Məhkəmə qərarları › İş №e-2-2(3-9)-175/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-175/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-175/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərardadından (hakim Namidar Misirzadə) iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Iddiaçı İddiaçı QSC cavabdеhlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ***R********** saylı krеdit razılaşması üzrə 2000 manat krеdit bоrcu, 577,72 manat faiz bоrcu və 194,4 manat cərimə olmaqla cəmi 2772,12 manat məbləğində borcun, ***R********** saylı krеdit razılaşması üzrə 10000 manat krеdit bоrcu, 2776,78 manat faiz bоrcu və 974 manat cərimə olmaqla cəmi 13750,78 manat, hər iki müqavilə üzrə ümumilikdə 16522,9 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 139,57 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə borc alan Zeynalov Sabir Yusif oğlu və zaminlər cavabdeh2 və X8 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***UÖ*Ö*Q******* saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən borc alan Zeynalov Sabir Yusif oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Zeynalov Sabir Yusif oğlu İddiaçı QSC ilə ##.##.2023-cü il tarixdə bağladığı 020R2322264003 savlı kredit sazişi-biznes krediti və girov barədə qanşıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin lələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Zeynalov Sabir Yusif oğlu götürdüyü kredit borcundan 0 manat ödəmiş, onun 2000 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4 4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarıImasınadək hesablanır Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edi lənlərə əsasən Zeynalov Sabir Yusif oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 486 gün üçün hesablanmış faiz borcu 577.72 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytaımadıqda hər gecikdinlən gün üçün kredit qalığının 0.02% məbləğində cərimə ödəməlidir. ##.##.2025-cü il tarixə 486 gün üçün hesablanmış cərimə 194.4 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Zeynalov Sabir Yusif oğlu İddiaçı QSC ilə ##.##.2023-cü il tarixdə bağladığı ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qanşıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2023-cü il tarixdən ödənilməsi planlaşdınlmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Zeynalov Sabir Yusif oğlu götürdüyü kredit borcundan 0 manat ödəmiş, onun 10000 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Zeynalov Sabir Yusif oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 487 gün üçün hesablanmış faiz borcu 2776.78 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə kredili və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdiriləıı gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025cü il tarixə 487 gün üçün hesablanmış cərimə 974 manat təşkil edir. Zeynalov Sabir Yusif oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara təqdim edilmiş cavablardan müəyyən olunur ki, Zeynalov Sabir Yusif oğlundan miras qalmış əmlak Cəlilabad rayonu Uzuntəpə kəndində 3.3912 və 0.40 ha torpaq sahələridir və həmin torpaq sahələri mərhumun qardaş və bacıları cavabdeh4, cavabdeh5, cavabdeh3, cavabdeh2, cavabdeh1 və cavabdeh6 istifadəsındədir. Göründüyü Zeynalov Sabir Yusif oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun zaminlərə qarşı tələb huququ yaranması üçün əsasdır. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, məhkəmənin icraatına qəbul edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekdpertizası təyin edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iş məhkəmə baxışına verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi MPM-in 259.0.1-ci maddəsinə istinadla baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2018-ci il tarixli Qərarına istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, borclunun ölümündən sonra ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminin kreditor qarşısında məsuliyyəti isə, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə yaranır. Lakin, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən borclu Zeynalov Sabir Yusif oğlunun birinci növbəli vərəsələrinin olması, habelə hazırki iddia ərizəsi üzrə iddiaçının borclunun birinci növbəli vərəsələrinə qarşı öhdəliyin icrası tələbi irəli sürməsi və ya bu barədə pretenziya göndərməsi müəyyən olunmur. Iddiaçı İddiaçı QSC tərəfindən qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş Cəlilabad rayon Icra Hakimiyyəti Başçısının X4 Ərazi Dairəsi üzrə nümayəndəliyinin Cəlilabad rayon Icra Hakimiyyətinə ünvanladığı ##.##.2025-ci il tarixli məktubun surətindən görünür ki, mərhum Zeynalov Sabir Yusif oğlunun adına olan 9 nəfər ailə üzvləri ilə Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən ##.##.2022-ci il tarixli 2322022412 qeydiyyat nömrəsi ilə qeydə almmış 3.3912 ha torpaq sahəsi hal-hazırda aşağıda adları göstərilən vətəndaşların istifadəsindədir.

1. cavabdeh4 2. Zeynalov Yusif Tərış oğlu (vəfat etmişdir) 3. X8(vəfat etmişdir) 4. cavabdeh5

5. X5 6. Zeynalov Sabir Yusif oğlu (həyat yoldaşı- cavabdeh2) 7. X1 (həyat yoldaşı X7) 8. cavabdeh1 oglu 9. cavabdeh6. Göründüyü kimi Cəlilabad rayon Icra Hakimiyyəti Başçısının X4 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş şəxslərin siyahısında mərhum Zeynalov Sabir Yusif oğlunun övladları ##.##.2000-ci il təvəllüdlü qızı X3 və ##.##.2003-cü il təvəllüdlü oğlu X2 adları qeyd edilməmişdir. Hamıya məlumdur ki, məhkəmənin öz qərardadında istinad etdiyi portaldan çıxarışa çatımlıq imkanı digər şəxslər üçün mümkün deyildir. Həmçinin iş materiallarından o da aydın olur ki, iddiaçı tərəf vərəsələrin sayını və dairəsini müəyyən etmək üçün üzərinə düşən bütün zəruri hərəkətləri etmiş və yuxarıda qeyd olunan vərəsələrin tam sayını müəyyən etməyə ondan asılı olmayan səbəblərdən imkanı çatmadığına görə həmin vərəsələrə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün bildiriş xəbərdarlıq göndərmək imkanında olmamışdır. Əksinə məhkəmə özü bu halı müəyyən etdikdən sonra 1 il icraatında saxladığı işin baxılmamış saxlanması barədə qərardad çıxarmalı deyil, digər vərəsələri də işə cəlb etməli idi. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-*****/**** saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, dəlillər əsaslı olduğundan təmin edilməli, Şirvan Kommesiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərardadı ləğv olunaraq iş mübahisəyə mahiyyəti üzrə baxılaraq həll olunması istiqamətində sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılmalıdır. Mülki Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. 1159.2.-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbəli vərəsələr hesab olunurlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160.-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Iş materiallarından müəyyən olunur ki, tələb üzrə cavabdeh qismində cəlb edilmiş şəxslərdən cavabdeh2 kredit və təminat müqaviləsi üzrə zamin olmaqla yanaşı, borc alan Zeynalov Sabir Yusif oğlunun arvadı (icra nümayəndəliyinin arayışına əsasən) kimi həm də birinci növbəli vərəsəsidir. Iş materiallarının 54-55-ci səhifələrində hər iki kredit razılaşması üzrə ona xəbərdarlıq verildiyi görünür. Belə olan halda birinci instansiya məhkəməsinin borc alan Zeynalov Sabir Yusif oğlunun birinci növbəli vərəsələrinin müəyyən olunmaması, iddiaçının borc alanın birinci növbəli vərəsələrinə qarşı öhdəliyin icrası tələbini irəli sürməsi və ya bu barədə pretenziya göndərməməsindən ibarət əsaslandırması təsdiqini tapmır. Bunlardan savayı kollegiya qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 472-ci maddəsindən göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü müəyyən etmişdir: birgə məsuliyyət və subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin mahiyyəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Birgə borclulara qarşı tələb irəli sürülməsinin seçim hüququnun kreditora aid olması Mülki Məcəllənin 501-ci maddəsində müəyyən edilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Subsidiar (latınca “subsidiarius”- ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təmin edilmiş öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli və bununla bağlı zəruri hərəkətləri etməlidir. Yalnız həmin hərəkətlər nəticə vermədiyi halda öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Birinci instansiya məhkəməsi hazırki iş üzrə zaminin məsuliyyətini subsidiar xarakterli kimi qiymətləndirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı bank borcalandan miras qalan əmlakları müəyyən edib iddianı əsas borcalanın birinci növbəli vərəsələrindən tələb etməli olduğu halda bunları etməyərək iddianı birbaşa zaminə qarşı yönəltmişdir. Halbuki, iddiaçı ilə cavabdeh (zamin) cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminin məsuliyyəti birgə (müştərək) məsuliyyət xarakteri daşıyır. Bu, o deməkdir ki, zamin əsas borclunun öhdəliklərini vaxtında yerinə yetirmədiyi halda bank qarşısında tam məsuliyyət daşıyır. Qeyd olunan hallar mübahisəyə mahiyyəti üzrə baxılıb həll olunan zaman birinci instansiya məhkəməsi nəzərə almalıdır. Beləliklə kollegiya yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin MPM-in 259.0.1ci maddəsinə istinadla işdə cavabdeh kimi cəlb olunmayan şəxslərə pretenziyanın verilməməsi əsası ilə iddianı baxılmamış saxlaması düzgün olmamışdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.2, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərardadı ləğv edilsin və iş mübahisəyə mahiyyəti üzrə baxılıb həll olunması istiqamətində sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü birinci instansiya məhkəməsinin icraatına qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən:Qasım Əliyev Hakimlər: Kərimov Tale Sadıqov Mirlətif

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar