Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-67/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, iddiaçı “X1 Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Rəhim oğluna qarşı “icarə haqqı üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilən şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı “X1 Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Rəhim oğluna qarşı “icarə haqqı üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə X6 müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin # #### 2025-ci il tarixli e-*-*(***)-***/**** saylı qərardadı ilə Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 259.0.6-cı maddəsinə istinadla iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı tərəfindən ödənilmiş 138 manat məbləğində dövlət rüsumu (qəbz № ************) iddiaçı “X1 Stansiyası” MMC-nə geri qaytarılmışdır. “AZEMIS” Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən qərardad ## #### 2026-cı il tarixdə saat 21:46-da iddiaçı “X1 Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron kabinetinə yerləşdirilmişdir. Qərardaddan qanunla müəyyən olunan müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmiş və ödənilmiş dövlət rüsumunun iddiaçı “X1 Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmasına dair ## #### 2025-ci ildə icra vərəqəsi verilmişdir. ## #### 2026-cı il tarixdə iddiaçı “X1 Stansiyası” MMC-nin qanuni təmsilçisi X3 ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, # #### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadın ləğv olunması, iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Müraciət onunla əsaslandırılmışdır ki, müəssisənin fəaliyyəti olmadığından iş üzrə elektron məhkəmə informasiya sistemindən gələn bildirişləri izləyə bilməmişlər. Sonradan onlara məlum olmuşdur ki, iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, ekspertiza idarəsi tərəfindən ekspertizadan imtina edilmiş, məhkəmə iclası təyin olunmuş və iş baxılmamış saxlanılmışdır. Lakin elektron sistemdə vəkilləri qeydiyyata alınmadığından, vəkilin məhkəmə iclasları barədə məlumatı olmamışdır. Qeyd olunanları üzürlü hal hesab edərək həmin iş üzrə icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsi xahiş olunur. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil proses iştirakçısı kimi elektron sistemə əlavə edilmişdir və onun da elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabineti olduğundan, həmin kabineti vasitəsilə istənilən vaxt məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat almaq və məhkəmə iclasında iştirak edə bilməmə səbəbləri barədə qabaqcadan məlumat vermə imkanı olduğundan, iddiaçının vəsatətdə göstərdiyi səbəb üzrlü hesab edilə bilməz. Qərardaddan iddiaçı “X1 Stansiyası” MMC şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsslandırılmışdır ki, məhkəmə iş üzrə qəbul etdiyi qərardadda ərizənin təmin edilməməsinin əsası kimi “X1 Stansiyası” MMC-nin vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin proses iştirakçısı olaraq elektron məhkəmə sisteminə əlavə edildiyini, onun elektron məhkəmə sistemində yaradılan elektron kabinetinin olmasını və kabinet vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırıldığı göstərilmişdir. Məhkəmənin gəldiyi bu qənaət düzgün deyil və tamamilə əsassızdır. Belə ki, “X1 Stansiyası” MMC-nin vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil vəkil kimi həmin elektron məhkəmə sisteminə yalnız 2026-cı ilin mart ayında əlavə edilmişdir. Təəssüf ki, məhkəmə qərəzli şəkildə bu halı nəzərə almamışdır. Şirvan Kommersiya Məhkəməsinin # ##### 2026-cı il tarixli e-*-*(***)-***/**** saylı qərardadı liə şikayət təmin edilməmiş, ## #### 2026-cı il tarixli e-*-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılaraq, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətin dəlilləri razılaşmayaraq qeyd etmişdir ki, iş üzrə icraatın təzələnməsi və məhkəmə iclasının ##.##.2025-cü il tarixinə təyin edilməsi barədə Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı və məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi ##.##.2025ci il tarixdə iddiaçı “X1 Stansiyası” MMC-yə məxsus elektron kabinetə yerləşdirilmişdir. Bununla da, iddiaçı “X1 Stansiyası” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Lakin, buna baxmayaraq iddiaçı “X1 Stansiyası” MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və əlavə olaraq bunun səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. MPM-in 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. MPM-in 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Iş materialları ilə müəyyən olunur ki, mülki iş məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə hazırlıq iclası ##.##.2024-cü il il tarixə saat 11:15-ə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmiş, o cümlədən məhkəmənin hazılıq iclası barədə bildiriş ##.##.2024-cü il tarxdə saat 10:57-də iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. ## ####### 2024-cü il tarixində tərəflər məhkəmə hazırlıq iclasında iştirak etməmiş, məhkəmə hazırlıq iclasının keçirilməsi ## ###### 2024-cü il tarixinə saat 12:15-ə təxirə salınmış, bu barədə tərəflərə məlumat verilmiş, o cümlədən məhkəmənin hazılıq iclası barədə bildiriş iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. ## ###### 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil vasitəsilə təmsil olunmuş, cavabdeh iştirak etmişdir. Məhkəmə hazırlıq iclasının nəticəsi olaraq iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin olunaraq, icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş materialları rəy verilmədən məhkəməyə qaytarılmış və material # ### 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. # ### 2025-ci il tarixli qərardadla iş üzrə icraat təzələnərək, növbəti məhkəmə hazırlıq iclası # #### 2025-ci il tarixinə saat 12:45-ə təyin olunmuş, bu barədə tərəflərə məlumat verilmiş, o cümlədən məhkəmənin növbəti hazılıq iclası barədə bildiriş ##.##.2025ci il tarxdə saat 15:38-də iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. # #### 2025-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iddiaçı nümayəndəsi vasitəsilə təmsil olunmamış, cavabdeh iştirak etməmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə iddhia ərizəsi MPM-in 259.0.6-cı maddəsinə istinadla baxılmamış saxlanılmışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Plenum qərarının 14-cü bəndində qeyd edilir ki, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Ərizənin qətnamə ilə baxılmamış saxlanılması yol verilməzdir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması qanunun konkret normalarına istinad edilməklə əsaslandırılmalıdır. Plenum qərarının 21-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya şikayətin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən verilmiş qiymətlə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, # #### 2025-ci il tarixinə saat 12:45-ə təyin olunmuş növbəti məhkəmə hazırlıq iclası barədə bildiriş # ### 2025-ci il tarxdə saat 15:38-də iddiaçı “X1 Stansiyası” MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Lakin iddiaçı həmin iclasda nümayəndəsi vasitəsilə təmsil olunmamış, hazırlıq iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. MPM-in 10-1.1.-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. MPM-in 10-1.3.-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5.-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Müəssisənin fəaliyyətinin olmamasından dolayı elektron məhkəmə informasiya sistemindən gələn bildirişlərin izlənməməsi üzürlü bir hal kimi qəbul olunaraq, iddianın baxılmamış saxlanmasına dair qərardadın ləğvinin əsasını təşkil edə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Beləliklə müəyyən olunur ki, prosessual qanunvercilikdə hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid Imanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-67/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-67/2026
22.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver