Məhkəmə qərarları › İş №e-2-2(3-9)-86/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-86/2026

18.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-86/2026 18.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Imanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi”nə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdеhlər cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə ***R********** saylı krеdit razılaşması üzrə 19526.93 manat krеdit bоrcu, 2958.41 manat faiz bоrcu və 1537.69 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 24023,03 (iyirmi dörd min iyirmi üç manat üç qəpik) manat məbləğində bоrcun və 162.10 manat dövlət rüsumunun tutulmasını və tutmanın cavabdeh3 məxsus və İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmiş Shacman SX3251DM434 yük markalı, **LB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına 24023,03 (iyirmi dörd min iyirmi üç manat üç qəpik) manat məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 162.10 manatın İddiaçı QSC-yə ödənilməsinı həmçinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada iddiaçı İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 müştərək qaydada 19526,93 manat əsas borc, 1769,34 manat faiz borc, 200 manat cərimə borcu olmaqla, cəmi 21496,27 (iyirmi bir min dörd yüz doxsan altı manat, iyirmi yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 154,49 manat pul vəsaitinin tutularaq iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh3 mülkiyyətində olan “Shachman SX3251DM434 yük” markalı, **LB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, cavabdeh3 mülkiyyətində olan “Shachman SX3251DM434 yük” markalı, mühərrik nömrəsi: N/Z SIL olan, **LB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 22.500 (iyirmi iki min beş yüz) manat məbləğində müəyyən edilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan ümumilikdə 21496,27 (iyirmi bir min dörd yüz doxsan altı manat, iyirmi yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 154,49 manat pul vəsaitinin ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdeh cavabdeh3 qaytarılması, ekspertiza tədqiqatının dəyəri olaraq 200 (bir yüz) manatın 178,80 (bir yüz yetmış səkkiz manat, səksən qəpik) manatının cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 müştərək qaydada, 21,20 (iyirmi bir manat, iyimi qəpik) manatının isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən daşınmaz əmlakın qiymətləndirilməsi üzrə aparılmış tədiqatın dəyəri olan 500 (beş yüz) manatın qalan 250 (iki yüz əlli) manatınıın cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 müştərək tutularaq, “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra-MPM) nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə * saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən «Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı». MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyünü yoxlayır. Burada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində maddi hüquq normalarının pozulmasına dair istinadlar formal xarakter daşıyır, konkret mübahisə predmetinə tətbiq edilməli olan hüquq normaları düzgün müəyyən edilməmiş, həmin normaların birinci instansiya məhkəməsi tərəfindən hansı qaydada pozulduğu və ya düzgün tətbiq edilmədiyi əsaslandırılmamışdır. Həmçinin apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nə * nömrəli əlavənin 6, 8, 9, 10 və 11-ci bəndlərində nəzərdə tutulmuş: - «Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər», - «Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər», - «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər», - «Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər», - «Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər» ya ümumiyyətlə göstərilməmiş, ya da formal şəkildə qeyd edilmişdir. Bundan əlavə, cavabdeh cavabdeh3 apellyasiya şikayətinin “apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində cavabdeh “Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini” xahiş etmişdir ki, bu da apellyasiya şikayəti verən şəxsin tələbini aydın göstərmədiyini təsdiq edir. Halbuki, Şirvan Kommersiya Məhkəməsi tərəfindən hazırki iş üzrə qətnamə ## ###### 2026-cı il tarixində qəbul edilmişdir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 357, 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar