Məhkəmə qərarları › İş №e-2-2(3-9)-160/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-160/2026

31.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-160/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadından (hakim R.Nəbiyev) iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(*-**)-****/**** saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış və məhkəmə hazırlıq iclası ## ### 2026-cı il tarixinə saat 10:20-yə təyin olunmaqla tərəflərə, o cümlədən iddiaçı İddiaçı MMC-nin elektron kabinetinə yerləşdirilməklə bildiriş göndərilmişdir. ## ### 2026-cı il tarixində keçirilən məhkəmə baxışına hazırlıq iclasında iddiaçı nümayəndəsi vasitəsilə məhkəmədə təmsil olunmamış, elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinə etiraz etmişdir. Məhkəmənin hazırlıq iclası əvvəlcə ## #### 2026-cı il saat 10:45-ə, daha sonra isə ## #### 2026-cı il saat 11:50-yə təxirə salınmış, hər iki iclasın vaxtı barədə tərəflərin elektron kabinetlərinə müvafiq bildirişlər yerləşdirilmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə istinadla baxılmamış saxlanmışdır. Qərardaddan iddiaçı şikayət verərək ləğv olunmasını, iddianın mahiyyəti üzrə baxılaraq həll edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə onların iştirakı olmadan baxılmasının xahiş edilmədiyi qeyd olunmuşdur. Lakin bu nəticə obyektiv hesab edilə bilməz, çünki iddiaçı tərəfindən “Elektron Məhkəmə” kabineti vasitəsilə iş üzrə təqdim edilmiş sənədlərin nəzərə alınması, işə onların iştirakı olmadan, mövcud sənədlər əsasında baxılması və qətnamənin qəbul edilməsi xahiş olunmuş, bu məzmunlu ##.##.2026-cı il tarixli ərizə iş materiallarına əlavə edilmişdir. Buna baxmayaraq, məhkəmə qərardad qəbul edərkən həmin faktı nəzərə almamış, təqdim olunmuş sənədi qiymətləndirmədən iddianı əsassız olaraq baxılmamış saxlamışdır. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” ## ###### 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Iş materiallarından müəyyən edilir ki, iddiaçı ## ### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iş üzrə təqdim edilmiş sənədlərin nəzərə alınmasını, işə onun iştirakı olmadan mövcud sənədlər əsasında baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin ərizənin yalnız işin məhkəmə baxışına təyin edilməsinə aid olduğunu göstərmişdir. Kollegiya bu nəticə ilə razılaşmır. Belə ki, ərizənin məzmunundan iddiaçının iradəsi aydın şəkildə müəyyən olunur və təqdim edilmiş sənədlər əsasında, nümayəndəsinin iştirakı olmadan işə baxılması və qətnamə qəbul edilməsi xahiş edilir. Buna görə də iddiaçının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində nəzərdə tutulmuş "işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş şəxs" hesab edilməsi mümkün deyildir. Belə olan halda, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi elektron ərizəyə lazımi hüquqi qiymət verməmiş, həmin sənədin hüquqi nəticələrini araşdırmamış və yalnız sonrakı məhkəmə iclaslarında iştirak edilməməsinə istinad etməklə iddia ərizəsini baxılmamış saxlamışdır. Halbuki, iş materialları iddiaçının işə onun iştirakı olmadan baxılmasını əvvəlcədən xahiş etdiyini təsdiq edir. Bu səbəbdən MPM-in 259.0.6-cı maddəsinin tətbiqi üçün qanunla nəzərdə tutulmuş şərtlər mövcud olmamış, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Göstərilənlər nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, iddia ərizəsinin baxılmamış saxlanmasına dair birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ləğv olunmalı və iş materialları mübahisəyə mahiyyəti üzrə baxılması istiqamətində sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ləğv olunsun və iş materialları iddia ərizəsinə baxılması ilə bağlı sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Cahid Imanov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar