Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-154/2026 20.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Hacıyev İmran Bəhmən oğlu, cavabdeh2, cavabdeh3 qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbinə dair dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin # ### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdehlərdən Hacıyev İmran Bəhmən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Hacıyev İmran Bəhmən oğlu, cavabdeh2, cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Hacıyev İmran Bəhmən oğlundan, cavabdeh2, cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - ***R********** saylı krеdit razılaşması üzrə 24482,2 manat məbləğində krеdit bоrcu, 2859,83 manat məbləğində faiz bоrcu və 847,08 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 28189 manat 11 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 174,57 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 0# ### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh3, cavabdeh2 və Hacıyev İmran Bəhmən oğlundan ##.##.2024-cü il tarixli kredit razılaşması üzrə 24350,12 manat məbləğində əsas borc, 2859,83 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu və ödənilmiş 174,57 manat dövlət rüsumu olmaqla, cəmi 27.434,52 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər cavabdeh3, cavabdeh2 və Hacıyev İmran Bəhmən oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SWIFT BİK CTREAZ 22 Hesab №AZ**CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlərdən Hacıyev İmran Bəhmən oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra-MPM) nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə * saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən «Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı». MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiya şikayətinin mümkünlüyünü yoxlayır. Burada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində prosessual hüquq normalarının pozulmasına dair istinadlar formal xarakter daşıyır, konkret mübahisə predmetinə tətbiq edilməli olan hüquq normaları düzgün müəyyən edilməmiş, həmin normaların birinci instansiya məhkəməsi tərəfindən hansı qaydada pozulduğu və ya düzgün tətbiq edilmədiyi əsaslandırılmamışdır. Həmçinin apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nə * nömrəli əlavənin 6, 8, 9, 10 və 11-ci bəndlərində nəzərdə tutulmuş: - «Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər», - «Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər», - «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər», - «Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər», - «Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər» ya ümumiyyətlə göstərilməmiş, ya da formal şəkildə qeyd edilmişdir. Bundan əlavə, cavabdehlərdən Hacıyev İmran Bəhmən oğlunun apellyasiya şikayətində “apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsi qeyd olunmamışdır ki, bu da apellyasiya şikayəti verən şəxsin tələbini aydın göstərmədiyini təsdiq edir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 0# ### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdehlərdən Hacıyev İmran Bəhmən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 402.2.1-ci və 403ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin # ### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdehlərədən Hacıyev İmran Bəhmən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdehlərdən Hacıyev İmran Bəhmən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 357, 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qərardad qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Mahir Əsədli Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-154/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-154/2026
20.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver