Məhkəmə qərarları › İş №e-2-2(3-9)-82/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-82/2026

15.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-82/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı X3 cavabdeh İbrahimova Gülarə İbrahim qızına qarşı “pul tələbi”nə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: vurulmuş ziyan tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı X3 cavabdeh İbrahimova Gülarə İbrahim qızına qarşı “pul tələbi”-nə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdeh İbrahimova Gülarə İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı X3 cavabdeh İbrahimova Gülarə İbrahim qızına qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh İbrahimova Gülarə İbrahim qızından Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-ci il tarixli, ** saylı sərəncamı ilə uzun müddətə ayrılmış 25 hektar torpaq sahəsindən qanunsuz olaraq özbaşınalıq yolu ilə 2022-ci ildə əkib-becərməklə İddiaçı X3 MMC-yə vurduğu maddi ziyanın əvəzi olaraq 34600 manat, vəkil xidmətinə görə 2200 manat, cəmiyyətin adına yeni müqavilənin bağlanmasına görə 1125 manat, zəbt olunmuş 25 ha torpaq sahəsinə görə dövlət rüsumu üçün ödənilmiş 500 manat, ayrı ayrı məhkəmələrdə işlərə baxılması ilə əlaqədar yol xərcinə görə çəkdiyi 3 300 manat, cəmi 41 725 manat pulun və hazırki iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə 216 manat pulun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X3 MMC-yə A.Mustafayev adına kolxozun dövlət fondu qış torpaq sahəsindən heyvandarlığı inkişaf etdirmək məqsədi ilə uzunmüddətli istifadə üçün Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli ** saylı və ##.##.1996-cı il tarixli ** saylı sərəncamları ilə ayrı-ayrılıqda 25 hektar, cəmi 50 hektar torpaq sahəsi ayrılmışdır. Onun təsis etdiyi və rəhbərlik etdiyi İddiaçı X3 MMC-yə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-ci il tarixli ** saylı sərəncamı ilə ayrılmış həmin 25 hektar torpaq sahəsi uzun müddət tərəfindən təyinatına uyğun istifadə olunmuş, qeyd edilən 25 hektar torpaq sahəsi tərəfindən qorunaraq yaxşılaşdırılmaqla təyinatına uyğun olaraq istifadə edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, İddiaçı X3 MMC-yə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli ** saylı sərəncamı ilə ayrılmış 25 hektar torpaq sahəsini heç bir hüquqi əsas olmadan qanunsuz olaraq onun təsis etdiyi və rəhbərlik etdiyi İddiaçı X3 mənafeyinə tamamilə zidd olaraq cavabdeh İbrahimova Gülarə İbrahim qızı tərəfindən əkilib mənfəət götürülmüşdür. Halbuki, həmin vaxt onun təsis etdiyi və rəhbərlik etdiyi İddiaçı X3 MMC-nin cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati məhkəməsinə müraciət edərək məhkəmədən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-ci iltarixli ** saylı sərəncamı ilə İddiaçı X3 MMC-nin istifadəsi üçün müddət ayrılmış 25 hektar torpaq sadəsindən istifadəyə xitam verilməsi barədə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.2012-ci il tarixli ** saylı qanunsuz, əsassız, ədalətsiz və özbaşınalıq nəticəsində onun xəbəri olmadan verilmiş sərəncamın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qərarına əsasən Beyləqan Rayon İcra hakimiyyəti başçısının ##.##.2012-ci il tarixli ** saylı qanunsuz, əsassız, ədalətsiz və özbaşnalıq nəticəsində verilmiş sərəncamı ləğv edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2020-ci il tarixli *-*(***)-***/**** saylı qərarı ilə Şirvan İnzibati Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## #### 2021-ci il tarixli məhkəmə qərarını dəyişdirmədən saxlamışdır. Bu mühüm qərarlardan sonra onun təsis etdiyi və rəhbərlik etdiyi İddiaçı X3 istifadəsi üçün uzun müddətə verilmiş həmin 25 hektar torpaq sahəsini İbrahimova Gülarə dördüncü dəfə əkib gəlir götürmöşdür. Cavabdehin bir dəfə məhsul əkib götürəndə İddiaçı X3 MMC-yə 40 min manat olmaqla dörd dəfə torpağını əkməklə fermer təsərrüfatına 160 min manat dəyərində maddi zərər vurmuşdur. O da bu dəymiş zərərin ödənilməsi üçün Beyləqan Rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddia ərizəsinə baxılarkən hakimin İbrahimova Gülarənin adına verilmiş qanunsuz, ədalətsiz və saxta sərəncamı yenidən qüvvədə saxlamaq istənildiyini gördü. Ona görə də Beyləqan Rayon Məhkəməsinə sədrinə etiraz ərizəsi yazdı. Ərizə baxılmaq üçün hakim Seyfəli Seyfullayevə verilmişdir. Hakim Seyfəli Seyfullayev işi dayandırmaq əvəzinə İbrahimova Gülarənin xeyrinə qətnamə qəbul etmişdir. Buna baxmayaraq İbrahimova Gülarə İbrahim qızı heç bir hüquqi əsası olmadan beşinci dəfə özbaşınalıq edərək İddiaçı X3 MMC-yə məxsus 25 ha torpaq sahəsini əkib becərmiş, nəticədə 2022-ci ildə adi mülki dövriyyədə əldə edəcəyi cəmi 34600 manat gəlirdən məhrum etmişdir. Hansi ki, həmin torpaq sahəsinin cavabdeh Gülarə İbrahimova tərəfindən əkib-becərməsinə heç bir hüquqi əsas yoxdur. Bu hərəkət qanunla qadağan edilmiş özbaşnalıqdır. İbrahimova Gülarə qanunsuz olaraq zəbt etdiyi 25 hektar torpaq sahəsinin 5 il müddətində vergisini ödəməmişdir. Gülarə İbrahimovanın İddiaçı X3 MMC-nin istifadəsi üçün uzun müddətə verilmiş 25 hektar torpaq sahəsindən qanunsuz istifadə etmə nəticəsində dəymiş ziyana görə hakimin (hakim S.Seyfullayev) tapşırığına əsasən məhdud məsuliyyətli cəmiyyətdən arayış alıb məhkəməyə təqdim etmişdim. Lakin, buna baxmayaraq hakim tərəfindən əsassız və qanunsuz qətnamə çıxarıldı, bundan istifadə edən İbrahimova Gülarə İddiaçı X3 MMC-yə 25 hektar torpaq sadəsini beşinci dəfə əkib məhsul götürmüşdür. Bu səbəbdən o əlacsız qalıb yenidən Şirvan inzibati Məhkəməsinə iddia ərizəsi yazdı. Şirvan İnzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə İbrahimova Gülarə İbrahim qızına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli ********** nömrəli çıxarışı qismən, yəni İddiaçı X3 MMCnin istifadəsində olan 25 hektar torpaq sahəsinə aid olan hissədə ləğv edilmişdir. Həmin qərardan Apellyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə üçüncü şəxs İbrahimova Gülarə İbrahim qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Şirvan inzibati Məhkəməsinin ## #### 2022-ci tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən İddiaçı X3 MMC-yə məxsus olan 25 hektar torpaq sahəsindən qanunsuz olaraq 2022-ci il də əkib-becərməsinə görə 34 600 manat pulu ziyan vurmuşdur. Bundan əlavə, cavabdehin həmin qanunsuz hərəkətləri nəticəsində uzun illər apardığım məhkəmə araşdırmaları vaxtı vəkil xidmətinə görə 2 200 manat, İddiaçı X3 MMC-nin adına yeni müqavilənin bağlanmasına görə 1 125 manat, Gülarə İbrahimova tərəfindən zəbt olunmuş 25 ha torpaq sahəsinə görə dövlət rüsumu üçün 500 manat, ayrı ayrı məhkəmələrdə işlərə baxılması ilə əlaqədar yol xərcinə görə 3300 manat, hazırki iddia ərizəsi üçün 288 manat, cəmi 43 513 manat pulun alınıb İddiaçı X3 MMC-yə ödənilməsini cavabdehdən ödənilməsini dəfələrlə tələb etsədə həmin ziyanı ödəməkdən boyun qaçırır. Cavabdeh İbrahimova Gülarə İbrahim qızı Beyləqan rayon icra hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli sərəncamı ilə xxxx kəndli-fermer təsərrüfatına ##.##.1996cı il tarixli ** saylı sərəncamı ilə ayrılmış 25 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt edib həmin yerdən kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsi ilə məşğul olmuş, sahibkarlıq fəaliyyətinə dair olan vergi ödəyicisi şəhadətnaməsini isə 2022-ci ilin mart ayında almış, lakin İddiaçı kəndli-fermer təsərrüfatının torpaq sahəsini zəbt etməsi onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. Ona görə də iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh İbrahimova Gülarə İbrahim qızına qarşı “vurulmuş maddi ziyana görə əvəz olaraq pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyat məsələsinə görə geri qaytarılmışdır. Həmin qərardaddan məhkəmə aidiyyatına görə məsələnin həllindən ötrü kassasiya şikayəti verdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarı ilə verdiyim kassasiya şikayəti təmin olunmamış, Beyləqan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ona vurulmuş maddi ziyanın cavabdeh İbrahimova Gülarə İbrahim qızından ödənilməsini dəfələrlə tələb etsə də sonuncu vurduğu ziyanı ödəməmiş, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı İddiaçı X3 ##.##.2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İbrahimova Gülarə İbrahim qızından Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-ci il tarixli, ** saylı sərəncamı ilə uzun müddətə ayrılmış 25 hektar torpaq sahəsindən qanunsuz olaraq özbaşnalıq yolu ilə ## ###### 2022-ci il tarixdən, ## ###### 2022-ci il tarixə kimi olan dövr ərzində əkib-becərməklə İddiaçı X3 MMC-yə əldən çıxmış faydaya görə vurduğu maddi ziyanın əvəzi olaraq 34 600 manatın, vəkil xidmətinə görə 2200 manat, cəmiyyətin adına yeni müqavilənin bağlanmasına görə 1125 manat, zəbt olunmuş 25 ha torpaq sahəsinə görə dövlət rüsumu üçün ödənilmiş 500 manat, ayrı ayrı məhkəmələrdə işlərə baxılması ilə əlaqədar yol xərcinə görə çəkdiyi 3 300 manat, cəmi 41 725 manat pulun və hazırki iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə 216 manat pulun İddiaçı X3 MMC-yə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “İddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” X3 vurulmuş ziyana görə cavabdeh İbrahimova Gülərə İbrahim qızına qarşı iddia ərizəsi verilmişdir. Həmin iddia ərizəsində cavabdeh İbrahimova Gülərə İbrahim qızından Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, ** saylı sərəncamı ilə uzun müddətə ayrılmış 25 hektar torpaq sahəsindən qanunsuz olaraq özbaşınalıq yolu ilə 2022-ci ildə əkib-becərməklə “xxxx” X3 MMC-yə vurduğu maddi ziyanın əvəzi olaraq 34 600 manat, vəkil xidmətinə görə 2 200 manat, cəmiyyətin adına yeni müqavilənin bağlanmasına görə 1 125 manat, zəbt olunmuş 25 ha torpaq sahəsinə görə dövlət rüsumu üçün ödənilmiş 500 manat, ayrı-ayrı məhkəmələrdə işlərə baxılması ilə əlaqədar yol xərcinə görə çəkilən 3 300 manat, cəmi 41 725 manat pulun və hazırki iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə 216 manat pulun alınıb verilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddia ərizəsində cavabdeh İbrahimova Gülərə İbrahim qızından Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, ** saylı sərəncamı ilə uzun müddətə ayrılmış 25 hektar torpaq sahəsindən qanunsuz olaraq özbaşınalıq yolu ilə 2022ci ildə əkib-becərməklə “xxxx” X3 MMC-yə vurduğu maddi ziyanın 2022-ci ilin hansı vaxtında ziyanın vurulması dəqiq göstərilməmişdir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir və Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-ci il tarixli, ** saylı sərəncamı ilə uzun müddətə ayrılmış 25 hektar torpaq sahəsindən qanunsuz olaraq özbaşnalıq yolu ilə ## ###### 2022-ci il tarixdən, ## ###### 2022-ci il tarixə kimi olan dövr ərzində əkibbecərməklə İddiaçı X3 MMC-yə əldən çıxmış faydaya görə vurduğu maddi ziyanın əvəzi olaraq 34 600 manatın, vəkil xidmətinə görə 2200 manat, cəmiyyətin adına yeni müqavilənin bağlanmasına görə 1125 manat, zəbt olunmuş 25 ha torpaq sahəsinə görə dövlət rüsumu üçün ödənilmiş 500 manat, ayrı ayrı məhkəmələrdə işlərə baxılması ilə əlaqədar yol xərcinə görə çəkdiyi 3 300 manat, cəmi 41 725 manat pulun və hazırki iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə 216 manat pulun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı X3 nümayəndəsi vəkil2 iddianı müdafiə edərək, iddia ərizəsinə və iddianın dədiqləşdirilməsi barədə ərizəyə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh İbrahimova Gülarə İbrahim qızı Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-ci il tarixli, ** saylı sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş 25 hektar torpaq sahəsini ## ###### 2022-ci il tarixdən ## ###### 2022ci il tarixə kimi ## ###### 2022-ci il tarixə kimi qanunsuz olaraq istifadə etmişdir. Cavabdeh torpağa sahibliyinin qanunsuzluğunu bilirdi. Cavabdehin hərəkətləri iddiaçını gəlir əldə etməkdən məhrum etmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsində pambıq və yonca əkilmişdir. Qeyd etdiklərini nəzərə alaraq, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh İbrahimova Gülarə İbrahim qızının nümayəndəsi və vəkili vəkil1 iddianı qəbul etməmiş və bildirmişdir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının ##.##.2012-ci il tarixli ** saylı sərəncamına əsasən, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının ##.##.1996-cı il tarixli ** saylı sərəncamı ilə iddiaçıya ayrılmış 25 ha torpaq sahəsindən İddiaçı X3 istifadə və icarə hüququna xitam verilmişdir. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının ##.##.2018-ci il tarixli *** saylı sərəncamı ilə, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının ##.##.2012-ci il tarixli ** saylı sərəncamına əsasən İddiaçı X3 üzərində istifadə və icarə hüququna xitam verilmiş 25 ha torpaq sahəsi heyvandarlığın inkişafı üçün 15 il müddətinə İbrahimova Gülara İbrahim qızının icarəsinə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019-cu il tarixli ********* saylı çıxarışla həmin 37 ha torpaq sahəsi üzərində Gülara İbrahimovanın icarə hüququ qeydiyyata alınmışdır. Cavabdeh İbrahimova Gülarə İbrahim qızı torpaq sahəsindən həmin çıxarışın qüvvədə olduğu müddətdə istifadə etmişdir. Cavabdeh İbrahimova Gülarə İbrahim qızı torpaq sahəsinə vicdanlı sahiblik etmişdir. Şirvan İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı X3 ##.##.2019-cu il tarixli, ********** saylı çıxarışın qismən, yəni İddiaçı X3 istifadəsində olan 25 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə iddia tələbi təmin edilmişdir. Qeyd olunan qərardan İbrahimova Gülarə İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2-1(106)- ***/**** nömrəli qərarı ilə təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh İbrahimova Gülarə İbrahim qızı Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2022- ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından sonra mövcud vəziyyətlə razılaşmış və Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından kassasiya şikayəti vermə hüququnun olmasına baxmayaraq, şikayət verməmişdir. Cavabdeh torpaq sahəsini faktiki olaraq 2022-ci ilin oktyabr ayında iddiaçıya qaytarmışdır. Bundan sonra, Beyləqan rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə İbrahimova Gülarə İbrahim qızının İddiaçı X3 istifadəsində (icarəsində) olan 25 hektar torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Cavabdeh İbrahimova Gülarə İbrahim qızı həmin qətnamədən də şikayət verməmişdir. Hesab edir ki, hazırki iddia tələbi əsassızdır. Cavabdeh sözügedən torpaq sahəsindən dövlət orqanının verdiyi sərəncam və çıxarış əsasında istifadə etmişdir. Lakin cavabdeh torpaq sahəsi onun qanuni istifadəsində olan zaman heç bir əkin işləri aparmamış, heç bir gəlir əldə etməmişdir. Həmin torpaq sahəsi əkin üçün deyil, heyvandarlığın inkişafı üçün ayrılmışdır. Göründüyü kimi iddiaçının iddiası tam olaraq əsassızdır. O, həmçinin məhkəmənin sualına cavab olaraq bildirdi ki, İbrahimova Gülarə İbrahim qızı Şirvan İnzibati- İqtisadi Məhkəməsinin Beyləqan Rayon İcra hakimiyyəti başçısının ##.##.2012-ci il tarixli, ** saylı sərəncamının qismən ləğv edilməsinə dair ##.##.2019-cu il tarixli *-*-(***)-****/**** saylı qərarından, ## ###### 2022-ci il tarixli, ** nömrəli Sərəncamından və Şirvan İnzibati Məhkəməsinin ##.##.2022- ci il tarixli, *-*(***)-****/**** saylı qərarından məlumatlı olmuşdur. Lakin, hər bir halda cavabdeh İbrahimova Gülarə İbrahim qızı sözügedən torpaq sahəsinə dövlətin verdiyi qanuni çıxarışla sahiblik etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından kassasiya şikayəti verməməklə, eləcə də, Beyləqan rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməməklə vicdanlı olduğunu bir daha göstərmişdir. İş materiallarında olan ekspert rəyi ilə də razı deyil. Ona görə ki, torpaq sahəsinə baxış keçirmədən rəy vermişdir. Qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.6-cı maddəsinə əsasən işə Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İbrahimova Gülarə İbrahim qızından 20860 (iyirmi min səkkiz yüz altmış) manat məbləğində əldən çıxmış fayda növündə zərərin, 500 (beş yüz) manat vəkil xidmətinə görə çəkilən xərcin və ödənilmiş dövlət rüsumuna görə 152,58 (bir yüz əlli iki manat, əlli səkkiz qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı X3 ödənilməsi, iş üzrə “xxxx” MMC tərəfindən həyata keçirilmiş tədqiqatın dəyəri olan 400 manatın 200 manatının iddiaçı İddiaçı X3, 200 manatının isə cavabdeh İbrahimova Gülarə İbrahim qızından tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh İbrahimova Gülarə İbrahim qızı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qeyd etmişdir ki, Mülki Məcəlləsinin 21-ci maddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin tələblərinə əsasən əldən çıxmış fayda ehtimal olunan deyil, real olaraq əldə olunması mümkün olan gəlir hesab edilməlidir. Lakin iddiaçı 2022-ci ildə mübahisəli torpaq sahəsində gəlir əldə etmək üçün hansı hazırlıq işlərini gördüyünü sübut etməmiş, cavabdehin hərəkətləri olmasaydı həmin mənfəətin mütləq əldə ediləcəyini təsdiqləyən sübutlar təqdim etməmişdir. Şikayətdə göstərilmişdir ki, iddiaçının özü də torpaq sahəsində heyvandarlıq fəaliyyəti ilə deyil, əkinçilik fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir və bu səbəbdən əldən çıxmış fayda barədə nəticə ehtimala əsaslanır. Həmçinin məhkəmə iddiaçının tələb etdiyi məbləği əldə etmək üçün real imkanının olub-olmamasını araşdırmamışdır. Bundan başqa, şikayətdə göstərilmişdir ki, birinci instansiya məhkəməsi MPM-in 218.3cü maddəsinin tələblərini pozaraq iddia predmetindən kənara çıxmışdır. Belə ki, iddiaçı əkinbecərmə fəaliyyətindən məhrum olması nəticəsində zərər çəkdiyini bildirsə də, məhkəmə heyvandarlıq və örüş fəaliyyəti üzrə hesablama aparmış, əkin üçün deyil, örüş üçün hesablanmış məbləği tutmuşdur. Eyni zamanda ekspert rəyində yerə baxış keçirilməsi ilə bağlı bölmənin olmaması ilə rəyin məzmunu arasında ziddiyyət yarandığı, məhkəmənin isə həmin hala hüquqi qiymət vermədiyi qeyd edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları tam araşdırmamış, əldən çıxmış faydanın real xarakter daşımasını və iddiaçının həmin gəliri əldə etmək imkanını sübut edən halları müəyyən etməmiş, habelə ekspert rəyinin çatışmazlıqlarını nəzərə almamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə əlavə olaraq həmçinin göstərmişdir ki, iddiaçı İddiaçı KFT rəhbəri Məmmədov İsa Zeynal oğlu bundan əvvəldə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı KFT-yə Beyləqan rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli ** saylı sərəncamı ilə uzun müddətə ayrılmış həmin 25 ha torpaq sahəsini heç bir hüquqi əsası olmadan qanunsuz olaraq özbaşınalıq yolu ilə dördüncü dəfə əkib-becərməklə təsisçisi və rəhbəri olduğu İddiaçı KFT-yə vurduğu maddi ziyanın əvəzi olaraq 160.000 manat məbləğində pulun cavabdeh İbrahimova Gülarə İbrahim qızından alınıb İddiaçı KFT-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı KFT-nin cavabdeh İbrahimova Gülarə İbrahim qızına qarşı vurulmuş maddi ziyana görə əvəz olaraq pul tələbi barədə iddiası rədd edilmişdir. İddiaçı KFT həmin qətnamədən şikayət verməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan başqa bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı X3 cavabdeh İbrahimova Gülarə İbrahim qızına qarşı torpaq sahəsindən çıxarma tələbinə dair iddiası təmin edilmiş və cavabdeh İbrahimova Gülarə İbrahim qızı Beyləqan rayonu Əlnəzərli kəndində yerləşən İddiaçı X3 istifadəsində (icarəsində) olan 25 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qeyd etmişdir ki, *(***)-***/**** saylı mülki iş məhkəmənin icraatında olduğu müddətdə İddiaçı KFT tərəfindən ##.##.2022-ci il tarixdə məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verilərək cavabdeh İbrahimova Gülarə İbrahim qızının mübahisəli 25 ha torpaq sahəsində əkin işlərinin aparılmasına qadağan qoyulmasını xahiş etmiş və bu tələb məhkəmə qərardadı ilə təmin edilmişdir. Bundan sonra ##.##.2022-ci ildə icra məmurlarının və digər şəxslərin iştirakı ilə ərazidə “AKT” tərtib edilərək cavabdeh İbrahimova Gülarə İbrahim qızına həmin 25 ha torpaq sahəsindən istifadə edilməsinə qadağan qoyulmuşdur. Bildirmişdir ki, nəinki akt tərtib edilən vaxtdan hətta ondan əvvəl də iddiaçıya məxsus torpaq sahəsindən bu və ya digər şəkildə istifadə etməmişlər. İddiaçı cavabdehin mübahisəli 25 ha torpaq sahəsindən istifadə etməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də hesab etmişdir ki, iddiaçının iddiası tamamilə əsassızdır. İddiaçı İddiaçı X3 məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar nümayəndəsi vasitəsilə apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 81-ci maddəsinə əsasən torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları aşağıdakılardır: torpaqdan təyinatı üzrə istifadə etmək; qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək; torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək; torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq; torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq; bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək; qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək. 84-cü maddəsi Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı:

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. 112-ci maddəsinə əsasən, Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002- ci il tarixli Qərarı: Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

Avropa İnsan Hüquqları Məhkəməsinin Iatridis v. Greece işi üzrə (ərizə № *****/**) ## #### 1999-cu il tarixli qərarı: Qanuni əsaslarla əldə edilmiş icarə hüququ və həmin hüquqdan irəli gələn iqtisadi fayda Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin mənasında “mülkiyyət” hesab olunur. Məhkəmə göstərmişdir ki, şəxsin qanuni istifadə hüququndan məhrum edilməsi və ya həmin hüquqdan istifadəyə əsassız müdaxilə edilməsi mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Pressos Compania Naviera S.A. and Others v. Belgium işi üzrə (ərizə № *****/**) ## ###### 1995-ci il tarixli qərarı: Milli qanunvericiliklə tanınmış və həyata keçirilməsi real olan zərərin ödənilməsi tələbi Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin mənasında “mülkiyyət” hesab olunur və bu səbəbdən həmin tələb hüququ Konvensiya ilə qorunan mülkiyyət hüququnun predmetinə daxildir.

Avropa İnsan Hüquqları Məhkəməsinin Kopecky v. Slovakia işi üzrə (ərizə № *****/**) ## ######## 2004-cü il tarixli qərarı: Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi yalnız mövcud əmlakı deyil, həm də milli qanunvericiliyə əsaslanan və həyata keçirilməsi real hüquqi əsaslara malik olan tələb hüquqlarını qoruyur. Lakin belə tələb yalnız o halda Konvensiyanın mənasında “mülkiyyət” hesab olunur ki, həmin tələb üçün kifayət qədər hüquqi əsas mövcud olsun və həmin hüquq şəxsdə “qanuni gözlənti” (legitimate expectation) yaratsın.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, əldən çıxmış fayda sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi qaydalarına uyğun şəkildə hesablanmalıdır. “Elektron Məhkəmə İnformasiya Sistemində Vergi məlumatlarından görünür ki, İddiaçı X3 vergi ödəyicisi kimi ##.##.2005-ci il tarixdə qeydiyyata alınaraq VÖEN: ********** verilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemində Vergi məlumatlarından görünür ki, İbrahimova Gülarə İbrahim qızına vergi ödəyicisi kimi ##.##.2022-ci il tarixdə qeydiyyata alınaraq VÖEN: ********** verilmişdir. İş materiallarında olan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996- cı il tarixli ** saylı sərəncamından çıxarışın surətindən görünür ki, həmin sərəncamla İddiaçı X3 MMC-yə 25 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Beyləqan rayon İcra hakimiyyəti başçısının ##.##.2012-ci il tarixli, ** saylı Sərəncamının qismən ləğv edilməsi və Beyləqan rayon İcra hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli, *** nömrəli Sərəncamında qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Beyləqan rayon İcra hakimiyyəti başçısının ## ###### 2022-ci il tarixli ** nömrəli Sərəncamından çıxarışdan görünür ki, Beyləqan rayonunun inzibati ərazisində yerləşən 7 h saylı dövlət fondu qış otlaq sahəsindən İddiaçı X3 uzunmüddətli istifadəsinə 25 hektar torpaq sahəsinin ayrılması barədə Beyləqan rayon İcra hakimiyyətinin ##.##.1996-cı il tarixli, ** nömrəli Sərəncamına əsasən Beyləqan rayon İcra hakimiyyəti başçısının ##.##.2012-ci il tarixli, ** nömrəli Sərəncamı ilə istifadə (icarə) hüququna xitam verilmişdir. Daha sonra Beyləqan rayon İcra hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli, *** nömrəli Sərəncamı ilə həmin 25 hektar torpaq sahəsi də daxil olmaqla 37 hektar torpaq sahəsi Beyləqan rayonu Şəfəq qəsəbə sakini İbrahimova Gülara İbrahim qızının icarəsinə ayrılmışdır. Azərbaycan Respublikası Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərarının icrasını təmin etmək məqsədilə Beyləqan rayon İcra hakimiyyəti başçısının ## #### 2012-ci il tarixli, ** nömrəli Sərəncamı qismən, yəni Beyləqan rayon İcra hakimiyyəti başçısının ## ####### 1996-cı il tarixli, ** nömrəli Sərəncamı ilə İddiaçı X3 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində istifadə (icarə) müddəti başa çatdığına görə * saylı qış otlaq sahəsindən İddiaçı X3 istifadə (icarə) hüququna xitam verilməsi hissəsinin ləğv edilməsi və Beyləqan rayon İcra Hakimiyyəti Başçısının ## #### 2018-ci il tarixli *** nömrəli sərəncamında qismən dəyişiklik edilərək, İddiaçı X3 istifadəsində olan 25 hektar torpaq sahəsi İbrahimova Gülarə İbrahim qızının icarəsində olan 37 hektar torpaq sahəsinin hüdudları daxilində olduğu üçün həmin Sərəncamın 1-ci və 2-ci bəndində “37 hektar” sözünün ləğv edilməsi və “12 hektar” sözü kimi qeyd edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı X3 rəhbəri Məmmədov İsa Zeynal oğlunun cavabdeh İbrahimova Gülarə İbrahim qızına qarşı vurulmuş maddi ziyana görə əvəz olaraq pul tələbi barədə iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı X3 cavabdeh İbrahimova Gülarə İbrahim qızına qarşı torpaq sahəsindən çıxarma tələbinə dair iddiası təmin edilmiş və cavabdeh İbrahimova Gülarə İbrahim qızı Beyləqan rayonu Əlnəzərli kəndində yerləşən İddiaçı X3 istifadəsində (icarəsində) olan 25 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş hallardan görünür ki, Beyləqan rayon İcra hakimiyyəti başçısının ## ####### 1996-cı il tarixli, ** nömrəli Sərəncamı ilə İddiaçı X3 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 25 hektar torpaq sahəsi ayrılmış, Beyləqan rayon İcra hakimiyyəti başçısının ##.##.2012-ci il tarixli, ** saylı Sərəncamına əsasən həmin torpaq sahəsi üzərində istifadə (icarə) müddəti başa çatdığına görə xxxx” X3 istifadə (icarə) hüququna xitam verilmiş, həmin torpaq sahəsi Beyləqan rayon İcra Hakimiyyəti Başçısının ## #### 2018-ci il tarixli *** nömrəli sərncamına əsasən İbrahimova Gülarə İbrahim qızının icarəsinə verilmişdir. Sonradan İddiaçı X3 şikayətlərinə əsasən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli 2-1(086)-1529/2019-cu il tarixli qərarı ilə Beyləqan rayon İHB-nin ## #### 2012-ci il tarixli ** saylı sərəncamı qismən, yəni Beyləqan Rayon icra Hakimiyyəti başçısının 29 oklyabr 1996-cı il tarixli, ** nömrəli sərəncamı ilə İddiaçı X3 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində (icarə) müddəti başa çatdığına görə qış otlaq sahəsindən «xxxx” X3 istifadə (icarə) hüququna xitam verilməsi hissəsində ləğv edilmişdir. Həmin qərarın icrasını təmin etmək məqsədi ilə Beyləqan rayon İcra hakimiyyəti başçısının ## ###### 2022-ci il tarixli ** nömrəli Sərəncamı ilə Beyləqan rayon İcra hakimiyyəti başçısının ## #### 2012-ci il tarixli, ** nömrəli Sərəncamı qismən, yəni Beyləqan rayon İcra hakimiyyəti başçısının ## ####### 1996-cı il tarixli, ** nömrəli Sərəncamı ilə İddiaçı X3 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində istifadə (icarə) müddəti başa çatdığına görə * saylı qış otlaq sahəsindən İddiaçı X3 istifadə (icarə) hüququna xitam verilməsi hissəsi ləğv edilmişdir. Beləliklə İddiaçı X3 həmin torpaq sahəsi üzərində istifadə (icarə) hüquqları bərpa edilmişdir. Lakin hazırkı iş üzrə cavabdeh Gülarə İbrahimova qeyd olunan torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. İş materiallarına Məhkəmənin sorğusu əsasında əlavə edilmiş ##.##.2026-cı il tarixli məktubdan və Şurvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı X3 cavabdeh İbrahimova Gülarə İbrahim qızına qarşı torpaq sahəsindən çıxarılmasına dair mülki iş üzrə Beyləqan rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən İbrahimova Gülarə İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Beyləqan rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarından görünür ki, Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı ilə Beyləqan rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi tam icra edildiyindən (İbrahimova Gülarə İbrahim qızı Beyləqan rayonu Əlnəzərli kəndində yerləşən İddiaçı X3 istifadəsində (icarəsində) olan 25 hektar torpaq sahəsindən çıxarılmışdır.) icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *- *(***)-****/**** saylı qərarından görünür ki, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsin * saylı Beyləqan Ərazi İdarəsinə və üçüncü şəxs İbrahimova Gülarə İbrahim qızına qarşı Reyestrdən çıxarışın qismən ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, İbrahimova Gülarə İbrahim qızıa Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin * saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, ********** nömrəli çıxarış qismən, yəni İddiaçı X3 istifadəsində olan 25 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli məktubundan və digər iş materiallarından görünür ki, Şirvan Apelyasiya məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə üçüncü şəxs İbrahimova Gülarə İbrahim qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Şirvan inzibati Məhkəməsinin ## #### 2022-ci tarixli 2-1(120)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından kassasiya şikayəti verilməmişdir. Şirvan inzibati Məhkəməsinin ## #### 2022-ci tarixli *-*(***)-****/**** nömrəli qərarı qanuni qüvvəyə minmişdir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh İbrahimova Gülarə İbrahim qızına qarşı “vurulmuş maddi ziyana görə əvəz olaraq pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyat məsələsinə görə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(102)- ****/**** nömrəli qərarı ilə verilmiş kassasiya şikayəti təmin olunmamış, Beyləqan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan iddiaçı İddiaçı X3 tərəfindən cavabdeh İbrahimova Gülarə İbrahim qızına ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, xxxx” X3 MMC-nin adına yeni müqavilənin bağlanmasına görə 1125 manat, Gülarə İbrahimova tərəfindən zəbt olunmuş 25 ha torpaq sahəsinə görə dövlət rüsumu üçün 500 manat, ayrıayrı məhkəmələrdə işlərə baxılması ilə əlaqədar yol xərcinə görə 3300 manat, hazırki iddia ərizəsi üçün 288 manat, cəmi 43.513 manat borcun 3 gün ərzində tam ödənilməsi tələb olunmuşdur, əks təqdirdə müvafiq borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə İbrahimova Gülarə İbrahim qızı məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli, AE-***/** saylı rəyindən görünür ki, Mütəxəssis qarşısında qoyulmuş sualların həlli üçün xərc yanaşmasından istifadə edilmişdir. Beləliklə, mütəxəssis qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır: İbrahimova Gülarə İbrahim qızının Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, ** saylı sərəncamı ilə uzun müddətə ayrılmış 25 hektar torpaq sahəsindən ## ###### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək olan dövr ərzində pambıq əkilib-becərilməklə istifadə olunmaqla 32 875,0 (otuz iki min səkkiz yüz yetmiş beş) manat xalis gəlir əldə oluna bilərdi. İbrahimova Gülarə İbrahim qızının Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, ** saylı sərəncamı ilə uzun müddətə ayrılmış 25 hektar torpaq sahəsindən ## ###### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək olan dövr ərzində yonca əkilib-becərilməklə istifadə olunmaqla 1-ci biçim üzrə: 3 100,0 (üç min bir yüz) manat; 2-ci biçim üzrə: 12 850,0 (on iki min səkkiz yüz əlli) manat; 3-cü biçim üzrə: 11 725,0 (on bir min yeddi yüz iyirmi beş) manat; 3-cü biçim üzrə: 11 725,0 (on bir min yeddi yüz iyirmi beş) manat; Ümumi dövr üzrə: 39 400,0 (otuz doqquz min dörd yüz) manat xalis gəlir əldə oluna bilərdi. İbrahimova Gülarə İbrahim qızının Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, ** saylı sərəncamı ilə uzun müddətə ayrılmış 25 hektar torpaq sahəsindən ## ###### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək olan dövr ərzində örüş sahəsi kimi istifadə olunmaqla 20 860,0 (iyirmi min səkkiz yüz altmış) manat xalis gəlir əldə oluna bilərdi. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə aparılmış tədiqatın dəyəri 400 manat təşkil edir. ********** nömrəli nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 216 manat dövlət rüsumu ödənilmişdir. İş materillarında olan hüquqi yardım göstərilməsi haqqında müqavilədən və qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi yardımla bağlı 700 manat xərc çəkilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qeyd etmişdir ki, Mülki Məcəlləsinin 21-ci maddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin tələblərinə əsasən əldən çıxmış fayda ehtimal olunan deyil, real olaraq əldə olunması mümkün olan gəlir hesab edilməlidir. Lakin iddiaçı 2022-ci ildə mübahisəli torpaq sahəsində gəlir əldə etmək üçün hansı hazırlıq işlərini gördüyünü sübut etməmiş, cavabdehin hərəkətləri olmasaydı həmin mənfəətin mütləq əldə ediləcəyini təsdiqləyən sübutlar təqdim etməmişdir. Şikayətdə göstərilmişdir ki, iddiaçının özü də torpaq sahəsində heyvandarlıq fəaliyyəti ilə deyil, əkinçilik fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir və bu səbəbdən əldən çıxmış fayda barədə nəticə ehtimala əsaslanır. Həmçinin məhkəmə iddiaçının tələb etdiyi məbləği əldə etmək üçün real imkanının olub-olmamasını araşdırmamışdır. Bundan başqa, şikayətdə göstərilmişdir ki, birinci instansiya məhkəməsi MPM-in 218.3cü maddəsinin tələblərini pozaraq iddia predmetindən kənara çıxmışdır. Belə ki, iddiaçı əkinbecərmə fəaliyyətindən məhrum olması nəticəsində zərər çəkdiyini bildirsə də, məhkəmə heyvandarlıq və örüş fəaliyyəti üzrə hesablama aparmış, əkin üçün deyil, örüş üçün hesablanmış məbləği tutmuşdur. Eyni zamanda ekspert rəyində yerə baxış keçirilməsi ilə bağlı bölmənin olmaması ilə rəyin məzmunu arasında ziddiyyət yarandığı, məhkəmənin isə həmin hala hüquqi qiymət vermədiyi qeyd edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları tam araşdırmamış, əldən çıxmış faydanın real xarakter daşımasını və iddiaçının həmin gəliri əldə etmək imkanını sübut edən halları müəyyən etməmiş, habelə ekspert rəyinin çatışmazlıqlarını nəzərə almamışdır. Həmçinin qeyd etmişdir ki, *(***)-***/**** saylı mülki iş məhkəmənin icraatında olduğu müddətdə İddiaçı KFT tərəfindən ##.##.2022-ci il tarixdə məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verilərək cavabdeh İbrahimova Gülarə İbrahim qızının mübahisəli 25 ha torpaq sahəsində əkin işlərinin aparılmasına qadağan qoyulmasını xahiş etmiş və bu tələb məhkəmə qərardadı ilə təmin edilmişdir. Bundan sonra ##.##.2022-ci ildə icra məmurlarının və digər şəxslərin iştirakı ilə ərazidə “AKT” tərtib edilərək cavabdeh İbrahimova Gülarə İbrahim qızına həmin 25 ha torpaq sahəsindən istifadə edilməsinə qadağan qoyulmuşdur. Bildirmişdir ki, nəinki akt tərtib edilən vaxtdan hətta ondan əvvəl də iddiaçıya məxsus torpaq sahəsindən bu və ya digər şəkildə istifadə etməmişlər. İddiaçı cavabdehin mübahisəli 25 ha torpaq sahəsindən istifadə etməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materiallarından müəyyən edilir ki, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli ** nömrəli sərəncamı ilə İddiaçı X3 25 hektar torpaq sahəsi uzunmüddətli istifadə üçün ayrılmışdır. Sonradan həmin torpaq sahəsi ilə bağlı qəbul edilmiş ##.##.2012-ci il tarixli ** nömrəli sərəncam inzibati məhkəmələr tərəfindən qanunsuz hesab edilərək ləğv edilmiş, nəticədə iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüququnun mövcudluğu məhkəmə aktları ilə təsdiq olunmuşdur. Bununla yanaşı, iddiaçı cavabdehin 2022-ci il ərzində həmin torpaq sahəsindən qanunsuz istifadə etməsi nəticəsində adi mülki dövriyyədə əldə edə biləcəyi gəlirdən məhrum olduğunu göstərərək 34.600 manat əldən çıxmış faydanın tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə iddiaçının tələb etdiyi 34.600 manat məbləği tam qəbul etməmiş, ekspert rəyi və digər sübutları qiymətləndirərək əldən çıxmış faydanı 20.860 manat məbləğində müəyyən etmişdir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, cavabdehin torpaq sahəsindən istifadə etməsi iddiaçının gəlir əldə etmək imkanını aradan qaldırmış və buna görə də MM-in 21-ci maddəsinə uyğun olaraq əldən çıxmış faydanın əvəzi ödənilməlidir. Bu baxımdan məhkəmənin əldən çıxmış faydanın mövcudluğu barədə gəldiyi nəticə iş materiallarına və tətbiq olunan maddi hüquq normalarına uyğundur. Mübahisə yalnız həmin zərərin hansı dövr üçün cavabdehin üzərinə qoyulmalı olması ilə bağlıdır.

2. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi zərərin hesablandığı müddətin tam həcmini müəyyən edərkən sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi qaydalarını tam nəzərə almamışdır. Belə ki, iş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli müvəqqəti təminat tədbiri haqqında qərardadı ilə cavabdeh İbrahimova Gülarə İbrahim qızına mübahisəli 25 hektar torpaq sahəsində əkin işlərinin aparılması qadağan edilmiş, qərardadın dərhal icra olunması göstərilmiş və icrası icra orqanına həvalə edilmişdir. Bu qərardad üzrə həmin tarixdə icra vərəqəsi verilmişdir.

3. Bundan sonra müvəqqəti təminat tədbiri haqqında qərardadla əlaqədar ##.##.2022ci il tarixdə icra məmurları tələbkar və digər şəxslərin iştirakı ilə mübahisəli ərazidə “AKT” tərtib olunmuş, aktda cavabdehin yaşayış yerində olmadığı, onun iştirakının təmin edilmədiyi, sonradan cavabdehin yaşayış yerinə gedildiyi, həyat yoldaşının isə cavabdehin evdə olmadığını bildirdiyi qeyd edilmişdir. Göründüyü kimi “AKT” müvəqqəti təminat tədbirinin icrası ilə bağlı sonrakı hüquqi vəziyyəti müəyyən edən mühüm prosessual sənəd hesab edilməklə cavabdehə elan edilmiş və beləliklə də cavabdehə əri vasitəsilə məlumat verilmişdir.

4. Cavabdeh apellyasiya şikayətində ##.##.2022-ci ildən ##.##.2022-ci il tarixləri ərzində qeyd edilən mübahisəli 25 ha torpaq sahəsindən istifadə etməməsini bildirsə də Məhkəmə kollegiyası hesab edir ki, ##.##.2022-ci il tarixli akt tərtib edilənədək olan dövr üzrə cavabdehin torpaq sahəsindən istifadə etmədiyini sübut etmə yükü məhz cavabdehin üzərinə düşmüş və cavabdeh məhkəməyə bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Çünki həmin tarixədək cavabdeh torpaq sahəsinə faktiki sahib olmuşdur. MPM-in sübutetmə yükünə dair ümumi qaydalarına əsasən, öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək məhz həmin tərəfin vəzifəsidir. Cavabdeh isə ##.##.2022-ci ildən ##.##.2022-ci ilədək torpaqdan istifadə etmədiyini, orada əkin aparmadığını və ya torpaq üzərində faktiki sahibliyini itirdiyini təsdiq edən heç bir yazılı sübut, dövlət orqanı sənədi və ya digər mötəbər dəlil təqdim edə bilməmişdir. Buna görə də həmin müddət ərzində torpaq sahəsindən istifadə etməsinin və bunun nəticəsində iddiaçının gəlirdən məhrum olmasının mövcudluğu qəbul edilməlidir.

5. Lakin ##.##.2022-ci il tarixdən sonrakı dövr üzrə hüquqi mənzərə fərqlidir. Belə ki, həmin tarixdə məhkəmənin müvəqqəti təminat tədbirinin icrası ilə bağlı akt tərtib edilmiş, cavabdehə torpaq sahəsindən istifadə etməməsi, əkin işlərinin aparılmasının qadağan olunması barədə məhkəmə qərarı icraya yönəldilmiş və AKT tərtib edilmişdir. Belə olan halda, həmin tarixdən sonra cavabdehin qadağanı pozaraq torpaq sahəsindən faktiki istifadə etməyə davam etməsi artıq ehtimal kimi deyil, konkret sübutlarla təsdiq edilməli idi. Mülki prosesdə sübutetmə ehtimallara deyil, iş üzrə mötəbər sübutlara əsaslanmalıdır. İddiaçı ##.##.2022-ci ildən sonra cavabdehin torpaq sahəsində əkin işlərini davam etdirməsini, həmin torpaq sahəsindən başqa formada istifadə etməsi ilə bağlı (məhsul becərməsi və ya həmin torpaqdan faktiki gəlir əldə etməsi) məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Məhz ##.##.2022-ci il tarixindən sonra cavabdehin mübahisəli torpaq sahəsindən istifadə etməsi ilə bağlı sübutları təqdim etmə yükü iddiaçının üzərinə düşmüşdür. Belə ki, qeyd olunan torpaq sahəsindən istifadə cavabdehə qadağan edilmiş, həmin aktdan sonra cavabdehin qadağanı pozaraq torpaqdan istifadə etməsi ilə bağlı hər hansı mötəbər sübut yoxdur.

6. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən ##.##.2022-ci ildən ##.##.2022-ci ilədək bütün il üzrə 20.860 manat əldən çıxmış faydanın tutulması nəticəsinə gələrkən yanlışlığa yol vermişdir. İş materialları yalnız ##.##.2022-ci ildən ##.##.2022-ci ilədək olan dövr ərzində cavabdehin torpaq sahəsindən istifadə etməsi təsdiq olunur. Qeyd edilən ilin həmin hissəsinə mütənasib hesablandıqda 20.860 manat əldən çıxmış faydanın 3.886,25 manat (20860/365=57.15 manat: ##.##.2022ci ildən ##.##.2022-ci ilədək olan gün 68 gün edir. Belə olan halda 68x57.15=3886.25 manat) hissəsi həmin dövrə uyğun gəlir. Bu səbəbdən cavabdehdən məhz 3.886,25 manat məbləğində vurulmuş ziyan qanuni və əsaslı hesab edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.3-cü, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək cavabdeh İbrahimova Gülarə İbrahim qızından iddiaçı İddiaçı X3 xeyrinə tutulmalı olan 20.860 (iyirmi min səkkiz yüz altmış) manat məbləğində əldən çıxmış fayda növündə zərər 3.886.25 (üç min səkkiz yüz səksən altı manat 25 qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar