Məhkəmə qərarları › İş №e-2-2(3-9)-80/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-80/2026

04.06.2026 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Xususi icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-80/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Qarabağ Ərazi Vergilər Baş İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Şirvan şəhəri, # #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, Ərizəçi Qarabağ Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Qarabağ Ərazi Vergilər Baş İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən (hakim N.Misirzadə) maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi Qarabağ Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə 57.753,57 manat məbləğində borc(ların)unun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: 7508829302) öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədi(kləri)yi üçün on(ların)un ##.##.2026-cı il tarixə 57.753,57 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğ(lər)inin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(lər)sinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş(lər) göndərilmiş, lakin vergi ödəyici(ləri)si yaranmış borc məbləğini ödəməmişdir(lər). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ərizəçi Qarabağ Ərazi Vergilər Baş İdarəsi və maraqlı şəxs Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçi ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasına gəlməmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə ərizə təmin edilmiş, ##.##.1987-ci il tarixdə Füzuli rayonu, Araz Yağlıvənd kəndində anadan olmuş və Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və ərizəçi Qarabağ Ərazi Vergilər Baş İdarəsinin ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas kimi göstərilən 57.753,57 manat məbləğində vergi borcu qanunsuz hesablanmışdır. Belə ki, o, faktiki olaraq hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda vergi orqanı tərəfindən məcburi qaydada vergi uçotuna alınmış, barəsində kameral vergi yoxlaması keçirilmiş və gəlir vergisi hesablanmışdır. Şikayətçi qeyd etmişdir ki, vergi ödəyicisi kimi uçota alınması və həmin borcun yaranmasına səbəb olmuş 2022, 2023 və 2024-cü illər üzrə gəlir vergisinin hesablanmasına dair qərarlar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bununla əlaqədar həmin qərarların ləğv edilməsi, vergi ödəyicisi kimi uçotunun ləğv olunması və vergi orqanının müvafiq hərəkətlərinin qanunsuz hesab edilməsi barədə Şirvan İnzibati Məhkəməsində iddia qaldırılmış, hazırda həmin mübahisənin e-*-*(***)-****/**** nömrəli iş üzrə baxıldığı bildirilmişdir. Şikayətçi göstərmişdir ki, vergi borcunun hüquqi əsasını təşkil edən qərarlar məhkəmə qaydasında mübahisələndirildiyindən və həmin mübahisə hələ yekunlaşmadığından, borcun ödənilməsinin təmin edilməsi məqsədilə ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunsuz və əsassızdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak ərizəçi Qarabağ Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə maraqlı şəxs apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və ərizəçi Qarabağ Ərazi Vergilər Baş İdarəsinin ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. “X3 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2017-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Konstitusiyanın 28-ci maddəsinin III hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin II hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, vergi ödəyici Maraqlı şəxs borc(ları)u vardır. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(ləri)sinə bildiriş(lər) göndərilmişdir. Göründüyü kimi, ərizə təmin edilmiş, qətnamədən maraqlı şəxs narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi hərəkət azadlığı hüququnun məhdudlaşdırılması üçün zəruri olan halları tam araşdırmamış, məhdudiyyət tədbirinin mütənasib olub-olmamasını qiymətləndirməmiş, vergi borcunun yaranmasına əsas olmuş inzibati aktların məhkəmədə mübahisələndirilməsi faktına lazımi hüquqi qiymət verməmişdir. Şikayətçi hesab etmişdir ki, tərəflər arasında vergi borcunun mövcudluğu ilə bağlı məhkəmə mübahisəsi davam etdiyi və həmin mübahisə üzrə yekun məhkəmə aktı qəbul edilmədiyi halda ölkədən getmək hüququnun məhdudlaşdırılması Konstitusiya ilə təmin olunmuş hərəkət azadlığı hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Bu səbəbdən o, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək Qarabağ Ərazi Vergilər Baş İdarəsinin ərizəsinin rədd olunmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materialları ilə müəyyən edilir ki, Qarabağ Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciət edərək vergi ödəyicisi Maraqlı şəxs ##.##.2026-cı il tarixə dövlət büdcəsinə 57.753,57 manat məbləğində vergi borcunun mövcud olduğunu, həmin borcun könüllü qaydada ödənilməsi üçün Vergi Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq ona bildiriş göndərildiyini, lakin borcun ödənilmədiyini göstərərək onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi təqdim olunmuş sənədləri araşdıraraq vergi borcunun mövcudluğunu, borcun ödənilməsi barədə bildirişlərin göndərilməsini və vergi öhdəliyinin icra edilməməsini müəyyən etmiş, bu əsasla ərizəni təmin etmişdir.

2. Apellyasiya şikayətində əsas dəlil ondan ibarətdir ki, vergi borcunun yaranmasına səbəb olmuş qərarlar qanunsuz hesab olunur, həmin qərarlar Şirvan İnzibati Məhkəməsində mübahisələndirilir və e-*-*(***)-****/**** nömrəli iş üzrə məhkəmə baxışı davam etdiyindən ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas yoxdur. Kollegiya həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, şikayətçi tərəfindən mübahisələndirilən inzibati aktların ləğv olunması barədə hər hansı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyildir. Vergi orqanının qəbul etdiyi qərarlar hüquqi qüvvədə olmaqda davam edir və həmin qərarlar əsasında hesablanmış vergi borcu dövlət reyestrində mövcud vergi öhdəliyi kimi qeydə alınmışdır. Yalnız vergi ödəyicisinin həmin aktlardan narazı qalaraq məhkəməyə müraciət etməsi özlüyündə həmin aktların icrasını dayandırmır və onların hüquqi nəticələrini aradan qaldırmır. Buna görə də vergi borcunun məhkəmədə mübahisələndirilməsi faktı borcun mövcud olmaması və ya onun ödənilməsinin təmin olunması tədbirlərinin tətbiq edilə bilməməsi nəticəsinə gətirib çıxarmır.

3. Apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, o, faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, buna baxmayaraq vergi orqanı tərəfindən uçota alınmış və gəlir vergisi hesablanmışdır. Kollegiya qeyd edir ki, həmin arqumentlər vergi borcunun əsaslı olub-olmaması ilə bağlı inzibati mübahisənin predmetini təşkil edir və hazırkı xüsusi icraat qaydasında baxılan iş üzrə araşdırma predmeti deyildir. Hazırkı iş üzrə məhkəmənin vəzifəsi vergi öhdəliyinin yaranmasının qanuniliyini yenidən yoxlamaq deyil, mövcud və icrası tələb olunan vergi borcunun olub-olmamasını və qanunda nəzərdə tutulmuş təminat tədbirinin tətbiqi üçün şərtlərin mövcudluğunu müəyyən etməkdən ibarətdir. Bu baxımdan şikayətçinin vergi yoxlamasının və vergi hesablamalarının qanunsuzluğu ilə bağlı dəlilləri hazırkı mübahisənin həlli üçün həlledici əhəmiyyət daşımır.

4. Kollegiya apellyasiya şikayətində istinad olunan Konstitusiyanın 28-ci maddəsi, 71ci maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasına dair * saylı Protokolun 2-ci maddəsi ilə bağlı arqumentləri də qiymətləndirərək qeyd edir ki, hərəkət azadlığı fundamental hüquq olsa da, bu hüquq mütləq xarakter daşımır və qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsi və Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi vergi öhdəliklərini yerinə yetirməyən şəxslər barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını birbaşa nəzərdə tutur.

5. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi icraatı dayandırmalı idi. Kollegiya hesab edir ki, bu dəlil də əsassızdır. Çünki hazırkı iş üzrə baxılan məsələ ilə inzibati məhkəmədə baxılan mübahisənin predmetləri fərqlidir. İnzibati işdə vergi orqanının qərarlarının qanuniliyi araşdırıldığı halda, hazırkı işdə mövcud vergi borcunun ödənilməsinin təmin olunması məqsədilə qanunla nəzərdə tutulmuş müvəqqəti tədbirin tətbiqi məsələsi həll edilir. Vergi borcunun hesablanmasına dair qərarlar qüvvədə qaldığı müddətdə həmin borcun mövcudluğu məhkəmə tərəfindən nəzərə alınmalıdır. Buna görə də birinci instansiya məhkəməsinin icraatı dayandırmaması prosessual pozuntu hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə vergi borcunun mövcudluğunu, borcun ödənilməsi üçün bildirişlərin göndərilməsini və öhdəliyin icra edilməməsini müəyyən etdikdən sonra Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsini, MPM-in 355-5.1-ci maddəsini və Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsini düzgün tətbiq etmişdir. Məhkəmənin gəldiyi nəticə iş materiallarında olan sübutlarla uzlaşır və apellyasiya şikayətində göstərilən hallar həmin nəticəni təkzib etmir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar