Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-145/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi ilə, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə ödənilməmiş qalıq borcun tutulması” tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsindən (hakim Rəmzi Nəbiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə ödənilməmiş qalıq borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, əsas borc üzrə 33672.70 (otuz üç min altı yüz yetmiş iki manat yetmiş qəpik) manat, ƏDV məbləği üzrə 6061 manat (altı min altmış bir) manat, 22666.90 manat (iyirmi iki min altı yüz altmış altı manat doxsan qəpik) manat dəbbə pulu, 280 manat (iki yüz səksən) dövlət rüsumu, 300 (üç yüz) manat vəkilə çəkilən xərc olmaqla, cəmi 62980 (altmış iki min doqquz yüz səksən) manat pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh MMMC ilə arasında ##.##.2020-ci il tarixli AZ-AU/** saylı tədarük müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə avadanlıqları, proqram təminatını və servisi (Mal) tədarük etməli, cavabdeh isə həmin müqavilənin ayrılmaz hissəsi olan malların spesifikasiyalarında (əlavələrində) göstərilmiş miqdarda, komplektasiyada və qiymətlə malları qəbul etməli və onların dəyərini ödəməli idi. Tədarükün yekun nəticəsi olaraq, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar tədarük edilmiş və mallar cavabdeh tərəfindən qəbul edilmişdir. Malların qəbulu ##.##.2025-ci il tarixində cavabdeh tərəfindən qəbul edilmiş MT************ nömrəli elektron qaimə-faktura ilə təsdiq edilir. Iddiaçı tərəfindən təqdim edilmiş mallara görə ##.##.2025-ci il tarixində cavabdehə elektron qaimə-faktura təqdim olunmuşdur. MT************ nömrəli qaimə-faktura üzrə ödənilməmiş malların dəyəri ƏDV xaric 51672.70 (əlli bir min altı yüz yetmiş iki manat yetmiş qəpik) manat təşkil edir. Müqaviləyə Əlavənin 1.2-ci bəndinə əsasən, alıcı avadanlığın ümumi qiymətinin 100%-ni malın tədarükündən etibarən 30 gün müddətində ödəməli idi. Lakin buna baxmayaraq, cavabdeh bu günədək göstərilən elektron qaimə-faktura üzrə ödənişi həyata keçirməmişdir. Iddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə çalışsa da, iddiaçının cavabdehə etdiyi şifahi və yazılı müraciətlər müsbət nəticə verməmişdir. Tədarük müqaviləsi üzrə malların təhvil verilməsinə baxmayaraq, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi – malların dəyərinin vaxtında ödənilməsi öhdəliyini icra etməmişdir. Ödənişin vaxtında edilməməsi ilə bağlı cavabdehə müraciətlər edilmiş, əvvəlcə ## ###### 2025-ci il tarixində cavabdehin faktiki ünvanına pretenziya məktubu göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Bundan sonra cavabdeh tərəfindən 28 noyabr və ## ###### 2025-ci il tarixlərində əsas borcun yalnız 18000 manat məbləğində hissəsi ödənilmişdir. Odur ki, qanunvericiliyə uyğun olaraq ## ###### 2025-ci il tarixində elektron formada yenidən pretenziya məktubu təqdim edilmiş və borcun # ###### 2026-cı il tarixinədək ödənilməsi tələb olunmuşdur. Lakin cavabdeh qalan borcunu ödəməmişdir. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Iddiaçı hesab edir ki, cavabdehin tədarük müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qaydasında təmin edilməlidir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 33672.65 manat əsas, 6061 manat ƏDV, 1000 manat cərimə olmaqla, cəmi 40733.65 (qırx min yeddi yüz otuz üç manat, altmış beş qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 280 (iki yüz səksən) manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı MMC-ə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin əsas borcun tutulması hissəsində qismən təmin edilməsi, cərimə borcunun tutulması hissəsində isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsaslandırma aparmadan qətnamədə qeyd edilən nəticəyə gəlmişdir. Hesab edir ki, məhkəmənin əsas borcun müəyyən hissəsi və cərimənin qismən tutulması hissəsində gəldiyi qənaət əsassızdır. Cavabdeh tərəfindən əsas borcdan qətnamdə qeyd ediləndən də artıq ödənişlər edilsə də, məhkəmə bunu nəzərə almamışdır. Əsas borcun məbləği də mübahisəlidir. Birincin instansiyası məhkəməsi yenə də cəriməni yüksək məbləğdə tutmuşdur. Bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Həmçinin, borcun dəqiq məbləği mübahisəli olduğuna görə ekspertiza təyin olunmalı idi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı İddiaçı MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, hər hansı bir sübuta söykənmədiyini bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh MMC nümayəndəsi vasitəsilə məhkəmədə təmsil olunmamış, bunun üzürlü səbəbi barədə məhkəməyə qabaqcadan məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini istəsə də, məzmun etibarı ilə qətnaməni qismən, müəyyən olunmuş əsas borcun məbləği və cərimənin tutulması hissələrdə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən əsas borcun məbləği və cərimənin tutulması hissələrdə yoxlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. İddiaçı MMC (tədarükçü) ilə Cavabdeh MMC (alıcı) arasında # #### 2020-ci il tarixli tədarük müqaviləsinin: 1-ci bəndinə əsasən, tədarükçü avadanlıqları, proqram təminatı, servis (mal) tədarük etməyi, alıcı isə avadanlıqları proqram təminatı (mallar) həmin Müqavilənin ayrılmaz hissəsi olan malların spesifikasiyalarında (Əlavələrində) göstərilmiş miqdarda, komplektasiyada və qiymətə qəbul etməyi və onun qiymətini ödəməyi öhdələrinə götürürlər. 2.4-cü bəndinə əsasən, tədarük edilən malların qiyməti, çeşidi və başqa xarakteristikaları, həmçinin, fakturada da göstərilir.Fakturada göstərilənlər sifarişə uyğun olmalıdır. 5.1-ci bəndinə əsasən, malların qiyməti Azərbaycan Respublikası valyutası olan manatda təyin edilir, 18% əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla, və imzalandığı andan həmin müqavilənin ayrılmaz hissəsi olan fakturalarda göstərilir. Həmin müqavilənin ümumi məbləği spesifikasiyalarda, fakturalarda, müqaviləyə əlavələrdə göstərilmiş qiymətlərdən ibarətdir. 7.4-cü bəndinə əsasən, həmin müqavilə ilə nəzərdə tutulmuş pul ilə bağlı vəzifələrin vaxtında yerinə yetirilməməsinə görə alıcı tədarükçüyə ləngimənin hər gününə görə borcun ümumi məbləğindən 0.5% məbkəğində cəriməni ödəyir və ləngidilmiş məbləğdən illik 24% (iyirmi dörd faiz) məbləğində cəriməni ödəyir. # #### 2020-ci il tarixli, AZ-AU/** saylı tədarük müqaviləsinə ## #### 2025-ci il tarixli “tədarük olunan avadanlıq və qiymətlər” əlavəsindən görünür ki, avadanlıqların ƏDV-siz məbləği 51672.65 manat, ƏDV 9301.08 manat olmaqla, ümumilikdə 60973.73 manat təşkil edir. Həmin Müqaviləyə əsasən: 1.1 Həmin əlavə bağlandığı ana Azərbaycan bankı arası valyuta bazarında 1 ABŞ dollarının satış qiyməti 1.7020 manat təşkil edir. 1.2 Alıcı məhsulun ümumi qiymətinin 100% ödənişini 30 gün ərzində mal tədarük edildiyi andan ödəməlidir. Elektron qaimə yalnız məhsul tədarük ediləndən sonra alıcıya təqdim olunur. 1.3 Alıcı əsassız olaraq sifariş edilmiş yalnız alınmamış avadanlığın qəbul edilməsindən imtina etsə, tədarükçünün həmin əlavəni ləğv elmək hüququ və alıcıdan alıcı əsassız olaraq qəbul edilməsindən imtina etmiş tədarük edilmiş avadanlığın həmin əlavədə göstərilmiş ümumi qiymətindən 100% (yüz faiz) məbləğində dəbbə pulunu almaq hüququ var. Həmin əlavə ilə alıcı tərəfindən qəbul edilməsindən imtina edilmiş avadanlığın tədarükü razılaşdırılmışdır, həmin pul sifarişin qəbul edilməsi, tədarükün qiyməti və belə avadanlığın satışı ilə bağlı xərclər hesabına alınır. Alıcı isə həmin dəbbə pulunu tədarükçüyə ödəməlidir. Iddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli (60973.78 manat) malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar təqdim edilmişdir. “X1 Haqqında” ##.##.2026-cı il tarixli, m üqavilədən görünür ki, iddiaçı hüquqi yardımla bağlı 300 manat vəkil xərci ödənilməsi barədə Sirius Vəkil Bürosu ilə müqavilə bağlamışdır. Iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh MMC-yə ünvanlanmış ##.##.2025ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, iddiaçı aralarında bağlanmış tədarük müqaviləsi üzrə yaranmış borcun 10 (on) iş günü ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh məlumatlandırılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsində əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Iş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində çıxış edən Cavabdeh MMC-nin satıcı qismində çıxış edən İddiaçı MMC qarşısında almış olduğu mallara görə, malların dəyərinin ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Belə ki, iddiaçı tərəfindən lazımi qaydada tərtib olunaraq göndərilmiş, ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimə fakturaları üzrə borc məbləğinin yaranması aşkardır. Bu həmçinin cavabdehin apellyasiya şikayətinin məzmunundan da təsdiqini tapır. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində əsas borcun qalıq məbləğini mübahisələndirsə də, almış olduğu mallara görə daha böyük məbləğdə ödəniş etməsinə dair birinci instansiya məhkəməsinə sübut verməmişdir. Nədə ki, apellyasiya şikayətində məzmun etibarı ilə hansı məbləğdə ödəniş etdiyini bildirməmiş, sadəcə daha çox ödəniş etməsini bildirməklə kifayətlənmişdir. Apellyasiya şikayətinin dəlillərinə cərimə məbləğinə aid hissədə qiymət verən kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən alqı-satqı müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissələrdə apellyasiya qaydasında ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 385.2., 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ilham Əsədov
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-145/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-145/2026
12.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver