Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-165/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil/Nümayəndə iştirakları ilə, Işin halları: Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 14252,41 manat borc və ödənilmiş 132,75 manat rüsum olmaqla, cəmi 14385,16 manat pulun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı, pambığın əkini-becərilməsi üçün cavabdehlə bağladığı xam-pambığın alqı-satqı müqaviləsi üzrə sonuncunun kreditləşdirilməsi məqsədilə “xxxx” ASC (bundan sonra Kreditor) ilə ##.##.2023-cü tarixli, **/** №-li zaminlik müqaviləsi bağlamış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən, kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. ##.##.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş, iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zamin - iddiaçıya təqdim edilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora ümumilikdə 14252,41 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə həmin borc tam şəkildə akseptsiz qaydada olmaqla zamin - iddiaçının bank hesabından tutulma edilməklə kreditora ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 14252,41 manat borcu yaranmışdır. Yaranmış borcun könüllü qaytarılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilsə də, nəticəsiz qalmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh iddianı qəbul etdiyini bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdeh Cavabdeh 14252,41 manat məbləğində əsas borc və 132,75 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 14385,16 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağcabədi rayonunun Avşar kəndində yaşamaqla kişik sahibkarlıqla məşğul olur. 2023-cü il tarixdə “MKT-Ağcabədi” Filialı ilə müqavilə bağlayaraq pambıq əkib. Bu məqsədlə rayonunun Aşağı Avşar kənd sakini X5 28 hektar torpaq sabəsini icarəyə götürüb və bu barədə rəsmi müqavilə bağlayib. Bundan sonra bir tərəfdən “xxxx” MMC-nin (sonradan“Alıcı” adlanacaq) adından REF ****/**** saylı, ##.##.2023-cü il tarixli etbarnamə əsasında çıxış edən “MKT-Ağcabədi” Filialınin direktoru Ş.C.Məhərrəmov və digər tərəfdən xam pambığın istehsalçısı Cavabdeh (sonradan “Satıcı” adlanacaq) ## ###### 2023-cü il tarixdə “2024 il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 24 285 *** nömrəli” müqavilə bağlayıb. Həmin müqavilənin predmetini “2024 il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, satıcı tərəfindən istehsal olunmuş xam pambığın bütünlüklə alıcıya təhvil verib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsindən ibarətdir” hallar təşkil edirdi. Müqavilədə tərəflərin öhdəlikləri də əksini tapmışdır. Belə ki, müqavilənin 2.2.-ci hissəsi alıcının hüquq və vəzifələrindən bəhs edir. Həmin müqavilənin 2.2.2-cı bəndində göstərilir ki, aqtotexniki normaların tələblərinə uyğun olaraq alıcı tərəfindən satıcı-ya avans kimi toxumluq çiyid, habelə mümkün olan halda zəhərli kimiyəvi preparatlar, gübrələr və nağd pul vəsaiti verə bilər, həmçinin hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən “Qiymətlərin razılaşdırma protokolu”nda müəyyən olunmuş qaydada şum, mala, səpin, kultivasiya, pambığın maşınla yığılması və sair aqrotexniki işləri apara bilər və bu xidmətlərin aparılması barədə tərəflərin və ya nümayəndələrinin imzası ilə təsdiq olunmuş müvafiq akt tərtib olunur. Göstərilənlərə müvafiq olaraq “MKT-Ağcabədi” Filialı tərəfindən icarə götürdüyü ərazidə aqrotexniki xidmətlər aparılmışdır. Lakin onların pambıq kollarına verdiklədi kimyəvi maddələr sovkaya heç bir təsiri etməyib. Bildirir ki, kimyəvi maddələrin keyfiyyəti yox idi və bu barədə 2024-cü ilin iyul ayında “MKT-Ağcabədi” Filialının Baş Ofisinin “Qaynar xəttinə” məlumat verib və aradan 3-4 gün keçəndən sonra Baş Ofisdən 3 nəfər nümayəndə gəlim əraziyə baxış keçirmişlər. Onlar bu barədə akt tərtib edib bildirdilər ki, bütün aqrotexniki xidmətlər vaxtında aparılıb, lakin dərmanların təsiri olmadığına görə ziyanveicilərə təsiri göstərməyib. Bu hal Aqrar Sığorta Fondunun müstəqil eksperti tərəfindən də verilmiş rəylə də öz təsdiqini tapmışdır. Həmin rəydə göstərilmişdir ki, məsuldarlıq sovka zərərindən və anormal boylanmadan aşağı düşmüşdür. Buna görə də “MKT-Ağcabədi” Filialının sahədə apardığı işlərə dair pulu tam ödənilməmişdir. Pulun ödənilməməsinə səbəb pambığa verilən keyfiyyətsiz kimyəvi maddələrin vurduğu ziyan olmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğunu bildirib təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırki halda onların cavabdehə qarşı irəli südükləri tələb cavabdehin bankla bağlamış olduğu kredit müqaviləsindən irəli gələn öhdəliklərinin zamin kimi icra etmələrindən irəli gəlir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğvini, iddianın rəddini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını tətbiqində səhvə yol verməmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarına əlavə olunan sənədlərlə aşağıdakılar müəyyən olunur. “xxxx” ASC (bundan sonra kreditor) ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli Z*** nömrəli kredit xətti (limiti) müqaviləsinin: 1.1-ci bəndində əsasən, Bank bu müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə Borcalana məqsədli istifadə, qaytarılmaq. faizlər və digər ödənişlər ödənilmək şərtilə kredit verməyi, Borcalan isə istifadə etdiyi krediti va hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən, bu müqavilənin məqsədi Tərəflərin gələcək mülki (iqtisadi) münasibətlərini təşkil etmək. gələcəkdə veriləcək kreditin əsas şərtlərini aydın müəyyən etməkdən ibarətdir; 1.3-cü bəndində əsasən, X3 Bank tərəfindən kreditin verilməsindən yaranan münasibətləri tənzimləyir və Tərəflərin hüquq və vəzifələrini əks etdirir; 1.4-cü bəndinə əsasən, Kreditin tayinatı kənd təsərrüfatı məhsulu olan pambıq istehsalı xərclərinin maliyyələşdirilməsidir; 1.5-ci bəndinə əsasən, Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin, o cümlədən mövcud olduğu təqdirdə gecikdirilmiş vaxt üçün hesablanan faizlərin (gecikdirilmə faizlərinin) ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir; 1.6-cı bəndinə əsasən, Bu Müqavilə üzrə kredit xətti (limiti) hər il cari ilin əvvəlində Borcalanla "xxxx" MMC (bundan sonra "MKT") arasında bağlanmış Müqaviləyə əsasən MKT tərəfindən tərtib edilmiş kredit tələbi cədvəlinə uyğun olaraq müəyyən edilir, lakin hər bir halda 100 000 (bir yüz min) manatdan çox olmayan məbləğdə verilə bilər; 2.1-ci bəndində əsasən, Bu Müqavilə üzrə verilməsi nəzərdə tutulan kreditin mühüm şərtləri aşağıdakılar çərçivəsində olacaq və onları aşmayacaq; Öhdəliyin yuxarı həddi 100 000 (bir yüz min) Illik faizin yuxarı həddi – 15% (on beş faiz) Öhdəliyin icra müddəti – ən çoxu 12 (on iki) ay Faizlərin ödənilməsi dövriliyi - kredit xətti verilən ilin Noyabr ayının sonunadək Əsas borcun ödənilməsi - kredit xətti verilən ilin Dekabr ayının sonunadək Möhlət müddəti - ən çoxu 11 (on bir) ay sonunadək Rəsmiləşdirmə komisyon haqqı- yoxdur; Gecikdirilmə faizləri – illik 15 (on beş) % + Mərkəzi Bankın uçot faiz dərəcəsi; X2 Dərəcəsi (FIFD) -15 (on beş) %; 2.2-ci bəndində əsasən, Kreditin rəsmiləşdirilməsi və vəsaitin nağdlaşdırılmasına köçürülməsinə görə xidmət komisyon haqları Bankın Tariflari və müvafiq kredit mahsulunun şərtləri əsasında müəyyən olunur. “xxxx” ASC (Bank) ilə “xxxx” MMC (Zamin) arasında bağlanmış ##.##.2024-cü tarixli, **/** №-li “Əməkdaşlıq və Zaminlik müqaviləsi”nin: 1.1-ci bəndinə əsasən, Bu Müqaviləyə görə "xxxx" MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı Müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə Banka sifarişçilərin (bundan sonra Borcalan) adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini (siyahı) taqdim edir, Bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açır; 1.2-ci bəndinə əsasən, Borcalan bu müqavilənin 13-cü bəndində göstərilən Kredit xətti (limiti) müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi vəlvə ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür; 1.2-ci bəndinə əsasən, Zaminliklə təmin edilən öhdəlik Zaminin Banka təqdim etdiyi kredit tələbi cədvəlinə uyğun Fərdi sahibkarlarla (bundan sonra "Borcalan") bağlanmış və gələcəkdə bağlanacaq Kredit xətti (limiti) müqavilələrindən (bundan sonra "Kredit müqaviləsi") irəli galan bore öhdəliyidir; 1.4-cü bəndinə əsasən, Zaminliklə təmin edilən borc öhdəliyinin həcmi və müddəti hər bir Borcalanla Bank arasında imzalanan Kredit xətti (limiti) müqaviləsində göstərilir. Bir Borcalanın təmin edilmiş kredit öhdəliyinin həcmi 100000 (bir yüz min) manatdan çox olmamalıdır; 1.5-ci bəndinə əsasən, Zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar. “xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış **/** saylı, ##.##.2023-cü il tarixli Əməkdaşlıq və Zaminlik müqaviləsinə * №-li "01" Mart 2024-cü il tarixli Əlavə Razılaşmaya əsasən tərəflər razılaşır və təsdiq edirlər ki, **/** saylı, ##.##.2023-cü il tarixli Əməkdaşlıq və Zaminlik müqaviləsində aşağıdakı dəyişiklik edilir: - 1.4-cü bəndində "100000 (bir yüz min)” sözləri “400 000 (dörd yüz min)” sözləri ilə əvəz edilir. Hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh hesabına 19040 manat pul köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışa əsasən Cavabdeh əsas borcu 13558,11 manat, faiz borcu 694,3 manat olmaqla, cəmi borcu 14252,41 manat təşkil edir. Bu arayışla təsdiq edilir ki, “xxxx” ASC (Bank) ilə “xxxx” MMC (Zamin) arasında bağlanmış ##.##.2023-cü tarixli, **/** №-li “Əməkdaşlıq və Zaminlik müqaviləsi”nə əsasən Zamin tərəfindən Borclunun bu arayışda qeyd olunan 14252,41 manat məbləğində gecikdirilmiş borcunu ##.##.2025-ci il tarixdə tam şəkildə kreditora ödəmişdir. ##.##.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, “xxxx” MMC tərəfindən yaranmış borcun pretenziya 5 gün müddətinə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Insan Hüquqlarının və X6 Haqqında Konvensiyaya dair ## #### 1952-ci il tarixli * saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Işin müəyyən olunan hallarına əsasən kreditor “xxxx” ASC ilə borc alan Cavabdeh arasında ##.##.2024-cü il tarixdə Z*** saylı “X8 dair Kredit Xətti (Limiti) Müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq kreditor borc alana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərtilə kredit verməyi, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində kreditora qaytarmağı öhdələrinə götürmüşlər. Kreditor “xxxx” ASC ilə zamin “xxxx” MMC (“xxxx” MMC) ilə arasında bağlanmış ##.##.2024-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin borc alanla kreditor arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Sonradan bağlanmış kredit müqaviləsi əsasında bank cavabdehə pul vəsaiti ayırmış və bu vəsait cavabdehin hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş qaydada ödənişləri həyata keçirməmiş, bununla da bank qarşısında borc yaranmışdır. Borc alanın kredit üzrə öhdəliyi yerinə yetirməməsi nəticəsində kreditor qarşısında 14252,41 manat məbləğində ödəmə tələbi yaranmışdır. Həmin öhdəlik zamin olaraq “xxxx” MMC (“xxxx” MMC) tərəfindən tam olaraq qarşılanmışdır. Hazırki halda da iddiaçı “xxxx” MMC alqı-satqı müqaviləsinin tərəfi kimi deyil, bankla borc alan arasında bağlanmış kredit müqaviləsi üzrə borc alanın kreditor qarşısında yaranan kredit öhdəliyini icra edən zamin olaraq kreditorun tələbini təmin etdiyi həcmdə reqres tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə ilə işin faktiki halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır. Belə ki, apellyasiya şikayətinin əsas dəlili cavabdehin alqı-satqı müqaviləsi üzrə tərəf kimi çıxış edən iddiaçı “xxxx” MMC-dən almış olduğu kimyəvi preparatların keyfiyyətisiz olmasından dolayı arzuladığı məhsuldarldığı almamasıdır. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca icra edilməməsinin (misal keyfiyyətli dərman preparatlarının verilməməsi) hazırki mübahisəsinin həllinə aidiyyəti yoxdur. Məhkəmənin vəzifəsi irəli sürülən tələb daxilində araşdırma aparmaqdır, icraatında olan mübahisə isə zaminin reqres tələbi ilə bağlı olmuşdur. Bundan başqa cavabdeh kimyəvi preparatların keyfiyyətsizliyi və bunun nəticəsində məhsuldarlığın aşağı düşməsi faktını sübuta yetirmiş olsa belə, bu, kredit müqaviləsi üzrə borcalanın bank qarşısındakı pul öhdəliyini qarşılamış zaminin reqres tələbini aradan qaldıran hüquqi əsas deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ilham Əsədov
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-165/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-165/2026
26.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver