəyyən edilməmişdir. Müqavilənin etibarsızlığı sübuta yetirilmədiyi halda həmin müqavilədən irəli gələn öhdəliklər tərəflər üçün məcburi xarakter daşıyır və Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 445.2.1 və 448.1-ci maddələrinə əsasən borclu üzərinə götürdüyü öhdəliyi lazımi qaydada və müəyyən edilmiş müddətdə icra etməyə borcludur.
5. Həmçinin apellyator birinci instansiya məhkəməsi zamanı ərizə yazaraq bundan əvvəl təyin edilməsini xahiş etdiyi xəttşünaslıq ekspertizasının keçirilməməsini, həmin ekspertizanın keçirilməsindən imtina etdiyini və iddianı qəbul etməsini göstərmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. (i/v. səh. 65). Buna görə də birinci instansiya məhkəməsi işi təzələmiş, işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır.
6. Apellyasiya şikayətində məhkəmənin sübutları qiymətləndirmədiyi, yalnız iddiaçının mövqeyini əsas götürdüyü və işə birtərəfli baxdığı göstərilsə də, bu dəlillər də əsassızdır. İş materiallarından görünür ki, məhkəmə kredit müqaviləsini, zaminlik müqaviləsini, ödəniş cədvəlini, cavabdehin təqdim etdiyi ödəniş qəbzlərini, maliyyə arayışını, xəbərdarlıq məktubunu və digər yazılı sübutları birlikdə qiymətləndirmiş, yalnız bundan sonra nəticəyə gəlmişdir. Eyni zamanda MPM-in 77.1-ci maddəsinə uyğun olaraq tələb olunan borcun ödənildiyini və ya öhdəliyin hər hansı əsasla xitam tapdığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh bunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Şikayətçinin istinad etdiyi 2017-ci ildə yanğın nəticəsində zərərin dəyməsi, sığorta hadisəsi və ya 2019-cu ildə baxılmamış saxlanılmış iddia ərizəsi isə hazırkı ##.##.2020-ci il tarixli güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını aradan qaldıran hüquqi fakt hesab edilə bilməz və həmin hallar borcun ödənilməsindən azad olunma üçün hüquqi əsas yaratmır.
7. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı işdə iddianın qiyməti 10000 manatdan çox olmadığından ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.