Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-89/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ASC-dən iddiaçı İddiaçı MMC-nin xeyrinə 81000 manat pul vəsaitinin, vəkil xidmətlərinə görə ödənilmiş 320 manat məbləğin və iddia ərizəsinə görə ödənilmiş 334 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil ##.##.2026-cı il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası baximamış saxlanılmışdır. Qərərdadın əsası kimi tərəflərin məhkəmə hazırlıq iclasına gəlməməsi və gəlməmələrinin səbəbləri barədə məlumat verilməməsi göstərilmişdir. Məhkəmə MPM-nin 259.0.6-cı maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, tərəflər iştirak etmədiyinə görə iddia baxılmamış saxlanmalıdır. MPM-nin 260.5ci maddəsinə əsasən tərəfin məhkəmə iclasında iştirak etməməsi və məlumat verməməsi üzrlü səbəblərdən baş verərsə məhkəmə baxılmamış saxlanma qərardadını ləğv etməlidir. İddiaçı tərəfin məhkəmə iclasında iştirak etməməsi aşağıdakı obyektiv və sübut edilə bilən səbəblərlə bağlıdır ki, xəstəlik səbəbindən iclasda iştirak mümkün olmamışdır və elektron məhkəmə sistemində texniki nasazlıqlar son dövrdə sistemdə fasilələr olmuş və nəticədə məhkəməyə vaxtında məlumat vermək faktiki olaraq mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, # ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə əsasən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərardadını və mübahisənin prosessual xarakterini nəzərə alaraq hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı MMC cavabdeh Cavabdeh ASC-yə qarşı 81.000 manat əsas borcun, 320 manat vəkil xidmətinin dəyərinin və 334 manat dövlət rüsumunun tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. İş icraata qəbul edildikdən sonra məhkəmə hazırlıq iclası əvvəlcə ##.##.2026-cı il tarixə təyin edilmiş, tərəflərin gəlməməsi səbəbindən ##.##.2026-cı il tarixə təxirə salınmışdır. Lakin ikinci dəfə təyin edilmiş məhkəmə hazırlıq iclasında da həm iddiaçı, həm də cavabdeh tərəf lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasına dair ərizə təqdim etməmişlər. Bu hallar birinci instansiya məhkəməsinin qərardadında açıq şəkildə öz əksini tapmışdır. Belə şəraitdə birinci instansiya məhkəməsi MPM-in 259.0.6-cı maddəsini tətbiq etməklə iddianı baxılmamış saxlamışdır. Həmin normanın məzmunundan aydın görünür ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında da birbaşa göstərilmişdir ki, MPM-in 259.0.6-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda ərizə məhz məhkəmə hazırlıq iclasında baxılmamış saxlanıla bilər. Birinci instansiya məhkəməsi də məhz həmin prosessual qaydalara uyğun hərəkət etmişdir. Şikayətçi qərardadın ləğv edilməsini tələb edərkən məhkəmə iclasında iştirak etməməsinin səbəbi kimi xəstəlik halını və elektron məhkəmə sistemində texniki nasazlıqların mövcudluğunu göstərmişdir. Lakin kollegiya hesab edir ki, həmin arqumentlər formal xarakter daşıyır və MPM-in 260.5-ci maddəsinin tətbiqi üçün kifayət etmir. Çünki həmin norma yalnız o halda tətbiq oluna bilər ki, tərəf məhkəmə iclasında iştirak etməməsinin və bu barədə məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verdiyini təsdiq edən sübutlar təqdim etmiş olsun. Hazırkı halda isə nə xəstəlik faktını təsdiq edən tibbi sənəd, nə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair sənəd, nə də elektron məhkəmə sistemində texniki nasazlığın mövcudluğunu təsdiqləyən hər hansı rəsmi məlumat iş materiallarına əlavə edilmişdir. Şikayətdə yalnız ümumi qaydada xəstəliyin və texniki problemin mövcudluğuna istinad edilmiş, lakin həmin hallara dair sübutlar şikayətə əlavə edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, tərəflər birinci hazırlıq iclasına da gəlməmiş, buna baxmayaraq məhkəmə işi dərhal baxılmamış saxlamamış, əksinə hazırlıq iclasını təxirə salaraq tərəflərə öz prosessual hüquqlarını həyata keçirmək üçün əlavə imkan yaratmışdır. Buna baxmayaraq, tərəflər ikinci dəfə təyin edilmiş iclasda da iştirak etməmiş, məhkəməyə əvvəlcədən hər hansı vəsatət təqdim etməmiş, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu isə tərəflərin, xüsusilə də iddiaçının öz prosessual hüquqlarından lazımi qaydada istifadə etmədiyini göstərir. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçı tərəfindən verilmiş şikayətdə məhkəmənin işə mahiyyəti üzrə baxmalı olduğu bildirilsə də, şikayətdə MPM-in 259.0.6-cı maddəsinin tətbiq edilməsinin qanunsuzluğu göstərilməmiş, faktiki olaraq yalnız iştirak etməmənin səbəblərinə istinad edilmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar, tərəflərin lazımi qaydada xəbərdar olunmaları, məhkəmə iclasına gəlməmələri, gəlməmələrinin səbəbləri barədə məlumat verməmələri və işə iştirakları olmadan baxılmasını xahiş etməmələri şikayətçi tərəfindən də təkzib olunmamışdır. Şikayətçi yalnız sonradan bu halların üzrlü səbəblərlə bağlı olduğunu bildirmişdir. Lakin MPM-in 77.1-ci maddəsinə əsasən istinad edilən halların sübut edilməsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Beləliklə, iş materialları təsdiq edir ki, birinci instansiya məhkəməsi tərəfindən həm işin faktiki halları düzgün müəyyən edilmiş, həm də MPM-in 259.0.6 və 260.5-ci maddələri düzgün tətbiq olunmuşdur. Şikayətçinin istinad etdiyi xəstəlik və texniki nasazlıq halları isə heç bir mötəbər sübutla təsdiqlənmədiyindən qərardadın ləğvi üçün hüquqi əsas yaranmır. Buna görə də Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı qanuni və əsaslı hesab edilməli, həmin qərardaddan verilmiş şikayət təmin olunmamalı və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-89/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-89/2026
04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver