Məhkəmə qərarları › İş №e-2-2(3-9)-151/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-151/2026

20.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-151/2026 20.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi ilə, İddiaçı iddiaçı2 cavabdeh iddiaçı1 qarşı pul, birləşdirilmiş iş üzrə iddiaçı iddiaçı1 cavabdeh iddiaçı2 qarşı pul tələblərinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin # ### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qətnaməsindən iddiaçı eyni zamanda cavabdeh iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddiaçı2 cavabdeh iddiaçı1 qarşı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh iddiaçı1 35833 manat məbləğində pulun, 10000 manat məbləğində dəymiş maddi zərərə görə əldən çıxmış faydanın əvəzinin, cəmi 45833 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 228 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiaçı1 cavabdeh iddiaçı2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı2 41210 manat pul vəsaitinin və illik 5% olmaqla hesablanmış 4121 manat məbləğin, məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 262 manat pulun, ümumilikdə 45593 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qəırardadı ilə, Şəki Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı iddiaçı1 cavabdeh iddiaçı2 qarşı pul tələbinə dair e-2-2(4-15) **/**** nömrəli iş Şirvan Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı iddiaçı2 cavabdeh iddiaçı1 qarşı pul tələbinə dair e *-*(***)-****/**** nömrəli işə birləşdirilməsi və mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 0# ### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı iddiaçı2 cavabdeh iddiaçı1 qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iddiaçı iddiaçı1 cavabdeh iddiaçı2 qarşı pul tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh iddiaçı2 35126,63 manat məbləğində pul vəsaiti və ödənilmiş 262 manat dövlət rüsumu olmaqla, ümumilikdə 35388,63 manat məbləğində pulun tutularaq iddiaçı iddiaçı1 ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı eyni zamanda cavabdeh iddiaçı2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddiaçı iddiaçı2 cavabdeh iddiaçı1 qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı iddiaçı1 cavabdeh iddiaçı2 qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə müvafiq olaraq apellyasiyanın mümkünlüyü yoxlanılarkən iddiaçı eyni zamanda cavabdeh iddiaçı2 tərəfindən qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilmədiyi müəyyən edilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3.-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırki halda apellyasiya şikayəti vermiş iddiaçı eyni zamanda cavabdeh iddiaçı2 iddiası üzrə tələb 45833 manat, ödənilməli olan dövlət rüsumu 228 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan rüsum 114 manat və birləşdirilmiş iş üzrə tələb 45593 manat, ödənilməli olan dövlət rüsumu 262 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan rüsumun məbləği 131 manat, hər iki iddia üçün ödənilməli dövlət rüsumu ümumilikdə 245 təşkil etdiyi halda, cəmi 125 manat rüsum ödənilmişdir. Qeyd olunan çatışmamazlığın aradan qaldırılmasından ötrü ## #### 2026-cü il tarixdə apellyasiya şikayəti vermiş iddiaçı eyni zamanda cavabdeh iddiaçı2 məsus elektron kabinetə bilridiş yerləşdirillmiş, həmçinin həmin tarixdə ona rəsmi bildiriş göndərilərək ## #### 2026-cı il tarixinədək çatışmamazlığın aradan qaldırılması xahiş olunmuş, əks halın apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi ilə nəticələnəciyi cavabdehin nəzərinə çatdırılmışdır. Sonradan iddiaçı eyni zamanda cavabdeh iddiaçı2 oğlu çatışmayan 13. Manat dövıət rüsumunun ödənilməsini təsdiq edən gönndərilsə də dövlət rüsumu təyinatı üzrə (X1 vasitəsilə Şirvan Apellyasiya Məhkəməsi üçün 13.30 manat) deyil, Şəki Apellyasiya Məhkəməsi üçün 130.30 manat məbləğində ödənilmiş dövlət rüsumudur. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı eyni zamanda cavabdeh iddiaçı2 əskik ödədiyi dövlət rüsumunun çatışmayan hissəsini təyinatı üzrə ödəmədiyindən onun apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı eyni zamanda cavabdeh iddiaçı2 məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamış və məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyrimümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin # ### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qətnaməsindən iddiaçı eyni zamanda cavabdeh iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin # ### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qətnaməsindən iddiaçı eyni zamanda cavabdeh iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qərardad qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Mahir Əsədli Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar