Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-96/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə aralarında bağlanmış kredit müqavilələrinə əsasən yaranmış ümumilikdə 3260 (üç min iki yüz altmış) manat əsas kredit borcu, ödənişə görə hər gecikən gün üçün ümumilikdə 1000 (bir min) manat pul məbləğini və məhkəmənin hesabına ödədiyi 63 (altmış üç) manat dövlət rüsumu pul məbləğinin cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi geri qaytarılması, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 54 manat dövlət rüsumu (qəbzin nömrəsi:1993541661) özünə geri qaytarılması qərara alınmışdır. İddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-14)- ****/**** saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə geri göndərilməsinə dair qərardad qəbul edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, pretenziya qaydasına riayət olunmuş, məhkəməyə təqdim edilmiş sənədlər arasında ##.##.2026-cı il tarixdə rəsmi dövlət platforması vasitəsilə cavabdehə (VÖEN: 2604680632) göndərilmiş “Pul tələbinə dair pretenziya” məktubu (Qeydiyyat №: 1773132207216778) mövcuddur və bu hal MPM-nin 150.1.6-cı maddəsinin tələbinin yerinə yetirildiyini göstərir. MPM-nin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə iddia ərizəsi işdə iştirak edən şəxslərin elektron kabinetinə göndərilir və bu barədə SMS/e-poçt vasitəsilə məlumat verilir. İddiaçı iddiasını elektron sistem vasitəsilə təqdim etmişdir və əgər cavabdehin elektron kabinetinə məlumatın çatdırılmasında texniki problem yaranmışdırsa və ya o, qeydiyyatdan keçməmişdirsə, bu hal iddiaçının üzərinə məsuliyyət kimi qoyulmamalıdır. İddia ərizəsinin geri qaytarılması MPMnin 4-cü maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun faktiki məhdudlaşdırılması kimi qiymətləndirilir, belə ki, məhkəmə iddia ərizəsini icraata qəbul etməli və cavabdehin lazımi qaydada məlumatlandırılmasını məhkəmə hazırlıq iclası mərhələsində təmin etməli idi. Yuxarıda göstərilənlərə və təqdim edilmiş materiallara əsasən iddiaçı qanunvericiliyin tələblərinə riayət etmiş və cavabdehə iddia tələbi ilə bağlı bütün zəruri üsul və elektron vasitələrlə xəbərdarlıq etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə əsasən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan sübutları, tətbiq edilməli hüquq normalarını məcmu halında qiymətləndirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını zəruri sayır. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 3260 manat əsas borcun, 1000 manat dəbbə pulunun və dövlət rüsumunun tutulması barədə iddia qaldırmışdır. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlər arasında cavabdehin iddia ərizəsinin surətini və ona əlavə olunmuş sənədləri elektron qaydada aldığını təsdiq edən sübut mövcud olmamışdır. Məhkəmə məhz bu halı əsas götürərək MPMin 150.1.4 və 152.1.4-cü maddələrini tətbiq etmişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ##.##.2026-cı il tarixdə cavabdehə pretenziya göndərdiyini, buna görə də qanunun tələblərinə əməl etdiyini hesab edir. Lakin bu dəlil birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Çünki məhkəmə iddia ərizəsini pretenziya qaydasına riayət edilmədiyinə görə deyil, kommersiya mübahisələri üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi və alınmasının təsdiq edilməməsinə görə geri qaytarmışdır. Başqa sözlə, pretenziya məktubunun mövcudluğu MPM-in 150.1.6-cı maddəsi baxımından əhəmiyyət daşısa da, bu hal MPM-in 150.1.4-cü maddəsinin ayrıca və müstəqil tələbinin yerinə yetirilməsi demək deyildir. MPM-in 150.2-ci maddəsinin məzmunundan görünür ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsinin digər şəxslərin elektron kabinetinə göndərilməsi və bu barədə məlumatlandırma xüsusi prosedur qaydalarına tabedir. Lakin həmin normanın mövcudluğu iddiaçını 150.1.4-cü maddədə nəzərdə tutulmuş sübutetmə vəzifəsindən azad etmir. Qanunverici 150.1.4-cü maddədə açıq şəkildə tələb etmişdir ki, digər şəxslər tərəfindən iddia ərizəsinin və əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İş materiallarında isə belə bir sənədin mövcudluğu müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi də məhz bunu göstərmişdir ki, cavabdeh vergi ödəyicisi olsa da, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin elektron qaydada göndərilməsi və alınması təsdiq olunmur. Şikayətdə irəli sürülən “cavabdehin elektron kabinetində texniki problem yaranması və ya onun qeydiyyatdan keçməməsi iddiaçının üzərinə qoyulmamalıdır” dəlili də qərardadın ləğvi üçün əsas yaratmır. Çünki iş materiallarında ümumiyyətlə texniki nasazlığın mövcudluğunu təsdiq edən hər hansı sübut yoxdur. İddiaçı bu halı yalnız ehtimal şəklində irəli sürmüşdür. Bundan başqa, iddiaçının məhkəmə müdafiəsi hüququnun pozulduğu barədə dəlili də əsaslı sayıla bilməz. Çünki MPM-in 152.4-cü maddəsinə uyğun olaraq iddia ərizəsinin geri qaytarılması şəxsi yenidən məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Birinci instansiya məhkəməsi qərardadda açıq şəkildə izah etmişdir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. İş üzrə xüsusi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, MPM-in 152.1.4-cü maddəsi hakimin diskresion səlahiyyətini deyil, imperativ vəzifəsini müəyyən edir. Həmin normaya əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Qanunverici burada “qaytara bilər” deyil, “geri qaytarır” ifadəsini işlətmişdir. Bu isə göstərir ki, müvafiq sübut olmadıqda məhkəmənin iddia ərizəsini icraata qəbul etmək səlahiyyəti yoxdur. Birinci instansiya məhkəməsi də məhz qanunun bu imperativ göstərişinə uyğun hərəkət etmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, iddiaçı yalnız pretenziya göndərilməsinə dair sənədlərə istinad etmiş, lakin cavabdehin iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri almasını təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə həmin prosessual çatışmazlığı düzgün müəyyən etmiş, MPM-in 150.1.4, 150.2, 152.1.4 və 152.2-ci maddələrini düzgün tətbiq etmiş və iddia ərizəsini geri qaytarmışdır. Şikayətdə göstərilən dəlillər həmin nəticəni təkzib etmir, məhkəmənin müəyyən etdiyi halların səhv olduğunu göstərmir və qərardadın qanuniliyinə şübhə yaratmır. Buna görə də Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Beləliklə, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-96/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-96/2026
11.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver