Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-164/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, Əhədsoy Atilla Əhməd oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə, maraqlı şəxsin vəkili, eyni zamanda nümayəndəsi Vəkil/Nümayəndə iştirakları ilə, ərizəçi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Ərizəçi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizə ilə ##.##.2026-cı il tarixdə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, “xxxx”MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 50936 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs (Doğulduğu tarix - ## ###### 1990-cı il, Doğulduğu yer - Azərbaycan, Imişli; Nurulu k., Şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi - *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 6388973) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 50936 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 50936 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli **************** nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Maraqlı şəxs Elektron Məhkəmə Informasiya Sistemi üzərindən “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə qarşı ##.##.2026-cı il tarixdə yazılı etiraz təqdim edərək ərizənin rədd edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna e-Mehkeme tətbiqindən ##.##.2026-cı il tarixdə saat 15-59-da sms bildiriş daxil olmuşdur. Həmin bildirişdə onun ##.##.2026 il tarixdə saat 10-05-də Şirvan Kommersiya Məhkəməsi, zal 2-də, e-*-*(*-**)-****/**** saylı iş üzrə maraqlı şəxs qismində məhkəmə iclasında iştirak etməyinin zəruri olduğu qeyd olunmuşdur. Elektron məhkəmə sistemində (emehkeme.gov.az) əks olunmuş məlumatdan görünür ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi onun ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Əvvəla onu qeyd edir ki, ona belə bir ərizə rəsmi qaydada çatdırılmamış, o, bu barədə sms bildiriş daxil olduqdan sonra məlumat almışdır. Bildirmək istəyir ki, o, ərizədə qeyd olunan "xxxx" MMC-nin təsisçisidir. Cəmiyyətin direktoru (icra orqanının rəhbəri) vəzifəsini X2 (ş/v: AZE 02969942, FIN: 2T4ZR0K) icra edir. Cəmiyyətin qeydiyyat məlumatlarında dəyişiklik edilməsi ilə bağlı * saylı Ərazi Vergilər Idarəsinə ##.##.2026-cı il tarixdə poçt vasitəislə ərizə təqdim edilsə də, bu günədək qeydiyyat məlumatlarında dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən vergi öhdəliyinin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməməsinə görə hesablanmış vergilər (məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları) üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hüquqi şəxslərə münasibətdə yalnız həmin şəxslərin icra orqanının rəhbərinə (direktoruna) münasibətdə tətbiq oluna bilər. Odur ki, məhkəmə tərəfindən Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin verdiyi ərizənin təmin edilməsi hüquqlarının qanunsuz olaraq pozulmasına gətirib çıxaracaqdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" MMC-nin (VÖEN: **********) vergilər və digər məcburi dövlət ödənişləri üzrə olan borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan ##.##.1990-cı il tarixdə anadan olmuş, Imişli rayonu, Nurulu kəndində qeydiyyatda olan Maraqlı şəxs (FIN: *******) ölkədən etmək hüququ, hüquqi şəxsin vergilər və digər məcburi dövlət ödənişləri üzrə olan öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək ləgv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin (* saylıƏrazi vergilər Idarəsi) “xxxx” MMC-nin direktorunun (icra orqanının rəhbərinin) dəyişməsi barədə məhkəmə qətnamə qəbul etməzdən əvvəl məlumatı olmuş, lakin bu barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə, öz növbəsində onun cəmiyyətin icra orqanının rəhbəri olmaması barədə məlumatı (dəlilləri) əsassız saymış və bunu onunla əsaslandırmışdır ki, iş materiallarından və Elektron Məhkəmə Informasiya Sistemində məlumatlardan görünür ki, "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxsdur. Halbuki, məlumat dəyişikliyinin qeydiyyata alınmasının gecikdirilməsi və elektron informasiya sistemlərində əks etdirilməsi ondan asılı olan səbəblərdən olmamışdır. Belə ki, dəyişikliyin qeydiyyata alınması barədə ərizənin vaxtında və düzgün təqdim edilməsinə cavabdehliyi cəmiyyətin direktoru, yəni X2 daşıyır. Maraqlı şəxs vergi qanunvericiliyini pozaraq, maliyyə sanksiyasından ibarət vergi öhdəliyini yerinə yetirməməyinə dair ərizə və həmin ərizəyə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə əsassız və qanunsuzdur, çünki məhkəmə qətnamə qəbul etməzdən, hətta ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl “xxxx” MMC-nin icra orqanının rəhbəri vəzifəsini X2 icra etməyə başlamışdır. Qanunvericiliyə uyğun olaraq vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan hüquqi şəxsin yalnız icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət nəzərdə tutulmuşdur. Məhkəmə qüvvədə olan mülki prosessual qanunvericilikdə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının nəzərdə tutulmasına baxmayaraq, başqa şəxsin, yəni onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul etmiş, “xxxx” MMC-nin direktoru olmaması barədə etiraz ərizəsində ətraflı məlumat verməsinə baxmayaraq buna əhəmiyyət verməyərək, tərəflərdən hər hansı sübut təqdim olunmasını təklif və tələb etməmiş, etiraz ərizəsində qeyd olunanların əsassız olduğu üçün ərizənin rədd edilməsi üçün əsas vermədiyini qətnamədə qeyd etmişdir. Bundan başqa, tərəflərin məhkəmədə iştirak etməməsinin səbəbləri araşdırılmamış, bununla da çəkişmə və tərəflərin bərabərliyi prinsipləri pozulmuş, nəticədə ölkədən getmək hüququ qanunsuz və əsassız olaraq məhdudlaşdırılmışdır c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Maraqlı şəxsin vəkili, eyni zamanda nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Dövlət Vergi Xidməti tərəfindən “xxxx” MMC-nin təsisçisinin cəmiyyətin qeydiyyat məlumatlarında dəyişiklik edilməsinə dair müraciəti artıq təmin olunmuş və hüquqi şəxslərin dövlət reyestrində cəmiyyətin qanuni təmsilçisi (icra orqanının rəhbəri) kimi X2 tanınmışdır. Bunu təsdiq edən rəsmi reyestrdən ##.##.2026-cı il tarixli çıxarışı şikayətlərinə əlavə etmişlər. Ərizəçinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, ərizənin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, ərizənin isə təmin olunmamasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ərizəçinin və maraqlı şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi xüsusi icraat qaydasında baxılan ərizə üzrə iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, maraqlı şəxs Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (5502339661) verilmişdir. O, ## ###### 1990- cı il tarixdə Imişli rayonunda doğulmuşdur (şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi – *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 6388973) və hazırda Imişli rayonu, Nurulu kəndində qeydiyyatdadır. "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 50936 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 50936 manat) borcu vardır. Vergilər və digər məcburi dövlət ödənişləri üzrə olan borcun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmişdir. Yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə vergi ödəyicisinə xəbərdarlıq edilmişdir. Vergi ödəyicisinin daşınar və daşınmaz əmlakı müəyyən edilməmiş eyni zamanda bank hesablarına dair hər hansı aktivləri və pul vəsaitləri müəyyən olunmamışdır. "xxxx" MMC-nin təsisçisi Maraqlı şəxs ## ### 2026-cı il tarixli qərarndan görünür ki, Maraqlı şəxs cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsindən azad edilmiş, həmin vəzifəyə X2 (ş/v: AZE 02969942, FIN: 2T4ZR0K) təyin edilmişdir. Cəmiyyətin qeydiyyat məlumatlarında dəyişiklik edilməsi barədə təsisçinin qərarı yeni təyin olunan direktor tərəfindən ##.##.2026-cı il tarixdə poçta təqdim olunmaqla Dövlət Vergi Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2026-cı il tarixli qərarı ilə "xxxx" MMC-nin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Kommersiya qurumunun dövlət qeydiyyatına dair rəsmi reyestrdən ##.##.2026-cı il tarixdə edilmiş çıxarışa əsasən "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi Maraqlı şəxs, hazırki qanuni təmsilçisi X2r. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3 və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. “X3 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2017-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Konstitusiyanın 28-ci maddəsinin III hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin II hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir. Hazırkı iş üzrə apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsinin qətnamə qəbul etdiyi tarixdə Maraqlı şəxs “xxxx” MMC-nin icra orqanının rəhbəri olmaması ilə bağlıdır. Iş üzrə hüquqi şəxsin icra orqanının rəhbərinin dəyişdirilməsi ilə bağlı təsisçinin müvafiq qərarının ərizəçinin məhkəməyə müraciət etməsindən əvvəl qəbul edilməsi və cəmiyyətin qeydiyyat məlumatlarında həmin dəyişikliyin qeydə alınmasına dair məlumatın poçt vasitəsilə ərizəçiyə yenə məhkəməyə müraciətindən əvvəl göndərilməsi, ərizəçi tərəfindən müvafiq dəyişikliyin qeydə alınmasından ilkin mərhələdə imtina olunsa da, sonradan ##.##.2026-cı il tarixdə qeydə alınması hazırki ərizəyə baxılarkən mühüm əhəmiyyət kəsb edən hallardır. Kollegiya hesab edir ki, qanunverici borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını müəyyən etdiyindən, iş materialları ilə maraqlı şəxsin borclu hüquqi şəxsin icra orqanının rəhbəri olmadığından, ərizənin təmin olunması üçün qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər təsdiqini tapdığından qətnamənin ləğvi üçün əsasdır. Işin yuxarıda sadalanan xüsusiyyətləri mövcud durumda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas olmamaqla, tətbiq olunması istənilən məhdudiyyət tədbiri işin hallarına mütənasib deyildir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilməsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ilham Əsədov
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-164/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-164/2026
26.08.2026 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Xususi icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver